Month: June 2021

  • Bakı metrosu 2 gün işləməyəcək

    5 iyun saat 00:00–dan 07 iyun saat 06:00–a qədər «Bakı Metropoliteni» QSC-də sərnişindaşıma fəaliyyəti dayandırılır.

    Bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.

    Məlumatda deyilir ki, fasilə Nazirlər Kabinetinin 26 may 2021-ci il tarixli «Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə» qərarının 3.2 bəndinin şərtlərinə əsasən tətbiq edilir.

  • ÜST ölkələri ilin sonunadək əhalisinin 30%-ni vaksinləməyə çağırıb

    Dövlətlər ilin sonunadək əhalinin azı 30%-ni peyvənd etməlidirlər.

    Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində “İnfeksiyalarla mübarizə: gələcəyin riskləri” mövzusunda təşkil edilmiş ekspert sessiyasında məlumat verib.

    “Peyvəndləmənin olmaması bütün ölkələr üçün təhlükədir. Bütün ölkələri vaksinləmə üzrə qlobal səyləri dəstəkləməyə və sentyabr ayınadək hər ölkəni əhalisinin 10%-ni, ilin sonunadək isə 30%-ni peyvəndləməyə çağırıram. İlk növbədə, həkimlər və risk qrupu nümayəndələrinə vaksin vurulmalıdır”, – o bildirib.

    ///Report

  • Kəlbəcərdə minaya düşərək şəhid olan vəzifəli şəxs sabah dəfn ediləcək

    Media nümayəndələri ilə birgə minaya düşərək şəhid olan Kəlbəcər Rayon İcra Hakimiyyətinin Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev sabah dəfn ediləcək.

    Bu barədə “Report”un Qərb Mərkəzinə Kəlbəcər Rayon Icra Hakimiyyətindən məlumat verilib.

    Bildirilib ki, Kəlbəcər rayonunun Susuzluq kənd sakini, 1983-cü il təvəllüdlü Arif Ağalar oğlu Əliyev 2012-ci ildən bu vəzifədə çalışıb.

    “Susuzluq kəndinin bir çox sakinləri kimi, onun da ailəsi müvəqqəti olaraq Göygöl rayonunun Xasabağ kəndində məskunlaşıb. Üç övladı var. Sabah dəfn ediləcək”, – İcra Hakimiyyətindən qeyd olunub.

    Qeyd edək ki, 4 iyun 2021-ci il tarixdə saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.

  • İtaliya səfirliyi jurnalistlərin minaya düşərək həlak olması ilə bağlı başsağlığı verib

    İtaliyanın Azərbaycandakı Səfirliyi bu gün Kəlbəcərdə minaya düşərək həlak olan media nümayəndələrinin ailələrinə başsağlığı verib.

    Bu barədə İtaliya səfirliyinin rəsmi “Facebook” hesabında qeyd edilib.

    Səfirliyin məlumatında deyilir: “Sirac Abışov və Məhərrəm İbrahimovun Kəlbəcər rayonunda mina partlayışı nəticəsində həlak olması xəbərinə dərindən kədərləndik. Media müharibə və onun nəticələrinin bədəlini ağır şəkildə ödəməyə davam edir. Onların doğmalarına dərin hüznlə başsağlığı veririk”.

    Qeyd edək ki, bu gün Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisindəki yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb. Nəticədə “Azərtac”ın müxbiri Məhərrəm İbrahimov, AzTV-nin operatoru Sirac Abışov və Kəlbəcər RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, 4 nəfər yaralanıb.

  • Qırğızıstan prezidentinin korteji qəzaya düşüb: Ölən var

    Qırğızıstan prezidenti Sadır Japarovun korteji qəzaya düşüb.

    Bu barədə ölkə başçısının mətbuat xidmət məlumat yayıb.

    Məlumata əsasən, hadisə İssık-Kul ərazisində baş verib. Qəza nəticəsində prezident mühafizəsinin əməkdaşı həlak olub. S.Japarovun heç bir xəsarət almadığı bildirilib.

    İnsidentə səbəb qarşıdan gələn minik avtomobilinin əks yola çıxaraq prezident mühafizəsi maşınına çırpılması olub.

    Hazırda qəzanın təfərrüatları araşdırılır.

  • AQTA: “Vətəndaş aldadılır, enerji içkisi adı ilə adi içki satılır”

    “Enerji içkiləri 18 yaşına çatmamış şəxslər üçün satışa qadağandır, deməli bu şəxslər daha çox risk qrupuna aiddir və enerji içkisinin onlar üçün mənfi təsiri daha çoxdur”.

    Oxu.Az-ın məlumatına görə, bu barədə Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Aparat rəhbəri Elxan Mikayılov danışıb.

    AQTA rəsmisi enerji içkisinin gündəlik istehlak miqdarı barədə də məlumat verib. O bildirib ki, bu, gündəlik 500 ml-dən artıq olmamalıdır:

    “Yol verilən qaydalar içərisində olsa belə bir-neçə qab istehlak edilirsə artıq həddən keçmiş olur. Deməli həm də istehlak norması tənzimlənməlidir”.

    Aparat rəhbəri enerji məhsullarının qablaşdırılmasında xüsusi qeydlərin edilməsinə gərək olduğunu açıqlayıb:

    “Əgər məhsul enerji içkisidirsə bu onun qablaşdırılmasında qeyd edilməlidir. Biz bəzən bu məhsulların markalanmasında istehlakçıların aldadılma hallarına şahid oluruq. Bir sıra enerji içkilərinin tərkibində kofeinin miqdarı 15-dən aşağı olduğuna görə onu artıq enerji içkisi adlandırmaq olmaz. Bu sadəcə sərinləşdirici içkidir. Onun stimullaşdırıcı effekti olmayacaq”.

    Elxan Mikayılov qeyd edib ki, bəzən məhsulun tərkibində olan bütün maddələr qablaşdırmada əks edilmir və ya sadəcə kofeinin miqdarı bəyan edilir, digərləri bəyan edilmir.

  • Турецкая журналистка выразила соболезнования по случаю гибели азербайджанских коллег

    Репортер турецкого отделения телеканала CNN Фулья Озтюрк рассказала в эфире о гибели в результате подрыва на мине оператора Азербайджанского телевидения (AzTV) Сираджа Абышова и корреспондента АЗЕРТАДЖ Магеррама Ибрагимова (Алиоглу) при исполнении служебных обязанностей в Кельбаджарском районе.

    Журналистка напомнила о том, что погибшие во время Отечественной войны доводили до мировой общественности всю правду об армянской агрессии.

    “Армянские оккупанты везде расставили свои мины. Мы также неоднократно сталкивались с подобной опасностью. Это очень прискорбное известие”, – сказала она.

    Ф.Озтюрк выразила соболезнования по случаю гибели своих азербайджанских коллег.

  • Türkiyəli jurnalistdən fəryad: “Ermənistan yenə qətliam etdi”

    “Ermənistan yenə qətliam etdi. İki günahsız insanı həyatdan qopardı”.

    Bu barədə “CNN Türk” televiziyasının reportyoru Fulya Öztürk Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimovun (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olmaları barədə danışan zaman bildirib.

    Jurnalistin sözlərinə görə, onlar Vətən müharibəsi zaman Ermənistanın etdikləri qətliamı, zülmü günlərcə dünyaya çatdırdılar:

    “Nə yazıq ki, iki sevdiyim, çiyin-çiyin çalışdığım Məhərrəm İbrahimov və Sirac Abışov ermənilər tərəfindən öldürüldü”.

    O bildirib ki, Qarabağda döyüşlər zamanı Azərbaycan əsgərləri bizə davamlı bildirdilər ki, diqqətli olaq – hər yerdə minalar var:

    “İşğalçı ermənilər hər yerə minalar yerləşdiriblər. Bir neçə dəfə biz də bu tərz hadisələrlə qarşı-qarşıya qalmışdıq. Bu çox ağır xəbər oldu.

    Bizə dəstək olan, hər dəfə bizə kömək edən iki əməkdaşımızı itirdiyimiz üçün çox pis olmuşam. Onlar vəzifə xidmətlərini yerinə yetirən zaman şəhid oldular. Başımız sağ olsun”.

  • İran-Ermənistan sərhədindən qalmaqallı görüntülər: Tehran İrəvan üçün hərbi texnika daşıyır – VİDEO

    İran müharibədən sonra da Ermənistana qanunsuz silah daşınmalarının mərkəzində dayanır.

    Sosial şəbəkələrdə yayılmış yeni görüntülərdə növbəti dəfə İrandan Ermənistana hərbi texnikanın göndərilməsi əks olunub.

    Görüntülərin İran-Ermənistan sərhədində çəkildiyi və yük maşınlarında daşınan hərbi texnikanın Rusiya istehsalı olduğu qeyd olunur.

  • Qırğızıstan-Tacikistan sərhədində xüsusi təyinatlıların olduğu helikopter qəzaya uğradı

    Qırğızıstanın Oş vilayətinin Alay rayonunda, Tacikistanla münaqişə zonasına yaxın ərazidə “Mi-8” hərbi helikopteri qəzaya uğrayıb.

    Yerli KİV-lərin verdiyi məlumata görə, təyyarə Çon-Alay bölgəsinin sərhəd zonasına gedib və naməlum səbəbdən Kiçi-Alay vadisində qəza enişi edib.

    Göyərtədə ekipajdan əlavə “Alfa” xüsusi təyinatlı bölməsinin əməkdaşlarının olduğu deyilir. Qəzada bir neçə nəfərin yaralandığı məlumdur.

    Xatırladaq ki, Qırğızıstan-Tacikistan sərhədində vəziyyət yenidən kəskinləşib.