Month: June 2021

  • AMEA-dan Ramiz Mehdiyevin koronavirusa yoluxması ilə bağlı AÇIQLAMA – YENİLƏNİB

    Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin guya koronavirusa yoluxması ilə bağlı bəzi KİV-lərdə məlumatlar yayılıb.

    Məsələ ilə bağlı AMEA İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, yayılan məlumatların heç bir əsası yoxdur və onlar həqiqəti əks ertdirmir.

    “AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin səhhətində heç bir problem yoxdur və o, iş başındadır”, – məlumatda qeyd edilib.

    * * * * *

    AMEA prezidenti Ramiz Mehdiyev koronavirusa yoluxub.

    Median.Az “demokrat.az”-a istinadən xəbər verir ki, Ramiz Mehdiyev 1 həftədir ki, koronavirusa yoluxub və müalicə alır.

    Vəziyyətinin ağır olduğu bildirilir.

    Məlumatı dəqiqləşdirmək üçün AMEA ilə əlaqə saxlasaq da, sorğumuza cavab verilməyib.

  • DTX-nın tutduğu sabiq icra başçısı ilə bağlı YENİ XƏBƏR

    Səbail Rayon Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hakim Mədinə Bağırovanın sədrliyi ilə keçirilən prosesdə qəbul edilən qərara əsasən, Vilyam Hacıyev barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb.

    Qeyd edək ki, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin icra hakimiyyətinin sərəncamında olan vəsaitlərin sosial yardım adı altında bir hissəsini ələ keçirilməsi, eləcə də ölkə ərazisində xüsusi karantin rejiminin tələblərinin pozulması ilə sərbəst hərəkət etmək üçün bəzi vətəndaşlara saxta arayışların verilməsini tapşırması, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsənilən pul vəsaitlərini sahibliyində olan yaşayış evində qəbul etdiyinə əsaslı şübhələr müəyyən olunub.

    2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Vilyam Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Müvafiq ünvanlarda keçirilmiş baxış zamanı Vilyam Hacıyevin rayon icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları vasitəsi ilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, habelə ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

    İstintaq araşdırmaları zamanı, sosial-məişət şəraitinin aşağı olması ilə bağlı mənzil növbəsində olan şəxslərə İmişli şəhərində dövlət büdcəsi vəsaiti hesabına inşa edilmiş çoxmənzilli yaşayış binasında növbəli qaydada verilməli olan mənzillərin Vilyam Hacıyev tərəfindən rüşvət müqabilində qanunazidd verilməsinə əsaslı şübhələr müəyyən edilib.

    Eyni zamanda, işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün əməkhaqqı kartlarına köçürülən məbləğlərin Vilyam Hacıyev tərəfindən ələ keçirilməsinə dair məlumatlar əldə edilib.

    Həmçinin Vilyam Hacıyevin rayon ərazisində təmir-tikinti, abadlıq işlərinə, habelə İmişli Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin müntəzəm nağdlaşdıraraq mənimsəməsinə dair əsaslı şübhələr müəyyən edilib.

    Bundan başqa, Vilyam Hacıyevin tabeçiliyində olan vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, eləcə də rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair məlumatlar əldə edilib.

    İstintaq orqanı tərəfindən Vilyam Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

    Səbail rayon Məhkəməsi tərəfindən V. Hacıyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

  • Bakıda ŞOK HADİSƏ – Qadın tanımadığı evin hamamına girib… – VİDEO

    Bakının Binəqədi rayonunda qəribə hadisə baş verib.

    Gənc qadın oğurluq məqsədi ilə evə daxil olub.

    Binəqədi qəsəbəsi, birinci mədən adlı ərazidə yaşayan vətəndaş bu barədə dərhal polisə məlumat verib. Bununla yanaşı, hadisə anını telefona da çəkə biliblər.

    Bildirilir ki, naməlum qadın oğurluq üçün girdiyi evin hamamında başını yuyub. Daha sonra ev sahibini görən ona şəxs hücum çəkib.

    Hadisə yerindən görüntüləri təqdim edirik:

    //Baku.ws

  • Gürcüstandan maşın alanların nəzərinə! – Ağlagəlməz hiylə ilə TƏMİR – VİDEO

    Xaricdən avtomobil alan və ya sifariş verən vətəndaşlar bəzi hallarda aldadılırlar. Buna səbəb alverçilərin satışa çıxararkən avtomobillərin nöqsanlarını əvvəlcədən bildirməməsi və ya onu peşəkar şəkildə gizlətməsidir.

    Belə halların olmasını sübut edən və avtomobildəki nöqsanların ağlasığmaz hiylə ilə ört-basdır edilməsini əks etdirən görüntülər üzə çıxıb.

    Sosial şəbəkədə yayılan və Gürcüstanda çəkildiyi iddia olunan görüntüdə azərbaycanlı ustalardan biri bildirir ki, “Toyota Prius” markalı avtomobil Azərbaycana göndəriləcək. O, avtomobildəki biabırçılığı göstərərək qeyd edir ki, 11-12 min AZN ödəyib avtomobili alacaq şəxs avtomobildəki bu nöqsandan xəbərsiz olacaq.

    Qeyd edək ki, görüntüdə avtomobilin deformasiyaya uğrayan və əzilən hissələrinin alçıdan (şpaklovka) istifadə olunaraq düzəldilməsi öz əksini tapıb.

    //Baku.ws

  • Müəllim işləmək istəyənlər üçün VACİB XƏBƏR

    2021-2022-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu prosesi başlayıb.

    Elektron sənəd qəbulu prosesi iyunun 11-nə kimi davam edəcək.

    Müsabiqə 4 mərhələdən (elektron ərizələrin yoxlanılması, test imtahanı, vakant yerlərin seçimi və müsahibə mərhələsi) ibarətdir.

    Müsabiqənin ilk – elektron sənəd qəbulu mərhələsində namizədlər miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.

    Qeyd edək ki, müəllimlərin işə qəbulu müsabiqəsində orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan vətəndaşları və ya ölkəmizdə daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər.

  • Bakı meriyası səkilərin və parkların təmirinə 17 milyon manat xərcləyəcək

    Bakı Şəhər İcra Hakimiyyətinə məxsus “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC paytaxtdakı səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

    Median.Az “report”a istinadən xəbər verir ki, tenderin qalibi “Star Construction-12” QSC-dir.

    Qalib şirkətə 16,56 milyon manat ödəniləcək.

  • Azərbaycanda uşaqlara ən çox verilən ADLAR – SİYAHI

    Azərbaycanda uşaqlara ən çox verilən adlar açıqlanıb.

    Median.Az Ədliyyə Nazirliyinə istinadən xəbər verir ki, kişi cinsindən olan körpələrə ən çox Əli, Yusif, Hüseyn, Uğur və Məhəmməd, qadın cinsindən olanlara isə Zəhra, Zeynəb, Aylin, Mələk və Məryəm kimi adların verilib.

    Uşaqlara ən çox verilən adların siyahını təqdim edirik:

  • Azərbaycanda telefonu əlindən alınan qızdan gözlənilməz addım

    Mingəçevirdə yeniyetmə intihara cəhd edib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhər sakini, 2007-ci il təvəllüdlü Nuray Sayadova özünü Kür çayına ataraq intihar etmək istəyib.

    N.Sayadova çayda balıq ovlayan şəhər sakini Elgin Əlicanov tərəfindən xilas edilərək sahilə çıxarılıb.

    İlkin məlumata görə, yeniyetmənin intihara cəhd etməsinə ailə üzvlərinin mobil telefonunu əlindən alması səbəb olub.

    Faktla bağlı araşdırma aparılır.

  • Formula 1-də ilk test yürüşünün ən sürətlisi bilindi – FOTO

    Bakıda Formula 1 üzrə Azərbaycan Qran Prisinin ilk test yürüşündə ən sürətli pilot müəyyənləşib.

    Mövsümün altıncı mərhələsinin ilk sərbəst yürüşünün yekununda “Red Bull” pilotu Maks Ferstapen sərbəst yürüş zamanı hamıdan sürətli olub.

    İkinci və üçüncü sırada “Ferrari” pilotları qərarlaşıb.

  • Hacıqabul sakinləri narkotiklə saxlanıldı – FOTO

    Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilmələri istiqamətində bir neçə əməliyyat tədbiri həyata keçirilib.

    DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, daxil olan əməliyyat məlumatları əsasında rayon sakinləri Vasif Cəfərov və Novruz Atamoğlanov şöbə əməkdaşları tərəfindən saxlanılıblar. Şəxsi axtarış zamanı hər iki şəxsdən narkotik maddə olan heroin aşkar olunaraq götürülüb.

    Keçirilən digər bir əməliyyat zamanı isə rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Əziz Əzizov saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman həyətyanı sahədən xüsusi aqrotexniki qayda ilə qulluq edilərək yetişdirilmiş 22 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.

    Faktlarla bağlı Hacıqabul Rayon Polis Şöbəsində cinayət işləri başlanılıb, araşdırmalar aparılır.