Month: June 2021

  • Sumqayıt sakini evində ölü tapılıb

    Sumqayıtda 28 yaşlı gənc evdə ölü tapılıb.

    Median.Az APA-ya istinadən bildirir ki, hadisə şəhərin 8-ci mikrorayonunda qeydə alınıb.

    1993-cü il təvəllüdlü Tural Əliyev yaşadığı evdə qəfildən halı pisləşərək dünyasını dəyişib. Onun narkotik aludəçisi olduğu və yüksək dozada narkotik maddə qəbul etdiyi üçün öldüyü bildirilir. Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.

  • В Сирии обстреляли американскую военную базу

    Военная база США, расположенная в районе нефтеносной местности Эль-Омар в северо-восточной сирийской провинции Дейр-эз-Зор, подверглась атаке реактивными снарядами.

    Как передает Report, об этом сообщило агентство SANA.

    “Реактивные снаряды были выпущены по американской базе в районе нефтяного месторождения Эль-Омар в сельской местности Дейр-эз-Зора”, – говорится в сообщении.

  • ABŞ-ın Suriyadakı hərbi bazası atəşə tutulub

    ABŞ-ın Suriyanın şimal-şərqindəki Deyr-ez-Zor əyalətində yerləşən hərbi bazası atəşə tutulub.

    “Report” xəbər verir ki, bu barədə SANA agentliyi bildirib.

    Məlumata görə, baza reaktiv mərmilərlə hücuma məruz qalıb.

    “Deyr-ez-Zorda, Əl-Omar ərazisindəki Amerika bazasına reaktiv mərmilər buraxılıb”, – xəbərdə deyilir.

  • Türkiyə bir neçə ölkə ilə uçuşları dayandırır

    Türkiyə yeni koronavirus ştammlarının yayılması ilə əlaqədar bir neçə ölkə ilə uçuşlarını dayandırıb.

    Median.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi xəbər verib.

    Məlumata əsasən, 1 iyul tarixindən etibarən Banqladeş, Braziliya, Cənubi Afrika, Hindistan, Nepal və Şri Lanka ilə uçuşlar dayandırılıb.

    Qeyd olunub ki, Banqladeş, Braziliya, Cənubi Afrika, Hindistan, Nepal, Şri-Lankadan gələn və son 14 gün ərzində orada olan şəxslərin ölkəyə gəlmədən 72 saat əvvəl mənfi PCR testi nəticəsini təqdim edilməsi tələb olunur. Sonra həmin şəxslər 14 gün karantində qalacaq.

  • Lənkəranda avtomobil gənci vuraraq xəsarət yetirdi

    Lənkəranda gəncin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

    “Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə axşam saatlarında, şəhərin Zərifə Əliyeva küçəsində qeydə alınıb. Belə ki, avtomobil 1999-cu il təvəllüdlü Mirzəzadə Rahim Rəhim oğlunu evinin yaxınlığında vurub. Hadisəni törədən sürücü yaralını dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. R.Mirzəzadəyə ilkin tibbi yardım göstərilib və o, reanimasiya şöbəsinə yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Daha bir ölkə Türkiyənin PUA-larını almağa hazırlaşır

    Türkiyə istehsalı olan pilotsuz uçuş aparatlarının (PUA) şöhrəti getdikcə daha geniş yayılır.

    “TRT Haber” məlumat verir ki, artıq Albaniya da ölkənin milli təhlükəsizliyini artırmaq məqsədilə türk PUA-larını əldə etməyə hazırlaşır.

    Belə ki, Albaniya parlamenti məhz bu məqsədlə ölkənin hərbi büdcəsinin 8.2 milyon avro artırılması barədə təklifi təsdiq edib.

    Qərarın Albaniya DİN rəhbəri Blear Çuçi və yüksək rütbəli hərbçilərin Türkiyəyə səfərinin ardından qəbul edildiyi bildirilib. Səfər çərçivəsində albaniyalı qonaqların “Baykar” hərbi zavodunda olduğu və məşhur “Bayraktar” PUA-ları ilə yaxından tanışlığı qeyd edilib.

  • Çox tərləyənlər üçün – Pis qoxunu aparan vasitələr

    Tərləmək və tər vəzilərinin fəaliyyəti təbii hal hesab olunur. Ancaq bəzən həmin vəzlərin fəaliyyətinin artması nəticəsində pis qoxu yaranır.

    Median.Az tər qoxusunun qarşısını alan təbii üsulları təqdim edir:

    1. Limon suyu – Ovcunuzun içinə damcılatdığınız bir neçə damcı limonu qoltuq altına sürtməniz yetərli olacaq. Bu üsul ən az 12 saat təsirli olur.

    2. 1 sprey şüşəsi, alma sirkəsi, su – Alma sirkəsinin miqdarını sudan bir az artıq götürün. Hər ikisini sprey şüşəsinə doldurub çalxalayın. Gün ərzində bir, ya iki dəfə istifadə etməniz yetərli olacaq. Tərləsəniz də, təxminən 8 saat qoxu hiss etməyəcəksiniz.

    3. Limon və alma sirkəsini qarışdırın, pambıqla batırıb qoltuqaltına sürtün. Əgər qoltuqaltı qaralması kimi şikayətiniz varsa, limon damcıları rənginin açılmasına yardım edəcək. /medicina.az

  • Gəncədə bıçaqlanma olub

    Gəncə şəhərində bıçaqlanma hadisəsi qeydə alınıb.

    “Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin “Qələbə” parkında qeydə alınıb. Belə ki, parkda bir nəfər (ad və soyad dəqiqləşdirilir-red) bıçaqlanıb.
    Hadisə yerinə təcili tibbi yardım briqadası və polis əməkdaşları cəlb olunub.

    Hadisənin təfərrüatları araşdırılır.

  • Şəkidə avtomobil 2 yaşlı körpəni vurdu

    Şəkidə azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Şəki şəhərində qeydə alınıb.

    Belə ki, 2019-cu il təvəllüdlü Atakişiyev Ümid Rəfail oğlu yolu keçərkən onu avtomobil vurub. Yaralı əvvəlcə təcili tibbi yardımın köməkliyi ilə Şəki Şəhər Mərkəzi Xəstəxanasına aparılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə göndərilib. Müayinə zamanı ona açıq kəllə-beyin travması və qabırğaların sınığı diaqnozları qoyulub. Ü.Atakişiyev reanimasiya şöbəsinə yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • AVRO-2020: Son dünya çempionu İsveçrəyə qarşı

    Sankt-Peterburqda keçirilən 1/8 final mərhələsinin digər oyunu başlandı.

    Son dünya çempionu Fransa İsveçrəyə qarşı oynayır.