Month: June 2021

  • Türkiyədə koronavirusla bağlı son STATİSTİKA

    Qarabağdakı vəziyyətin nizamlanması üzrə işlər hər gün davam edir.

    Bunu “İzvestiya”ya açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova deyib.

    M.Zaxarova bildirib: “Məsləhətləşmələr, danışıqlar aparılır. Mənə elə gəlir ki, xarici işlər nazirləri, həmçinin xarici işlər nazirlikləri ilə və səfirliklər vasitəsilə qarşılıqlı işlər hər gün davam etdirilir. Həm Rusiya-Azərbaycan, həm də Rusiya-Ermənistan xəttindəki siyasi şöbələr arasında telefon danışıqlarına dair xəbərlər mütəmadi olaraq çıxır, onları görürsünüz və oxuyursunuz.

    Buna görə deyə bilərik ki, ölkəmiz qan tökülməsinin həqiqətən dayandırıldığı qaynar mərhələdə və münaqişədən sonrakı mərhələdə bu vəziyyətin həlli üçün böyük səylər sərf edib. Münaqişədən sonrakı dövürdən danışan zaman, mən münaqişənin kəskin fazasından sonrakı mərhələni nəzərdə tuturam.

    Əlbətdə ki, bu, yalnız ölkə rəhbərliyinin siyasi, diplomatik səyləri, şəxsi səyləri deyil, bu işdə indi orada olan, hər gün öz gücünü, ruhunu, bacarığını, peşəkarlığını ortraya qoyan sülhməramlılarımızın da rolu böyükdür. Buna görə də, əlbəttə ki, bu vəziyyətdə Rusiya sülhməramlılarının rolu qiymətləndirilə bilməz”.

  • Qarabağdakı vəziyyətin nizamlanması üzrə işlər hər gün davam edir – Rusiya XİN

    Qarabağdakı vəziyyətin nizamlanması üzrə işlər hər gün davam edir.

    Bunu “İzvestiya”ya açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova deyib.

    M.Zaxarova bildirib: “Məsləhətləşmələr, danışıqlar aparılır. Mənə elə gəlir ki, xarici işlər nazirləri, həmçinin xarici işlər nazirlikləri ilə və səfirliklər vasitəsilə qarşılıqlı işlər hər gün davam etdirilir. Həm Rusiya-Azərbaycan, həm də Rusiya-Ermənistan xəttindəki siyasi şöbələr arasında telefon danışıqlarına dair xəbərlər mütəmadi olaraq çıxır, onları görürsünüz və oxuyursunuz.

    Buna görə deyə bilərik ki, ölkəmiz qan tökülməsinin həqiqətən dayandırıldığı qaynar mərhələdə və münaqişədən sonrakı mərhələdə bu vəziyyətin həlli üçün böyük səylər sərf edib. Münaqişədən sonrakı dövürdən danışan zaman, mən münaqişənin kəskin fazasından sonrakı mərhələni nəzərdə tuturam.

    Əlbətdə ki, bu, yalnız ölkə rəhbərliyinin siyasi, diplomatik səyləri, şəxsi səyləri deyil, bu işdə indi orada olan, hər gün öz gücünü, ruhunu, bacarığını, peşəkarlığını ortraya qoyan sülhməramlılarımızın da rolu böyükdür. Buna görə də, əlbəttə ki, bu vəziyyətdə Rusiya sülhməramlılarının rolu qiymətləndirilə bilməz”.

  • Rusiya Aya uçuşlar üçün raketlərini təkmilləşdirir

    “Roskosmos” Aya uçuşlar üçün təkrar istifadə edilə bilən super-ağır raket istehsal etməyə hazırlaşır.

    Bu barədə “RİA Novosti” Rusiyanın Kosmik agentliyinin dövlət satınalmaları ilə əlaqədar materiallarına istinadla xəbər verib.

    Raketin Yerə qayıtması üçün təkrar istifadə edilə bilən hissələrlə təchiz edilməsi planlaşdırılır.

    Layihəyə görə, daşıyıcı raketdə yanacaq kimi metan və oksigendən istifadə ediləcək.

  • Nazirliyin idmançı əməkdaşı jurnalisti hədələdi – VİDEO

    Xırdalan şəhəri Şıxəli Qurbanov küçəsində çoxmərtəbəli yaşayış binasının tikilməsi nəzərdə tutulub. Bu da ərazidə yaşayan sakinlərin haqlı narazılığına səbəb olub.

    Median.Az “Baku TV”yə istinadən məlumatına görə, ərazidə tikinti vətəndaş Gülzar Cəlilova tərəfindən həyata keçirilir.

    Sakinlərin narazılığına səbəb olan isə Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq tikinti şöbəsinin layihə əsasında 210 kvadratmetrlik tikintiyə icazə verməsinə baxmayaraq, vətəndaşın 800 kvadratmetrlik üçmərtəbə, bir mansard tipli binanın bünövrəsini qazdırması olub.

    “Baku TV” əməkdaşları sözügedən ərazidə olduqları zaman özünü tikintinin sahibi kimi təqdim edən Araz Musayev adlı şəxs çəkilişə mane olmağa çalışıb.

    Dünya və Avropa çempionu, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğından İcbari sığorta işinə nəzarət şöbəsinin baş mütəxəssisi Araz Musayev çəkiliş qrupuna hədə-qorxu gəlib. Hətta o, Birinci Qarabağ müharibəsi qazilərini də həmin əraziyə gətirərək jurnalistləri hədələyib.

  • Kolumbiya mətbuatında Ermənistanın qanunsuzluqları ifşa edilib

    Kolumbiyanın nüfuzlu rəqəmsal mətbu orqanlarından olan “Las2Orillas” və “Ola Politica” qəzetlərində xarici ölkələrdəki erməni icma təşkilatları tərəfindən Azərbaycan ərazilərində mövcud olmuş qanunsuz rejimə və erməni silahlı birləşmələrinə yardım məqsədilə iri həcmli maliyyə ianələri toplanması haqda tanınmış jurnalist Roberto Trobaxonun müəllifi olduğu “Müharibəni maliyyələşdirmək məqsədilə dələduzluq” başlıqlı məqalə dərc olunub.

    Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən “Report”a verilən məlumata görə, yazıda Ermənistan hökuməti və erməni icma təşkilatlarının dünyanın müxtəlif ölkələrində yaşayan ermənilərdən humanitar məqsədlər adı altında kütləvi həcmdə maliyyə ianələri topladığı və bu vəsaitləri Ermənistanın silahlanmasına və 44 günlük müharibə zamanı Azərbaycana qarşı hərbi əməliyyatlara qatılan muzdlulara sərf olunduğu məlumat verilir.

    Müəllif bildirir ki, Ermənistan tərəfinin təxribatları nəticəsində başlanmış və Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi ilə nəticələnmiş 44 günlük müharibə başa çatanadək “Hayastan All Armenian Fund” tərəfindən aparılan ianə toplama kampaniyası çərçivəsində 73 müxtəlif ölkədə yaşayan çoxsaylı icma üzvlərindən 170 milyon ABŞ dolları məbləğində vəsait toplanıb.

    Məqalədə xaricdə yaşayan ermənilərin etibarından sui-istifadə edilərək toplanmış həmin vəsaitin böyük hissəsinin müharibə dövründə gizli şəkildə Ermənistanın dövlət büdcəsinə köçürüldüyü və bu faktın Ermənistanın Azərbaycana qarşı apardığı müharibənin maliyyə xərclərini xaricdə yaşayan soydaşlarından dələduzluq və aldatma yolu ilə topladığı vəsait hesabına qarşıladığına dəlalət etdiyi qeyd olunur.

    Ardınca sözügedən fondun daha əvvəllər də qanunsuz mənimsəmə hallarında adı keçdiyi, bu xüsusda qurumun keçmiş direktoru Ara Vardanyan 2018-ci ildə fondun böyük həcmli vəsaitlərini mərc oyunlarına sərf etdiyinə görə həbs olunduğu məlumat verilir.

    Sonda ianə toplama kampaniyasına dəstək olan bəzi iri beynəlxalq bankların adları çəkilərək həmin maliyyə qurumlarına erməni diaspor təşkilatlarına aid hesabların təhlil edilməsi tövsiyə olunur.

  • İsrailin gələcək baş nazirləri məlum oldu

    İsrailin ən böyük müxalifət partiyası “Yeş Atid”in lideri Yair Lapid lideri ölkənin prezidenti Reuven Rivlinə hökumət koalisiyasını formalaşdırmağa nail olduğunu bildirib.

    “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Yeş Atid” Partiyasının mətbuat xidməti bildirib.

    “Yeş Atid”in sədri Yair Lapid dövlətin prezidenti Reuven Rivlinə elan edib ki, o hökumətin formalaşdırılması işini müvəffəqiyyətlə başa çatdırımağa nail olub”, – partiyanın mətbuat xidmətinin xəbərində deyilir.

    Ölkə prezidentinin dəftərxanasında informasiyanı təsdiqləyiblər.

    “Yamin”in sədri Naftali Bennett baş nazir, “Yeş Atid”in rəhbəri Yair Lapid isə alternativ baş nazir olacaq. Təxminən iki il ərzində əvəzetmə aparılacaq, bundan sonra “Yeş Atid”in rəhbəri Yair Lapid baş nazir, “Yamin”in sədri Naftali Bennett alternativ baş nazir olacaq”, – deyə dəftərxananın xəbərində bildirilir.

    Razılaşmaya əsasən “Yamin”in sədri Naftali Bennett 2023-cü ildə vəzifəsinin icrasına başlayacaq. Sonra 2025-ci ilin noyabrına qədər hökumətə Yair Lapid başçılıq edəcək.

    Bununla da İsraildə 12 il ərzində ilk dəfə hazırkı baş nazir Binyamin Netanyahunun “Likud” partiyasının iştirakı olmadan koalisyon hökumət formalaşdırılacaq.

    Qeyd edək ki, qanunvericiliyə əsasən koalisyon hökumətin tərkibini Knesset (İsrail parlamenti) təsdiqləməlidir.

  • Yerevanda hərbçilərin meyitlərinin təhqirinə narazılıq edənlər saxlanıldı

    Ermənistan polisinin əməkdaşları ölkənin paytaxtı Yerevanda Səhiyyə Nazirliyinin binası qarşısında keçirilən etiraz aksiyasının iştirakçılarını saxlayıb.

    Bu barədə “Report” Ermənistan mətbuatına xəbər verir.

    Məlumata görə, aksiya zamanı etirazçılarla polis əməkdaşları arasında qarşıdurma olub. Aksiyaçılar nazirliyin binasına polietilen paketlər atmağa başlayıblar.

    Qeyd edək ki, aksiya iştirakçıları Ermənistanın səhiyyə naziri səlahiyyətlərini müvəqqəti icra edən Anait Avanesyanın istefasını tələb edirlər. Buna səbəb mətbuatda ikinci Qarabağ müharibəsində məhv edilmiş erməni hərbi qulluqçuların meyitlərinin Abovyan şəhərinin vərəm xəstəxanasının meyitxanasının döşəməsinə atılmasını əks etdirən foto və videogörüntülərin yayılmasıdır.

  • Gürcüstanda gürcü qadının müdafiəsinə qalxan soydaşımız döyülüb

    Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Qardabani rayonunda insident baş verib.

    Alkoqollu içkinin təsiri altında olan şəxs yanacaq doldurma məntəqəsinin (YDM) ərazisində yerləşən supermarketin kassirini təhqir edib.

    Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib ki, 1984-cü il təvəllüdlü həmin şəxs operativ əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Əvvəllər bir neçə dəfə məhkum edilmiş gənc zorakılıq və xuliqanlıqda ittiham olunur.

    İstintaqla müəyyən olunub ki, saxlanılan şəxs qadın kassiri təhqir etdikdən sonra üzərinə kənd təsərrüfatı aləti atıb. Gənc həmçinin onu sakitləşdirməyə çalışan YDM-in operatorunu da təhqir edərək ona qarşı fiziki təzyiq göstərib.

    Faktla bağlı istintaq tədbirləri davam etdirilir.

    “Report”un əldə etdiyi məlumata əsasən, YDM operatoru etnik azərbaycanlıdır. O, gürcü qadın kassirin müdafiəsinə qalxıb və döyülüb.

  • QMİ sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib

    Qafqaz Müsəlmanları İdarəsi (QMİ) qurumun feysbuk sosial şəbəkəsindəki rəsmi səhifəsinin izləyicilərinə xəbərdarlıq edib.

    Bununla bağlı idarənin feysbuk səhifəsində məlumat paylaşılıb.

    “Burada paylaşdığımız xəbər və məlumatlara şərh verərkən etik normalara diqqət etmənizi xahiş edirik. Tənqidlə təhqir arasında çox böyük fərq var. Təhqir edib ədəb-ərkandan uzaq davrananlara qarşı xəbərdarlıq edilmədən tədbir görüləcək. Allah sizi xeyirli işlərdə müvəffəq etsin”, – məlumatda qeyd olunub.

  • Ukrayna “Google”, “Apple” və “Netflix”ə vergi tətbiq edəcək

    Ukrayna Ali Radası Vergi Məcəlləsinə qeyri-rezidentlərin Ukraynada fiziki şəxslərə elektron xidmətlər göstərməsi üzrə əməliyyatlara əlavə dəyər vergisinin (ƏDV) tətbiq edilməsini nəzərdə tutan dəyişiklikləri ikinci oxunuşda qəbul edib.

    Bu barədə Ukrayna KİV parlamentin mətbuat xidmətinə istinadən xəbər yayıb. Qeyd olunur ki, qanun ƏDV-lər hesabına dövlət büdcəsinə daxilolmaların artırılmasına yönəlib.

    İzahedici məktubda bildirilir ki, söhbət ilk növbədə Ukrayna vətəndaşlarının “Apple”, “Google”, “Microsoft”, “Netflix”, “Wargaming”, “Bloomberg”, “Alibaba”, “Booking” və sair texnologiya şirkətlərinin xidmətlərindən yararlanmasına verginin tətbiq edilməsindən gedir. Qanun qəbul edildikdən sonra bu cür şirkətlər Ukrayna ərazisindən xidmət və ya reklamlara abunəliyə görə ƏDV ödəməli olacaqlar.