Month: June 2021

  • Deputat: “Yeni yumşaldılmaların sırasında toylar mütləq olmalıdır” (VİDEO)

    “Tezliklə bizi gözləyəcək yeni yumşaldılmaların sırasında mütləq qaydada xüsusi qaydalara əməl etməklə toylar olmalıdır”.

    Bunu “ARB 24”ün “İş vaxtı” verilişinə açıqlamasında millət vəkili Soltan Məmmədov deyib.

    “Çimərliklər və ictimai nəqliyyatla bağlı qaydalar artıq icra olunmaq mərhələsindədir. Bu gün yoluxmanın azalması peyvənd proqramı hesabınadır. Yeni ştamları və onun arxasındakı çətinlikləri nəzərə alaraq, addım-addım yumşaldılmalara gediləcək. Lakin qapalı mühitdə maskaların taxılması mütləqdir”, – o bildirib.

  • “Грапарак”: МИД Армении остался без руководства, заместители министра отклонили предложение правительства

    Хотя информация об отставке заместителей министра иностранных дел официально не объявлена, однако предусмотренное вчера в комиссиях парламента заседание в связи с обсуждением отчета об исполнении бюджета МИД за 2020 год не состоялось, поскольку никто из внешнеполитического ведомства Армении не пришел, пишет газета “Грапарак”.

    “Обычно в этих обсуждениях участвует либо глава МИД, либо один из замминистра, и этот факт также свидетельствует о том, что заместители Артак Апитонян, Авет Адонц и Армен Гевондян написали заявления об отставке.

    Кстати, муссируются также сведения о том, что в правительстве пытались уговорить заместителей министра отозвать заявления и направить представителя на вчерашние заседания в правительстве и парламентских комиссиях, однако получили отказ.

    Напомним, 31 мая подал в отставку заместитель министра иностранных дел РА Гагик Галачян. Сказали, что Авет Адонц “уже собрал вещи”, – пишет газета.

  • Ermənistan XİN-i rəhbərsiz qalıb, nazir müavinləri isə hökumətin təklifini rədd edib

    Ermənistanda Xarici İşlər nazirinin müavinlərinin istefası barədə məlumat rəsmi olaraq elan edilməsə də, XİN-in 2020-ci il büdcəsinin icrası barədə hesabatın müzakirəsi ilə əlaqədar dünən parlament komissiyalarında planlaşdırılan iclas baş tutmayıb. Səbəbi xarici siyasət qurumundan heç kimin iclasa qatılmaması olub.

    Bu barədə “Hraparak” xəbər verib.

    “Bu müzakirələrdə adətən ya Xarici İşlər naziri, ya da nazir müavinlərindən biri iştirak edir. Bu fakt həm də nazir müavinləri Artak Apitonyan, Avet Adonts və Armen Qevondyanın istefa ərizələrini yazdığına dəlalət edir. Yeri gəlmişkən, hökumətdə nazir müavinləri ərizələrini geri götürməyə çağırılıb, həmçinin dünənki hökumət və parlament komissiyalarının iclaslarına nümayəndə göndərməyə razı salmağa çalışılıb, lakin onlar bunu rədd ediblər”, – deyə nəşrdə bildirilib.

    Qəzet həmçinin mayın 31-də nazir müavini Qaqik Qalaçyanın istefaya getdiyini xatırladaraq, Avet Adontsun da artıq “əşyalarını topladığı”nı bildirib.

  • Dəniz suyundan koronavirusa yoluxmaq mümkündürmü? – AÇIQLAMA

    “Dəniz suyundan koronavirusa yoluxmaq ilə bağlı fikirlər təsdiqini tapmayıb”.

    Median.Az “report”a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

    Onun sözlərinə görə, qəbul edilən qaydalar çimərliklərdə də gözlənilməlidir.

  • Həbs edilən general Rövşən Əkbərovla bağlı YENİ XƏBƏR

    Sabiq birlik komandiri, ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, istintaq zamanı toplanan materiallar yaxın günlərdə baxılmaq üçün məhkəməyə göndəriləcək.

    Qeyd edək ki, Rövşən Əkbərov barəsində bu il martın 15-də həbs qətimkan tədbiri seçilib.

    Baş Prokurorluğun yaydığı məlumata görə, Azərbaycan Respublikası vətəndaşı, 1971-ci il təvəllüdlü, Əliyev Elçin Fəday oğlunun 1 iyun 2001-ci il tarixdə Ukrayna Respublikasının paytaxtı Kiyev şəhərində soyuq silahla qəsdən öldürülməsi faktı ilə bağlı Ukrayna Respublikasının prokurorluq orqanlarında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, bir sıra istintaq tədbirləri yerinə yetirilib, 2003-cü il tarixdə cinayətin törədilməsində Azərbaycan Respublikasının vətəndaşının şübhəli olması əsası ilə cinayət işi Azərbaycan Respublikasına göndərilib.

    Həmin cinayət işi üzrə Azərbaycan Respublikasının Hərbi və Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində (əvvəlki) bir sıra istintaq hərəkətləri həyata keçirilib, lakin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən cinayət işi üzrə icraat dayandırılıb.

    2020-ci il tarixdə cinayət işi Baş Prokurorluqda yenidən öyrənildikdən sonra Baş Prokurorluğun rəhbərliyi tərəfindən cinayət işi üzrə icraatın dayandırılması haqqında qərar ləğv edilməklə icraat təzələnib və Baş Prokurorluğun İstintaq idarəsində çoxsaylı istintaq hərəkətləri aparılaraq iş üzrə kifayət qədər sübutlar toplanılaraq, həmin cinayət əməlinin Əkbərov Rövşən Telman oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

    Belə ki, Azərbaycan Respublikası vətəndaşı, 1965-ci il təvəllüdlü Əkbərov Rövşən Telman oğlunun 31.05.2001-ci il tarixdən 01 iyun 2001-ci il tarixə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat təxminən 3-4 radələrində həmin kafenin yaxınlığında Əliyev Elçin Fəday oğlu ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə Elçin Əliyevin ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək sonuncunu qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

    15 mart 2021-ci il tarixdə Rövşən Əkbərov CM-in 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələrlə ittiham elan edilib və Baş Prokurorluğun təqdimatına əsasən Bakı Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsind

  • Kəlbəcərdə media işçilərinin minaya düşdüyü yerdən dəhşətli görüntülər – VİDEO

    Kəlbəcərdə xidməti vəzifələrini yerinə yetirərkən minaya düşən media işçiləri ilə bağlı AzTV yeni görüntülər yayıb.

    Çəkiliş qrupunu aparan avtobus minaya düşüb.

    Həmin görüntüləri AzTV yayımlayıb.

    Qeyd edək ki, Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.

  • Bakıda 11 yeni tibb mərkəzi yaradılıb – SİYAHI

    “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi səhiyyə xidmətində bir sıra yeniliklər edib”.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi İddialar departamentinin rəhbəri Vüqar Qurbanov deyib.

    O bildirib ki, aprelin 1-dən İTSDA tibb müəssisələrində bir sıra struktur dəyişikləri həyata keçirir:

    “Əsas məqsəd tibbi xidmətin əhali üçün əlçatan olması və keyfiyyətin artırılmasıdır.

    Səhiyyə sistemində həyata keçirilən islahatlar çərçivəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən Bakı şəhərinin rayonları üzrə 11 tibb mərkəzi yaradılıb.

    Aparılmış struktur dəyişikliyinə əsasən paytaxtda çoxprofilli stasionar və ixtisaslaşdırılmış poliklinik xidmət göstərən tibb müəssisələri müvafiq ərazi üzrə tibb mərkəzlərinin tabeliyinə verilib.

    Nəsimi rayonu ərazisində fəaliyyət göstərən 1 saylı Kliniki Tibbi Mərkəzin bazasında Nəsimi, Yasamal və Səbail rayonları üzrə tibb müəssisələrini özündə birləşdirən Kliniki Tibbi Mərkəz yaradılıb.

    Digər inzibati ərazi vahidləri üzrə isə Nərimanov, Nizami, Sabunçu, Binəqədi, Suraxanı, Qaradağ (Lökbatan), Ələt (Qaradağ), Xətai, Pirallahı və Xəzər tibb mərkəzləri təsis olunub.

    Qaradağ rayonunun ərazisinin böyüklüyü ilə bağlı və sakinlərin tibbi xidmətlərə əlçatanlığını təmin etmək məqsədi ilə sözügedən rayon üzrə 2 tibb mərkəzi (Lökbatan, Qaradağ) yaradılıb”.

  • “Bayraktar” Qarabağda vəziyyəti dəyişdi” – “The Wall Street Journal”

    Nüfuzlu “The Wall Street Journal” nəşri “Türkiyədə istehsal olunan ucuz, silahlı pilotsuz təyyarələr döyüş sahəsini və geosiyasəti dəyişdirir” başlıqlı məqalə dərc edib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, məqalədə Türkiyə istehsalı olan “Bayraktar TB2”nin müharibə meydanlarını yenidən şəkilləndirdiyi qeyd olunur.

    Bildirilib ki, ekvivalentləri ilə müqayisədə “Bayraktar TB2” funksionallığı və maliyyətinə görə daha uyğun seçimdir:

    “PUA-lar Suriya, Liviya və Azərbaycanda vəziyyəti kökündən dəyişdirib. Münasib qiymətli rəqəmsal texnologiya ilə hazırlanan raketli PUA-lar Suriya, Liviya, eləcə də, Azərbaycana Dağlıq Qarabağda vəziyyəti öz lehinə çevirməyə kömək etdi”.

    Qeyd olunub ki, “Bayraktar TB2” tanklar və digər zirehli maşınlarla yanaşı, hava müdafiə sistemlərini də məhv edir:

    “Bu PUA-lar gələcəyin müharibələrinin ən inkişaf etmiş texnologiyaya malik bahalı döyüş vasitələri qədər, ucuz, amma təsirli döyüş vasitələri ilə şəkillənəcəyinə işarə edir”.

  • “Space”də nə baş verir? – Yeni təyin olunan rəhbərdən addımlar – FOTO

    “Space” teleradio şirkətinə yeni rəhbər gətirilən Müşfiq Hətəmov televiziyada ciddi dəyişikliklər etməyə başlayıb.

    Median.Az “qafqazinfo”ya istinadən xəbər verir ki, Hətəmov kanalın heyətini az qala, tamamilə dəyişmək qərarına gəlib.

    Belə ki, 15 ildir “Space” TV-də icraçı direktor vəzifəsində çalışan Kamil Şahverdiyevin yerinə ATV-nin vitse-prezidenti vəzifəsində işləmiş Rauf Dadaşovun gətiriləcəyi deyilir.

    Kanaldan aldığımız məlumata əsasən, R. Dadaşov ya icraçı direktor, ya da proqramlar şöbəsinə rəhbər gətiriləcək.

    Artıq o, bir neçə dəfə “Space”ə gələrək vəziyyətlə tanış olub. Dadaşovun Şahverdiyevin işlərini tam təhvil verməsindən sonra vəzifəsinin icrasına başlayacağı gözlənilir.

    Eyni zamanda, iyunun 15-dən etibarən işçilərin əksəriyyətinin öz hesabına məzuniyyətə yola salınacağı deyilir.

    Bununla da, ənənəvi proqramların yayımı dayandırılacaq. İki aylıq fasilədən sonra televiziya yeni formatda, yeni işçilərlə yayıma başlayacaq.

  • Bakıdakı “Formula-2” yarışında baş verən qəzalar – VİDEO

    Bakıda keçirilən “Formula-2” yarışında qəza baş verib.

    Median.Az xəbər verir ki, DAMS komandasından Roy Nissany döngədə qəzaya düşüb.

    Hadisə nəticəsində bolid yararsız hala düşüb və pilot trasdan çıxarılıb.

    “Trident” komandasının yaponiyalı pilotu Marino Sato isə 15-ci döngədə bolidinin təkərini maneəyə çırpıb.

    Qəzadan sonra Marino Sato sərbəst yürüşə davam edə bilməyib.

    Qəza anlarını təqdim edirik: