Month: June 2021

  • Aİ-yə vətəndaşlarının girişinə icazə verilən ölkələrin sayı artırıldı

    Avropa İttifaqı üzv ölkələrinə koronavirusla bağlı epidemioloji vəziyyət yaxşılaşdığı üçün vətəndaşlarının girişinə icazə verilməsi tövsiyə olunan ölkələr siyahısına Yaponiya da əlavə olunub.

    Bu barədə Aİ Şurasının açıqlamasında bildirilir. Siyahıda Avstraliya, Cənubi Koreya, Çin, İsrail, Ruanda, Sinqapur, Tailand, Yeni Zelandiya yer alır. Bu ölkələr qarşılıqlı olaraq sərhədlərini Aİ vətəndaşlarının üzünə açmalıdır.

    Sözügedən siyahı tərtib edilərkən rəhbər tutulan meyarlar arasında cari epidemioloji vəziyyət, o cümlədən son 14 gün ərzində yeni yoluxmaların sayı, koronavirusun yayılmasına qarşı görülən tədbirlər, habelə iqtisadi və sosial mülahizələr də var.

    Qeyd edək ki, həmin siyahı məcburi yox, sırf tövsiyə xarakteri daşıyır.

  • Bir neçə kafe və restoranda nöqsanlar aşkarlandı – TAM SİYAHI

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 449 ictimai iaşə obyektində 781 monitorinq keçirib.

    AQTA-dan verilən məlumata görə, monitorinqlər zamanı 21 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

    Aşkar edilən nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

    1. Bakı şəhəri, Nərimanov rayonu‎, Məsud Əlizadə 24 B ünvanında yerləşən, fiziki şəxs Rüstəmov Rüstəm Çapay oğluna məxsus “Wood House” restoranı;

    2. Bakı şəhəri, Nərimanov rayonu‎, Məsud Əlizadə 47 C ünvanında yerləşən, fiziki şəxs Babayev Nadirə məxsus kafe;

    3. Bakı şəhəri, Səbail rayonu, Əliyeva 3 ‎ ünvanında yerləşən, hüquqi şəxs “Simurg” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Second cup” restoranı;

    4. Bakı şəhəri, Yasamal ‎rayonu, Moskva prospekti 47 ünvanında yerləşən, fiziki şəxs Bağırov Arif Nofəl oğluna məxsus ” Saluonol lounge” kafesi;

    5. Bakı şəhəri, Nəsimi ‎rayonu, Vurğun küçəsi 68 ünvanında yerləşən, hüquqi şəxs “Kobra” kiçik müəssisəsinə məxsus kafe;

    6. Bakı şəhəri, Yasamal ‎rayonu, Cavid pr. A.Sultanova küç. kəsişməsində yerləşən, hüquqi şəxs “Reges Restauran” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus restoran;

    7. Bakı şəhəri, Nərimanov ‎rayonu, Əliyar Əliyev 1993-cü məhəllə, qeyri yaşayış sahəsində yerləşən, fiziki şəxs Əliyev Nazim Süleyman oğluna məxsus kafe;

    8. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 94F,102D ünvanında yerləşən, fiziki şəxs Babayev Əkrəm Rəhim oğluna məxsus “Bazaar rooms” restoranı;

    9. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Zaqulba çimərlik ünvanında yerləşən, hüquqi şəxs “Alka ” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Sea side” restoranı;

    10. Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küç., dağüstü parkda yerləşən, fiziki şəxs Qasımov Vaqif Mikayıl oğluna məxsus kafe;

    11. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan ŞTQ ünvanında yerləşən, fiziki şəxs Məmmmədov İlham Xanbala oğluna məxsus “Görüş” restoranı;

    12. Bakı şəhəri, Səbail rayonu, Seymur Məmmədov 1 ünvanında yerləşən, fiziki şəxs Səmədov Emil Nadir oğluna məxsus kafe;

    13. Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən, fiziki şəxs Abuzərov Əhəd Abuzər oğluna məxsus “Ruzi” dönər evi;

    14. Xaçmaz rayonu, H.Z.Tağıyev 35 A ünvanında yerləşən, fiziki şəxs Əlifxanov Fəxri Əlövsət oğluna məxsus kafe;

    15. Ağstafa rayonu, M.Ə.Rəsulzadə ünvanında yerləşən, fiziki şəxs Abbasov Saqif Rəşid oğluna məxsus kafe;

    16. Balakən rayonu, Z.Bünyadov küçəsində yerləşən, fiziki şəxs Soltanov İmran Əliəhməd oğluna məxsus kafe;

    17. İsmayıllı rayonu, İsmayıllı-Qəbələ yolunda yerləşən, fiziki şəxs Quluzadə Daşqın Məhərrəm oğluna məxsus kafe;

    18. Masallı rayonu, H.Əliyev prospektində yerləşən, fiziki şəxs Musayev Röyal Rəcəb oğluna məxsus kafe;

    19. Cəlilabad rayonu, Göytəpə ünvanında yerləşən, fiziki şəxs Hüseynov Şahin Firudin oğluna məxsus kafe;

    20. Beyləqan rayonu, Bolsulu ünvanında yerləşən, fiziki şəxs Şamirov İntiqam Müseyib oğluna məxsus çay evi;

    21. Ucar rayonu, Qarabörk ünvanında yerləşən, fiziki şəxs Mehdiyev Famil Yaqub oğluna məxsus kafe.

    Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

  • Соцпартии Нидерландов представлен проект резолюции по Ходжалинскому геноциду

    Председатель Союза молодых социалистов северного района Амстердама, Нидерланды, Хаджар Караман представила руководству Социалистической партии проект резолюции по Ходжалинскому геноциду.

    Об этом сообщили в Госкомитете АР по работе с диаспорой.

    В документе содержится подробная информация о Карабахе, являющемся исконной землей Азербайджана, а также трагедии в Ходжалы. В этом городе в ночь на 26 февраля 1992 года вооруженные силы Армении с участием военнослужащих 366-го мотострелкового полка бывшей советской армии совершили чудовищный акт геноцида против этнических азербайджанцев.

    Ссылаясь на Конвенцию ООН «О предупреждении и наказании геноцида» и документы Европейского суда по правам человека, наша соотечественница назвала события в Ходжалы преступлением геноцида.

    Было отмечено, что за период почти 30-летней оккупации Армения совершила и другие тяжкие преступления против Азербайджана. Одно из них – установка мин в Нагорно-Карабахском регионе АР и прилегающих к нему районах. Напомнив о вступившей в силу 1 марта 1999 года Конвенции «О запрещении применения, накопления запасов, производства и передачи противопехотных мин и об их уничтожении», молодая социалистка подчеркнула, что Армения игнорирует нормы международного права.

    Х.Караман призвала руководство Социалистической партии принять данный проект резолюции о Ходжалинском геноциде, вынести ее на обсуждение в парламенте, который приступит к работе после выборов, и добиться политико-правовой оценки этой трагедии.

  • Astarada mağazadan oğurluq edən şəxslər Ağcabədidə saxlanılıb

    Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazadan oğurluq etmələrinə əsaslı şübhələr olan şəxslər saxlanılıblar.

    DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Report”a verilən məlumata görə, Astara rayon sakini Ş.İsayev polisə müraciət edərək axşam saatlarında işlədiyi mağazaya gələn iki nəfər şəxsdən birinin onun diqqətini yayındırdığını, digərinin isə bir ədəd sərinkeş və kassadan 750 manat pulu oğurlayaraq mağazanı tərk etdiklərini bildirib. Astara RPŞ-nin əməkdaşları həmin şəxslərin saxlanılması istiqamətində müvafiq əməliyyat-axtarış tədbirləri keçiriblər.

    Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ilə birgə keçirilən tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən Bərdə rayon sakini M.Məmmədov idarə etdiyi avtomobillə Ağcabədi rayonu ərazisində saxlanılıb. Saxlanılarkən cinayətin digər iştirakçısı olmaqda şübhəli bilinən Ə.Aydınovanın da sərnişin qismində maşında olduğu müəyyən edilib.

    M.Məmmədovun idarə etdiyi avtomobilə baxış keçirilərkən mağazadan oğurladıqları sərinkeş və ilkin araşdırma zamanı ətraf rayonlardan oğurladıqları müəyyən edilən 4 ədəd samovar aşkar edilərək maddi sübut kimi götürülüb.

    Hazırda həmin şəxslərin digər şəhər və rayonlarda analoji cinayətlərdə iştirakını müəyyən etmək üçün araşdırmalar aparılır.

  • Vilayət Eyvazovdan yeni TƏYİNAT

    Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

    Daxili İşlər naziri, generel-polkovnik Vilayət Eyvazovun əmri ilə polis polkovnik-leytenantı Vilayət Allahverdiyev Astara rayon Polis Şöbəsinin Əməliyyat İşləri üzrə rəis müavini vəzifəsinə təyin edilib.

    Məlumat üçün bildirək ki, V.Allahverdiyev yeni vəzifəsinədək Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsində çalışıb.

  • SOCAR Ukraynada ən yaxşı yanacaq sənayesi şirkətlərinin ilk üçlüyünə daxil olub

    Ukraynanın 650-dən çox şirkətini özündə birləşdirən “Reputasiya fəalları” reytinq təşkilatı 2020-ci ilin nəticələrini elan edib. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Neft məhsulları riteyli” kateqoriyasında ən yaxşı yanacaq sənayesi şirkətlərinin ilk üçlüyünə daxil olub.

    “Report”un SOCAR-a istinadən verdiyi məlumata görə, şirkət növbəti uğurunu yanacağın istehlakçılar və ekspertlər tərəfindən bəyənilən keyfiyyəti, innovasiya və xidmət səviyyəsi, həmçinin Milli Opera və Balet Teatrı qarşısında fəvvarənin yenidən qurulması, yerli polisin “Təhlükəsizlik kəmərlərini bağlayın və qorxmayın!” təşəbbüsünə dəstək və COVID-19 əleyhinə tədbirlər kimi sosial layihələri sayəsində qazanıb.

    2015-ci ildə yaradılmış “Reputasiya fəalları” hazırda Ukraynanın ən nüfuzlu reytinq təşkilatlarından biridir, 45 nominasiya üzrə reytinq cədvəlini müəyyənləşdirir. Reytinq səviyyəsi müstəqil ekspertlər tərəfindən 5 meyar üzrə müəyyən edilir və şirkətin reputasiya sabitliyini, imic kapitalını, korporativ sosial məsuliyyətini, media fəallığını, innovativ yanaşmasını və böhrana qarşı dayanıqlılığını əks etdirir.

    “SOCAR Energy Ukrayna” şirkətinin əsas fəaliyyəti Ukrayna ərazisində yanacaqdoldurma məntəqələri şəbəkəsini inkişaf etdirmək, benzin və neft məhsullarının topdan satışını təşkil etməkdir. Ukraynanın Odessa, Nikolayev bölgələrində və paytaxt Kiyevdə “SOCAR Energy Ukrayna”ya məxsus 61 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir.

  • Çin orbitə meteoroloji peyk buraxıb

    İkinci nəsil “Fenyun-4В” meteoroloji peykini daşıyan Çinin “Çançjen-3В” (“Böyük yürüş – 3B”) daşıyıcı raketi orbitə buraxılıb.

    Bu barədə Çin mətbuatı xəbər yayıb.

    Buraxılış Çin vaxtı ilə iyunun 3-ü saat 00:17-də (Bakı vaxtı ilə iyunun 2-si saat 20:17-də) Siçuan əyalətinin (Cənub-Qərbi Çin) Siçan kosmodromunda həyata keçirilib.

    Kosmik aparat hava proqnozu və ekoloji monitorinq üzrə imkanların yaxşılaşdırılması məqsədilə Çinin analoji orbital peyklər qrupuna qoşulacaq. Peyk 7 il ərzində 36 min km hündürlükdə geostasionar orbitdə fəaliyyət göstərəcək.

  • Azərbaycanın xəmir mayası istehsalçısı yeni şirkət yaradıb

    “Azər-Maya” ASC səhmdarlarının bu il fervalın 25-də keçirilmiş növbədənkənar ümumi yığıncağında qəbul olunmuş qərara uyğun olaraq yeni şirkət yaradıb.

    İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Azər-Maya İstehsal” QSC-ni dövlət qeydiyyatına alıb.

    Yeni şirkət “Azər-Maya” ilə eyni hüquqi ünvanda – Bakı şəhəri, Nərimanov rayonu, 3 105-ci məhəllədə qeydiyyatdan keçib. Onun nizamnamə kapitalı 1 761 150 manat, qanuni təmsilçisi isə Rüfət Əhədağa oğlu Əhmədovdur. O, həm də “Azər-Maya”nın İdarə Heyətinin sədridir.

    Xatırladaq ki, “Azər-Maya” 1973-cü ildən fəaliyyət göstərən keçmiş Bakı Bulka-Maya Zavodunun bazasında 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 444 340 manatdır. Şirkət ölkənin preslənmiş xəmir mayasına olan tələbatını ödəyir.

  • Dünya Turizm Təşkilatı: Turistlərin sayı 83% azalıb

    Bu ilin yanvar-mart aylarında dünyada turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 183 milyon nəfər və yaxud 83% az olub.

    Bu barədə mərkəzi qərargahı İspaniyanın paytaxtı Madriddə yerləşən Birləşmiş Millətlər Təşkilatının Dünya Turizm Təşkilatı (UNWTO) məlumat yayıb.

    Məlumata görə, son bir ildə turistlərin sayı ən çox Asiya-Sakit Okean regionunda azalıb – 91%. Azalma dinamikasına görə növbəti yerlərdə Avropa (83%), Afrika (81%), Yaxın Şərq (78%) və Amerika (71%) regionları qərarlaşıb.

    “Koronavirus (COVID-19) pandemiyasına görə ötən il turizm sektorunun ən pis ili olub, ancaq bu il sektor yavaş-yavaş bərpa olunur“, – deyə UNWTO bəyan edib.

    Təşkilatın baş katibi Zurab Pololikaşvili bildirib ki, virus əleyhinə vaksin turizmin canlanmasında açar rolunu oynayacaq. Bununla belə, onun sözlərinə görə, “Şimal yarımkürəsində artım görmək istəyiriksə, testləri daha asan və uyğun qiymətə etməli, ünsiyyət və koordinasiyanı inkişaf etdirməliyik”.

  • Avropada yetkinlik yaşına çatmayanların vaksinasiyasına başlanılıb

    Avropada yetkinlik yaşına çatmayan şəxslərin koronavirusa qarşı vaksinasiyasına başlanılıb.

    Bu barədə “Euronews” məlumat yayıb.

    Vaksinasiya prosesində “Pfizer/BioNTech” şirkətinin hazırladığı peyvənddən istifadə olunacaq. Proses artıq iyunun 1-dən İtaliya və Rumıniyada start götürüb.

    Fransada isə iyunun 15-dən başlanılacaq prosesdə əsas meyar kimi valideynlərin razılığı götürüləcək.