Month: June 2021

  • Azərbaycanda təhsil alan əcnəbi tələbələr Cəbrayıl və Füzulidə olublar – FOTO

    Azad edilmiş Cəbrayıl və Füzuli rayonlarına ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələrin səfəri təşkil olunub.

    “Report” xəbər verir ki, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Təhsil Nazirliyi və Müdafiə Nazirliyinin birgə təşkil etdiyi səfər Şəhidlər xiyabanından başlayıb.

    İştirakçı qismində 31 ölkədən olan 40 tələbə 16 təhsil müəssisəsini təmsil edib. Tələbələr yol boyunca işğaldan azad edilmiş ərazilərdə ermənilərin yaşayış məntəqələri və tarixi abidələri viran qoymasının, quru və dəmiryolu xətlərini dağıtmasının canlı şahidi olublar.

    Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik-leytenant Elmar Zeynalabdinov döyüş əməliyyatları, Ermənistan hərbçilərinin döyüş texnikalarını göstərərək Azərbaycan Ordusunun rəşadətlərindən bəhs edib.

    Səfər iştirakçıları əvvəlcə Xudafərin körpüsündə olublar. Onları tarixi abidə barədə məlumatlandıran Baş İdarə rəisi Azərbaycan ərazilərinin 30 ilə yaxın erməni işğalı altında qaldıqdan sonra əks-hücumla 44 günə azad olunduğunu bildirib. O, Xudafərin körpüsünə Prezident İlham Əliyevdən sonra xarici tələbələrin ilk səfər edənlərdən olduğunu vurğulayıb.

    Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov əcnəbi tələbələrin səfərə böyük maraq və təşəbbüs göstərdiklərini söyləyib. Onun sözlərinə görə, obyektiv səbəblərdən bütün xariciləri azad edilmiş ərazilərə gətirmək mümkün olmayıb.

    Tələbələrin iştirakı ilə Azərbaycanın böyük bayrağı açılıb, “Qarabağ Azərbaycandır” şüarı səsləndirilib.

    Səfərdə iştirak edən Əlil Arabasında Qılıncoynatma Federasiyasının prezidenti Asəf Məlikov və idmançı Abdulbağı Abdullayev isə Azərbaycan bayrağı altında qılıncoynatma səhnəsi nümayiş etdiriblər.

    Flaşmobu Araz çayının əks tərəfindən cənubi azərbaycanlılar da maraqla izləyiblər. Yolla hərəkət edən avtomobillər siqnallarla dəstək olublar.

    Daha sonra səfər iştirakçıları Cəbrayıl şəhərinə doğru hərəkət ediblər. Onlar şəhərdəki “Dostluq” bulağı ilə tanış olublar. N saylı hərbi hissənin zabiti Ordumuzun döyüş yolu, Cəbrayıl əməliyyatı barədə məlumat verib. Ermənilərin şəhərdə bir salamat ev belə qoymadıqları əcnəbi tələbələrin diqqətinə çatdırılıb.

    Burada Baş İdarə əməkdaşları Azərbaycan bayrağı ucaldıblar.

  • Получающие образование в Азербайджане студенты посетили Джебраил и Физули – ФОТО

    Состоялся визит иностранных студентов, обучающихся в вузах Азербайджана, в освобожденные Джебраильский и Физулинский районы.

    Как сообщает Report, поездка, организованная Управлением молодежи и спорта города Баку, Министерством образования и Министерством обороны, началась с посещения Аллеи шехидов.

    Сорок студентов из 31 страны представляли 16 учебных заведений. Сотрудник Минобороны полковник-лейтенант Эльмар Зейналабдинов рассказал о боевых действиях, военной технике и храбрости азербайджанской армии.

    Участники посетили Худаферинский мост. Проинформировав их об этом историческом памятнике, начальник Управления Управлением молодежи и спорта города Баку отметил, что азербайджанские территории, находившиеся под армянской оккупацией около 30 лет, были освобождены в течение 44 дней в ходе контратаки наших Вооруженных сил. Он отметил, что иностранные студенты являются одними из первых, кто посетил Худаферинский мост после Президента Ильхама Алиева.

    Глава Федерации фехтования в инвалидных колясках Асяф Маликов и спортсмен Абдулбагы Абдуллаев продемонстрировали сцену фехтования.

    За флешмобом интересом наблюдали наши соотечественники на другом берегу реки Араз.

    Затем участники отправились в город Джебраил, где ознакомились с родником “Достлуг”.

  • Cazibədar aktrisa jurnal çəkilişləri üçün kamera qarşısına keçdi – FOTO

    Türkiyəli məşhur aktrisa Fahriyye Evcen “Instyle” jurnalının yeni sayı üçün kamera qarşısına keçib.

    “Haber Global” məlumat verir ki, uzun müddətdir ekranlardan uzaq qalan aktrisa “Yaza merhaba” sayı üçün verdiyi pozalarla izləyicilərini heyran qoyub.

    Evcenin “Instagram” hesabından jurnalın üz qabığı paylaşımı qısa zamanda 300 mindən çox bəyənmə qazanıb.

  • İrəvanda hərbçilərin cəsədlərinin gizlədilməsinə görə etiraz aksiyası keçirilib – FOTO/VİDEO

    İrəvanda etirazlar səngimək bilmir.

    Bu dəfə Səhiyyə Nazirliyinin binası qarşısında aksiyası keçirilib.

    Yerli KİV-də yayılan məlumatlara görə, əsasən “Daşnaksutyun” partiyasının gənclər təşkilatı üzvlərindən ibarət olan bir qrup şəxs səhiyyə naziri vəzifəsini icra edən Anait Avanesyanın istefasını tələb ediblər.

    Etirazçılardan biri bəyan edib ki, əgər onlarda bir az da olsa, insanlıq qalıbsa, Avanesyan istefa verməlidir.

    Qeyd edək ki, bir neçə gün öncə sosial şəbəkələrin erməni seqmentində ölkədəki morqların birində Qarabağ döyüşlərində ölən hərbçilərin meyitlərinin plastik kisələrdə saxlanıldığını əks etdirən görüntülər yayılıb. Heç bir dondurucu vasitələr olmadan nizamsız şəkildə üst-üstə qalanan cəsədlərin bu istidə getdikcə çürüdüyü bildirilib.

    Sözügedən görüntülərin yayılmasından sonra səhiyyə nazirinin istefası tələbilə aksiya keçirilib. Etirazçılar nazirliyin binası önünə plastik kisələr atıblar.

    Məhz bundan sonra aksiya iştirakçılarından dörd nəfəri polis tərəfindən saxlanılıb.

  • В Испании изъяли 826 кг черного кокаина стоимостью 30 млн евро

    Полиция Испании изъяла 826 килограммов кокаина, который был замаскирован под древесный уголь, из-за чего наркотик был черного цвета и не имел запаха.

    Как передает Report со ссылкой на Газета.Ru, операция проводилась совместно с португальскими спецслужбами.

    Груз был доставлен из Колумбии и должен был быть направлен в испанскую автономию Страну Басков. Наркотик был спрятан в древесном угле, поэтому собаки-ищейки не могли обнаружить его. По имеющимся оценкам полиции, на черном рынке партия стоит около 30 млн евро. Правоохранители также задержали гражданина Алжира и двух граждан Испании.

  • İspaniyada 800 kq-dan çox qara kokain ələ keçirilib

    İspaniya polisi kömür kimi maskalanmış və bu səbəbdən qara rəngli və qoxusuz olan 826 kiloqram kokain ələ keçirib.

    “Report” “qazeta.ru”ya istinadən xəbər verir ki, əməliyyat Portuqaliya xüsusi xidmət orqanları ilə birgə həyata keçirilib.

    Yük Kolumbiyadan gətirilib və İspaniya Baskoniya muxtariyyətinə göndərilməli idi.

    Polisdə olan məlumata görə, partiya qara bazarda təxminən 30 milyon avro dəyərindədir.

    Hüquq-mühafizə orqanlarının əməkdaşları həmçinin bir Əlcəzair, iki İspaniya vətəndaşını da saxlayıb.

  • Türkiyədə koronavirusla bağlı son statistika açıqlanıb

    Türkiyədə son 24 saat ərzində 224 150 nəfərin COVID-19 testi yoxlanıb.

    “Haber Global” məlumat verir ki, ölkədə günlük yoluxma sayı 7181 nəfər təşkil edib.

    112 nəfər isə koronavirus səbəbindən vəfat edib.

    Bununla yanaşı, indiyədək Türkiyədə ölümcül virusdan sağalanların ümumi sayının 5 131 453 nəfərə çatdığı bildirilib. Onlardan 7372 nəfəri son sutka ərzində sağalanlardır.

    Hazırda ölkə xəstəxanalarında 1213 nəfər ağır COVID-19 xəstəsi müalicə alır.

  • Российский политолог: Адекватность армянских ВС вызывает сомнения

    Адекватность армянских вооруженных сил давно вызывает сомнение у многих экспертов, наблюдающих за процессами, происходящими после окончания второй Карабахской войны в результате которой Баку, вернул свои оккупированные территории.

    Об этом Report заявил эксперт по межнациональным конфликтам Евгений Михайлов, комментируя провокацию, совершенную вооруженными силами Армении.

    По мнению политолога, это было сделано намеренно: “Ереван сотрясает внутриполитическое противостояние перед выборами и подобные провокации выгодны тем силам, которые не хотят, чтобы Пашинян до конца соблюдал подписанные в ноябре 2020 года договоренности”.

    Комментирую позицию Азербайджана в этой ситуации, эксперт отметил, что официальный Баку ведёт себя достаточно сдержанно, “не давая громких поводов для обвинения”.

    “Напряжение сохранится как минимум до выборов в Ереване”, – считает Михайлов, а далее, по его словам, внести свой вклад в нормализацию ситуации сможет Россия – как гарант стабильности в регионе.

  • Rusiyalı politoloq: “Ermənistan silahlı qüvvələrinin atdığı addımların məntiqəuyğunluğu şübhə doğurur”

    “Ermənistan silahlı qüvvələrinin atdığı addımların məntiqəuyğunluğu rəsmi Bakının işğal olunmuş ərazilərini geri qaytarması ilə nəticələnən Qarabağ müharibəsi bitdikdən sonra baş verən prosesləri müşahidə edən bir çox ekspertdə çoxdandır şübhə doğurur”.

    Bunu “Report”a millətlərarası münaqişələr üzrə ekspert Yevgeni Mixaylov Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatı şərh edərkən deyib.

    Politoloqun fikrincə, bu cür təxribatlar qəsdən törədilir: “İrəvan seçkilərdən əvvəl daxili siyasi qarşıdurma ilə sarsılır və bu cür təxribatlar Paşinyanın 2020-ci ilin noyabrında imzalanan razılaşmalara tam əməl etməsini istəməyən qüvvələrə sərf edir”.

    Bu vəziyyətdə Azərbaycanın mövqeyini şərh edən ekspert rəsmi Bakının ünvanına ittihamlar yönəlməsinə əsas vermədən özünü kifayət qədər təmkinli apardığını qeyd edib.

    “Gərginlik ən azı İrəvandakı seçkilərə qədər qalacaq” deyən Y.Mixaylov regiondakı sabitliyin qarantı olaraq Rusiyanın vəziyyətin normallaşmasına kömək edə biləcəyini də əlavə edib.

  • Türkiyədə bir gündə koronavirusa yoluxanların sayı 7 mini ötdü

    Türkiyənin COVİD-19-la bağlı ötən gün statistikası açıqlanıb.

    Median.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, qardaş ölkədə bir gündə 7 min 181 nəfərin koronavirus testi pozitiv çıxıb.

    Pandemiyadan dünyasını dəyişənlərin sayı isə 112 nəfər olub.