Month: June 2021

  • Masallıda çay plantasiyasından oğurluq edildi

    Masallıda çay plantasiyasından oğurluq edənlər saxlanılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan “Report”a verilən məlumata görə, Masallı rayonunun Kolatan kəndi ərazisində yerləşən çay plantasiyasının anbarından ümumi dəyəri 1115 manat olan 1 ədəd ot biçən aparatın, 2 ədəd traktor akkumulyatorunun, 1 ədəd odun kəsən mişarın və digər əşyaların oğurlanması ilə bağlı Masallı Rayon polis Şöbəsinə müraciət daxil olub.

    Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb.

    Araşdırmalarla onların Lənkəran rayon sakinləri R.Seyfullazadə, E.Eyvazzadə və bir nəfər yeniyetmənin olduğu müəyyən edilib.

    Faktla bağlı araşdırma aparılır.

  • В Сумгайыте будет ограничена подача воды

    Завтра в Сумгайыте будут ограничения в подаче питьевой воды.

    Об этом oxu.az сообщили в ООО «Азерсу».

    Отмечается, что в связи с заменой находящейся в аварийном состоянии части магистрального водопровода диаметром 1 000 миллиметров, обеспечивающего город питьевой водой, 2 июня текущего года будут ограничения в подаче воды в одной из частей Сумгайыта.

  • Rusiya Türkiyədən pomidor idxalı üçün kvotanı 300 min tona çatdırıb

    Rusiya Türkiyədən pomidorun idxalının həcminə tətbiq etdiyi illik kvotanı daha 50 min ton və ya 20 % artıraraq 250 min tondan 300 min tona çatdırıb

    “Report” xəbər verir ki, bu barədə Rusiya hokuməti məlumat yayıb.

    Xatırladaq ki, Rusiya 2015-ci ildə iki ölkə arasında yaranmış siyasi böhrandan sonra Türkiyə pomidoruna qarşı embarqo tətbiq etmişdi. 2017-ci ildə embarqo götürülsə də, 100 min tonluq kvota tətbiq edilmiş, sonradan bu rəqəm 200 min tona, ötən ilin dekabr ayında isə 250 min tona çatdırılmışdı.

  • Makron və həyat yoldaşı peyvənd olunub

    Fransanın dövlət başçısı Emmanuel Makron və həyat yoldaşı Brijit Makron koronavirusa qarşı peyvənd olunub.

    Bu barədə Makron özünün tvitter hesabında bildirib.

    “Mən və Brijit 25 milyon fransız kimi peyvənd olunduq. Hamı peyvənd olunsun, özümüzü və yaxınlarımızı qoruyaq”.

    Onların hansı peyvənddən istifadə etdiyi məlum deyil.

  • Rusiyanın dövlət borcu açıqlandı

    Rusiyanın 2021-ci ilin ilk rübündə dövlət borcu 741,3 milyard rubl artaraq 19,7 trilyon rubl və ya ÜDM-nin yüzdə 17 fazini təşkil edib.

    “Report” xəbər verir ki, bu barədə Rusiyanın Hesablama Palatasının məlumatında deyilir.

    Ölkənin daxili borcu 683 milyard rubl və ya 4,6 faiz artaraq 15,434 trilyon rubla çatıb. Rusiya dövlət borcunun ümumi həcmdəki payı 77,9 faizdən 78,4 faizə yüksəlib.

    Xarici borc 1 aprel tarixinə 56,1 milyard ABŞ dolları təşkil edib. Bu da, cari ilin 1 yanvar tarixi ilə müqayisədə 598,3 milyon ABŞ dolları azdır.

  • В каждом из нас живет ребенок. Эльдар Гасымов в Международный день защиты детей представил новый клип – ВИДЕО

    В Международный день защиты детей победитель «Евровидения-2011» Эльдар Гасымов вместе с 6-летним Омаром Бабирли представил клип на песню Sehirli dunya («Волшебный мир»).

    «В этой композиции Омар словно вернул меня в детство, а я олицетворяю его будущее.

    Мы постарались донести счастливый и волшебный мир детства. Каждый из нас был ребенком, но часто ли мы вспоминаем свои детские годы? А ведь это прекрасное время.

    Только дети способны чисто и открыто любить, а главное – безвозмездно… Взрослые так не умеют. А все потому, что они переросли эту самую детскую любовь. Но в каждом из нас живет ребенок», – сказал Эльдар Гасымов.

    Отметим, что авторы музыки – родители ребенка, композиторы Ульвия и Бабир Бабирли, слова – Нурланы Джафаровой. Режиссер клипа – Кенуль Ализаде, оператор – Орхан Гурбанов, режиссер монтажа – Эльнур Эхтирамоглу.

  • Xəzərə çirkab su axıdan şirkətlə bağlı məhkəməyə müraciət olunub

    Xəzər rayonu Buzovna qəsəbəsi ərazisindən boru kəməri vasitəsilə çirkab suyun Xəzər dənizinə axıdılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

    Xidmətin rəsmisi Ramal Bağırov bildirib ki, boru xəttindən axan sudan nümunələr götürülərək bioloji, kimyəvi analizlər aparılıb və suda ammonium ionlarının 18.8, asılı bərk hissəciklərin 25.6, sintetik səthi aktiv maddələrin isə 2.1 dəfə normadan artıq olduğu məlum olub.

    “Araşdırma zamanı boru kəməri vasitəsilə Xəzər dənizinə axıdılan çirkab suyun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 7 saylı Xüsusi Yol İstismarı MMC-nin ərazisində formalaşdığı və təmizlənmədən nasoslar vasitəsilə boruya vurulduğu müəyyən edilib.

    Faktla bağlı akt, protokol tərtib olunub və sözügedən MMC-nin hüquqi şəxs qismində cərimələnməsi üçün toplanmış materiallar məhkəməyə göndərilib”.

  • BMT-nin Baş katibi İlham Əliyevi təbrik edib

    BMT-nin Baş katibi Antonio Quterreş Prezident İlham Əliyevi Respublika Günü münasibətilə təbrik edib.

    Məktubda qeyd edilir:

    “Zati-aliləri.

    Milli bayramınız – Respublika Günü münasibətilə Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaq istəyirəm.

    Cənab Prezident, biz bu çətin vaxtlarda hər bir ölkənin dünyada insanların sağlamlığına verdiyi əhəmiyyətli töhfələri bir daha xatırlayırıq. COVID-19 pandemiyasına qalib gəlməyimiz üçün birgə işlədiyimiz bir vaxtda biz daha davamlı, dayanıqlı və ədalətli cəmiyyətlərin qurulması üçün hərtərəfli bərpa işlərini düzgün həyata keçirməliyik. Biz iqlim dəyişikliyi məsələsi ilə bağlı cəsarətli addımlar atmalı və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün səyləri daha da artırmalıyıq.

    Sizin Respublika Gününü qeyd etdiyiniz bir vaxtda mən Birləşmiş Millətlər Təşkilatının daha da möhkəmləndirilməsi, hamı üçün daha gözəl və dinc bir dünyanın qurulması istiqamətində ölkənizin dəstəyinə arxalanıram.

    Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

  • Президент Пакистана направил письмо Ильхаму Алиеву

    Президент Пакистана Ариф Алви направил поздравительное письмо Президенту Азербайджана Ильхаму Алиеву по случаю 28 мая – Дня Республики.

    Текст послания опубликован на сайте главы государства.

  • Pakistan prezidenti İlham Əliyevə təşəkkür etdi

    Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi 28 May – Respublika Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

    Məktubda deyilir:

    “Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

    Bu il qeyd edilən Respublika Günü İkinci Qarabağ müharibəsində qazanılan önəmli Qələbədən və işğal altındakı ərazilərin azad edilməsindən sonra Azərbaycan xalqı üçün xüsusilə əlamətdardır.

    Pakistan qardaş Azərbaycanın yanında olmasından qürur duyur və ölkənizin hər cür təcavüzə qarşı özünümüdafiə hüququnu dəstəkləməkdə davam edəcək.

    Zati-aliləri, əminəm ki, mövcud olan yüksək səviyyəli əlaqələrimizin bundan sonra daha da inkişaf etdirilməsi üçün Sizinlə yaxından əməkdaşlıq edəcəyik.

    Bu xoş fürsətdən istifadə edərək Azərbaycanın beynəlxalq forumlarda Pakistana verdiyi dəstəyi yüksək qiymətləndirdiyimi bildirmək istəyirəm.

    Cənab Prezident, Sizə möhkəm cansağlığı, qardaş Azərbaycan xalqına davamlı inkişaf və fıravanlıq diləyirəm.

    Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin”.