Month: June 2021

  • Erməni boksçu gücünü qadının üstündə sınadı

    Erməni boksçu Arutyun Avetisyan Moskvada bir qadını döyüb və bıçaqla hədələyib.

    Bu barədə “112” “Telegram” kanalı xəbər verib.

    27 yaşlı Alcanat Omarovanın dediyinə görə, o, əvvəllər Arutyunu tanıyıb, belə ki, onun yaxın dostu ilə bir müddət görüşüb.

    Həmin günü onlar qızın keçmiş sevgilisinin evinin yaxınlığındakı mağazada rastlaşıblar. Bokçsu qızı dostunu hələ də izləməkdə ittiham edib. Qız isə bu iddialardan təəccüblənərək Arutyuna böyük fantaziyası olduğunu deyib və onu “xəstə” adlandırıb.

    Bundan sonra boksçu hirslənib, qızı boğmağa başlayıb, bıçaqla hədələyib, həmçinin üzündən bir neçə dəfə vurub.

    Hazırda faktla bağlı yoxlamalara başlanılıb.

  • İqtisadiyyatda müsbət meyillər artır

    Ölkə iqtisadiyyatında müsbət meyillər tədricən, artır. Bunu şərtləndirən amillər – həm pandemiya təhlükəsinin sovuşması, həm neftin dünya bazar qiymətlərinin kifayət qədər əlverişli vəziyyətdə olması, həm qeyri-neft sektorunun inkişaf tempi, həm də ümumiyyətlə, iqtisadi aktivlikdə bərpa işartılarıdır.

    Doğrudur, il başlanandan bəri keçən ildəki tənəzzül davam edib və artımda müşahidə edilən azalma prosesi aprel ayı da daxil olmaqla dayanmayıb. Bu sahədə may ayına dair göstərici isə bir neçə gündən sonra açıqlanacaq. Sözüm bundadır ki, makroiqtisadi dayanıqlıq möhkəmlənir və bunun təsir nəticəsində də iqtisadiyyatın tezliklə bərpa olunacağına ümid yaranır.

    Əlbəttə, ümumi iqtisadi tənəzzüllə bağlı eniş nə vaxtsa səngiməlidir. Pandemiya sovuşduqca, karantinsiz rejim bərkidikcə, xarici təsirlərin də olmadığı bir şəraitdə iqtisadi azalma dayanmalıdır və dayanacaq da… Dünya iqtisadiyyatının aparıcı ölkələrində bərpa prosesi nə qədər sürətlə baş verərsə, bu özü də bizə bir o qədər müsbət təsir edəcək. Lakin, ölkə iqtisadiyyatının ümumən genişlənməsi və artması üçün intensiv inkişaf tələb olunur ki, hansı ki buna daxildən qaynaqlanan inkişaf deyilir və bizə də, məhz buna nail olmaq tələb edilir.

    Bu baxımdan, məsələn, ilk növbədə diqqəti cəlb edən məqam ondan ibarətdir ki, qeyri-neft sektoru üzrə ixracımız artır. Belə ki, 2021-ci ilin yanvar-aprel aylarında ölkədən ixrac 6,4 milyard dollar təşkil edib ki, bunun 697 milyon dolları qeyri-neft sektorunun payına düşüb. Qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 146 milyon dollar və ya 26,5 faiz artıb.

    Ümumiyyətlə, 2021-ci ilin yanvar-aprel ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid mallar siyahısında pambıq mahlıcı (96,4 milyon ABŞ dolları) birinci yeri tutub, ikinci, qızıl (64,6 milyon ABŞ dolları), pomidor (tomat) isə üçüncü (42,3 milyon ABŞ dolları) yerdə qərarlaşıb.

    Digər mallar üzrə isə sıranı müvafiq olaraq, ilkin formalı polipropilen (37,1 milyon ABŞ dolları), qabığı təmizlənmiş meşə fındığı (34,7 milyon ABŞ dolları), xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen (33,6 milyon ABŞ dolları), xurma (31,9 milyon ABŞ dolları), elektrik enerjisi (23,2 milyon ABŞ dolları) və s. təşkil edir.

    Yeri gəlmişkən, ölkə Prezidenti pambıq əkininə, tədarükünə diqqət ayıranda çoxları bunu mənasız hesab edirdi. İndi pambıq ixracı qızıldan daha çox təşkil edir. Söhbət, aqrar sahədə texniki məhsul istehsalı və tədarükündən gedir. Ölkəmizdə digər məhsullar üzrə isə bundan daha böyük imkanlar mövcuddur. Yetər ki, stimul olsun.

    Digər mühüm məqam isə ondan ibarətdir ki, daxili maliyyə bazarında xarici valyutaya tələb azalıb. Belə ki, Dövlət Neft Fondu (ARDNF) dollar satışını iki dəfə azaldıb. 2021-ci ilin may ayı ərzində 312,7 milyon ABŞ dolları məbləğində vəsait satılıb ki, bu da əvvəlki ayla (2021-ci ilin aprel) müqayisədə 197,2 milyon ABŞ dolları qədər və ya 38,7 faiz, 2020-ci ilin may ayı ilə müqayisədə 21,3 milyon ABŞ dolları qədər və ya 6,4 faiz azdır. Ümumiyyətlə, bu ilin ilk 5 ayı ərzində ARDNF tərəfindən ümumilikdə 1 milyard 904,8 milyon ABŞ dolları həcmində vəsait satılıb ki, bu da ötən ilin yanvar-may ayları ilə müqayisədə 1 milyard 732,2 milyon ABŞ dolları qədər və ya 1,9 dəfə az deməkdir.

    Üçüncü məqam: Mərkəzi Bankın (AMB) iyun ayının əvvəlinə olan rəsmi valyuta ehtiyatlarının həcmi 6 milyard 460,4 milyon ABŞ dolları təşkil edib. AMB-nin rəsmi valyuta ehtiyatlarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz, aylıq müqayisədə isə 1,5 faiz artıb. Əgər, bir ölkənin mərkəzi bankı daxili valyuta bazarındakı mövcud vəziyyətə nəzərən rəsmi ehtiyatlarını artıra bilirsə, demək ki, yerli valyutanın məzənnəsi qənaətbəxş fon müstəvisi altındadır. Həqiqətən də manat real olaraq ucuzlaşmağa doğru deyil, bahalaşmağa meyillidir. Başqa sözlə desəm, möhkəmlənməyə doğru təzyiq altındadır. Bu özü ölkədə istehsalı stimullaşdırmaq üçün əlavə imkanların mövcud olduğu deməkdir.

    Sözüm bunda deyil. Valyuta bazarında sabitlik və qeyri-neft sektoru üzrə ölkədən ixracın yavaş templə olsa da ardıcıl şəkildə artımı o deməkdir ki, təkrar edirəm, ölkə iqtisadiyyatın tezliklə bərpa olunacağına ümid yaranır.

    Yeri gəlmişkən, hökumət bu il ərzində ölkəmizdə ÜDM istehsalı üzrə 3,4 faiz artım proqnozlaşdırıb ki, il ərzində ÜDM istehsalı artımını şərtləndirəcək bir sıra amillər mövcuddur. Və bunların bəzisi özünü mütləq şəkildə göstərəcək. Ancaq ən başlıcası, hökumət tərəfindən qarşıya qoyulan 2030-cu ilədək ÜDM istehsalını ikiqat artırmaq hədəfidir ki, bunun üçün orta hesabla ildə 7 faiz artım tələb olunur.

    Neft-qaz sektoru hesabına qeyd olunan hədəfə çatmaq mümkün deyil…

    Odur ki, qeyri-neft sektoru indikindən daha artıq sürətlə inkişaf etməli və ümumən iqtisadiyyatda olmaqla, xüsusən, qeyri neft-qaz sahəsində özəl payın çəkisi mümkün dərəcədə maksimum həddə yüksəlməlidir.

  • Азербайджанский спортсмен стал чемпионом Европы

    Азербайджанский параатлет Эльвин Астанов завоевал золотую медаль на чемпионате Европы в польском городе Быдгощ.

    Спортсмен, выступавший в категории F53, стал первым в толкании ядра. Астанов опередил всех соперников с результатом 8 м 23 см.

    Отметим, что ранее в категории T12 Саид Наджафзаде добился золотой медали в прыжке в длину (6 м 97 см), в том же виде с результатом 5 м 67 см в категории T11 Тогрул Гумбатов выиграл “бронзу”, а Гамид Гейдарли (F57) – “серебро” в метании копья (43 м 49 см).

  • Azərbaycanlı idmançı Avropa çempionu oldu

    Polşanın Bıdqoşç şəhərində keçirilən paraatletika üzrə Avropa açıq çempionatında daha bir idmançımız qızıl medal qazanıb.

    F53 kateqoriyasında iştirak edən Elvin Astanov nüvə itələmə növündə 8,23 m nəticə göstərərək yarışın qızıl medalını qazanıb.

    Qeyd edək ki, bu, millimizin çempionatda qazandığı dördüncü medaldır. Daha öncə T12 kateqoriyasında iştirak edən Səid Nəcəfzadə uzunluğa tullanma növündə 6,97 m nəticə göstərərək yarışın qızıl, T11 kateqoriyasında iştirak edən Toğrul Hümbətov uzunluğa tullanma növündə 5,67 m nəticə göstərərək bürünc, F57 kateqoriyasında iştirak edən Həmid Heydərli nizə atma növündə 43,49 m nəticə göstərərək yarışın gümüş medalını qazanıb.

  • Соцпартии Нидерландов представлен проект резолюции по Ходжалинскому геноциду

    Председатель Союза молодых социалистов северного района Амстердама, Нидерланды, Хаджар Караман представила руководству Социалистической партии проект резолюции по Ходжалинскому геноциду.

    Об этом Oxu.Az сообщили в Госкомитете АР по работе с диаспорой.

    В документе содержится подробная информация о Карабахе, являющемся исконной землей Азербайджана, а также трагедии в Ходжалы. В этом городе в ночь на 26 февраля 1992 года вооруженные силы Армении с участием военнослужащих 366-го мотострелкового полка бывшей советской армии совершили чудовищный акт геноцид против этнических азербайджанцев.

    Ссылаясь на Конвенцию ООН “О предупреждении и наказании геноцида” и документы Европейского суда по правам человека, наша соотечественница назвала события в Ходжалы преступлением геноцида.

    Было отмечено, что за период почти 30-летней оккупации Армения совершила и другие тяжкие преступления против Азербайджана. Одно из них – установка мин в Нагорно-Карабахском регионе АР и прилегающих к нему районах. Напомнив о вступившей в силу 1 марта 1999 года Конвенции “О запрещении применения, накопления запасов, производства и передачи противопехотных мин и об их уничтожении”, молодая социалистка подчеркнула, что Армения игнорирует нормы международного права.

    Х.Караман призвала руководство Социалистической партии принять данный проект резолюции о Ходжалинском геноциде, вынести ее на обсуждение в парламенте, который приступит к работе после выборов, и добиться политико-правовой оценки этой трагедии.

  • Niderlandda Sosialistlər Partiyasına Xocalı soyqırımı ilə bağlı qətnamə layihəsi verilib

    Niderland Krallığının şimali Amsterdam bölgəsi üzrə gənc sosialistlər təşkilatının sədri Həcər Karaman Sosialistlər Partiyasının rəhbərliyinə Xocalı soyqırımı ilə bağlı qətnamə layihəsi təqdim edib.

    Bu barədə Oxu.Az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

    Sənəddə xalqımızın qədim tarixə malik olması, mürəkkəb yol keçməsi, Qarabağın əzəli torpaqlarımız olması barədə ətraflı məlumat verilib. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərində Ermənistan silahlı birləşmələrinin Rusiyanın 366-cı motoatıcı alayının hərbçiləri ilə birlikdə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə etnik azərbaycanlılara qarşı amansız və dəhşətli soyqırımı törətdiklərinə diqqət cəlb edilib. BMT-nin “Soyqırımın qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyasına, Avropa İnsan Hüquqlarının Məhkəməsinin sənədlərinə istinadən soydaşımız bildirib ki, ermənilərin Xocalıda törətdikləri soyqırımı cinayətidir.

    Qeyd edilib ki, Ermənistan 30 ilə yaxın işğal dövründə Azərbaycana qarşı digər ağır cinayətlər də törədib. Bu dəhşətli cinayətlərdən biri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və ona bitişik 7 rayonunda minaların yerləşdirilməsidir. 1 mart 1999-cu ildə qüvvəyə minmiş “İnsan əleyhinə minaların istifadəsi, yığılması, istehsalı və köçürülməsinin qadağan edilməsi haqqında” Konvensiyanı xatırladan gənc sosialist Ermənistanın beynəlxalq qanunlara məhəl qoymadığını nəzərə çatdırıb.

    Soydaşımız Sosialist Partiyasının rəhbərliyini bu qətnamə layihəsinin qəbul edilməsinə, seçkilərdən sonra fəaliyyətə başlayacaq parlamentdə Xocalı soyqırımının müzakirəyə çıxarılmasına və siyasi-hüquqi qiymətin verilməsinə nail olmağa çağırıb.

  • Возбуждено уголовное дело в отношении подозреваемого в удерживании пожилой женщины в конюшне

    Пожилая женщина, которую насильно удерживали в конюшне в селе Новоивановка Гедабейского района, помещена в психоневрологический центр.

    Об этом в ответ на запрос Oxu.Az сообщил главный инспектор гянджинской региональной группы пресс-службы МВД, старший лейтенант полиции Эшгин Гасымов.

    По его словам, после того как в соцсетях появились сообщения о том, что Сакина Гасанова (1934 г.р.) насильно удерживается в конюшне, сотрудники РОП немедленно приехали в это село и установили, что женщина находится на свободе.

    “У нее были выявлены физические и психологические проблемы, в связи с чем она помещена в психоневрологический центр №3 Гейгельского района”, – сказал он.

    Представитель МВД добавил, что возбуждено уголовное дело по факту незаконного удержания пожилой женщины в конюшне и периодических ее избиений.

    “В связи с подозрением в совершении противоправных действий возбуждено уголовное дело по статье 145 (незаконное лишение свободы) УК АР в отношении ее родственника Газанфара Гаджиева (1947 г.р.), которое направлено в районную прокуратуру. Она продолжает расследование”, – сообщил Э.Гасымов.

    Отметим, что видео об издевательствах над женщиной распространила председатель общественного объединения “Дети Азербайджана” Кямаля Агазаде.

  • Azərbaycanda ahıl qadını boğazına ip keçirərək tövlədə saxlayan şəxs barəsində cinayət işi AÇILDI

    “Gədəbəy rayonunun Nova İvanovka kəndində tövlədə boğazı və əlləri bağlı vəziyyətdə saxlanılan ahıl qadın psixo-nevroloji mərkəzə yerləşdirilib”.

    Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirib.

    Onun sözlərinə görə, 1934-cü il təvəllüdlü Gədəbəyin İvanovka kəndində yaşayan Səkinə Həsənovanın tövlədə bağlanılaraq saxlanılması barədə sosial şəbəkələrdə görüntülər yayıldıqdan sonra Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin kəndə gələrək qadını kənd ərazisində gəzərkən aşkarlayıb:

    “Onun əqli və fiziki sağlamlığının yerində olmamasını müəyyən etdikdən sonra aidiyyəti qurumlara məlumat verilib və Səkinə Həsənova Göygöl rayonunda yerləşən 3 saylı psixo-nevroloji mərkəzə yerləşdirilib”.

    O bildirib ki, ahıl qadının bağlanılması və zaman-zaman döyülməsi ilə bağlı RPŞ-də cinayət işi başlanılaraq istintaq-əməliyyat tədbirləri həyata keçirilib:

    “Tədbirlər nəticəsində Səkinə Həsənovanı tövləyə bağlamaqda şübhəli bilinən qohumu 1947-ci il təvəllüdlü Qəzənfər Hacıyev barəsində Cinayət Məcəlləsinin 145-ci (Qanunsuz azadlıqdan məhrum etmə) maddəsi ilə başlanılan cinayət işi rayon prokurorluğuna göndərilib. Faktla bağlı Gədəbəy Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir”.

    Qeyd edək ki, ötən gün “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə 85 yaşlı Səkinə adlı qadının Gədəbəy rayonunun Novo İvanovka kəndində tövlədə boğazı və əlləri bağlı vəziyyətdə saxlanılması barədə videogörüntüləri yayıb.

  • Ким Чен Ын поздравил Ильхама Алиева

    Председатель государственных дел Корейской Народно-Демократической Республики Ким Чен Ын направил Президенту Азербайджана Ильхаму Алиеву письмо по случаю 28 мая – Дня Республики.

    Текст послания опубликован АЗЕРТАДЖ.

    “По случаю Дня Республики в Азербайджанской Республике от имени правительства и народа Корейской Народно-Демократической Республики направляю Вам, правительству и народу Вашей страны искренние поздравления.

    Руководствуясь идеалами самостоятельности, дружбы и неприсоединения народы Кореи и Азербайджана укрепляли узы дружбы и сплоченности.

    Пользуясь случаем, выражаю уверенность, что отношения дружбы и сотрудничества между Кореей и Азербайджаном будут еще более расширяться и развиваться. От всей души желаю народу Вашей страны благополучия и процветания”, – говорится в письме.

  • Kim Çen In İlham Əliyevə məktub göndərdi

    Koreya Xalq Demokratik Respublikası Dövlət Şurasının sədri Kim Çen In 28 May – Respublika Günü münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

    AZƏRTAC xəbər verir ki, məktubda deyilir:

    “Milli bayramınız – Respublika Günü münasibətilə Koreya Xalq Demokratik Respublikasının hökuməti və xalqı adından Sizə, ölkənizin hökumətinə və xalqına səmimi təbriklərimi çatdırıram.

    Koreya və Azərbaycan xalqları müstəqillik, dostluq və qoşulmama ideallarını rəhbər tutaraq birlik və həmrəylik tellərini möhkəmləndiriblər.

    Bu xoş fürsətdən istifadə edərək əmin olduğumu bildirirəm ki, Koreya ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətləri daha da genişlənəcək və inkişaf edəcəkdir. Ölkənizin xalqına səmimi-qəlbdən əmin-amanlıq və firavanlıq arzu edirəm”.