Month: June 2021

  • Названо число подорвавшихся на минах в Азербайджане после окончания Отечественной войны

    С 10 ноября 2020 года по настоящее время на освобожденных от оккупации территориях Азербайджана в результате подрыва на минах погибли семеро военнослужащих и 20 гражданских лиц. Соответствующую информацию распространила пресс-служба Генеральной прокуратуры Азербайджана.

    86 военнослужащих и 29 гражданских лиц получили ранения различной степени тяжести,

  • Rusiya İstintaq Komitəsi azərbaycanlını qətlə yetirən polisi sərbəst buraxıb

    Rusiyada 19 yaşlı azərbaycanlı Vəkil Abdullayevi qətlə yetirən polis avtoinspektoru Aleksandr Qusev azadlığa çıxıb.

    Yerli KİV-də yayılan xəbərlərə görə, onun sərbəst buraxılması barədə göstərişi Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Basrıkin şəxsən özü verib. Barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilən Qusev ölkəni tərk etməmək barədə arayış qarşılığında azad edilib.

    Qeyd edək ki, bu faktın özü, ilk növbədə Rusiyanın hüquq sistemində ciddi problemlərin olduğunu və hadisəyə yanaşmada siyasi ayrı-seçkilik motivlərinin mövcudluğunu nümayiş etdirir.

    Onu da bildirək ki, Vəkil Abdullayev Gürcüstan vətəndaşıdır. Bəs görəsən rəsmi Tbilisi öz vətəndaşına niyə sahib çıxmır? Bu məsələ Gürcüstan tərəfindən beynəlxalq təşkilatlarda qaldırılacaqmı? Təəsüf ki, bütün bu suallar hələ də cavabsız qalır.

  • Bakıda iki avtomobil toqquşub, xəsarət alan var

    Bakıda xəsarətlə nəticələnən yol qəzası olub.

    “Report” xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

    İki avtomobilin toqquşması nəticəsində 1965-ci il təvəllüdlü Sadıqov Füzuli Yusif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. F.Sadıqova sağ çiyin sınığı və döş qəfəsinin əziyi diaqnozları qoyulub.

    Faktla bağlı araşdırma aparılır.

  • MM-in İnsan hüquqları komitəsi Kəlbəcərdəki hadisə ilə bağlı dünya parlamentlərinə və beynəlxalq təşkilatlara müraciət edəcək

    “Ermənistan 30 il ərzində dağıtdığı Azərbaycan şəhərlərində minalar basdıraraq mülki əhalimizə qarşı terror təxribatlarını davam etdirir. Hətta ermənilərin yaşamadığı kiçik ərazilərdə belə qalan infrastrukturu dağıdaraq orada məhz mülki insanlara, gələcəkdə oraya qayıdıb yaşayacaq Azərbaycan vətəndaşlarına qəsd etmək məqsədiylə basdırdığı minalarla terrorçu mahiyyətini bir daha sübut edir”.

    Bunu “Report”a Milli Məclisin insan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

    Onun sözlərinə görə, son günlər sərhəd və hərbi əsir mövzusunu Azərbaycana qarşı beynəlxalq təzyiqin vasitəsinə çevirən qüvvələrin də artıq məsuliyyəti görünməlidir: “Minalar məsələsində hələ ki həmin təşkialtlar heç bir reaksiya göstərmir. Ermənistanın 30 illik işğalı həm də minalar vasitəsiylə beynəlxalq terrorun elementinə çevrilib. Beynəlxaq media qurumlarının, Azərbaycanda müxtəlif məsələlərə reaksiya verənlərin- “Amnest İnternational”, “Human Rights Watch”, “Sərhədsiz Reportyorlar” kimi təşkilatların Ermənistanın vandallığını pisləməsi, bu məsələdə mövqe qoymağı məsələsi artıq gündəmə gəlməlidir”.

    Komitə sədri bildirib ki, bu gün Kəlbəcərdə mina partlayışı nəticəsində həlak olan Azərbaycanın iki media işçisi və mülki şəxsiilə bağlı Ermənistanın hərbi-siyasi rəhbərliyi rəsmi şəkildə Azərbaycan dövlətindən, xalqından və mərhumların ailələrindən üzr istəməlidir.

    Z.Oruc bildirib ki, Milli Məclisin İnsan hüquqları komitəsi bugünkü hadisə ilə bağlı dünya parlamentlərinə və beynəlxalq təşkilatlara müraciətlər göndərəcək.

  • DİM doktoranturaya xarici dil üzrə imtahanda iştirak üçün qeydiyyat elan edib

    Dövlət İmtahan Mərkəzi 2021-2022-ci tədris ili üçün doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanında iştirak etmək üçün qeydiyyat elan edib.

    DİM-dən verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyat 2021-ci il iyunun 7-dən 13-dək internet vasitəsilə aparılacaq

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edilməsi barədə 13 noyabr 2019-cu il tarixli 443 nömrəli qərarına uyğun olaraq, Dövlət İmtahan Mərkəzi 2021-ci il iyunun 7-dən 13-dək 2021-2022-ci tədris ili üçün doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanında iştirak etmək üçün namizədlərin qeydiyyatını elan edir. Bu müddət ərzində doktorantura və dissertanturaya qəbul olunmaq üçün sənədlərini Azərbaycan Respublikasının doktoranturalar yaradılan ali təhsil müəssisələrinə, elmi müəssisə və təşkilatlarına təqdim etməyə hazırlaşan nanmizədlər DİM-in internet saytında (http://ekabinet.dim.gov.az) “Şəxsi kabinet”in yaradılması və istifadə qaydası”na müvafiq olaraq “Şəxsi kabinet” yaratmalı və xarici dil üzrə imtahanda iştirak etmək üçün qeydiyyatdan (link iyunun 7-dən etibarən aktiv ediləcək) keçməlidirlər.

    İmtahanda iştirak ödənişlidir. Namizədlər ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştirak üçün tələb olunan 90 (doxsan) manat məbləğində pul vəsaitini (xarici dil imtahanından azad olunanlar istisna olmaqla) əlavə etməlidirlər. Qüvvədə olan müvafiq xarici dil sertifikatına malik namizədlər xarici dil imtahanından azad olunur və ərizənin təsdiqi zamanı heç bir ödəniş etmirlər. Digər namizədlər ərizələrini təsdiq edərkən onların şəxsi kabinetinin pul hesabından tələb olunan məbləğ (90 manat) silinir.

    Namizədlərin imtahan verəcəkləri xarici dilin seçiminə qoyulan tələbləri nəzərinizə çatdırırıq.

    Xarici dil seçiminə qoyulan tələblər:

    Doktoranturaya və dissertanturaya qəbul imtahanı keçirilən hər hansı bir xarici dil (ingilis, alman və ya fransız dili) üzrə aşağıda göstərilən hər hansı bir magistratura ixtisaslaşmasını (filologiya (xarici dil və ədəbiyyat üzrə dilşünaslıq və ya ədəbiyyatşünaslıq), xarici dil və ədəbiyyat müəllimliyi, xarici dil müəllimliyi və tərcümə ixtisasları üzrə ixtisaslaşmaları) bitirən namizədlər doktoranturaya və dissertanturaya qəbul zamanı ixtisaslaşma dilini xarici dil kimi seçə və ixtisaslaşma dili üzrə beynəlxalq sertifikat təqdim edə bilməzlər:

    060102 Dil və ədəbiyyat müəllimliyi

    – Dil və ədəbiyyatın tədrisi metodikası və metodologiyası (ingilis, alman və ya fransız dili və ədəbiyyatı)

    060103 Xarici dil müəllimliyi

    – Xarici dilin tədrisi metodikası və metodologiyası (ingilis, alman və ya fransız dili)

    060201 Filologiya

    – Ədəbiyyatşünaslıq (ingilis, alman və ya fransız ədəbiyyatı)

    – Ədəbiyyatşünaslıq (Amerika və Böyük Britaniya ədəbiyyatı)

    – Ədəbiyyatşünaslıq (xarici ölkə xalqlarının ədəbiyyatı, Amerika ədəbiyyatı)

    – Dilşünaslıq (ingilis, alman və ya fransız dili)

    060203 Tərcümə

    – Tərcümə (ingilis, alman və ya fransız dili)

    – Sinxron tərcümə (ingilis, alman və ya fransız dili)

    Yuxarıda qeyd olunan hər hansı bir magistr ixtisaslaşmasını bitirən namizədlər ixtisaslaşma dili olmayan digər iki dildən birini xarici dil kimi seçməli və həmin dildən qəbul imtahanı verməlidirlər.

    Digər magistr ixtisaslaşmalarını bitirən şəxslərin xarici dil seçiminə məhdudiyyət qoyulmur, yəni onlar doktoranturaya və dissertanturaya qəbul zamanı xarici dil kimi ingilis, alman və ya fransız dilini seçə bilərlər.

    Xarici dil üzrə qüvvədə olan və CEFR-in B2 və ya daha yüksək səviyyəsinə müvafiq beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF, STANAG) malik olanlar DİM-in internet saytında şəxsi kabinet yaratdıqdan sonra şəxsiyyət vəsiqələrinin, sertifikatlarının və magistr təhsili haqqında diplomlarının əslini və surətini 2021-ci il iyun ayının 8-də və ya 9-da hər gün saat 10-dan 17-dək (saat 13-dən 14-dək nahar fasiləsidir) DİM-in Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Asiya Universitetinin binasında) yerləşən ofisində yaradılan Sənəd qəbulu komissiyasına təqdim etməlidirlər. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi AMEA və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdirilir. Təqdim edilmiş sertifikatların həqiqiliyi və qüvvədə olması yoxlanıldıqdan sonra onların sahibləri xarici dil üzrə qəbul imtahanından azad olunurlar.

    Xarici dildən imtahanda keçid balını (minimal 25 bal) toplayan və ya DİM-ə qüvvədə olan sertifikat təqdim edən şəxslər fəlsəfədən imtahana buraxılırlar. Xarici dildən imtahanda iştirak etməyənlər və ya keçid balını toplamayanlar fəlsəfə üzrə imtahana buraxılmırlar.

    Xarici dildən doktoranturaya qəbul imtahanı dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar), yazı və danışıq bloklarından ibarət olmaqla keçirilir. Qəbul proqramı ilə buradan (Azərbaycan dilində, rus dilində) tanış ola bilərsiniz. Proqram üzrə yoxlanılıb qiymətləndirilməsi nəzərdə tutulan dil və nitq bacarıqları və imtahanın strukturu haqqında DİM-in internet saytında əlavə məlumat yerləşdiriləcək.

    Doktoranturaya və dissertanturaya xarici dillər üzrə qəbul imtahanının 2021-ci il iyunun 20‑də keçirilməsi nəzərdə tutulur. Danışıq bloku üzrə imtahanın isə iyunun 21-dən etibarən bir neçə gün ərzində keçirilməsi planlaşdırılır.

  • Qazaxın içməli su və kanalizasiya sistemləri yenidən qurulub

    Qazax şəhərinin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrası yekunlaşmaq üzrədir.

    Bu barədə “Report”a “Azərsu “ASC-dən bildirilib.

    Məlumata görə, layihə 26 min nəfərin su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşmasına hesablanıb.

    Qazax şəhərində 1970-ci illərdə yaradılmış ilk mərkəzləşdirilmiş su təchizatı sistemləri istismara yararsız vəziyyətə düşdüyündən mövcud tələbatı qarşılamaq iqtidarında olmayıb. Bunlar nəzərə alınaraq 2019-cu ildə Azərbaycan hökuməti və İslam İnkişaf Bankının birgə maliyyələşdirdiyi layihə çərçivəsində Qazax şəhərində yeni infrastrukturun yaradılmasına başlanıb. Qazax şəhəri və ətraf kəndləri dayanıqlı içməli su ilə təmin etmək üçün Ağstafa rayonu ərazisində 12 subartezian quyusu qazılıb, 8,6 km quyulararası su xətləri inşa edilib. Mənbədən götürülən suyun anbarlara ötürülməsi məqsədilə nasos stansiyası tikilib. Su mənbəyindən Qazax şəhərinə 9 km magistral su kəmərinin tikintisi başa çatdırılıb. Şəhəri dayanıqlı içməli su ilə təmin etmək üçün tutumu 10 min kubmetr olan su anbarının inşası yekunlaşmaq üzrədir.

    Qazax şəhərində inşası nəzərdə tutulan 115 km paylayıcı su şəbəkəsinin 111 km-lik hissəsi tikilib. 6500 ünvana birləşmə verilərək sayğaclar quraşdırılıb. Şəhər ərazisində inşası nəzərdə tutulan 85 km tullantı su şəbəkəsinin 84,6 km-i inşa edilib. Şəhərdə yaranan tullantı suların təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 10 min kubmetr olan tullantı sutəmizləyici qurğunun tikintisi üzrə işlərin 85%-i yerinə yetirilib.

    İşçilərin əmək şəraitinin yaxşılaşdırılması və istehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Qazax Sukanal Sahəsi üçün müasir tipli inzibati binanın tikintisi yekunlaşıb.

    Layihə çərçivəsində gələcəkdə Qazax rayonunun Ağköynək, Qarapapaq, Hüseynbəyli və Ağstafa rayonunun Dağ Kəsəmən kəndlərinə də içməli suyun verilməsi nəzərdə tutulur. Ümumilikdə layihədən 45 min sakin faydalanacaq.

    İndiyə qədər içməli su və kanalizasiya layihələrinin icrasına başlanılmış 54 şəhər və rayon mərkəzinin 32-də içməli su və tullantı su, 12-də isə içməli su şəbəkələrinin tikintisi yekunlaşıb.

  • Zəngilanda partlamamış minalar aşkarlanıb

    Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən partlamamış sursatların aşkar edilməsi istiqamətində profilaktiki tədbirlər davam etdirilir.

    DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Report”a verilən məlumata görə, Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Ağakişilər kəndi ərazisində xidməti borcunu yerinə yetirərkən orada partlamamış minalar aşkar ediblər.

    Dərhal bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşlarına məlumat verilib. Məlumatla əlaqədar əraziyə baxış keçirilən zaman tank və piyada əleyhinə 7 ədəd mina və partladıcıları müəyyən olunub.

    Həmin partlayıcı vasitələrin təhlükəsiz şəkildə zərərsizləşdirilməsi üçün müvafiq tədbirlər yerinə yetirilib.

  • Böyük Britaniyada “Pfizer” – “BioNTech” vaksini yeniyetmələrin peyvəndlənməsində tətbiq olunacaq

    Böyük Britaniyada ABŞ-ın “Pfizer” və Almaniyanın “BioNTech” şirkətlərinin vaksini 12-15 yaş arası yeniyetmələrin peyvəndlənməsində istifadə üçün rəsmən qəbul olunub.

    Bu barədə Dərmanlar və Səhiyyə Məhsulları Tənzimləmə Agentliyinin (MHRA) açıqlamasında bildirilir. Açıqlamada aparılan klinik sınaqlar zamanı sözügedən vaksinin həmin yaş qrupu üçün təhlükəsiz və səmərəli olduğunun təsbit edildiyi diqqətə çatdırılır.

    Bundan sonra Peyvəndləmə və İmunizasiya Müştərək Komitəsi (JCVI) sözügedən yaş qrupunun peyvəndləmədən keçirilib-keçirilməyəcəyinə dair qərar verməlidir.

    Qeyd edək ki, mayın 28-də Avropa Dərmanlar Agentliyi (EMA) “Pfizer” – “BioNTech” vaksininin yeniyetmələri peyvəndləmək üçün istifadəsinə razılıq vermişdi.

  • Ermənilərin Azərbaycan çaylarını çirkləndirməsi ilə bağlı aparılan monitorinqlərin nəticələri açıqlanıb

    “Oxçuçaydan götürülən analizlərin nəticələrinə görə çayda çirkləndiricilərin miqdarı normadan çoxdur”.

    Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin və Təbii Sərvətlərin Tənzimlənməsi şöbəsinin müdir müavini Vasif Əliyev deyib.

    O bildirib ki, çirklənmə flora və faunanın inkişafına ciddi təsir göstərir: “Bəsitçay, Bərgüşat və Araz çaylarında da çirkləndirmələr qeydə alınıb”.

  • Rusiyada azərbaycanlını öldürən polisin arvadının yalanı üzə çıxdı

    Rusiyada azərbaycanlı Vəkil Abdullayevi qətlə yetirən polis əməkdaşının həyat yoldaşının onun ünvanına hədə-qorxuların gəlməsi barədə dedikləri həqiqətə uyğun deyil.

    “RİA Novosi” xəbər verir ki, bu barədə Novosibirsk vilayəti DİN Baş idarəsindən yayılan məlumatda bildirilib.

    “Polis əməkdaşının həyat yoldaşının sorğu-sualı zamanı müəyyən olunub ki, xanım öz vəkilinin tövsiyəsilə ictimaiyyətin diqqətini bu məsələyə yönəltmək üçün belə bəyənat verib. Onun və qohumlarının ünvanına heç bir hədə olmayıb”, – deyə idarənin məlumatında qeyd olunub.

    Həmçinin polis idarəsi jurnalist və bloqerləri məsələ ilə bağlı spekulyasiyalara yol verməməyə və yalnız rəsmi xəbərləri izləməyə çağırıb.