Month: June 2021

  • Avropada casus qalmaqalı böyüyür

    Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Emmanuel Makron Danimarka və ABŞ-ı casusluq qalmaqalına aydınlıq gətirməyə çağırıblar.

    DW xəbər verir ki, Fransa lideri və Almaniya hökumətinin başçısı müttəfiqlərə casusluq edilmənin yolverilməzliyini bildirib.

    Rəsmi Kopenhagen artıq casusluqla əlaqəsi olmadığını bəyan edib.

    Danimarka Müdafiə Naziri Trine Bramsen yaxın müttəfiqlərin sistematik şəkildə vurulmasının qəbuledilməz olduğunu deyib.

    Yayılan xəbərlərə görə, Danimarka kəşfiyyatı NSA-ya (ABŞ Milli Kəşfiyyat Agentliyi) Almaniyadakı siyasətçiləri dinləməyə icazə verib.

    Danimarka Yayım Korporasiyası (DR) tərəfindən yayımlanan hesabatda bildirib ki, 2012-2014-cü illər arasında İsveç, Norveç və Fransanın yüksək səviyyəli siyasətçilərinin, habelə Almaniya kansleri Angela Merkelin telefonları müxtəlif sualtı kabellərlə ölkələrin rabitə sistemlərinə daxil olaraq dinlənilib.

  • Эмин Амруллаев провел 1 июня вместе с детьми шехидов – ФОТО

    Министр образования Азербайджана Эмин Амруллаев встретился с детьми шехидов по случаю 1 июня – Международного дня защиты детей.

    Об этом он поделился на своей странице в Facebook.

    “Мы отметили 1 июня в рамках мероприятия “Мы – дети Победы”, вместе с детьми шехидов, пожертвовавших своей жизнью ради территориальной целостности нашей страны.

    Лица детей светились от гордости. Одна из основных задач, стоящих перед нами – обеспечить их качественное обучение, а также уделить им должное внимание и заботу”, – отметил министр.

  • Siyəzəndə gənc qadın asılmış vəziyyətdə aşkarlanıb

    Siyəzəndə yerli sakini yaşadığı evin həyətində asılmış vəziyyətdə aşkarlanıb.

    “Report”un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Böyük Həmyə kəndində qeydə alınıb.

    Belə ki, 26 yaşlı Nuranə Şıxəli qızı Səfərova yaşadığı evin pilləkəninin alt hissəsində asılı vəziyyətdə yaxınları tərəfindən aşkar edilib.

    Faktla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib və hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

    N.Səfərovanın meyiti ekspertiza olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba Rayon Şöbəsinə təhvil verilib. Onun meyiti yelləncək üçün asılmış ipdən asılı vəziyyətdə yaxınları tərəfindən aşkarlanıb.

    Qeyd edək ki, N.Səfərova ailəli idi, onun 1 azyaşlı qızı var.

    Faktla bağlı araşdırma aparılır.

  • Nikol Paşinyan Parisdə təhqir edildi

    Fransa erməniləri Ermənistanın Parisdəki səfirliyinin binası qarşısında Ermənistanın baş naziri vəzifəsinin icra edən Nikol Paşinyanın bu ölkəyə səfərinə qarşı kütləvi narazılıqlarını ifadə ediblər.

    Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

    Qeyd edilir ki, Fransa erməniləri Paşinyanın gəlişi ilə əlaqədar binanın qarşısında etiraz aksiyası keçiriblər.

    Onlar “Nikol, satqın” şüarlarını səsləndiriblər və “Təslimçi”, “Satqın” sözlərinin yazıldığı plakatlar qaldırıblar.

    Etirazçılardan biri Paşinyanın “köpək kimi gəbərməsini” arzulayaraq, “bu, sondur, bu, Fransaya dövlət büdcəsi hesabına axırıncı dəfə gəlməyindir”, – deyə qışqırıb.

  • Daha bir ölkədə “lokdaun” elan edildi

    Malayziyada son günlərdə koronavirusa yoluxmanın qarşını almaq məqsədilə “lokdaun” elan edilib.

    “Anadolu” agentliyi xəbər verir ki, qadağalar iyunun 14-dək davam edəcək.

    Vətəndaşların təməl ehtiyaclar və fövqəladə hallar xaricində yaşadıqları yerdən 10 kilometrdən artıq uzaqlaşması qadağandır.

    Müəssisələrdə işçi sayı azaıdılıb, təhsil tamamilə onlayn sistemə keçib.

    Əsas ehtiyac məhsulları satılan mağazalar xaricində, əvvəllər açıq olan alış-veriş mərkəzləri bağlanıb.

  • В Канаде допустили комбинированное применение вакцин AstraZeneca, Moderna и Pfizer

    Национальный совещательный комитет Канады по иммунизации одобрил комбинированное применение вакцин от коронавируса компаний AstraZeneca, Moderna и Pfizer. Об этом говорится в заявлении организации, опубликованном во вторник на сайте канадского Минздрава, пишет ТАСС.

    “Минздрав Канады публикует 1 июня 2021 года обновленные рекомендации Национального совещательного комитета Канады по иммунизации по взаимозаменяемости разрешенных в стране вакцин от COVID-19 (также это называется “смешанным графиком вакцинации”). Эти рекомендации основаны на текущих научных данных и мнении экспертов комитета”, – отмечается в заявлении.

    В комитете пояснили, что канадцы могут совершенно безопасно использовать для первой прививки один препарат, а для второй – другой, но с одной оговоркой. Так, лицам, сделавшим первый укол вакциной AstraZeneca, можно делать второй укол препаратами AstraZeneca, Moderna и Pfizer. Привившимся сначала Moderna или Pfizer вторую прививку можно делать только препаратами этих же двух компаний. Комитет дает рекомендации канадским властям относительно использования всех одобренных Минздравом вакцин.

  • AVRO-2020: Şenol Güneş yekun heyəti açıqladı

    Türkiyə milli komandasının baş məşqçisi Şenol Güneş Avropa çempionatı üçün yekun heyəti açıqlayıb.

    “Report”un məlumatına görə, 69 yaşlı mütəxəssis təlim-məşq toplanışına çağırdığı oyunçulardan 4-nü “26-lığ”a daxil etməyib. Bunlar Efecan Karaca, Gökhan Akkan, Halil Akbunar, ve Mahmut Tekdemirdir.

    Beləliklə, AVRO-2020-də aşağıdakı futbolçular iştirak edəcək:

    Qapıçılar: Mert Günok, Uğurcan Çakır, Altay Bayındır

    Müdafiəçilər: Zeki Çelik, Mert Müldür, Merih Demiral, Ozan Kabak, Çağlar Söyüncü, Kaan Ayhan, Umut Meraş, Rıdvan Yılmaz

    Yarımmüdafiəçilər: Taylan Antalyalı, Dorukhan Toköz, Okay Yokuşlu, Ozan Tufan, Orkun Kökçü, Yusuf Yazıcı, İrfan Can Kahveci, Hakan Çalhanoğlu

    Hücumçular: Cengiz Ünder, Abdülkadir Ömür, Kerem Aktürk, Burak Yılmaz, Enes Ünal, Kenan Karaman, Halil İbrahim Dervişoğlu

  • Bakıda zəncirvari qəza: Üç maşın bir-birinə çırpıldı – VİDEO

    Paytaxtın Nizami rayonunda zəncirvari avtomobil qəzası baş verib.

    Median.Az xəbər verir ki, hadisə “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında qeydə alınıb.

    İlkin məlumata əsasən, qəza “Toyota Prius”, “Hyundai Elantra” və “Toyota Prado” markalı avtomobillərin toqquşması nəticəsində baş verib.

    Hadisə yerinə Nizami rayon Dövlət Yol Polisi əməkdaşları cəlb olunub, qəzanın təfərrüatı araşdırılır.//oxu.az

  • XİN: Bölgədəki atəşkəs şəraitində Fransanın hər hansı rolunu görmürük

    “Öncə vurğulamaq istərdik ki, bölgədə atəşkəs təmin edilir və bunun əsasında Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il tarixində imzaladığı birgə bəyanat dayanır. Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələri sülhməramlı missiyanı yerinə yetirərək atəşkəsin təmin olunmasına çalışırlar. Bu məsələdə Fransanın hər hansı rolunu görmürük”.

    “Report” xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Fransa Prezidenti E.Makronun Ermənistan baş naziri ilə birgə mətbuat brifinqində səsləndirdiyi fikirlərə münasibət bildirilməsi ilə bağlı sualı cavablandırarkən deyib.

    L.Abdullayeva bildirib ki, Azərbaycan tərəfi hər zaman bütün hərbi əsirlərin “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi mövqeyindən çıxış edib: “Dəfələrlə bəyan etdiyimiz kimi, Azərbaycanda erməni əsilli hərbi əsir yoxdur, o ki, qaldı üçtərəfli bəyanat imzalandıqdan sonra 26 noyabr 2020-ci il tarixində Azərbaycan ərazisinə göndərilən və burada terror aktı törədən diversant qrupun üzvlərinə, habelə 27 may tarixində Kəlbəcər rayonu istiqamətində ərazimizə daxil olaraq yolların minalanmasına yönələn təxribatçı fəaliyyət cəhdi göstərən kəşfiyyat-diversiya qrupunun üzvlərinə onlar hərbi əsir deyillər.

    Ermənistan tərəfindən itkin düşmüş erməni əsgərləri ilə bağlı irəli sürülmüş saxta ittihamlar ilə bağlı qeyd etmək istərdik ki, bu günlərdə Ermənistanda aşkar edildiyi kimi itkin düşmüş erməni əsgərləri morqların birində soyuducuda saxlanılır və bu da Ermənistanda böyük qalmaqala səbəb olub. Azərbaycan isə öz tərəfindən humanitar prinsiplərdən çıxış edərək, 1 600-ə yaxın erməni hərbçisinin cəsədlərini tapıb və bu prosesdə Rusiya sülhməramlıları və Beynəlxalq Qızıl Xaç iştirak edib. Erməni əsgərlərinin cəsədləri qarşı tərəfə təhvil verilib. Lakin hələ 1-ci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 000-dək azərbaycanlı barədə məlumat bu günədək Ermənistan tərəfindən verilməyib.

    Fransa Prezidentinin çıxışında müsəlman abidələrinin də bərpa olunmasına dair fikrini alqışlayırıq. Lakin Fransa Prezidentinin çıxışında istinad etdiyi Dağlıq Qarabağ adı ilə bağlı vurğulamaq istərdik ki, belə bir inzibati ərazi vahidi mövcud deyil”.

    Çıxışda istinad edilən birbaşa dialoq məsələsinə gəldikdə, bu artıq baş verir: “11 yanvar 2021-ci ildə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı bəyanata istinadən baş nazirlərin müavinləri səviyyəsində görüşlər keçirilir və dialoq mövcuddur. Lakin Fransanın bu prosesdə hər hansı rolu yoxdur.

    Delimitasiya və demarkasiya prosesinə gəldikdə, bəyan etdiyimiz kimi, Azərbaycan delimitasiya prosesinə başlamağı dəstəkləyir və bu proses danışıqlar yolu ilə öz həllini tapmalıdır.

    Bir daha da qeyd etmək istərdik ki, Azərbaycan hərbiçiləri öz doğma torpaqlarında xidmət göstərirlər. Təəssüf hissi ilə qeyd etmək istərdik ki, 1997-ci ildən Fransa həmsədr qismində fəaliyyət göstərsə də Fransa tərəfindən heç zaman Ermənistan qoşunlarının işğal altında olan Azərbaycan torpaqlarından çıxarılması əlaqədar çağırış edilməmişdir. Baxmayaraq ki, bu BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələbi idi.

    Sərhəd məsələlərinin müzakirələr yolu ilə həll edilməsinə gəlincə bildirmək istərdik ki, Azərbaycan münaqişənin danışıqlar yolu ilə həllinin daim tərəfdarı olmuşdur və 28 il danışıqlar prosesində iştirak etmişdir. Odur ki, Azərbaycan hər zaman müzakirələrə və danışıqlar prosesinə açıqdır.

    Fransanın qəti şəkildə regiona qayıtması barədə açıqlama isə anlaşılan deyildir. Fransa həmsədr ölkədir və bu statusda 1997-ci ildən regional proseslərdə iştirak edir. Ona görə də bu açıqlama anlaşılan deyildir.

    Sirr deyil ki, Fransa Ermənistana xüsusi rəğbəti vardır, amma Minsk Qrupunun həmsədri kimi bu ölkə rəsmi neytrallığını saxlamalıdır. Ümid edirik ki, həmsədrlik mandatına uyğun olaraq Fransa tərəfindən neytral və qərəzsiz mövqe sərgilənəcəkdir”.

  • Обнародованы кадры села Тинли Губадлинского района – ВИДЕО

    Министерство обороны Азербайджана обнародовало кадры из села Тинли Губадлинского района.

    Напомним, что он был освобожден от армянской оккупации во время 44-дневной Отечественной войны.

    Представляем данные кадры: