Month: June 2021

  • KTMT Tacikistana hərbi yardım göstərəcək

    Əgər Tacikistan Əfqanıstanla sərhəddə yaranmış vəziyətlə bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) yardım istəyərsə, ona hər cür yardım göstəriləcək.

    Bunu “RİA Novosti”yə təşkilatın mətbuat katibi Vladimir Zaynetdinov bildirib.

    O, əlavə edib ki, bu, həm siyasi, həm texniki, həm də hərbi yardım ola bilər.

    V.Zaynetdinov Tacikistanın hələ ki, hər hansı bir yardım barədə KTMT-yə müraciət etmədiyini də qeyd edib.

    Xatırladaq ki, dünən “Taliban” silahlılarının Əfqanıstanın Bəlx vilayətinin Tacikistanla sərhəddə yerləşən Ukçuk sərhəd zastavasına hücumu nəticəsində hökumət qüvvələrinin 17 hərbçisi sərhədi keçərək Tacikistan ərazisinə daxil olub. Tacikistan sərhədçiləri isə humanizm göstərərək, onların sərhədi keçməklə həyatlarını xilas etmələrinə mane olmayıb.

  • Floridada bina uçqununda ölənlərin sayı artır – FOTO/VİDEO

    ABŞ-ın Florida ştatında onikimərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı artmaqda davam edir.

    TASS xəbər verir ki, son saatlarda ərazidə aparılan təmizləmə işləri nəticəsində daha bir nəfərin cəsədi aşkar olunub. Bununla da, faciənin qurbanlarının sayı 10 nəfərə çatıb.

    Ölənlərin artacağı istisna edilmir. 151 nəfərin taleyi isə hələlik naməlum olaraq qalır.

    Xatırladaq ki, binanın uçulması iyunun 23-dən 24-nə keçən gecə baş verib.

  • Daha bir ölkə “TikTok”u qadağan etdi

    Pakistan məhkəməsi ölkədə “TikTok” sosial şəbəkəsinin iyulun 8-dək qadağan olunması barədə qərar çıxarıb.

    “Haber Global”ın məlumatına görə, Pakistan vətəndaşı əxlaqsız kontent səbəbindən “TikTok”a qarşı məhkəmə iddiası qaldırıb.

    İddiada sosial şəbəkənin İslamın hökmlərinə və Pakistan mədəniyyətinə zidd olan siyasət yeritdiyi bildirilib. Xüsusən də, “TikTok” tərəfindən LGBT-nin təbliğinin milli mənəvi dəyərlərə əks olduğu qeyd edilib.

    Məhkəmə, 8 avqustda keçiriləcək iş üzrə növbəti iclasın keçiriləcəyi vaxtadək sosial şəbəkənin fəaliyyətinin qadağan olunması barədə qərar qəbul edib.

    Qeyd edək ki, ötən ilin oktyabrında “TikTok”a qarşı Pakistan Telekommunikasiya Agentliyi tərəfindən də “əxlaqsız kontent” səbəbilə müvəqqəti qadağa tətbiq olunmuşdu.

    Pakistandan öncə isə 2020-ci ilin martın 11-dən aprelin 1-dək adıçəkilən şəbəkə Hindistan məhkəməsi tərəfindən qadağan edilmişdi.

  • ÜST: Dünya yeni pandemiyalara hazırlaşmalıdır

    Dünya ictimaiyyəti hazırki pandemiya dərslərindən ibrət götürməli, yeni epidemiya və pandemiyalara hazırlaşmalıdır.

    TASS xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus kiçik ada dövlətlərinin səhiyyə sammiti iştirakçılarına videomüraciəti zamanı bəyan edib.

    O, həmçinin diqqəti yüksək və aşağı gəlirli ölkələr arasındakı fərqi artıran peyvənd bərabərsizliklərinə və vaksin millətçiliyinə cəlb edib.

    ÜST rəhbəri xatırladıb ki, hazırda koronavirusa qarşı peyvəndlər 77 % -i dünyanın yalnız 10 ölkəsində edilir. Eyni zamanda, az gəlirli ölkələrin əksəriyyəti hələ də ən həssas və risk altındakı əhaliyə çatacaq qədər peyvəndə malik deyillər.

  • Baydenin Quantanamo həbsxanasını bağlamaq niyyəti təsdiqlənib

    Ağ Evin sözçüsü Cen Psaki Bayden administrasiyasının bədnam Quantanamo həbsxanasını bağlamaq niyyətini təsdiqləyib. Eyni zamanda, o, həbsxananın bağlanma tarixi ilə bağlı sualı cavablandırmaqdan çəkinərək, onu Pentaqona yönəldib.

    Psaki qeyd edib ki, Bayden həqiqətən beynəlxalq terrorçular üçün həbsxananı bağlamaq istəyir və bu işdə tezliklə irəliləyiş əldə etməyə ümid edir.

    “Müdafiə Nazirliyində konkret tarixlə bağlı daha dəqiq məlumatlar var. Ancaq prezident bunu etməyə qərarlıdır və biz bu məsələdə irəliləyiş gözləyirik”, – deyə o, bildirib.

  • В Хазарском районе автомобиль сбил 10-летнего подростка

    В Баку произошло дорожно-транспортное происшествие.

    Как сообщает Report, происшествие зарегистрировано на территории Хазарского района столицы.

    В поселке Бузовна автомобиль сбил переходившего дорогу Юсифа Мамедли (2011 г.р.).

    Пострадавший был госпитализирован бригадой скорой медицинской помощи.

    У него диагностирован ушиб левого колена.

    По данному факту ведется расследование.

  • Xəzər rayonunda avtomobil 10 yaşlı yeniyetməni vurdu

    Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report” xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.

    Buzovna qəsəbəsində 2011-ci il təvəllüdlü Məmmədli Yusif Ağa oğlu yolu keçərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol diz oynağının əziyi diaqnozu qoyulub.

    Faktla bağlı araşdırma aparılır.

  • Турция приостанавливает авиасообщение с несколькими странами

    В Турции приостанавливается авиасообщение с несколькими странами в связи с распространением новых штаммов коронавируса.

    Об этом говорится в сообщении министерства внутренних дел страны, сообщает Trend со ссылкой на турецкие СМИ.

    Согласно информации, с 1 июля приостанавливается авиасообщение с Бангладеш, Бразилией, Южной Африкой, Индией, Непалом и Шри-Ланкой.

    В МВД отметили, что лицам, прибывшим из Бангладеш, Бразилии, Южной Африки, Индии, Непала, Шри-Ланки, и находившимся там в течение последних 14 дней, будет необходимо предоставить отрицательный результат ПЦР теста максимум за 72 часа до въезда в страну. Затем данные лица будут помещены на карантин в течение 14 дней.

  • Türkiyə altı ölkə ilə uçuşları dayandırır

    Türkiyə koronavirusla bağlı vəziyyətlə əlaqədar altı ölkə ilə uçuşlara məhdudiyyət tətbiq edəcək.

    Bu barədə yerli KİV ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

    Bildirilib ki, iyulun 1-dən etibarən Banqladeş, Braziliya, Cənubi Afrika Respublikası, Hindistan, Nepal və Şri-Lanka ilə hava yoluyla sərnişin daşınması yeni bir qəraradək dayandırılacaq.

    Həmçinin, son 14 gün ərzində qeyd edilən ölkələrdə olub, 3-cü bir ölkədən Türkiyəyə gələn şəxslər karantinə alınacaq.

  • Əbu-Dabidə peyvənd olunmayanların ictimai yerlərə girişı qadağan olunacaq

    Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında yalnız vaksinasiyadan keçmiş şəxslərin ictimai yerlərə daxil olamasına icazə veriləcək.

    Bu barədə “Al Arabiya” məlumat yayıb.

    Qərarın ticarət mərkəzləri, kafe və restoranlar, əyləncə və istirahət mərkəzləri, kurort zonaları, muzeylər, parklar, idman zalları, orta və ali məktəblər, həmçinin uşaq bağçalarına şamil edildiyi bildirilib.

    Məlumata əsasən, qərar avqustun 20-dən tətbiq olunacaq. Həmin vaxtadək ölkə əhalisinin əksəriyyətinin peyvənd olunması planlaşdırılır.