Month: June 2021

  • Стали известны подробности избиения азербайджанцев в Киеве – ФОТО

    Стали известны подробности нападения на азербайджанцев 29 мая в столице Украины Киеве.

    По данным Report, в ходе инцидента были избиты 5 наших соотечественников.

    Это братья Аливерди и Фикрет Мамедовы, занимавшиеся мелкой торговлей в палатке по адресу Алматинский, 54 в Днепровском районе Киева, а также их односельчане – Хазар Джаббаров, Эльман Мансимов и Садай Джаббаров.

    Ранения азербайджанцам нанесли сотрудники Киевской областной полиции в гражданской одежде. Причиной происшествия стал побег 28 мая, признанного виновным по нескольким статьям УК Украины азербайджанца Афсара Мамедова (1973 г.р.) во время перерыва из Ирпенского городского суда. Афсар был дядей братьев Мамедовых и поддерживал с ними связь после побега.

    Сотрудники полиции в гражданской одежде сообщили, что имеют информацию о том, что А.Мамедов после побега связался с родственниками и приехал на их рабочее место.

    Затем от них потребовали указать местонахождение Афсара. После отказа родственников полицейские применили в отношении их силу и нанесли увечья.

    В настоящее время посольство Азербайджана в Украине взяло ситуацию под свой контроль и обратилось в Генеральную прокуратуру страны для принятия мер в связи с инцидентом.

    Юрист азербайджанской диаспоры в Украине встретился в больнице с пострадавшими азербайджанцами и в письменной форме передал их обращение в Государственное бюро расследований Украины.

    Представитель МВД Азербайджана в посольстве Украины и глава диаспоры посетили пострадавших соотечественников в клинике. Инцидент находится под контролем.

    Отметим, что А.Мамедов был накануне задержан и передан следствию.

  • Azərbaycanda işsizlikdən sığorta ödənişinin verilməsi qaydası dəyişib

    Nazirlər Kabineti “İşsizlikdən sığorta haqqında” qanunda edilmiş dəyişiklikləri nəzərə alaraq 29 dekabr 2017-ci il 29 dekabr tarixli qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edib.

    Dəyişikliyə əsasən, bundan sonra sığorta ödənişinin hesablanması üçün orta aylıq əmək haqqının məbləği Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemində sığortaolunanların sığorta haqları üzrə hesabatlarda olan aylıq gəlirləri deyil, əmək haqları barədə məlumatları əsasında müəyyən ediləcək.

    Bundan başqa, sığorta ödənişinin hesablanması üçün orta aylıq əmək haqqının müəyyən edilməsi zamanı nəzərə alınan və alınmayan ödənişlər Əmək Məcəlləsi ilə müəyyən edilməyəcək.

  • Xocavənddə ermənilərin atıb qaçdığı silahlar aşkarlandı

    İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə müvafiq tədbirlər davam etdirilir.

    Daxil İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan “Report”a verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının rayonun işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi növbəti tədbirlər zamanı tərk edilən hərbi mövqelərdən 12 ədəd avtomat, 1 ədəd qumbaratan və 1 ədəd əl qumbarası aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

  • Azərbaycanda insanın ölüm anının müəyyən edilməsi qaydası dəyişir

    “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda dəyişiklik edilib.

    “Report” xəbər verir ki, bununla bağlı Səhiyyə Nazirliyinin Kollegiyası qərar qəbul edib.

    Yeni qərarla insan ölümü kliniki və beyin ölümündən sonra bioloji ölümlə başa çatacaq. Bundan başqa, qərara yeni bənd əlavə edilib. Belə ki, meyitdən transplantasiya məqsədi ilə insan orqanlarının və toxumalarının götürülməsi zamanı bioloji ölüm və ya beyin ölümünün baş verməsi barədə qərar “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanunun 25.1-ci maddəsinə uyğun olaraq həkim konsiliumu tərəfindən qəbul ediləcək.

    “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanuna əsasən, donorun ölüm anının təsdiqində həkim-transplantoloqun və transplantasiya üzrə koordinatorun iştirakı qadağandır.

    Qərar 2022-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək.

  • “Bavariya”da istefa: Rummenigge gedir, Kan gəlir

    Almaniya “Bavariya”sının İdarə Heyətinin sədri Karl-Haynts Rummenigge klubdan ayrılacaq.

    “Report” Münhen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, əfsanəvi futbolçu Müşahidə Şurasının sədri və klub prezidenti Herbert Haynerlə məsləhətləşmələrdən sonra belə bir qərar qəbul edib.

    O, “Bavariya”nı iyunun 30-da tərk edəcək və yerini keçmiş qapıçı Oliver Kana verəcək.

    Rummeniggenin ilkin müqaviləsi 2021-ci il dekabrın 31-dək nəzərdə tutulub.

    Qeyd edək ki, Karl-Haynts Rummenigge Avropa Klublar Birliyini UEFA-da təmsil edən şəxslərdən biridir.

  • Президент Пакистана направил письмо Ильхаму Алиеву

    Президент Пакистана Ариф Алви направил поздравительное письмо Президенту Азербайджана Ильхаму Алиеву по случаю 28 мая – Дня Республики.

    Как сообщает Азертадж, в поздравительном письме говорится:

    «Президенту Азербайджанской Республики Его превосходительству господину Ильхаму Алиеву.

    Ваше превосходительство.

    Очень рад передать Вам искренние поздравления и добрые пожелания по случаю национального праздника Азербайджана – Дня Республики.

    Отмечаемый в этом году День Республики особенно знаменателен для азербайджанского народа после важной Победы, завоеванной во Второй Карабахской войне, и освобождения оккупированных территорий.

    Пакистан гордится тем, что находится рядом с братским Азербайджаном и будет продолжать поддерживать право Вашей страны на самооборону от любой агрессии.

    Ваше превосходительство, уверен, что мы будем тесно сотрудничать с Вами, чтобы наши связи высокого уровня в дальнейшем развивались еще больше.

    Пользуясь этой приятной возможностью, хочу отметить, что высоко оцениваю поддержку, оказываемую Азербайджаном Пакистану на международных форумах.

    Господин Президент, желаю Вам крепкого здоровья, братскому азербайджанскому народу – постоянного развития и процветания.

    Ваше превосходительство, прошу принять мое высочайшее почтение».

  • DİM abituriyentlərə müraciət edib

    Dövlət İmtahan Mərkəzi “Abituriyentin elektron ərizəsi”nin təsdiqini ləğv etmək istəyənlərə müraciət edib.

    “Report” müraciəti təqdim edir:

    Təsdiq edilmiş elektron ərizəsini ləğv etmək istəyən abituriyentlər https://eservices.dim.gov.az/erizebak/erize/ səhifəsindəki “Elektron ərizənin təsdiqinin ləğvi” keçidinə daxil olub “Şəxsi kabinet”inin istifadəçi adı və parolunu mavafiq sahələrə qeyd edirlər. Ərizənin ləğv olunması üçün istifadəçinin “Şəxsi kabinet”ində qeyd etdiyi mobil telefon nömrəsinə xüsusi kod göndərilir. Əgər orada qeyd olunan mobil telefon nömrəsi abituriyentə məxsus deyilsə və ya nömrə dəyişilibsə, əməliyyatdan imtina edib “Şəxsi kabinet”dəki “Əlaqə məlumatları” bölməsində mobil telefon nömrəsində düzəliş edib proseduru yenidən təkrar etmək lazımdır. Bu zaman mobil telefon nömrəsinə göndərilmiş təsdiq kodunu müvafiq sahəyə daxil etməklə “Təsdiqi ləğv et” düyməsini basmaq lazımdır.

    Təsdiq olunmuş elektron ərizənin ləğv edilməsi xidmətindən yalnız 1 dəfə istifadə etmək mümkündür.

    Elektron ərizənizi yenidən doldurarkən diqqətli olun və onu təsdiq etməyi unutmayın.

    Müsabiqəyə yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər buraxılır.

    Qeyd edək ki, abituriyentlər mayın 27-dən etibarən ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün DİM-in müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər).

    Elektron ərizələrin qəbulu 8 iyun saat 23:59-dək davam edəcək.

  • Dünyada iqlim dəyişikliyinin insan tələfatına təsiri açıqlanıb

    Dünyada 1991-2018-ci illər ərzində istiliklə ilə bağlı insan ölümlərinin 37 faizi iqlim dəyişikliyilə bağlıdır.

    “Report” AP-yə istinadən xəbər verir ki, belə bir qənaət Bern Universiteti Sosial və Qabaqlayıcı Təbabət İnstitutunun bir qrup əməkdaşının dünən “Nature Climate Change” jurnalında dərc olunmuş tədqiqatında yer alır.

    Tədqiqatçılar sözügedən müddət ərzində dünyanın 732 şəhərində istiliklə bağlı ölümləri təhlil ediblər. Tədqiqatda iqlim dəyişikliyinin qasırğa, su daşqınları, quraqlıq kimi digər fəsadlarının təsiri nəzərə alınmayıb.

    Araşdırmanın əhatə etdiyi şəhərlərdə sözügedən müddət ərzində istiliklə bağlı ildə orta hesabla 9 700 nəfər ölüb. Bu göstəriciyə görə 239 nəfərlə San Paulo birinci yerdədir. Regionlara gəlincə, Cənubi Amerika şəhərlərində ən yüksək rəqəmlər qeydə alınıb, sonrakı yerləri Cənubi Avropa və Cənubi Asiya tutur.

    Həmçinin istiliklə bağlı ölümlərin 82 faizi iqlim dəyişikliyi nəticəsi olduğu Honolulu şəhəri isə bu baxımdan dünya lideridir.

  • Moldovada 6 futbolçu və 2 kluba danışılmış oyun cəzası

    Moldovada 6 futbolçu və iki klub danışılmış oyunlara görə cəzalandırılıb.

    Müvafiq qərarı Moldovo Futbol Federasiyasının Etika Komitəsi qəbul edib.

    “Floreşt” klubunun oyunçuları Artyom Zelenyuk və Andrey Kalakın 2020-ci ildə keçirilmiş 4 matçın nəticələrini manipulyasiya etdikləri müəyyənləşib.

    Nəticədə hər iki oyunçu futbol fəaliyyətindən bir il müddətinə kənarlaşdırılıb. “Floreşt” isə 2021/2022 mövsümünə mənfi altı xalla başlayacaq.

    Habelə, “Sperantsa”nın oyunçuları Matvey Quyqanov, Orest Budyuk, Aleksandr Nasonov (hər üçü Ukrayna) və Mixay Bolunun daha 4 qarşılaşmanın nəticəsinə qeyri-qanuni təsir etdikləri üzə çıxıb.

    Bu səbəbdən, Bolun, Budyuk və Nasonov 1 il, Quyqanov 2 illik cəzaya məruz qalıb. “Sperantsa” isə 200 000 ley məbləğində cərimələnib.

  • Almaniyadan deportasiya ediləcək azərbaycanlı özünə xəsarət yetirib

    Almaniyadan deportasiya ediləcək şəxs özünə xəsarət yetirib.

    “Report”un Avropa bürosunun məlumatına görə, Azərbaycan Respublikasının vətəndaşı İlkin Ələkbərov onu aparmağa gələn miqrasiya idarəsi və polis əməkdaşlarının gözü önündə özünə xəsarət yetirib.

    O, deportasiyaya etiraz edərək, ülgüclə qol damarlarını kəsib. Hadisə yerinə təcil yardım çağırılıb, yaralı xəstəxanaya çatdırılıb. Xəstəxanadan bildirilib ki, İ.Ələkbərovun vəziyyəti orta-ağırdır.

    Qeyd edək ki, növbəti günlərdə də Almaniyadan azərbaycanlıların kütləvi deportasiyayı nəzərdə tutulur. Bu məqsədlə Almaniyada sığınacaq istəyi rədd edilən və barəsində deportasiya qərarı çıxarılan şəxslər polis və miqrasiya idarəsinin müşayiəti ilə Düsseldorf və Münhen hava limanlarının yaxınlığındakı xüsusi mərkəzlərə gətirilirlər.