Month: June 2021

  • KTMT ölkələri Ermənistanda “Qrom” xüsusi təlimlərini keçirəcək

    “Qrom-2021” xüsusi təlimləri bu il Ermənistan ərazisində keçiriləcək.

    “İnterfaks”ın məlumatına görə, bu barədə KTMT-nin sözçüsü Vladimir Zaynetdinov bildirib.

    “Ermənistan Respublikası ərazisində keçirilməsi planlaşdırılan təlimlər zamanı zirehli texnika, xüsusi avtonəqliyyat, aviasiya, PUA və xidmət-axtarış itlərinin istifadəsi ilə iki mərhələdə praktik tədbirlər keçiriləcək”, – deyə Zaynetdinov əlavə edib.

    Qeyd edək ki, KTMT tərəfindən həyata keçirilən “Qrom” təlimləri narkotik ticarəti ilə mübarizəyə həsr olunub.

  • Vahid Ələkbərovdan neftin qiyməti ilə bağlı proqnoz

    “Lukoyl” şirkətinin rəhbəri Vahid Ələkbərov neftin qiymətləri ilə bağlı proqnozunu bölüşüb.

    Onun sözlərinə görə, 2022-ci ilədək qlobal bazar istehlakın 100 milyon barelinə qayıdacaq.

    “Qiymətlərə gəlincə, kifayət qədər təmkinli bir proqnozum var. Hələ bir bareli 50 dollar olan orta müddətli qiymətdən davam edirik”, – deyə o Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində “Rossiya-24”-ə müsahibəsində bildirib.

    Ələkbərov qeyd edib ki, neft bazarında vəziyyət yaxşılaşır:

    “Neftin qiyməti artır, benzin istehlakı artır və təyyarə yanacağı istehlakı artmağa başlayıb”.

    O hesab edir ki, hazırki vəziyyət “təmkinli nikbinliyə” səbəbdir:

    “Hər-halda ümid edirik ki, əhalinin peyvənd edilməsi nəticə verəcək, yenidən insanlar normal həyata, enerji istehlakı 2019-cu ildəki vəziyyətinə qayıdacaq”.

  • В Барде в результате ДТП погиб пешеход

    В Барде произошло ДТП со смертельным исходом, сообщает пресс-служба МВД.

    Днем 3 июня житель села Ширванлы Н.Мамедов на автомобиле Toyota сбил переходившего дорогу жителя города Яшара Лазымова.

    Пострадавший был госпитализирован, однако врачам не удалось спасти его.

    По данному факту проводится расследование.

  • Bərdədə qəza piyadanın ölümü ilə nəticələndi

    Bərdə rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

    Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    İyunun 3-də saat 1 radələrində Bərdə şəhəri ərazisində Şirvanlı kənd sakini N.Məmmədov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən şəhər sakini Yaşar Lazımovu vurub.

    Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

    Bərdə RPŞ tərəfindən araşdırma aparılır.

  • Поджог дома в сабирабадском селе был преднамеренным? – ВИДЕО

    В селе Зенгене Сабирабадского района в принадлежащем 32-летнему Эльмину Нагиеву частном жилом доме площадью 230 кв.м произошел пожар.

    В результате сгорели заживо его жена Шабнам Нагиева (1994 г.р.) и сыновья – 12-летний Хаял и 11-летний Джейхун.

    Кямиль Бабаев, дядя Э.Нагиева, утверждает, что это трагедия не случайность, а поджог дома был преднамеренным.

    “Когда я приехал, стен дома уже не было. В доме нет газа. От чего он может загореться?”, – вопрошает он.

    Отметим, что сам Э.Нагиев уехал на заработки в Россию.

  • Bir ailəni məhv edən yanğının qəsdən törədildiyi ehtimal edilir – VİDEO

    Gecə saatlarında Sabirabadda baş verən yanğın, ana və onun iki azyaşlı övladının ölümünə səbəb olub.

    Hadisə rayonun Zəngənə kəndində, 32 yaşlı Elmin Nağıyevə məxsus fərdi yaşayış evində baş verib.

    Yanğın nəticəsində sahəsi 230 kvadratmetr olan yaşayış evi külə dönüb.

    Hadisə zamanı ev sahibinin həyat yoldaşı 27 yaşlı Şəbnəm Nağıyeva, övladları 12 yaşlı Ceyhun Nağıyev və qardaşı 11 yaşlı Xəyal Nağıyev vəfat ediblər.

    Ev sahibi Elmin Nağıyevin dayısı Kamil Babayev iddia edir ki, sözügedən hadisə qəsdən törədilib:

    “Mən gələndə artıq evin divarları uçmuşdu. Gecə saat 3-də işıqlar sönülü olub. Evdə isə qaz olmayıb. Nədən yana bilər?”.

    Məlumat üçün bildirək ki, Elmin Nağıyev Rusiyanın Rostov şəhərinə işləməyə gedib.

  • СМИ: Хакеры из КНР совершили кибератаку на системы транспортного управления Нью-Йорка

    Компьютерные системы транспортного управления Нью-Йорка в апреле подверглись кибератаке, она была совершена хакерами, которые могут быть связаны с властями КНР. Об этом в среду со ссылкой на документ управления сообщила газета The New York Times, пишет ТАСС.

    По ее данным, злоумышленникам не удалось получить доступ к системам, отвечающим за движение вагонов метро, поэтому безопасности пассажиров ничего не угрожало. Указывается, что хакеры также не получили доступ к личной информации пассажиров. Всего, по подсчетам управления, хакеры смогли взломать три из 18 компьютерных систем управления.

    Как сообщила газета, в документе отмечается, что ущерб от киберинцидента был незначительным.

    Министерство внутренней безопасности США, которое занимается расследованием происшествия, отказалось прокомментировать изданию данную информацию.

    Это не первый случай приписываемых иностранным хакерам кибератак на крупные инфраструктурные объекты на территории США. В начале мая злоумышленники взломали системы американской трубопроводной компании Colonial Pipeline. Кибератака была осуществлена с применением вируса, попадание которого в компьютерную систему временно блокирует ее работу и шифрует данные до тех пор, пока жертва не выплатит требуемую вымогателями сумму. Взлом парализовал на несколько дней работу системы компании, по трубопроводу которой транспортируется порядка 45% топлива, потребляемого на Восточном побережье США. Colonial Pipeline заплатила хакерам 4,4 млн долларов, чтобы вернуть доступ к своим данным.

    31 мая мясоперерабатывающая компания JBS объявила, что компьютерные сети ее североамериканского и австралийского подразделений подверглись кибератаке. По свидетельству Белого дома, JBS заявила, что вредоносное программное обеспечение применила преступная организация, которая, по мнению компании, может находиться в России.

  • Hakerlər Nyu-Yorkun nəqliyyat sisteminə müdaxilə edib

    Nyu-York şəhərinin nəqliyyat idarəsinin kompüter sistemləri Çin hökuməti ilə əlaqəli olan hakerlər tərəfindən kiberhücuma məruz qalıb.

    Bu barədə “New York Times” nəşri məlumat yayıb.

    Mənbə iddia edir ki, hakerlər metro vaqonlarının hərəkətini tənzimləyən sistemlərə giriş əldə edə bilmədiklərinə görə, sərnişinlər üçün təhlükə yaranmayıb.

    Həmçinin qeyd olunur ki, hakerlər sərnişinlərin şəxsi məlumatlarını da çıxış əldə edə bilməyib.

    Rəhbərliyin hesablamalarına görə, hakerlər, ümumilikdə 18 kompüter sistemindən yalnız üçünə giriş əldə edə biliblər.

    ABŞ Daxili Təhlükəsizlik Nazirliyi məlumatı şərh etməkdən imtina edib.

  • Bakıda ev almaq istəyən həkimə qarşı dələduzluq: 160 min dolları… – ŞİKAYƏT

    Türkiyədə yaşayan və işləyən, tibb elmləri doktoru, professor Rəhimli Oktay Zahid oğlu özünə qarşı dələduzluq edilməsindən şikayətçidir.

    Bu barədə O.Rəhimli Oxu.Az-ın redaksiyasına şikayət ünvanlayıb.

    O, 2013-cü ilin əvvəllərində Bakı şəhərində ev almaq istəyib:

    “Dostlarımdan biri onun yaxın qohumu olan Ramin Nurəliyevin bu işlərlə məşğul olduğunu və mənə kömək edə biləcəyini bildirdi. Mən də R.Nurəliyeva yeni tikilidə və münasib qiymətə, əlverişli yerdə dörd otaqlı mənzil almaq istədiyimi bildirdim. Ramin mənə dedi ki, narahat olma, çox yaxşı bir mənzilin alınmasında sizə kömək edəcəyəm.

    Xeyli danışıqdan sonra Ramin “Sahil-D Kompani” MMC-dən çox yaxşı mənzil təşkil etdiyini, həmin vaxt Türkiyədə olduğuma görə təcili Bakıya gəlməyimi və mənzilə baxmağımı xahiş etdi. Mən Türkiyədən qayıtdım və Ramin vəd etdiyi mənzili mənə göstərdi. Həmin mənzili bəyəndim və bunun müqabilində məndən 160.000 (yüz altmış min) ABŞ dolları tələb etdi.

    Tələb edilən məbləği Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsində yerləşən ofis mərkəzi binasının yanında Raminə verdim və məni əmin etmək üçün mənzilə dair müqavilə verdi. Raminlə aramızda ona “Sahil-D Kompani” MMC və Süleyman Ecevitin adından verilmiş etibarnamə əsasında 14.12.2013-cü il tarixdə Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanında inşa edilən 4 saylı yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 191,4 kvadratmetr olan yaşayış sahəsinə dair müqavilə bağladıq.

    Lakin bir müddət sonra mənzilə baxmaq istədiyimdə məni həmin mənzilə buraxmadılar. Bu barədə R.Nurəliyevə bildirdim, sonuncu isə mənə narahat olmamağımı, həmin mənzilin yerinə ya başqa mənzil, ya da pulu qaytaracağını dedi. Sonradan R.Nurəliyev mənə “Ağ şəhər”də inşa edilən binada mənzil təklif etdi. Binada tikinti işləri dayandırıldığından oradan mənzil istəmədiyimi bildirdim.

    Dəfələrlə yaşayış sahəsinin təhvil verilməsini və ya pulun geri qaytarılmasını R.Nurəliyevdən tələb etsəm də, sonuncu müxtəlif bəhanələr gətirərək mənzili və ya pulu verməkdən imtina edib”.

    Şikayətçi mənzilin və ya pulun verilmədiyini gördükdə məsələ ilə bağlı araşdırma aparmağa başlayıb:

    “Vəkil araşdırdı və R.Nurəliyevin müqaviləni imzalamaq səlahiyyəti olmayıb. Belə ki, Ramin Nurəliyevə müqaviləni imzalamaq səlahiyyəti verən etibarnamə 28.08.2013-cü il tarixə kimi qüvvədə olub. Həmin etibarnamənin qüvvədən düşməsindən 4 ay sonra isə o, mənimlə müqavilə imzalayıb. Yəni mənimlə alğı-satqı müqaviləsi imzalanan zaman R.Nurəliyevin buna səlahiyyəti olmayıb.

    Onun dələduzluq əməlləri barədə aidiyyəti orqanlara, o cümlədən Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə də müraciət etdim, orada üzləşdirildik və R.Nurəliyev hər şeyi etiraf etdi”.

    Şikayətçinin iddiasına görə, R.Nurəliyevin doğma dayısı Arzu Daşdəmirov Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin rəisi, polis general mayoru olduğundan nüfuzundan istifadə edərək bacısı oğlunun dələduzluq əməlini ört-basdır etməyi bacardı.

    “Bundan sonra Yasamal Rayon Məhkəməsinə müraciət etdim, həmin məhkəmənin 02.10.2018-ci il tarixli qətnaməsi ilə iddiam təmin olunaraq Ramin Nurəliyevdən mənim xeyrimə 159.800 (yüz əlli doqquz min səkkiz yüz) ABŞ dollarının tutularaq xeyrimə ödənilməsi qət edildi. Yasamal Rayon Məhkəməsinin qətnaməsi yuxarı instansiya məhkəmələri tərəfindən də dəyişdirilmədən saxlanıldı və qətnamə icraya yönəldildi.

    Qətnamənin icrası ərəfəsində də Yasamal rayon icra şöbəsinin əməkdaşlarına müəyyən təsirlər olub, hətta R.Nurəliyevin ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə icra məmurunun təqdimatı ilkin olaraq Yasamal rayon məhkəməsi tərəfindən təmin olunmayıb. Rayon məhkəməsinin qətnaməsi Bakı Apellyasiya Məhkəməsi tərəfindən ləğv edilərək qaytarılsa da, Yasamal Rayon Məhkəməsi yenə öz mövqeyində qaldı.

    Məhkəmənin öz mövqeyində qalması təbii ki, Arzu Daşdəmirovun təsiri nəticəsində baş verdi, mən isə ölkə generalı ilə baş-başa gələ bilməyəcəyimi anladım və yenidən apelyasiya şikayəti vermədim.

    Ədliyyə Nazirliyinin rəhbərliyinə müraciətdən sonra Ramin Nurəliyev barəsində toplanılmış materiallar onun Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi Nazirliyin İstintaq idarəsinə göndərilmiş və 27.05.2021-ci il tarixdə fakta görə cinayət işi başlanılıb”, – deyə Oktay Rəhimli bildirib.

    Şikayətçi hüququnun bərpasını və öz pulunun qaytarılmasını istəyir.