Month: June 2021

  • Azərbaycan boksçusu Parisdə erməni rəqibinə qalib gəldi

    Azərbaycan boksçusunun çəki dərəcəsində ilk altı yeri tutacaq idmançılar Tokio-2020-yə lisenziya qazanacaqlar.

    Azərbaycan boksçusu Lorenzo Sotomayor Avropa Olimpiya Təsnifat Turnirində 1/4 finala yüksəlib.

    69 kq çəki dərəcəsində mübarizə aparan Rio-2016-nın gümüş medalçısı Sebastian Terteryanı (Danimarka) mübarizədən kənarlaşdırıb.

    Boksçumuz Fransanın paytaxtı Parisdə keçirilən yarışda erməni əsilli rəqibini 4:1 (29:28, 29:28, 29:28, 29:28, 28:29) hesabı ilə məğlub edib.

    Sotomayor yarışa ötən il martın 14-də Böyük Britaniyanın paytaxtı Londonda başlayıb. O, koronavirus pandemiyası üzündən cəmi 3 gün davam edən turnirin 1/16 finalında Dmitri Qalaqota (Moldova) qalib gəlib. Yarış bu gün bərpa olunub. Lorenzonun çəki dərəcəsində ilk 6 yeri tutacaq idmançılar Tokio-2020-yə lisenziya qazanacaq.

    O, 1/4 finalda belaruslu Aleksandr Radionov ilə döyüşəcək. Görüş iyunun 6-da olacaq.

    Sotomayordan öncə rinqə çıxan Aynur Rzayeva (75 kq) isə Yelizaveta Vojçikə (Polşa) uduzub.

    Qeyd edək ki, bu gün daha iki boksçumuz mübarizəyə qoşulacaq.

  • “Reuters” Kəlbəcərdə media işçilərinin minaya düşərək şəhid olmasından yazıb

    “Reuters” beynəlxalq agentliyi iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində media işçilərinin minaya düşərək şəhid olması barədə xəbər dərc edib.

    “Report”un məlumatına görə, xəbərdə 3 nəfərin – Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışovun, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı Məhərrəm İbrahimovun və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyevin həlak olduğu, daha 4-nün isə yaralandığı bildirilib.

    Xəbərdə Azərbaycan Respublikası Baş Prokurorluğunun və Xarici İşlər Nazirliyinin yaydığı məlumatlara istinad edilib.

    Qeyd edək ki, 4 iyun 2021-ci il tarixdə saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.

  • Robert Köçəryan: “Dörd ayda Ermənistanı 80 min nəfər həmişəlik tərk edib”

    Ermənistanın ikinci prezidenti, “Ermənistan” blokunun lideri Robert Köçəryan ölkəsini tərk edən vətəndaşların sayının kəskin artması barədə danışıb.

    Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

    Məlumata əsasən, Köçəryan cümə günü Ermənistanın Sevan şəhərində tərəfdarları ilə görüşü zamanı bu mövzuya toxunub.

    O, bildirib ki, son bir neçə ayda ölkəni tərk edərək geri qayıtlmayanların sayı kəskin şəkildə artıb. Dörd ay ərzində mənfi saldo 80 min nəfər təşkil edib. Bənzər göstəricilər Ermənistanda 90-cı illərin əvvəllərində qeydə alınıb. Bu isə artıq depopulyasiya, yəni qaçış adlanır.

  • Türkiyə Qara dənizdə yeni qaz yatağı aşkarlayıb

    Türkiyə Qara dənizdə 135 milyard kubmetrdən çox qaz ehtiyatının olduğu yeni qaz yatağını aşkarlayıb.

    Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

    “Fatih” qazma gəmisi yeni “Amasra-1” yatağında həcmi 135 milyard kubmetrdən çox olan qaz yığını aşkarlayıb”, – Türkiyənin Qara dəniz sahilində Filios limanının açılışında çıxış edən Ərdoğan deyib.

    Onun sözlərinə görə, beləliklə, keçən ilki kəşf nəticəsində Qara dəniz şelfində qazın ümumi ehtiyatları təxminən 500 milyard kubmetr təşkil edir. 2020-ci ilin avqustunda Ərdoğan Qara dənizdə “Sakarya” yatağında təxminən 320 milyard kubmetr ehtiyatların aşkar olunması haqqında bildirib.

  • Korotçenko: “Rusiya Jurnalistlər İttifaqı həlak olan jurnalistlərlə bağlı rəsmi bəyanat verməlidir”

    Azərbaycanlı jurnalistlərin olduğu maşın Kəlbəcər rayonunda ermənilərin basdırdığı minada partlayıb. İstisna deyil ki, həmin yol erməni diversant qrupları tərəfindən minalanıb.

    APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın Milli Müdafiə jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko bildirib.

    “Öz peşəkar vəzifə borclarını yerinə yetirən həmkarlarımız həlak olublar. Azərbaycanın erməni işğalından azad edilmiş ərazilərində mina təhlükəsi hər yerdə mövcuddur. Bir müddət əvvəl Ağdam və Füzuli rayonlarını səyahət edən biz rusiyalı jurnalistlər, ekspertlər də risk etmişdik. Lakin öz professional borcumuzu yerinə yetirmişdik ki, baş verənlər barədə obyektiv məlumatlandıraq. Biz də erməni minasında partlaya bilərdik. Hesab edirəm ki, Azərbaycan jurnalistlərinin həlak olması ilə bağlı Rusiya Jurnalistlər İttifaqı rəsmi bəyanatla çıxış etməlidir. Həmin bəyanatda başsağlığı ifadə olunmalı və rəsmi İrəvandan minalanmış ərazilərin xəritələrini Azərbaycana verməsi, eləcə də erməni diversantların Azərbaycan ərazilərinə göndərilməsinə son qoyulması tələb olunmalıdır. Beynəlxalq jurnalist ittifaqlarından da reaksiyalar gözləyirik. Ümumi tələbimiz Ermənistanı minalanmış ərazilərin xəritələrini verməyə məcbur etmək məqsədi ilə siyasi təzyiq göstərilməsidir”, – deyə İ.Korotçenko vurğulayıb.

  • Rusiyanın Azərbaycandakı səfirliyi Kəlbəcərdə jurnalistlərin ölümü ilə əlaqədar başsağlığı verib

    Rusiyanın Azərbaycandakı Səfirliyi Kəlbəcərdə jurnalistlərin mina partlaması nəticəsində ölümü ilə əlaqədar başsağlığı verib.

    Bu barədə səfirliyin rəsmi “Twitter” səhifəsində qeyd edilib.

    Məlumatda deyilir: “Səfirlik bu gün Kəlbəcərdə mina partlaması nəticəsində həlak olan azərbaycanlı jurnalistlərin ailəsinə və yaxınlarına başsağlığı verir”.

    Qeyd edək ki, bu gün xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu avtomobil rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşüb.

    Hadisə nəticəsində Sirac Abışov (AzTV telekanalının operatoru), Məhərrəm İbrahimov (“Azərtac” xəbər agentliyinin əməkdaşı) və digər bir mülki vətəndaş həlak olub.

  • AAAF Park 3000 vətəndaşı etirazlara qaldırır VİDEO

    AAAF Park yaşayış kompleksi üç minə yaxın vətəndaşın pulun mənimsəyib. Dəfələrlə müraciət etsələrdə adiyatı qurumlara heç bir köməklik olunmayıb.

    İcra hakimiyyəti bildirir ki dəvət etsəkdə bizi saymır gəlmirlər AAAF park rəhbərliyi. Şəhid ailələri var sakinlər arasında zərər ödənmir. Ümüd edirik bir neçə ildi həllini tapmayan bu məsələ həllini tapar. Lənkəranda yeni lahiyyə inşa tikinti işi aparır digər evləri təhfil verməmiş. Yəqin ordada sakinləri eyni aqibət gözləyir.

    //Korrupsiya.az

  • Mehriban Əliyeva minaya düşərək həlak olan Azərbaycan vətəndaşları ilə bağlı başsağlığı verib – FOTO

    Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “İnstagram” hesabında bu gün Kəlbəcərdə vəzifə borcunu yerinə yetirərkən minaya düşərək həlak olan Azərbaycan vətəndaşları ilə bağlı paylaşım edib.

    Paylaşımda deyilir:

    “Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı Məhərrəm İbrahimovun və Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyevin Kəlbəcər rayonunda vəzifə borcunu yerinə yetirərkən minaya düşərək həlak olmaları barədə xəbəri dərin kədər hissi ilə qarşıladım. Müharibə başa çatdıqdan sonra azad olunmuş ərazilərdə 140 nəfərdən çox insan erməni işğalçılar tərəfindən quraşdırılmış minalara düşüb. Onlardan 27-si həlak olub. Günahsız insanların ölümünə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Azərbaycan tərəfinin mina xəritələrinin təqdim edilməsi ilə bağlı çoxsaylı çağırışlarına baxmayaraq, Ermənistan bundan imtina edir və bununla da beynəlxalq humanitar hüququ pozmağa və Azərbaycana qarşı terror siyasəti həyata keçirməyə davam edir.

    Təəssüf ki, Azərbaycan tərəfinin ATƏT-in Minsk qrupu ölkələrinə, həmçinin müxtəlif beynəlxalq təşkilatlara mina xəritələrinin verilməsi məsələsində Ermənistana təzyiq göstərməsi ilə bağlı çağırışları heç bir nəticə vermədi. Jurnalist hüquqlarının müdafiəçisi qismində çıxış edən beynəlxalq qeyri-hökumət təşkilatları hələ də susmaqda davam edir!Azərbaycan xalqı müzəffər xalqdır! Onun iradəsini sındırmaq və onu qorxurtmaq qeyri-mümkündür! Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin! Məkanları cənnət olsun!”

  • Bakıda 62 yaşlı piyadanı motosiklet vurub

    Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

    Hadisə Nəsimi rayonunda, Səfər Əliyev küçəsində qeydə alınıb.

    Belə ki, 1959-cu il təvəllüdlü Sevil Mütəd qızı Seyidova yolu keçmək istəyərkən onu motosiklet vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

    Faktla bağlı araşdırma aparılır.

  • “Azəriqaz” Bakıda məscidin yarım milyonluq borcu ilə bağlı məlumat yayıb

    Mətbuatda Bakının Xəzər rayonunun Binə qəsəbəsində yerləşən Möhsün Səlim məscidinə təbii qazdan istifadəyə görə 592 412 manat borc yazılması haqqında məlumatlar dərc olunub.

    Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin açıqlamasında bildirilir.

    Məlumatda həmçinin deyilir ki, bu borc “Azəriqaz” QSC-nin fəaliyyət göstərdiyi 2009-cu ildən öncəki dövrü əhatə edir. Borc böyük məbləğdə olsa da, məscidin qaz təchizatı heç bir vaxt dayandırılmayıb.

    Qazın alqı-satqı müqaviləsinin bağlanması ilə əlaqədar “Azəriqaz”ın Bakı Regional Qazın Satışı Departamentinə müraciət olunub, lakin məscidin müvafiq qurumda qeydiyyatının olmaması və müqaviləni fiziki şəxsin adına bağlamaq istəyi kimi səbəblərdən bu, mümkün olmayıb.