Month: June 2021

  • “Oğlumun üç ayağını mənə verdilər” – əsl erməni faciəsi – FOTO

    Ermənistanın Eçmiədzin şəhərinin sakini Anait Adoyan belə deyir.

    Oxu24.com Pastİnfo-ya istinadən bildirir ki, Anaitin oğlu ötən ilin sentyabrın 27-də başlanan və noyabrın 9-da başa çatan İkinci Qarabağ Savaşı günlərində Ermənistan Müdafiə Nazirliyinin Eçmiədzindən hərbi çağırışa cəlb edərək Qarabağa, döyüşlərə yolladığı 41 erməni gəncdən biridir.

    Həmin ermənilərin 30-nun taleyi hələ də bəlli deyil.

    Əvvəlcə bu ermənilərin Qarabağda PUA zərbəsi nəticəsində həlak olduqları deyilirdi. Sonra iddialar dolaşdı ki, onlar itkin düşüblər.

    “İrəvana, Müdafiə Nazirliyinə yollandım. Orada məni morqa göndərdilər ki, oğlum həlak olub, cəsədi oradadır. Morqda da mənə üç ayaq verdilər ki, “al, oğlunun ayaqlarıdır”. Soruşanda ki, üç ayaq niyə, ayaqlardan birini götürüb kənara atdılar”, – Anait Adoyan söyləyib.

    A.Adoyanın dediyinə görə, oğlunu Zəngilan rayonuna yollayıblar: “Halbuki həmin vaxtda o rayon azərbaycanlıların nəzarətindədir. Oğlumla birlikdə Zəngilana göndərilmiş əsgərlərdən Artakın, Gegamın, Arturun, Aleksandrın sağ olduqları deyilir. Daha bir nəfər artıq evə qayıdıb. Oğlumdan isə xəbər yoxdur”.

  • “Xəritəyə baxırıq, Şuşa da əldən gedib, uduzursunuz…” – Rusiyadan İrəvana zəng

    44 günlük Qarabağ müharibəsi zamanı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktorunun səlahiyyətlərini icra etmiş Mikael Ambarsumyan Nikol Paşinyanın müharibəni daha əvvəl dayandırmaq şansından istifadə etmədiyini bildirib.

    Median.Az virtualaz.org-a istinadən xəbər verir ki, Ambarsumyan Yerevanda Təhlükəsizlik Şurasının ötən il oktyabrın 19-da keçirilmiş iclasında generalların Paşinyana müharibədə məğlubiyyətin qaçılmaz olduğunu məruzə etdiklərini deyib.

    “Təhlükəsizlik Şurasının iclasında həm Onik Qasparyan (o zamankı Baş qərargah rəisi), həm David Tonoyan (müdafiə naziri) Nikol Paşinyana məruzə etdilər ki, şansımız yoxdur və biz uduzuruq. İclasda prezident və bütün ermənilərin katolikosu da iştirak edirdi, o, Qarabağ ermənilərinin taleyi barədə həyacanlı çıxış etdi”,-Ambarsumyan bildirib.

    M.Ambarsumyan qeyd edir ki, həmin vaxt Şuşa və “Hadrutun yarısı” onların əlində idi. O, iclasda Paşinyanın döyüş əməliyyatlarının dayandırılmasına dair Rusiyanın Azərbaycan tərəfi ilə konkret razılaşmaya gəldiyi barədə heç nə danışmamasından təəcübləndiyini deyir. Bildirir ki, həmin razılaşmaya əsasən tərəflər tutduqları mövqelərdə qalırdı və Qarabağa Rusiya sülhməramlıları yeridilirdi.

  • Bakıda gecə saatlarında dəhşət: Boynu sındı

    Abşeronda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Mehdiabad qəsəbəsində qeydə alınıb.

    Yolu keçən 1967-ci il təvəllüdlü Yusifov Babək Xudaverdi oğlunu avtomobil vurub.

    İdarəetməni itirən avtomobil daha sonra digər nəqliyyat vasitəsinə çırpılıb.

    Xəsarət alan piyada təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona boyun fəqərəsinin sınığı diaqnozu qoyulub.

    Hadisənin təfərrüatı araşdırılır.

  • Azərbaycanda hamı bu qadını danışır: Əli və ayağı olmayan yoldaşını qucağında gəzdirir – VİDEO

    Dünən sosial şəbəkələrdə bir xanımın fiziki məhdudiyyətli həyat yoldaşını qucağında gəzdirdiyi görüntüsü gündəm olmuşdu.

    BAKU TV həmin ailədə oldu və həmin şəxsin birinci Qarabağ qazisi Elnur Əfəndiyev olduğu aydınlaşdı. Ailənin iki azyaşlı övladı var.

    Daha ətraflı BAKU TV-nin xüsusi buraxılışında:

  • “Liverpul”un müdafiəçisi AVRO-2020-ni buraxacaq

    İngiltərə millisi və “Liverpul”un müdafiəçisi Trent Aleksander-Arnold Avstriya yığmasına qarşı yoxlama oyununda zədələndiyi üçün Avropa Çempionatında iştirak edə bilməyəcək.

    Müvafiq bəyanatla İngiltərə yığmasının mətbuat xidməti çıxış edib.

    Bud nahiyəsindən zədə almış oyunçunun 6 həftə ərzində yaşıl meydanlardan kənarda qalacağı bildirilib.

    Məlumata görə, komandanın baş məşqçisi Qaret Sautqeyt hələ ki Trenti əvəz edəcək futbolçunu müəyyənləşdirməyib.

  • Para-atletimiz Polşada qızıl medal qazandı

    Polşanın Budqoş şəhərində keçirilən Açıq Avropa Çempionatında Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə idmançısı, T13 kateqoriyasında iştirak edən Elmir Cəbrayılov medal qazanıb.

    Milli Paralimpiya Komitəsindən “Report”a verilən məlumata görə, Elmir Cəbrayılov 400 m qaçış növündə 49.88 saniyə nəticə göstərərək yarışın qızıl medalını qazanıb.

    Qeyd edək ki, bu millimiz çempionatda qazandığı 5-ci medalıdır (3 qızıl, 1 gümüş, 1 bürünc – Red).

    Daha öncə F53 kateqoriyasında iştirak edən Elvin Astanov nüvə itələmə növündə 8.23 m nəticə göstərərək yarışın qızıl ,T12 kateqoriyasında iştirak edən Səid Nəcəfzadə uzunluğa tullanma növündə 6.97 m nəticə göstərərək yarışın qızıl, T11 kateqoriyasında iştirak edən Toğrul Hümbətov uzunluğa tullanma növündə 5.67 m nəticə göstərərək bürünc, F57 kateqoriyasında iştirak edən Həmid Heydərli nizə atma növündə 43.49 m nəticə göstərərək yarışın gümüş medalını qazanıb.

  • “Liverpul”un müdafiəçisi AVRO-2020-ni buraxacaq

    İngiltərə millisi və “Liverpul”un müdafiəçisi Trent Aleksander-Arnold Avstriya yığmasına qarşı yoxlama oyununda zədələndiyi üçün Avropa Çempionatında iştirak edə bilməyəcək.

    Müvafiq bəyanatla İngiltərə yığmasının mətbuat xidməti çıxış edib.

    Bud nahiyəsindən zədə almış oyunçunun 6 həftə ərzində yaşıl meydanlardan kənarda qalacağı bildirilib.

    Məlumata görə, komandanın baş məşqçisi Qaret Sautqeyt hələ ki Trenti əvəz edəcək futbolçunu müəyyənləşdirməyib.

  • Cəlilabadda sürücü törətdiyi qəzada yaralandı

    Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

    “Report”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

    Belə ki, “VAZ 2106” markalı minik avtomobili idarəetməni itirərək yolun kənarındakı maneəyə çırpılıb.

    Xəsarət alan sürücü hadisə şahidlərinin köməkliyi ilə avtomobildən çıxarılaraq, təcili yardım briqadasına təhvil verilib. O, xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Gədəbəydə tövlədə saxlanılan 87 yaşlı qadın müəssisəyə yerləşdirilib

    Tövlədə bağlanılaraq saxlanılan Gədəbəyin İvanovka kəndinin sakini, 1934-cü il təvəllüdlü Səkinə Həsənova Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsinə yerləşdirilib.

    “Report” xəbər verir ki, bu barədə Agentliyin mətbuat katibi Murad Həşimov bildirib.

    Qeyd olunub ki, burada onun sağlamlığına nəzarət və digər zəruri ehtiyaclarının qarşılanması üçün lazımi tədbirlər həyata keçirilib.

    Xatırladaq ki, Gədəbəydə qadına qarşı zorakılıq göstərən şəxsə cinayət işi açılıb.

  • Tanınmış vəkil Janna Bağırova Prezidentə müraciət etdi

    Salam, Cənab Prezident!

    Sizi narahat edən Janna Mirzə qızı Bağırovadır. 37 ildir ki, mən Azərbaycan Respublikası Vəkillər Kolleqiyasının üzvüyəm. 2020-ci ilin yanvar ayında, mən tanınmış, professional və nümünəvi vəkil kimi medalla təltif olunmuşam. Lakin, 7 aydan sonra, 2020-ci ilin avqust ayında xəbərim olmadan vəkillikdən kənarlaşdırılmışam. Səbəb isə, – yeni qəlmiş Vəkillər Kolleqiyasının sədrini tənqid etməyimdir.

    Mən özümü tərif etməyəcəm, amma Respublikada 5 savadlı, təmiz, vətənpərvər, işini bilən və sevən, təcrübəli vəkil varsa, – onlardan biri mənəm. Çünki, 17 yaşımdan özüm, heç kimə güvənmədən, üzərimdə işləməklə və adımı qorumaqla, əsl vəkillik işinə gəlmişəm, heç kimə rüşvət daşımamışam, heç kimi ləkələməmişəm, heç kimi aldatmamışam, götürdüyüm hüquqi yardımın göstərilməsi öhdəliyinə hər dəfə vicdanla, məsuliyyətlə, bütün şansları axıradək istifadə etməklə, insanları müdafiə etmişəm, onlara hüquqi yardım göstərmişəm. Apardığım işlər isə, əsasən ağır cinayət işləri olmuşdur.

    Lakin, təzə rəhbərlik tərəfindən mənə təzyiqlər, vəkillik işimə qanunsuz müdaxilələr, işimi və şəxsiyyətimi aşaqlamaq, məni “əl rejimində” onun-bunun sifarişi ilə işləyən vəkilə çevirmək niyyətləri baş tutmadıqda, qərəzlə və qisasla işimdən “olmuşam”. Hətta, mənə imkan verilmədi ki, artıq məhkəmələrin icraatında olan işlərdə insanların müdafiəsini tamamlayam. Vəkillər Kolleqiyasının sədri Anar Bağırov özündən arxayın və tamamilə əsassız bir tərzdə bəyan edir ki, “…sən kimsən ki, məni tənqid edəsən, haqq-ədalət axtarmaq əvəzinə müstəntiqlərlə və hakimlərlə “əməkdaşlıq etmək lazımdır”.

    Mən bununla qəti razı deyiləm və məhkəməyə müraciət etmişəm. Lakin, 10 aydır ki, müxtəlif bəhanələrlə məhkəmə iddiaya baxa bilmir. Çünki, Vəkillər Kolleqiyasının sədri, eyni zamanda da Məhkəmə Hüquq Şurasının üzvüdür. Hakimlər də bundan ehtiyyat edir.

    Cənab Prezident! Siz deyirsiz ki, məhkəmələrdə islahatlar olmalıdır! Olmuş qanun pozuntularını, pozulmuş hüquqların bərpasını, insanların müdafiəsini, məhkəmənin çəkişməsini vəkil təmin etməlidir. Vəkilə, -mənim kimi, hədə-qorxu ilə səssiz qalması, işdən qovulma hədəsiylə vəkillik işinə təzyiqlər olunursa, özüdə öz rəhbərliyi tərəfindən, burada hansı islahatlara nail olmaq olar?

    Hörmətlə, Janna Bağırova.