Month: June 2021

  • İranda yerdə olan təyyarənin pilotları katapult etdi: İki nəfər öldü

    İranda “F-5” qırıcısında katapultun işə düşməsi nəticəsində Hava Qüvvələrinin iki pilotu həlak olub.

    Mk.ru xəbər verir ki, bu zaman təyyarə yerdə olub, pilotlar havaya qalxmağa hazırlaşıblar.

    Hadisənin ölkənin cənub-qərbindəki Xuzistan əyalətində baş verdiyi bildirilir. Son bir ayda ikinci hadisədir ki, İranın hərbi təyyarələrində xilasetmə sistemi gözlənilmədən işə salınır.

    ABŞ-ın “F-5” qırıcıları 40 ildən çoxdur İran ordusunun arsenalında yer alır. Onların tədarükü XX əsrin 70-ci illərində olub.

  • Yaponiyada koronavirusun yeni mutasiyası tapıldı

    Yaponiyanın Kobe şəhərinin 50 yaşlı sakinində koronavirusun yeni mutasiyası aşkarlanıb.

    Bu barədə NHK telekanalı yazıb.

    Yoluxan şəxs Yaponiyanı tərk etməyib. Buna görə də ekspertlər mutasiyanın birbaşa olaraq onun orqanizmində baş verdiyini ehtimal edir.

    Bununla belə, genetik analizlərə əsasən, yeni ştammın Böyük Britaniya ştammı ilə oxşarlıq təşkil etdiyi qeyd olunur.

  • Kanadada uşaqları təsdiqlənməmiş dərmanla vaksinasiya etdilər

    Kanadanın Britaniya Kolumbiyası əyalətində səhiyyə işçiləri 12 uşağı koronavirus əleyhinə “Moderna” peyvəndi ilə vaksinasiya ediblər.

    RT xəbər verir ki, onlar 18 yaşınadək vətəndaşlar tərəfindən istifadəsi rəsmi olaraq təsdiqlənməmiş peyvəndi uşaqlarda istifadə etdiklərinə görə üzr istəyiblər.

    Bölgənin səhiyyə orqanı yeniyetmələrin səhvən yoxlanılmamış bir dərmanla vaksinasiya edilməsini təsdiqləyib.

    Qeyd edək ki, Kanadada 12-17 yaş arası uşaqlarda yalnız “Pfizer-BioNTech” peyvəndi istifadə üçün təsdiqlənib.

    Kanadalı həkimlər uşaqlarda anormal yan təsirlərin inkişafını müşahidə etdiklərini vurğulayıblar.

  • Britaniyada pandemiya zamanı ilk dəfə koronavirusdan ölüm halı qeydə alınmayıb

    Britaniyada pandemiyanın başlanğıcından bəri ilk dəfə koronavirusdan ölüm halı qeydə alınmayıb.

    TASS xəbər verir ki, çərşənbə axşamı krallıqda yayılan rəsmi statistika belə deməyə əsas verir.

    Ötən ilin mart ayında pandemiyanın başlanmasından bu yana COVID-19 səbəbindən hər gün ölüm halları qeydə alınıb. Ən yüksək göstərici isə cari ilin yanvar ayına təsadüf edib. İlin əvvəllərində Britaniyada sutka ərzində 1300 nəfər ölümcül virusun qurbanı olub.

    Bütövlükdə isə bugünədək krallıq ərazisində koronavirusdan ölənlərin sayı 127 782 nəfər təşkil edib.

  • В Сиязане обнаружен труп повешенной женщины

    В Сиязане обнаружен труп женщины.

    Как сообщает Report, инцидент зарегистрирован в селе Беюк Хамья.

    Близкие 26-летней Нураны Сафаровой обнаружили ее повешенной на лестнице дома.

    На место происшествия были привлечены сотрудники правоохранительных органов.

    Тело женщины было передано в Губинский районный отдел судебно-медицинской экспертизы и патологоанатомии Министерства здравоохранения.

    В настоящее время по данному факту ведется следствие.

  • Siyəzəndə gənc qadın asılmış vəziyyətdə aşkarlanıb

    Siyəzən sakini yaşadığı evin həyətində asılmış vəziyyətdə aşkarlanıb.

    “Report”un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Böyük Həmyə kəndində qeydə alınıb.

    Belə ki, 26 yaşlı Nuranə Şıxəli qızı Səfərova yaşadığı evin pilləkəninin alt hissəsində asılı vəziyyətdə yaxınları tərəfindən aşkar edilib.

    Faktla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib və hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

    N.Səfərovanın meyiti ekspertiza olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba Rayon Şöbəsinə təhvil verilib.

    Qeyd edək ki, N.Səfərova ailəli idi, onun bir azyaşlı qızı var.

    Faktla bağlı araşdırma aparılır.

  • Последние данные по коронавирусу в мире

    По данным на утро 2 июня, число инфицированных коронавирусом (COVID-19) в мире достигло 171 938 586.

    Суточный прирост составил 469 828.

    За весь период пандемии скончались 3 575 782 человека, выздоровел – 154 427 901.

    Больше всего инфицированных в США – 34 136 738. На 2-м месте – Индия (28 307 832), 3-м Бразилия (16 625 572). В первую пятерку также входят Франция (5 677 172) и Турция (5 256 516).

    В России коронавирусом заразились 5 081 417 человек, Иране – 2 923 823, Грузии – 345 196, Армении – 222 778.

    Среди соседних стран наиболее высокая смертность от COVID-19 зафиксирована в России (121 873 летальных исхода), Иране (80 327) и Турции (47 656).

    На сегодня в Азербайджане подтверждены 334 132 случая инфицирования коронавирусом, 325 040 человек вылечились, 4 921 – скончался.

  • Koronavirusla bağlı SON STATİSTİKA

    Dünyada 171 938 586 nəfərdə koronavirus aşkarlanıb.

    Virusdan 3 575 782 xəstə ölüb, 154 427 901 nəfər sağalıb.

    Virusa yoluxma sayına görə, ilk beşlikdə olan dövlətlər ABŞ (34 136 738 nəfər), Hindistan (28 307 832 nəfər), Braziliya (16 625 572 nəfər), Fransa (5 677 172 nəfər) və Türkiyədir (5 256 516 nəfər).

    İranda 2 923 823, Gürcüstanda 345 196, Ermənistanda isə 222 778 nəfərdə koronavirus aşkar edilib.

    Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ölüm ardıcıl olaraq Rusiya (121 873 nəfər), İran (80 327 nəfər) və Türkiyədə (47 656 nəfər) qeydə alınıb.

    Azərbaycanda koronavirusa yoluxan 334 132 nəfərin 4 921-i ölüb, 325 040 xəstə sağalıb.

  • “Android”in yeni versiyasında elan edilməyən gizli rejim aşkarlanıb

    “Android” əməliyyat sisteminin sınaq mərhələsində olan yeni versiyasında “Google” tərəfindən açıqlanmayan gizli rejim aşkar olunub.

    Bu barədə BGR resursu məlumat yayıb.

    Məlumata əsasən, yeni rejim “cədvəl” bölməsində əks olunacaq. Onun vasitəsilə telefondakı oyunları canlı olaraq “YouTube”a yayımlamaq mümkün olacaq. Bu rejim oyun zamanı cihazın işini optimallaşdıracaq və onun sürətini artıracaq.

    Qeyd edək ki, “Android 12” əməliyyat sisteminin ən tez bu ilin payızında istifadəyə veriləcəyi gözlənilir.

  • SOCAR-dan benzinin bahalaşmasının İZAHI: “İdxal qiymətləri artırılıb”

    “Aİ-95” premium markalı benzinlə “Aİ-98” super markalı benzinin qiyməti eyni nisbətdə 15 qəpik artırılıb. Hazırda “Aİ-95” premium markalı benzin 1 manat 40 qəpiyə, “Aİ-98” super markalı benzin 1 manat 55 qəpiyə satılır.

    Bu barədə Oxu.Az-a SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov açıqlama verib.

    O bildirib ki, premium və super markalı benzin növləri Azərbaycana idxal olunur və buna görə də onların qiyməti dünya bazarlarındakı qiymətlərdən asılıdır:

    “Dünyada neftin və neft məhsullarının qiyməti artdıqca Azərbaycanda da məhz bu benzin növlərinin qiyməti artır, müvafiq olaraq azaldıqca isə azalır. Pandemiyadan əvvəl premium markalı benzinin qiyməti 1 manat 50 qəpik idi, pandemiya dövrün isə 1 manat 10 qəpiyə düşdü. Bir müddət sonra 1 manat 25 qəpiyə qalxdı. İndi onun qiyməti 1 manat 40 qəpikdir. Qiymətin qalxması dünyada neftin və neft qiymətlərinin artması ilə əlaqədardır.

    Bu məhsulları, benzin növlərini satan zavod və şirkətlər qiymətləri artırıblar. Azərbaycanda da onların qiyməti müvafiq olaraq artır.

    “Aİ-92” və dizel yanacaq növləri Azərbaycanda ən çox istifadə olunan yanacaq növləridir. Bu yanacaq növlərinin qiyməti Azərbaycanda istehsal olunduğuna görə dövlət tərəfindən tənzimlənir. Gələcəkdə, 2022-ci ildən sonra Heydər Əliyev adına Neft Emalı Zavodunda modernizasiyanın hazırki mərhələsi başa çatdıqdan sonra “Aİ-95” markalı benzinin istehsalı Azərbaycanda da mümkün olacaq. Bu yanacaq növünün artıq idxalından asılı olmayacağıq. Onun qiyməti də Azərbaycan dövlətinin müəyyən etdiyi şəkildə tənzimlənə bilər”.