Month: June 2021

  • Güzəştli mənzil seçiminin sınaq versiyası istifadəyə verildi

    Bu gün “Güzəştli mənzil” sisteminin satış modulunun və gözləmə qaydasında mənzil seçiminin sınaq (demo) versiyası istifadəyə verilib.

    Mənzil İnşaatı Dövlət Agentliyindən Oxu.Az-a verilən məlumata əsasən, müvafiq xidmət istifadəçilərə həm satış, həm də gözləmə qaydasında mənzil seçimi proseslərinin bütün mərhələləri ilə yaxından tanış olmaq, elektron imza sertifikatlarından və texniki avadanlıqlarından istifadə bacarıqlarını təkmilləşdirmək imkanı yaradır.

    Satış modulunun və gözləmə qaydasında mənzil seçiminin sınaq versiyası 30 iyun 2021-ci il tarixi saat 00:00-dək aktiv olacaq.

    “Güzəştli mənzil” sistemində elektron kabinetə yeni sahib olmuş vətəndaşlar kabinetin yaradılması ilə bağlı qərarın verildiyi tarixin növbəti günündən etibarən həm satış modulunun, həm də gözləmə qaydasında mənzil seçiminin sınaq versiyasından istifadə edə bilərlər.

    Qeyd edək ki, sınaq versiya vasitəsilə həyata keçirilən mənzillərin seçimi təlim xarakteri daşıyır və heç bir nəticə yaratmır.

  • Азербайджан ввел ограничения на импорт птичьего мяса из трех стран

    В связи со вспышкой высокопатогенного птичьего гриппа в столице Лесото Масеру, провинциях Ниньтхуан и Камау во Вьетнаме и в литовском городе Таураге введен временный запрет на импорт из этих регионов живой птицы, птичьего мяса и яиц.

    Об этом сообщило Агентство продовольственной безопасности Азербайджана (АПБА).

    Для усиления контроля и осуществления необходимых мер в связи с транспортными средствами из Лесото, Вьетнама и Литвы, въезжающими на территорию Азербайджана или следующими через страну транзитом, агентство обратилось в Государственный таможенный комитет АР.

  • Azərbaycan quş qripinə görə məhdudiyyətləri artırdı

    Lesoto Krallığının Maseru, Vyetnamın Nin Txuan və Ka Mau, Litvanın Tauraq inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

    Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata əsasən, Lesotonın Maseru, Vyetnamın Nin Txuan və Ka Mau, Litvanın Tauraq inzibati ərazi vahidlərindən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

    Nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Lesotodan, Vyetnam və Litvadan gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

  • İlham Əliyev İsrailin yeni seçilmiş prezidentini təbrik etdi

    Azərbaycan Respublikasının Prezidenti İsrail dövlətinin yeni seçilmiş Prezidenti İsxak Hersoqa təbrik məktubu göndərib.

    AZƏRTAC xəbər verir ki, məktubda deyilir:

    “İsrail Dövlətinin 11-ci Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

    Xalqlarımız arasındakı dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan Azərbaycan-İsrail münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. İnanıram ki, ikitərəfli əlaqələrimizin bütün sahələrdə genişləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

    Sizə ən xoş arzularımı yetirir, dost İsrail xalqının rifahı naminə qarşıdakı ali fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirəm”.

  • Новый БПЛА Турции выполнил первое задание

    Беспилотный летательный аппарат (БПЛА) AKSUNGUR, разработанный турецкой компанией авиационной и космической промышленности (TUSAŞ), выполнил свое первое задание.

    Об этом в Twitter написал глава Управления оборонной промышленности при Администрации президента Турции Исмаил Демир.

    “AKSUNGUR вылетел из предприятий TUSAŞ в Анкаре в аэропорт Шакирпаша в Адане и, таким образом, выполнил свою первую миссию. Поздравляю всех, кто внес свой вклад в это дело”, – говорится в публикации И.Демира.

  • Türkiyənin yeni hərbi PUA-sı ilk tapşırığını icra etdi

    Türk Aviasiya və Kosmik Sənaye şirkəti (TUSAŞ) tərəfindən hazırlanan AKSUNGUR pilotsuz uçuş aparatı ilk tapşırığını icra edib.

    Bu barədə Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir “Twitter” hesabında bildirib.

    “Ankaradakı TUSAŞ müəssisələrindən Adananın Şakirpaşa hava limanına uçan AKSUNGUR beləliklə ilk tapşırığına başladı. Əməyi olan hər kəsi təbrik edirəm, xeyirli olsun”, – deyə İ.Dəmir qeyd edib.

  • В Физули легковой автомобиль столкнулся с трактором: есть погибший

    В Физулинском районе произошло серьезное ДТП.

    Об этом сообщили в пресс-службе МВД.

    2 июня примерно в 20:00 на территории села Беюк Бахманлы автомобиль ВАЗ-2101, за рулем которого находился местный житель Эльшад Гусейнов, столкнулся с трактором “Беларусь МТЗ-80”, управляемым Ш.Сулеймановым, проживающим в селе Керимбейли.

    В результате аварии Э.Гусейнов скончался на месте от полученных травм.

    По данному факту в Физулинском РОП проводится расследование.

  • Füzulidə VAZ-la traktor toqquşdu: Ölən var

    Füzuli rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

    İyunun 2-də saat 20 radələrində Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində kənd sakini Elşad Hüseynovun idarə etdiyi VAZ-2101 markalı avtomobillə Kərimbəyli kənd sakini Ş.Süleymanovun idarə etdiyi “Belarus MTZ-80” markalı traktor toqquşub.

    Nəticədə E.Hüseynov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Füzuli RPŞ tərəfindən araşdırma aparılır.

  • Azərbaycanda peyvənd vurulandan sonra ölən şəxslə bağlı – AÇIQLAMA

    Samir Məhərrəmov peyvənd vurulduqdan sonra may ayının 29-da vəfat edib.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, yaxınları onun ölümünə peyvəndin səbəb olduğunu iddia edir.

    Samir Məhərrəmova mayın 27-də Çin istehsalı olan “CoronaVac” peyvəndinin birinci dozası vurulub.

    Yaxınlarının iddiasına görə, peyvəndlənmədən sonra Samir Məhərrəmovun halı pisləşdikdən sonra ailə onu Nəsimi rayonundakı “Baku Medical Plaza”ya yerləşdirib.

    Xəstəxanadan verilən məlumata görə, Samir Məhərrəmovun ölümünə səbəb peyvənd olmayıb.

    TƏBİB-dən verilən məlumata görə, Samir Məhərrəmovun ölümünün peyvəndlə əlaqəsinin olub-olmadığını sübut etmək üçün tibbi ekspertiza təyin olunmalı və araşdırılmalıdır:

    “Bütün analizlər yoxlanılmalı, epiqriz əldə olunmalı və ölüm səbəbi təyin edilməlidir. Əks halda, bütün ölüm hallarını peyvəndlə əlaqələndirmək doğru deyil”.

  • Страны ОДКБ проведут в Армении специальное учение “Гром”

    Специальное учение “Гром-2021” пройдет на территории Армении в текущем году, будет привлечена авиация и бронетехника, сообщил пресс-секретарь ОДКБ Владимир Зайнетдинов, пишет “Интерфакс”.

    “В ходе маневров, проведение которых запланировано на территории Республики Армения, будут отработаны в два этапа практические действия с задействованием бронетехники, специального автотранспорта, авиация, БПЛА, служебно-розыскных собак”,- заявил Зайнетдинов журналистам.

    Он отметил, что с 1 по 3 июня в Армении проведены штабные переговоры по подготовке данного учения, оно предусматривает формирование сил специального назначения Коллективных сил оперативного реагирования ОДКБ.

    Учения “Гром” по линии ОДКБ обычно посвящены борьбе с незаконным оборотом наркотиков.

    В Организацию Договора о коллективной безопасности входят Армения, Беларусь, Казахстан, Кыргызстан, Россия и Таджикистан, который председательствует в организации в 2021 году.