Month: June 2021

  • Cenevrə səması Putin – Bayden görüşü zamanı bağlanacaq

    ABŞ prezidenti Co Baydenlə rusiyalı həmkarı Vladimir Putin arasında Cenevrədə keçiriləcək görüş zamanı şəhərin hava məkanı qapadılacaq.

    Bu barədə İsveçrənin “NZZ am Sonntag” nəşri məlumat verib.

    Bildirilib ki, hazırda ölkənin federal aviasiya idarəsi və Hərbi Hava Qüvvələri məsələnin detallarını müzakirə edir.

    Qeyd edək ki, Putin – Bayden görüşü iyunun 16 da baş tutacaq. Bu, ABŞ-ın yeni administrasiya rəhbəri ilə Rusiya dövlət başçısı arasında ilk şəxsi görüş olacaq.

  • Bitkoini leqallaşdıracaq ilk dövlət məlum olub

    Salvador bitkoini rəsmi ödəniş vasitəsi kimi təsdiq edən ilk dövlət olamağa hazırlaşır.

    “RİA Novosti” xəbər verir ki, ölkə prezidenti Nayib Bukale müvafiq təkliflə çıxış edib.

    O, bununla bağlı artıq növbəti həftə Konqresə qanun layihəsi təqdim edəcəyini bildirib.

    Prezidentin sözlərinə görə, bitkoinin leqallaşdırılması çox sayda yeni iş yerləri yaratmağa və əhali üçün maliyyə alətlərini daha əlçatan etməyə imkan verəcək.

  • Hakerlər İlon Maska qarşı müharibə elan etdilər

    “Anonymous” hakerlər qrupu tanınmış iş adamı İlon Maskı təhdid edib.

    Bu barədə “Daily Mail” məlumat yayıb.

    Hakerlər bəyan ediblər ki, Maskın xüsusilə də kriptovalyutalara dair bəyanatları sadə vətəndaşların hüquqlarını pozur. Onlar bildiriblər ki, milyarder öz nüfuzundan istifadə edərək, bazara təsir edir və bundan istədiyi kimi faydalanır.

    Hakerlər öz mesajlarını qrupun “YouTube” kanalında yerləşdiriblər. Videoda Maskın şəbəkədəki əməlləri barədə danışılıb.

    Sonda isə iş adamı qrup tərəfindən əks həmlələrlə hədələnib.

  • Venesiya sakinləri etiraz aksiyası keçiriblər

    Venesiya sakinləri nəhəng kruiz laynerinin şəhərə qayıtmasını ertirazla qarşılayıblar.

    Bu barədə BBC məlumat yayıb.

    Bildirilib ki, pandemiya səbəbindən uzun müddətdir ki, Venesiya sahilləri iri səyahət gəmilərinin gəlişindən məhrum olub. Lakin aylar sonra ilk laynerin şəhər sularında lövbər salması onları qane etməyib.

    Hərçənd gəmini sevinclə qarşılayanlar da olub. Onlar turizm mövsümünün açılışı ilə yeni iş yerlərinin açılmasına ümid edirlər.

  • Türkiyə Çanaqqala boğazında hərəkəti məhdudlaşdırıb

    Türkiyədə Egey və Mərmərə dənizlərini birləşdirən Çanaqqala boğazı birtərəfli bağlanıb.

    “Haber Global”ın məlumatına görə, strateji su yolunda “1915 Çanaqqala körpüsü”nün inşaatı ilə əlaqədar olaraq, tranzit gəmilərinin bir istiqamətdə keçişi qadağan olunub.

    Hazırda inşaat işləri Lapseki ilçəsinin Şekerkaya və Gelibolu ilçəsinin Sütlüce sahilləri yaxınlığında davam etdirilir.

    Tikinti işlərində 649-u mühəndis olmaqla, 5 bin nəfərin çalışdığı körpünün Çanaqqala dəniz zəfərinin 107-ci ildönümü olan 18 Mart 2022-ci il tarixində açılması planlaşdırılır.

  • Daşkəsəndə “Təmiz hava” aylığı ilə əlaqədar 11 sürücü cəzalandırıldı

    Daşkəsən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində nəqliyyatın sıx olduğu yerlərdə profilaktiki tədbirlər həyata keçirilib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Oxu.Az-a verilən məlumata görə, bu cür tədbirlərin keçirilməsində məqsəd avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısını almaqdır.

    Polis əməkdaşları sürücülərin bir daha diqqətinə çatdırıblar ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər.

    Araşdırmalar zamanı bu və digər qayda pozuntusuna yol verən 11 nəfər sürücü inzibitai məsuliyyətə cəlb edilib.

  • Азербайджан может открыть сухопутные границы на следующей неделе

    Азербайджан может открыть сухопутные границы с 15 июня, пишет Report со ссылкой на Государственный таможенный комитет (ГТК).

    По информации, комитет уже достиг предварительного соглашения с соответствующими структурами соседних стран об открытии таможенно-пропускных пунктов. В связи с этим даны поручения Главным территориальным таможенным управлениям, началась необходимая подготовка.

    “В настоящее время устанавливаются правила досмотра пассажиров и грузов. Въезжающим на таможенно-пропускной пункт в автобусах будет запрещено выходить из транспортного средства, досмотр будет осуществляться непосредственно внутри. Пересекающие пост в индивидуальном порядке будут проходить особый контроль. В настоящее время мы ждем решения оперативного штаба при Кабинете министров, и если не произойдет каких-либо изменений, то границы откроются 15 июня”, – отметил источник.

  • Azərbaycan quru sərhədlərini açır?

    Azərbaycan iyunun 15-dən quru sərhədlərini aça bilər.

    Bu barədə “Report”a Dövlət Gömrük Komitəsindəki (DGK) mənbə məlumat verib.

    Onun sözlərinə görə, artıq Komitə gömrük-keçid məntəqələrinin açılması ilə bağlı qonşu ölkələrin müvafiq qurumları ilə ilkin razılıq əldə edib. Bununla əlaqədar rəhbərlik Ərazi Baş Gömrük İdarələrinə tapşırıqlar verib və gələn həftə məntəqələrinin açılması üçün hazırlıqlara başlanılıb.

    “Hazırda sərnişinlərin və yüklərin yoxlanma qaydaları müəyyən olunur. Avtobusla gömrük-buraxılış məntəqəsinə daxil olan sərnişinlərin nəqliyyat vasitəsindən düşüb yoxlanışdan keçməsi qadağan ediləcək. Onlar elə avtonəqliyyat vasitəsində də yoxlanacaq. Amma piyada, fərdi qaydada keçid edən sərnişinlər isə xüsusi nəzarət altında yoxlamadan keçərək məntəqəni tərk edəcək. Hazırda Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarını gözləyirik və əgər hər hansı dəyişiklik olmasa, sərhədlər iyunun 15-də açılacaq”, – deyə mənbə qeyd edib.

  • İnsan niyə ölümü yada salmalıdır?

    Dini təlimlərin nəzərinə görə, insanın ölüm barəsində düşünməsi təbii bəhrələrdən məhrum olmasına gətirib çıxartmaz. Bəlkə ona şərait yaradar ki, dünyada olan nemətlərdən daha layiqli həyat qurmaq üçün istifadə etsin.

    İnsanın həm dünyası vardır, həm də axirəti. Dünya – axirətin qiymətidir, sərmayə əldə etmək yeridir.

    Ölümü düşünmək həyat tormozuna bənzəyir. O zaman ki, nəfsani istəkləri həddi aşır, insan ölümü yada salaraq bu istəklərinə tormoz edə bilər.

    O zaman ki, insan seçim qarşısında qalar, ölümü yada salmaq axirəti seçməsinə gətirib çıxardar.

    İmam Əli (ə) buyurur: “Ləzzətləri aradan aparanı, şəhvəti qaraldanı, arzuları sındıranı yada salın. O zaman ki, çirkin işlərə tərəf tələsirsiniz, Allahdan yardım istəyin”.

    O zaman ki, insan ölümü yada salar – ölümdən sonrakı dünyaya yəqinlik əldə edər. O zaman ölümü yox olmaq hesab etməz. Həyatının ancaq bu dünyada keçəcəyinə inanmaz. O, dünyanı həyatının müqəddiməsi bilər. Ölümü başqa dünyaya köçmək üçün körpü kimi görər. Başa düşər ki, bu dünyada müsafirdir və ömür – ona verilən sərmayədir. O dünyanı kiçik bir çay kimi görər ki, onda üzərək böyük bir okeana qoşular ki, bu da Qiyamətdir.

    Ölümü bu cür təsvir edənlər üçün həyat seçimləri asan olar. Müsibətlər daha az əzab verər. Həyatın çətinliklərini asanlıqla arxada qoya bilər. Çünki bu həyat onun üçün mühüm olmaz. O zaman ki, ölüm onun sorağına gələr, pərişan olmaz. Çünki ömrü boyu onun haqqında düşünmüşdür və ona hazırlığı vardır.

    Ölüm haqqında düşünmək insanı günahdan çəkindirər və yaxşı əməllərə tərəf təşviq edər. Bu cür insan tövbə qapısından əl çəkməz və həyatının nə zaman sona çatacağını bilmədiyi üçün, daima yaxşı əməllərə tərəf hərəkət edər. Dünyadakı sərmayəsini bada verməz. Onu yaxşı əməllərə sərf edər.

    Beləliklə deyə bilərik ki, ölüm elə bir fikri tormozdur ki, insanı nəfsani istəklərdən saxlayar. İnsana axirəti tanıdar və dünyadan bir körpü kimi istifadə etməsinə yol açar. İnsan günahdan qaçar və yaxşı əməllərə üz tutar. Daima Allaha diqqət edər və Ondan yardım istəyər.

  • Türkiyədə bu gün koronavirusdan 92 nəfər ölüb

    Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 92 həyatını itirib.
    APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 216 min 156 nəfər test edilib, onların 6 min 126-nın koronavirus testi pozitiv nəticə verib, 7 min 161 nəfər sağalıb, min 147 koronaviruslu xəstənin isə vəziyyəti ağırdır.

    Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 48 min 68 nəfər ölüb.

    Türkiyədə indiyədək 5 miyon 282 min 594 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 5 milyon 154 min 771 nəfəri müalicə olunaraq evə buraxılıb.