Month: June 2021

  • Şirvanda bir ailənin 3 üzvü yol qəzasında xəsarət aldı

    Şirvanda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

    “Report”un Aran bürosunun məlumatına görə, hadisə şəhərin H.Əliyev prospektində qeydə alınıb. Belə ki, iki minik maşınının toqquşması nəticəsində bir ailənin üç üzvü – Şirvan şəhər sakinləri; 1979-cu il təvəllüdlü Abdullayev Natiq Arif oğlu, onun həyat yoldaşı, 1979-cu il təvəllüdlü Abdullayeva Məlahət Ənvər qızı, habelə N.Abdullayevin oğlu, 2010-cu il təvəllüdlü Abdullayev Nihat Natiq oğlu müxtəlif xəsarətlər alıblar. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Burkina Fasoda hücum zamanı azı 100 dinc sakin ölüb

    Burkina Fasoda hücum zamanı onlarla insan həlak olub.

    “Report” xəbər verir ki, məlumatı “Habertürk” yayıb.

    Məlumata görə, hadisə ölkənin şimalında baş verib. Kəndlərdən birinə terrorçuların hücumu nəticəsində azı 100 dinc sakin öldürülüb.

  • Paşinyanın əmrinin icrasından imtina edən polis rəisi vəzifəsindən getdi

    Ermənistanın Araqaçotn əyalətinin polis rəisi Vaqan Azqaşyan istefa haqqında ərizə yazıb.

    “Report” xəbər verir ki, “ArmLur.am” bildirib.

    Qeyd edilir ki, buna onun ölkənin baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın əmrlərinin icrasından imtina etməsi səbəb olub. “O, baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın əmrləri yerinə yetirməkdən imtina etdi və vəzifəsindən getməyə qərar verdi”, – deyə agentliyin məlumatında qeyd edilir.

    Agentlik polis rəisinin baş nazirin əmrlərinə qarşı çıxmasını “vətənpərvərlik” kimi qələmə verib.

  • BMT-də Azərbaycan mütəxəssislərinin Ermənistanla bağlı təqdimatları dinlənilib

    İyunun 2-4-də 2021-ci il tarixlərində Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının (BMT BA) Korrupsiyanın qarşısının alınması, onunla mübarizə və beynəlxalq əməkdaşlığın gücləndirilməsin başlığı altında Xüsusi Sessiyası keçirilmiş və tədbirin yekunu olaraq Siyasi Bəyannamə qəbul edilib.

    Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sessiya çərçivəsində Azərbaycan Respublikasının təşəbbüsü ilə qeyri-kommersiya təşkilatlarından korrupsiya, çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi məqsədləri ilə sui-istifadə edilməsi mövzusunda paralel tədbir keçirilib.

    Tədbirin açılışında Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev çıxış edərək qeyri-kommersiya təşkilatlarının və xeyriyyə fondlarının dayanıqlı inkişafın təmin olunmasında əhəmiyyətli rol oynadığını, bununla belə, bu cür qurumların fəaliyyətinə məhdud nəzarətin yekunda onlardan bəzilərinin korrupsiya, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi kimi cinayətkarlıq fəaliyyətlərinə cəlb olunmasına gətirib çıxardığını qeyd edib.

    Tədbirdə Beynəlxalq Valyuta Fondunun, BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin, Liverpul Universitetinin, Avropa Qeyri-Kommersiya Hüququ Mərkəzinin və Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin (MMX) mütəxəssislərinin təqdimatları dinlənilmiş və interaktiv müzakirələr aparılıb.

    Çıxışçılar öz təqdimatlarında xeyriyyə fondlarından sui-istifadənin qarşısının alınması məqsədilə xüsusi qaydaların hazırlanmalı olduğunu, bəzi xeyriyyə təşkilatları tərəfindən cinayətkarlıq əməllərinin maliyyələşdirilməsi məqsədilə virtual valyutalardan və internetin nəzarətsiz seqmentindən istifadə edildiyini, bəzi bank və digər maliyyə qurumlarının bu cür fəaliyyətlərə vasitəçi olaraq alət edildiyi və digər məqamları xüsusi vurğulayıblar.

    Tədbirdə çıxış edən MMX-nin nümayəndəsi Ermənistan və Azərbaycan arasında baş vermiş 44 günlük müharibə dövründə xaricdə fəaliyyət göstərən erməni diaspor təşkilatları tərəfindən 170 milyon ABŞ dollar məbləğində vəsait toplandığını və bunun 110 milyon ABŞ dolları məbləğində hissəsinin qanunsuz olaraq Ermənistan büdcəsinə köçürüldüyünü qeyd etmişdir. Bu faktın Ermənistanın yüksək səviyyəli rəsmiləri, o cümlədən baş naziri tərəfindən də etiraf edildiyini və müxtəlif ölkələrin vətəndaşlarından humanitar yardım adı altında aldadılaraq toplanmış və Ermənistanın dövlət büdcəsinə köçürülmüş bu vəsaitin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində əvvəllər yerləşdirilmiş qanunsuz silahlı birləşmələrin silahlanmasına sərf olunduğunu qeyd edib.

    Tədbirdə BMT üzv dövlətlərinin XİN-lərinin və BMT yanında Daimi Nümayəndəliklərinin əməkdaşları, beynəlxalq təşkilatların və QHT-lərin nümayəndələri iştirak etmiş və interaktiv müzakirələrə töhfə veriblər.

  • Отказ Армении предоставить карту минных полей должен быть осужден международным сообществом – Тарас Кузио

    Отказ Армении предоставить карту минных полей должен быть осужден международным сообществом. Об этом сказал Trend в субботу британский профессор Национального университета Украины «Киево-Могилянская академия» Тарас Кузио.

    По его словам, данный вопрос должен быть срочно поднят в ООН и парламентских ассамблеях Совета Европы и ОБСЕ, и отказ Армении предоставить карту минных полей должен быть осужден.

    «Трагической гибели азербайджанских журналистов можно было бы избежать, если бы Армения проявила ответственный подход и сотрудничала в вопросе разминирования районов, которые она оккупировала в течение почти трех десятилетий, что сделало эти территории самым заминированным регионом в мире», – сказал Тарас Кузио.

  • Pakistanda avtobusa atəş açılıb, sürücü ölüb, 28 nəfər yaralanıb

    Pakistanın Pəncab əyalətində naməlum şəxslərin sərnişin avtobusuna atəş açması nəticəsində sürücü ölüb, 28 nəfər yaralanıb.

    “Report” xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.

    Bildirilib ki, hadisə avtobusun fəhlə qadınları fabrikə daşıdığı zaman baş verib. Hadisə nəticəsində avtobus dərəyə yuvarlanıb və sürücü ölüb.

    Yaralananlar Həsən-Abdal şəhərindəki hospitala yerləşdirilib. Həkimlər xəsarət alanlardan 5-nin vəziyyətinin ağır olduğunu bildiriblər.

  • Roberto Bordin: “Azərbaycan millisi yaxşı komandadır”

    “Son vaxtlar özünü yaxşı tərəfdən göstərən rəqibə qarşı sabah vacib oyuna çıxacağıq”.

    “Report”un məlumatına görə, bunu futbol üzrə Moldova yığmasının baş məşqçisi Roberto Bordin Azərbaycan millisinə qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında deyib.

    2018 – 2020-ci illərdə “Neftçi”yə rəhbərlik etmiş 56 yaşlı mütəxəssis rəqib oyunçuları tanıdığını bildirib: “Baş məşqçiləri Canni De Byazinin isə zəngin təcrübəsi var. Bizim üçün çətin oyun olacaq. Amma yolumuza davam etməyə çalışmalıyıq”.

    İtaliyalı baş məşqçi Azərbaycanın zəif və güclü tərəfləri haqqında danışıb: “Rəqibi analiz etmək üçün vaxtımız olub. Bu komanda hazırda yaxşı oynayır. Portuqaliya, Qətər və Türkiyə kimi yığmalarla mübarizə aparıblar. Yəni, yaxşı komandadır. Biz bu gün son məşqdən sonra start heyətə və hansı taktika ilə oynayacağımıza qərar verəcəyik”.

    Qeyd edək ki, iyunun 6-da Kişineuda keçiriləcək Moldova – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

  • Almaniyada sinaqoq yandırılıb

    Almaniyanın Ştutqart şəhərindən 70 km cənub-şərqdə yerləşən Ulm şəhərindəki sinaqoqu naməlum şəxslər yandırıblar.

    “Report” xəbər verir ki, məlumatı “newsru.co.il” yayıb.

    Videoyazıya əsasən, bir kişi binaya yaxınlaşaraq minik maşının yük yerindən maye dolu kanistri götürüb, onu sinaqoqun qarşısına səpərək yandırıb.

    Yanğının alovları binaya ziyan vurub. Ravvin yerli polis idarəsinə şikayət ərizəsi ilə müraciət edərək yanğının qəsdən törədildiyini bildirib.

  • Şarl Lekler: “Bakı Monako deyil, burada rəqibi ötmək olar”

    “Gün bizim üçün uğurlu alındı. Çünki bu qədər rəqabətli olacağımızı gözləmirdik”.

    “Report”un məlumatına görə, bu fikirləri “Formula 1” üzrə Azərbaycan Qran-prisində sıralama turunun qalibi olan “Ferrari” pilotu Şarl Lekler deyib.

    24 yaşlı sürücü bütün rəqiblərini qabaqladığı üçün xoşbəxt olduğunu bildirib: “Komanda yoldaşım Karlos Sayns qəza keçirdi. Amma mən orada nə baş verdiyini görmədim. Ümid edirəm ki, bu, komandada ciddi problemə çevirilməyəcək”.

    Lekler sıralama turunda bolidinin yaxşı performans göstərdiyini sözlərinə əlavə edib: “Sabah bizi çətin anlar gözləyir. Bakı Monako deyil, burada rəqibi ötmək olar. Birinci yeri tutmaq üçün əlimizdən gələni etməyə çalışacağıq. Amma çətin olacaq”.

    Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 6-da başa çatacaq. Həmin gün ilk olaraq “Formula-2″də yekun mərhələ baş tutacaq. Ardınca pilotların paradı, açılış mərasimi gerçəkləşəcək və Azərbaycan Respublikasının Dövlət Himni səslənəcək. Saat 16:00-da “Formula 1″də əsas yarış başlayacaq və yekunda qalib müəyyənləşəcək.

  • Dünya çempionatında 12 cüdoçumuz mübarizə aparacaq

    Sabah Macarıstanın paytaxtı Budapeşt şəhərində cüdo üzrə dünya çempionatı start götürəcək.

    “Report” Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, olimpiadaya lisenziya xarakterli çempionatda Azərbaycanı 12 cüdoçu təmsil edəcək. Kişilərin yarışında Davud Məmmədsoy, Kəramət Hüseynov (60 kq), Orxan Səfərov, Nicat Şıxəlizadə (66 kq), Nurlan Osmanov, Hidayət Heydərov (73 kq), Murad Fətiyev, Zelim Tkçayev (81 kq) və Elmar Qasımov (100 kq) mübarizə aparacaqlar.

    Qadınların mübarizəsində isə ölkəmizi Aişə Qurbanlı, Leyla Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) təmsil edəcəklər.