Month: June 2021

  • Si Cinpin: Çin Azərbaycan xalqının seçdiyi inkişaf yolunu dəstəkləyir

    Çin-Azərbaycan münasibətləri yeni tarixi mərhələnin astanasındadır.

    Bu barədə Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə telefon söhbətində vurğulayıb.

    Si Cinpin bildirib ki, hər iki ölkə ənənəvi dostluğu inkişaf etdirir, əməkdaşlığı dərinləşdirir və qarşılıqlı dəstəyi artırır. ÇXR Sədri Azərbaycanın “Bir kəmər bir yol” təşəbbüsünün reallaşdırılması istiqamətində vacib tərəfdaş olduğunu və Çinin Azərbaycan xalqının seçdiyi inkişaf yolunu dəstəklədiyini vurğulayıb.

    Dövlət başçıları qeyd ediblər ki, 2022-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyi qeyd olunacaq və bu əlamətdar hadisə iki ölkə arasında əlaqələrin daha da inkişafına imkan yaradacaqdır.

    Dövlət başçıları hər iki ölkənin “Bir kəmər bir yol” layihəsinin inkişafı çərçivəsində fəaliyyətlərin birgə əlaqələndirilməsinin və mövcud imkanlardan faydalanmağın əhəmiyyətinə toxunublar. Həmçinin iki ölkənin nəqliyyat və logistika sahəsində əməkdaşlığı dərinləşdirməsinin, Mərkəzi Asiya və Avropada nəqliyyat dəhlizlərinin yaradılmasını təşviq etməsinin zəruriliyi qeyd olunub.

    Si Cinpin Çin şirkətlərinin Azərbaycana investisiya qoyuluşunu daha da təşviq etməyə, infrastruktur layihələri çərçivəsində əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını bildirib. Eyni zamanda, o, Çinin Azərbaycandan yüksək keyfiyyətli xüsusi məhsulları idxal etmək niyyətində olduğunu vurğulayıb.

    Söhbət əsnasında iki ölkənin hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin inkişafını təşviq etmək üçün birgə səylər göstərməyə hazır olduğu qeyd edilib.

  • Prezident İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında telefon söhbəti olub

    İyunun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında telefon söhbəti olub.

    Dövlət başçıları COVID-19 pandemiyası dövründə Azərbaycan və Çinin həqiqi dostluq nümayiş etdirərək, çətinliklərin öhdəsindən gəldiklərini və bir-birini dəstəklədiklərini məmnunluqla qeyd ediblər. Prezident İlham Əliyev COVID-19 pandemiyası ilə mübarizədə dəstəyə görə ÇXR Sədrinə təşəkkürünü bildirib.

    Qeyd olunub ki, Azərbaycan və Çin siyasi, iqtisadi və nəqliyyat-logistika sahələrində uğurla əməkdaşlıq edirlər. Dövlətimizin başçısı Azərbaycanın Çinlə əlaqələri daha da möhkəmləndirməyə hazır olduğunu qeyd edib və Çin şirkətlərinin Azərbaycanda fəaliyyətinin daha da genişləndirilməsini alqışlayıb.

    Prezident İlham Əliyev Çin Kommunist Partiyasının yaranmasının 100 illiyi münasibətilə səmimi təbriklərini ÇXR Sədri Si Cinpinə çatdırıb.

    Si Cinpin Çin-Azərbaycan münasibətlərinin yeni tarixi mərhələnin astanasında olduğunu vurğulayıb və bildirib ki, hər iki ölkə ənənəvi dostluğu inkişaf etdirir, əməkdaşlığı dərinləşdirir və qarşılıqlı dəstəyi artırır. ÇXR Sədri Azərbaycanın “Bir kəmər bir yol” təşəbbüsünün reallaşdırılması istiqamətində vacib tərəfdaş olduğunu və Çinin Azərbaycan xalqının seçdiyi inkişaf yolunu dəstəklədiyini vurğulayıb.

    Dövlət başçıları qeyd ediblər ki, 2022-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyi qeyd olunacaq və bu əlamətdar hadisə iki ölkə arasında əlaqələrin daha da inkişafına imkan yaradacaqdır.

    Dövlət başçıları hər iki ölkənin “Bir kəmər bir yol” layihəsinin inkişafı çərçivəsində fəaliyyətlərin birgə əlaqələndirilməsinin və mövcud imkanlardan faydalanmağın əhəmiyyətinə toxunublar. Həmçinin, iki ölkənin nəqliyyat və logistika sahəsində əməkdaşlığı dərinləşdirməsinin, Mərkəzi Asiya və Avropada nəqliyyat dəhlizlərinin yaradılmasını təşviq etməsinin zəruriliyi qeyd olunub.

    Si Cinpin Çin şirkətlərinin Azərbaycana investisiya qoyuluşunu daha da təşviq etməyə, infrastruktur layihələri çərçivəsində əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını bildirib.

    Söhbət əsnasında iki ölkənin hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin inkişafını təşviq etmək üçün birgə səylər göstərməyə hazır olduğu qeyd edilib.

    Dövlət başçıları qarşılıqlı olaraq ölkələrinin ərazi bütövlüyü və suverenliyinə dəstəklərini ifadə ediblər.

    Prezident İlham Əliyev 2022-ci ildə keçiriləcək Pekin Qış Olimpiya və Paralimpiya Oyunlarının təşkilində Çin Xalq Respublikasına müvəffəqiyyətlər arzulayıb.

  • ГТК внес ясность в вопрос задержки автомобилей на азербайджано-российской границе

    Сегодня в социальных сетях были распространены видеокадры, в которых утверждается, что на Самурском таможенном посту Главного таможенного управления северной территории Азербайджана остановлены и не пропускаются ряд пустопорожних грузовых, а также легковых автомобилей, которые планируют ехать в другие страны транзитом через нашу страну.

    Водители транспортных средств, снявшие указанные кадры, утверждают, что они незаконно задержаны сотрудниками таможенных органов.

    В Государственном таможенном комитете отметили, что во время паспортного контроля было установлено, что у водителей нет соответствующих документов, разрешающих проезд в Азербайджан посредством сухопутной границы.

    Так, согласно правилам, установленным оперштабом при Кабинете министров в связи с пандемией, сухопутную границу можно пересекать только при наличии соответствующей справки, выдаваемой данным ведомством, или в иных случаях, установленных законодательством.

    Во время расследования было выявлено, что у водителей данных транспортных средств нет документов, подтверждающих, что они занимаются международными грузоперевозками, как это утверждалось.

    Наряду с этим, было установлено, что указанные автомобили прибыли в целях регистрации в Азербайджане, для чего также требуется разрешение официальных органов при пересечении государственной границы.

  • DYP sürücülərə müraciət edib – VİDEO

    Daxili İşlər Nazirliyi (DİN) “Formula-1” Azərbaycan Qran Prisi ilə əlaqədar olaraq Bakının mərkəzində hərəkətin məhdudlaşdırılması ilə bağlı vətəndaşlara müraciət edib

    DİN-in Mətbuat xidmətindən verilən məlumatda deyilir:

    “Məlumat verildiyi kimi, “Formula-1” Azərbaycan Qran Prisi ilə əlaqədar olaraq “Bakı şəhər halqası”nın keçdiyi və onun ətrafındakı küçələrdə nəqliyyatın hərəkəti 31 may, gecə saat 01:00-dan etibarən 8 iyun, səhər saat 06:00-dək məhdudlaşdırılıb.

    Məhdudiyyətin tətbiq olunduğu müddət ərzində paytaxt ərazisində sürücü və piyadaların mənzil başına təhlükəsiz çatmalarının, həmçinin, nəqliyyatın fasiləsiz hərəkətinin təmin edilməsi məqsədi ilə yol polisləri gücləndirilmiş rejimdə xidmətlərini davam etdirirlər.

    Bir daha sürücülərdən qeyd edilən müddət ərzində ictimai nəqliyyata üstünlük vermələrini, DYP əməkdaşlarının nizamlayıcı qismində verdikləri işarələrə düzgün əməl etmələrini, səyahətlərini məhdudiyyət tətbiq edilmiş küçə və prospektlərə alternativ yollardan keçməklə planlaşdırmalarını tovsiyə edirik”.

  • Сестра ведущего Шамиля Фамилли назвала причину его смерти – ВИДЕО

    Сегодня скончался известный телеведущий Шамиль Фамилли.

    Его сестра Лала рассказала о причинах о его смерти в передаче Elgizlə izlə, транслируемой на телеканале ARB.

    По ее словам, утром 31 мая у ведущего случился сердечный приступ:

    “Он попросил медсестру прийти и измерить давление. Она пришла через 10 минут, но дверь никто не открыл.

    Мне позвонили вечером 1 июня и сказали, что Шамиль не отвечает на звонки. Я также начала звонить ему, но безрезультатно. Я отправила к нему сына и невестку, чтобы они выяснили – что с ним.

    Они позвонили мне и сказали, чтобы я срочно приехала – мы потеряли Шамиля”.

  • Ağdamda yeni hərbi hissələr fəaliyyətə başlayıb – VİDEO

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, azad edilən ərazilərdə dislokasiya olunan bölmələrin hərtərəfli təminatı, qoşun xidmətinin təşkili və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər davam edir.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Şəxsi heyətin xidməti və döyüş fəaliyyətinin təşkili, eləcə də məişət şəraitinin təmin edilməsi məqsədilə Ağdam rayonu ərazisində müasir avadanlıqla təchiz olunmuş müxtəlif təyinatlı qurğulardan ibarət modul tipli növbəti iki hərbi hissə istifadəyə verilib.

    Birlik komandiri general-mayor Hikmət Həsənov açılış münasibətilə Müdafiə nazirinin təbriklərini şəxsi heyətə çatdırıb, onlara xidmətlərində uğurlar arzulayıb. Xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim edilib.

    Qeyd edək ki, döyüş növbətçiliyi və qoşun xidmətinin yüksək səviyyədə təşkili və aparılması məqsədilə modul tipli komplekslərdəki xidməti otaqlar kondisionerlər, mebellər, müasir tipli sanitar qovşaqları, yataq ləvazimatları, mətbəx avadanlıqları və generatorlarla təchiz olunub.

    Azad olunan digər ərazilərimizdə yeni hərbi hissələrin tikintisi planlı şəkildə davam edir.

  • Исполнительный директор Space TV освобожден от занимаемой должности

    И.о. исполнительного директора Space TV Камиль Шахвердиев освобожден от занимаемой должности.

    Как сообщает АПА, в телеканале подтвердили эту информацию.

    Отметим, К.Шахвердиев является директором Фонда Рашида Бейбутова.

  • “Space” TV-nin icraçı direktoru işdən çıxarılıb

    “Space” TV-nin icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Kamil Şahverdiyev işdən çıxarılıb.

    Telekanaldan xəbəri APA-ya təsdiqləyiblər.

    Qeyd edək ki, Kamil Şahverdiyev Rəşid Behbudov Fondunun direktorudur.

  • Türkiyəli məşhur aktrisa həbs edilə bilər

    Türkiyəli məşhur aktrisa Ezgi Molanın vətəndaşı “təhqir etməsinə görə” barəsində həbs cəzası istənilib.

    DHA xəbər verir ki, keçən il Batmanda intihar edən İpek Er ölümündən sonra tapılan məktubunda Musa Orxan tərəfindən cinsi təzavüzə məruz qaldığını qeyd edib.

    12 ildən çox azadlıqdan məhrum edilməsi tələb edilən M.Orxanın istintaq müddətində sərbəst buraxılmasına qərar verilib.

    Aktrisa bu hadisəyə səssiz qalmayıb və sosial media hesabından “Təcavüzçü şərəfsizi sərbəst buraxan vicdanınızda boğulun”, – deyə paylaşım edib.

    Onun barəsində “səsli, yazılı və ya video mesajla təhqir” ittihamı ilə 2 il 4 aya qədər həbs cəzası istənilib. İddianamə Ankara Cəza Məhkəməsi tərəfindən qəbul edilib.

    Qeyd edək ki, Ezgi Mola Türkiyənin reytinqli “Mahsumlar apartmanı” serialında baş rol ifaçılarından biridir.

  • Əlillik təyinatında dəyişikliklər olacaq

    Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında 60 qanunda əlilliklə bağlı maddələrə dəyişiklik layihələri müzakirə edilib.

    Komitə sədri Musa Quliyev bildirib ki, qanunlara dəyişikliklər 2018-ci ildə qəbul edilmiş “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunun və onun tətbiqi ilə bağlı Prezidentin fərmanının icrası ilə əlaqədardır.

    Burada əsas yenilik indiyədək mövcud olan klassik əlillik dərəcələrindən imtina edilərək onun insanların sağlamlıq imkanlarının, orqanizmin funksiyalarının itirilməsi faizi ilə ifadə olunmasına keçiddir.

    “Dəyişikliklərdə əsas məsələ şəxsin əlilliyinin dəqiq müəyyən olunması və sağlamlığının qalan imkanlarının düzgün qiymətləndirilərək onun reabilitasiya potensialının müəyyənləşdirilməsidir”,-deyə M.Quliyev əlavə edib.

    Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev qanun layihələri barədə ətraflı məlumat verib.

    O bildirib ki, Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim olunan bu qanun layihələri həm də “Əlilliyin müəyyən olunması meyarları” sahəsində ÜST-nin müəyyənləşdirdiyi standartların implementasiyasını nəzərdə tutur.

    Şöbə müdiri dəyişikliklərin əlillik təyinatının daha obyektiv aparılmasına təminat verdiyini vurğulayıb, onların hazırlanması prosesində təhlil edilmiş qabaqcıl beynəlxalq təcrübələrdən danışıb.

    Dəyişikliklərdə əsasən “əlillik dərəcəsi” sözlərinin “insan orqanizminin funksiyalarının itirilməsi faizi” sözləri ilə, “I, II və III dərəcə” sözlərinin “orqanizminin funksiyalarını 31-100 faiz itirmiş” sözləri ilə, “sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar” sözlərinin “18 yaşınadək əlilliyi olan şəxslər” sözləri ilə əvəz edilməsi təklif olunub.