Month: June 2021

  • Qusarda əhaliyə at əti satılır?

    Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində vətəndaşların ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.

    Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

    Məlumata görə, şöbə əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində rayonun Gədəzeyxur kənd sakini Rudik Haqverdiyev Qusar şəhər sakini Rəhman Ərzimanova çəkisi 50 kiloqrama yaxın mənşəyi məlum olmayan, lakin at əti olmasına dair şübhələr olan əti satmaq istəyən zaman saxlanılıblar.

    Saxlanılan şəxslər ifadələrində həmin əti mal əti adı ilə satmaq istədiklərini bildiriblər. Kəsilmiş ətlərdən götürülən nümunələr laborator müayinəyə göndərilib.

    Qeyd edilən faktla bağlı Qusar RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar aparılır.

  • Стало известно о состоянии здоровья Рамиза Азизбейли

    Стало известно о состоянии здоровья народного артиста Азербайджана, кинорежиссера Рамиза Азизбейли, заразившегося коронавирусом (COVID-19).

    Как сообщила Oxu.Az дочь артиста Джалала Азизбейли, состояние ее отца оценивается как средней степени тяжести.

    “28 мая отца поместили в реанимационное отделение модульной больницы в Зыхе, где проходят лечение пациенты с коронавирусом”, – сказала она.

  • Ramiz Əzizbəylinin səhhəti ilə bağlı vəziyyət AÇIQLANDI

    Yeni növ koronavirusa (COVID-19) yoluxan Azərbaycanın xalq artisti, kinorejissor Ramiz Əzizbəylinin son vəziyyəti açıqlanıb.

    Onun qızı Cəlalə Əzizbəyli Oxu.Az-a bildirib ki, atasının vəziyyəti orta ağır olaraq qalır:

    “May ayının 28-dən atam Zığ qəsəbəsində yerləşən koronaviruslu xəstələrin müalicə aldığı modul tipli hospitalın reanimasiya şöbəsinə yerləşdirilib”.

  • Dünya bazarında neftin qiyməti

    Dünya bazarında neft bahalaşıb.

    Bu barədə RT məlumat yayıb.

    Belə ki, WTI markalı neftin iyul fyuçersləri 0,12 faiz bahalaşıb və bir barelin qiyməti 67,8 ABŞ dolları təşkil edib.

    “Brent” markalı neftin avqust fyuçersləri də 0,17 faiz bahalaşıb və bir bareli 70,37 dollara satılıb.

  • В связи с рождением ребенка у 15-летней девочки в Азербайджане возбуждено уголовное дело

    По факту раннего материнства жительницы Агджабединского района возбуждено уголовное дело.

    Как сообщили Oxu.Az в бардинской региональной группе пресс-службы МВД, в местный отдел полиции поступила информация о рождении ребенка у 15-летней девочки, в связи с чем началось соответствующее расследование.

    “По данному факту возбуждено уголовное дело по статье 152.1 (половой акт или совершение иных действий сексуального характера в отношении лица, не достигшего 16-летнего возраста) УК АР”, – сообщили агентству.

    Ранее в Центральной районной больнице Агджабеди у девочки (2006 г.р.) родился ребенок.

    Согласно законодательству АР, вступление в половой контакт с лицом младше 16 лет считается преступлением.

  • Azərbaycanda 15 yaşlı qızın ana olması ilə bağlı cinayət işi AÇILDI

    Ağcabədi rayonunda 15 yaşlı qızın ana olması ilə bağlı cinayət işi açılıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Ağcabədidə 15 yaşlı qızın dünyaya uşaq gətirməsi ilə bağlı daxil olmuş məlumat əsasında Rayon Polis Şöbəsində müvafiq araşdırmalara başlanılıb:

    “Faktla bağlı Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi açılıb”.

    Qeyd edək ki, ötən gün 2006-cı il təvəllüdlü yeniyetmə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında övlad dünyaya gətirib.

    Xatırladaq ki, Azərbaycan Respublikasının qanunvericiliyinə görə, 16 yaşdan aşağı şəxslə cinsi əlaqədə olmaq cinayət sayılır.

  • Xaçmazın kəndində abonentlər qazsız qalıb

    Xaçmaz rayonunun Bala Qusar kəndində abonentlər qazsız qalıb.

    “Report”un Şimal bürosunun verdiyi məlumata görə, buna səbəb qaz xəttinin zədələnməsidir.

    Belə ki, istismarda olan 57 millimetr diametrli qaz xəttinin qaz kranı qaz xəttinin dartınması nəticəsində yivli birləşməsindən qopub. Nəticədə 60 abonentin qaz təchizatında fasilə yaranıb.

    Qəzanın sabah səhər saatlarında aradan qaldırılacağı bildirilir.

  • Vaksin vurduranlar DİQQƏT!

    Ümumdünya Səhiyyə Təşkilatı Çinin “Sinovac” şirkətinin istehsalı olan “CoronaVac” vaksininə təcili istifadə icazəsi verib.Oxu24.com xəbər verir ki, ÜST-ün yaydığı açıqlamada peyvəndin 18 yaşdan yuxarı şəxslərdə ilk doz və ikinci doz arasında 4-8 həftə olmaqla istifadəsi tövsiyə edilib.Bildirilib ki, vaksin yuxarı yaşlarda daha təsirlidir, ona görə “Sinovac” peyvəndində yaş baxımından limitə ehtiyac yoxdurÜST-ün təsdiqi ilə “Sinovac”ın COVAX vasitəsilə yoxsul ölkələrə paylanılmasının qarşısındakı əngəl qalxmış olub.

  • Dəhşətli İSTİLƏR GƏLİR: Azərbaycanda da… – QORXUNC PROQNOZ

    Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) açıqladığı hesabata görə, yaxın 5 ildə rekord isti gözlənilir. Təşkilatın proqnozuna əsasən, 2021-2025-ci illər arasında azı bir ilin “ən isti” olmaq ehtimalı 90 faizdir. Üstəlik, bu aralığın hər ilində quru səthindəki orta temperatur sənayeləşmədən əvvəlki dövr göstəricilərini ən azı 1°C, illərin birində isə 40% ehtimalla 1,5°C üstələyəcək.

    ÜMT Baş katibi Petteri Taalas qeyd edib ki, temperaturun yüksəlməsi dünyanın istixana qazı tullantılarını azaltmaq və karbon neytrallığına çatmaq üçün öz öhdəliyini yerinə yetirməsinin vacibliyinin növbəti göstəricisidir.

    Publika.az-a danışan AMEA-nın Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzərin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərovun sözlərinə görə, iqlim dəyişmələri, xüsusilə də qlobal istiləşmə həm təbii, həm də antropogen amillərlə əlaqədardır: “Son dövrlər antropogen amillərin miqyası daha da artıb. Bu da atmosferə atılan istixana qazlarının, xüsusilə də karbon qazının miqdarının durmadan artması ilə əlaqədardır. Karbon qazı yerin istilik balansını pozur. Bu balans günəşdən gələn istilik, yerin özünün şüalandırdığı əks istilik və atmosferdən qayıdan şüalanma nəticəsində yaranan istilikdir. Karbon qazının atmosferdə artması ilə əlaqədar qaynar enerjinin də miqdarı artdığı üçün Yer kürəsinin istilik balansı pozulur və temperatur artır”.

    Şöbə müdiri bildirib ki, yaxın illərdə xüsusilə böyük dövlətlər tərəfindən sənayenin inkişafı nəticəsində atmosferə atılan karbon qazının miqdarının artmaması üçün qabaqlayıcı tədbirlər görülməsə, Yer kürəsini böyük təhlükə gözləyir: “Bunun qarşısını almaq üçün həm Ümumdünya Meteorologiya Təşkilatı, həm də müxtəlif dövlətlərin təşkil etdiyi müəyyən qruplar, məsələn Tokio razılaşması, Paris razılaşması və s. kimi qruplar tədbirlər görməlidir. Əsas məqsəd atmosferə atılan istixana qazlarının miqdarının azaldılmasına nail olmaqdır”.

    S.Səfərov çıxış yolunu alternativ enerji mənbələrindən istifadə etməkdə görür: “Günəş və külək enerjisindən daha çox istifadə etmək olar. Buna “yaşıl enerji” də deyilir. Azərbaycanda bu sahədə böyük işlər görülür. Bu yaxınlarda Prezident İlham Əliyev Xızı və Qobustan rayonları ərazisində külək turbinlərinin quraşdırılması ilə bağlı sərəncam imzaladı. Bunlar başa gələndən sonra onların gücü 240 meqavat gücündə olacaq. Bu da ölkəmizin elektrik enerjisi balansına çox böyük töhfədir.

    Atmosferə atılan istixana qazlarının miqdarı eyni zamanda daxiliyanma mühərriki ilə işləyən avtomobillər vasitəsilə artır. Son vaxtlar bu sahədə uğurlu addımlar atılır. Yəni elektrik mühərriki ilə işləyən avtomobillərin istehsalı və istifadəsi artıb. Bir çox ölkələrdə insanlara stimul verilir ki, bu tip avtomobillərdən istifadə etsinlər. Bu da atmosferə atılan istixana qazlarının miqdarının azalmasına səbəb olacaq”.

    Şöbə müdiri bu proqnozun Azərbaycan üçün də keçərli olub-olmadığına münasibət bildirib. S.Səfərov vurğulayıb ki, qlobal iqlimdə gedən proseslər az da olsa, ölkəmizin iqliminə təsir edə bilər: “Azərbaycan dünya miqyasında ərazisinə görə kiçik ölkədir. Qlobal iqlim dəyişikliyinin kiçik bir hissəsi də bizim ölkəmizdə baş verir. Qlobal iqlimdə baş verən dəyişikliklər bu və ya digər şəkildə bizdə də özünü göstərir. Ola bilər ki, lokal olaraq hansısa bir ayda Azərbaycan ərazisində temperaturun yüksəlməsi baş verirsə, planetin digər hissəsində temperaturun aşağı düşməsi ola bilər. Çünki qlobal iqlim dəyişmələri atmosferin ümumi hava dövranına təsir edir. Artıq şimaldan cənuba gedən hava kütlələrinin miqdarı artıb, buna görə də cənubdan şimala gedən hava kütlələrini kompensasiya etmək üçün temperatur yuxarı qalxır. Qütblərdə temperaturun artması bu gün daha çox müşahidə olunur. Ona görə də Arktika və Antarktikada buzlaqlar əriyir ki, bu da son dərəcədə təhlükəlidir. Bu, okeanın səviyyəsinin artmasına səbəb olur və Yer kürəsində içməli su ehtiyatının balansını azaldır. Bu, həmçinin, okean suyunu şirinləşdirdiyi üçün oradakı canlıların həyat şəraitinə də mənfi təsir edir. Kəskin iqlim dəyişmələri insanların da həyat tərzinə, orqanizmlərinə mənfi təsir edir”.

    Azərbaycan Ekologiya Standartları Monitorinq Fondunun rəhbəri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Rauf Sultanov Ümumdünya Meteorologiya Təşkilatının proqnozunun özünü doğrultma ehtimalının çox olduğunu bildirib: “Bu məlumatlar dünyanın aparıcı alimləri tərəfindən hazırlanır. Dünyadakı görkəmli ekoloqlar hesablamalar aparıblar ki, Yer kürəsində 100-200 ildən sonra iqlim dəyişmələri baş verəcək, iqlim əvəzləmələri olacaq. Onların irəli sürdüyü nəzəriyyəyə görə, Yer kürəsində istiləşmə soyuqlaşma prosesi ilə əvəz olunmalıdır. Hamı gözləyir ki, Yer kürəsində soyuqlaşma prosesi gedəcək. Yəqin ki, bu istiləşmələr də soyuqlaşmalardan əvvəlki prosesdir. Bütün bunlar geosistemdə gedən qanunauyğunluqlardır. Bu qurumun verdiyi məlumatlar 80-90% özünü doğruldur. Ancaq Yer kürəsinin də özünün qanunauyğunluqları var. Bu təşkilatın proqnozuna inamım çoxdur, ola bilsin ki, yaxın 5 ildə istiləşmə olsun, ancaq növbəti yüzillikdə soyuqlaşmanın olacağı da istisna edilmir. Lakin inanmıram ki, istiləşmə hansısa bir fəlakətə gətirib çıxarsın. Ancaq müəyyən qədər təsirlərini hiss edəcəyik”.

    Professor qeyd edib ki, atmosferdə baş verən proseslər günəş sistemində gedən proseslərlə əlaqədardır. Onun sözlərinə görə, bu gün yerdə baş verən karbon oksidinin atmosferdə miqdarının artması və ya ətraf mühitin çirklənməsi biosferə nə qədər təsir etsə də, Yer kürəsinin iqlim dəyişmələrinə təsir göstərir: “Biz onun təsirinin müəyyən dərəcələrini görə bilərik. Ancaq bu təsir çox deyil. Yer kürəsində gedən dəyişikliklər yerin təkində müəyyən proseslərin getməsinə səbəb olur. Yer kürəsinin ətrafı elə ola bilər ki, günəşdən təcrid olsun və ya əksinə olsun. Bütün bunlar Yer kürəsində illərdir baş verir və təbii qanunlardır”.

    R.Sultanov bildirib ki, əgər istilər rekord həddə çatarsa, Azərbaycan üçün də təhlükə qaçılmazdır: “Azərbaycanın suya olan tələbatı transsərhəd dövlətlərdən gələn çayların hesabına ödənilir. Su qıtlığı isə böyük problemdir. İstiləşmə ölkəmizdə kənd təsərrüfatı sahəsinə böyük zərbə vura bilər. Kənd təsərrüfatının 60-65 faizi Aran bölgəsində cəmləşib. İstiləşmə olduqda isə ölkəmizdə su qıtlığı yaranacaq. Bu da aqrar sektora mənfi təsir göstərəcək”.

  • Azyaşlı uşaq ehtiyyatsızlıqdan xəstəxanalıq oldu

    Ağstafada bədbəxt hadisə baş verib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Poylu kəndində qeydə alınıb.

    2021-ci il təvəllüdlü Əlizadə Əli Həsən oğlu yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal azyaşlıya tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

    İlkin məlumata görə, 5 aylıq uşağın üstünə su qızdırıcıdan isti su tökülüb.