Month: June 2021

  • “Caliber”: Paşinyan üçün Fransadan qızıl dağlar gözləntisi – VİDEO

    Paşinyan bu dəfə də hər kəsi təəccübləndirdi. O, adətən yaxınların əhatəsində keçirilən ad günündə Parisə səfərə yollandı.

    Bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan yeni süjetində bildirlir.

    “Paşinyan seçkiqabağı kampaniyanın zirvə nöqtəsini və Qarabağda həlak olmuş erməni hərbçilərinin meyitlərinin soyuducularda aşkar edilməsilə bağlı qalmaqalı arxada qoyaraq Parisə yollandı. Onun üçün bu, “xırda məsələlərdir”. Lakin Fransadakı erməni diasporu bu “xırda məsələləri” və diaspor tərəfindən ölkəyə göndərilən vəsaitlərin buxarlanmasını ona bağışlamadı. Parisdə Paşinyanı etirazçılar kütləsi qarşıladı”, -deyə süjetdə bildilrir.

    Daha ətraflı videomaterialda:

  • ABŞ Avropada nüvə silahı bazaları yerləşdirib?

    ABŞ-da mütəxəssislər ölkənin nüvə silahı bazalarının Avropada yerləşməsi ilə bağlı məlumatları araşdırırlar.

    Mk.ru xəbər verir ki, Pentaqon sözçüsü Con Kirbi bu barədə məlumatın sızmış olmasını istisna etməyib.

    Onun sözlərinə görə, “Bellingcat” portalı əvvəllər ABŞ-ın Avropada nüvə silahlarını saxlaması ilə bağlı araşdırma aparıb.

    Məlumatda bildirilib ki, ABŞ-ın nüvə silahlarını Avropada qoruyan silahlı qüvvələr kartlardan istifadə edilən açıq təlim tətbiqetməsi istifadə ediblər.

    Onlarda ABŞ nüvə bazaları, silahları və yerləşmələri haqqında gizli məlumatlar olub.

    “Hər hansı bir yerdə nüvə silahının olub-olmadığını təsdiq və ya inkar etmirik”, – deyə Kirbi qeyd edib.

  • МВД прокомментировало попытку самосожжения мужчины, выдававшего себя за инвалида

    В соцсетях распространились сообщения о попытке самосожжения инвалида Карабахской войны в поселке Баладжары Бинагадинского района Баку.

    В связи с этим в пресс-службе МВД в ответ на запрос Oxu.Az сообщили, что Махаммадали Гаджиев пытался поджечь себя, когда был снесен незаконно установленный им на тротуаре и затруднявший движение пешеходов прилавок для уличной торговли.

    Попытка суицида была пресечена, М.Гаджиев госпитализирован с легкими ожогами.

    Как отметили в ведомстве, он и прежде неоднократно пытался совершать подобные действия, выдавая себя за инвалида.

  • Bakıda qanunsuz piştaxtası sökülən kişi intihara cəhd etdi – AÇIQLAMA

    Sosial şəbəkələrdə Binəqədi rayonu Biləcəri qəsəbəsində Qarabağ əlilinin özünü yandırması ilə bağlı iddialar yayılıb.

    Bununla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qəsəbə ərazisində piyadaların hərəkət hissəsində yolu zəbt edərək, qanunsuz quraşdırılan küçə ticarəti piştaxtası yığışdırılan zaman Məhəmmədəli Hacıyev özünü yandırmağa cəhd edib:

    “Bu cəhdin qarşısı alınaraq, o, dərhal yüngül yanıq xəsarətilə müvafiq xəstəxanaya çatdırılıb”.

    “Bu, onun birinci əməli deyil, dəfələrlə əlillik adından sui-istifadə edərək, belə hərəkətlərə cəhdlər göstərib”, – deyə DİN-dən qeyd edilib.

  • Aqueronun “Barselona”da alacaq maaşı açıqlandı

    İspaniyanın “Barselona” klubuna transfer olan Serxio Aquero əvvəl çıxış etdiyi klublardan aldığı maaşdan dəfələrlə az məvacib alacaq.

    Bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.

    Mənbə iddia edir ki, 33 yaşlı argentinalı Kataloniya klubunda bir mövsüm üçün 6 milyon avro qazanacaq. Bu, S.Aqueronun “Mançester Siti”də qazandığından məvacibdən dörd dəfə azdır.

    Xəbərdə həmçinin qeyd olunur ki, “Yuventus” S.Aqueroya “Barselona”dan daha yüksək məvacib təklif etsə də, futbolçu İspaniya çempionatında oynamağı üstün tutub.

  • В Азербайджане за минувшие сутки выявлены 156 новых случаев инфицирования коронавирусом – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 156 новых случаев инфицирования коронавирусом, 378 человек вылечились и были выписаны домой.

    Об этом 2 июня сообщает оперативный штаб при Кабинете министров.

    За истекшие 24 часа от COVID-19 скончались еще 5 пациентов.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 334 288 человек, 4 926 – скончались, 325 418 – вылечились, 3 944 – находятся в активной фазе лечения в больницах особого режима.

    В республике проведены 3 532 472 теста на COVID-19 (за последние 24 часа – 8 834).

  • Azərbaycanda bir gündə beş nəfər koronavirusdan öldü – FOTO

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 156 yeni yoluxma faktı qeydə alınıb, 378 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 334 288 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 325 418 nəfər müalicə olunaraq sağalıb, 4 926 nəfər vəfat edib.

    Aktiv xəstə sayı isə 3 944 nəfər olub.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 834, bu günə qədər isə ümumilikdə 3 532 472 test icra olunub.

  • Кадры из села Алыкейхалы Джебраильского района – ВИДЕО

    Министерство обороны Азербайджана обнародовало видеокадры из села Алыкейхалы Джебраильского района.

  • Cəbrayılın Alıkeyxalı kəndi – VİDEO

    Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Alıkeyxalı kəndindən video yayıb.

    Həmin görüntüləri təqdim edirik:

  • Vaksinasiya haqqında təbliğat kampaniyası davam edir – VİDEO

    Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) birlikdə vaksinasiya üçün təbliğat kampaniyası həyata keçirir. Qurumların əsas məqsədi insanların diqqətini vacib olan məsələyə – vaksinasiyaya yönəltməkdir.

    Kampaniya üçün nəzərdə tutulan video və radioçarxlar, çöl reklamları və çap materiallarında COVID-19 pandemiyasından öncə yaşadığımız həyatın geri qayıtması üçün edə biləcəyimiz ən vacib işlərdən birinin vaksinasiya olduğu qeyd edilir.

    Kampaniya çərçivəsində işıq üzü görən növbəti videoçarx idman və azarkeşlik haqqındadır. Bu mövzuların seçilməsi təsadüfi deyil. Artıq bir ildən çoxdur ki, davam edən pandemiya səbəbindən idman zalları və kütləvi yarışlar təxirə salınıb. Bu vəziyyət də, təbii ki, idman həvəskarları və azarkeşlərinə mənəvi olaraq mənfi təsir edib.

    Əsas mesaj isə ondan ibarətdir ki, nə qədər çox insan peyvənd olunsa, biz öncəki — darıxdığımız həyata bir o qədər də tez qayıda bilərik. Təbliğat kampaniyasının şüarı da bu düşüncələri tamamlayır:

    Peyvənd olunaq – darıxdığımız həyatı qaytaraq.

    Kampaniyanın kommunikasiya strategiyası “Maverick” Kommunikasiya Agentliyi, istehsalat işləri isə Bakı Media Mərkəzi tərəfindən reallaşdırılıb.