Month: June 2021

  • Zərdabda narkotik tərkibli bitkilər aşkar edilib

    Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

    Bildirilib ki, tədbir zamanı rayonun Alıcanlı kəndi ərazisində çəkisi 1,4 tondan artıq olan 1275 ədəd çətənə kolu yandırılaraq məhv edilib.

  • Bu il tütün və onun sənaye əvəzedicilərinin ixracı 50 %-dək azalıb

    Bu ilin yanvar-may aylarında Azərbaycana 41,330 milyon ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib.

    Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,887 milyon ABŞ dolları və yaxud 27,39 % çoxdur.

    Hesabat dövründə tütün və tütün məmulatlarının idxalı ümumi idxalın 0,94 %-ni təşkil edib.

    Bu ilin ilk 5 ayı ərzində Azərbaycandan 2,774 milyon ABŞ dollarlıq tütün və onun sənaye əvəzediciləri ixrac edilib ki, bu da illik müqayisədə 2,627 milyon ABŞ dolları və yaxud 48,64 % azdır.

    Tütün və tütün əvəzedicilərinin ixracı ümumi ixracın 0,04 %-nə bərabər olub.

  • Gürcüstanda daha 352 nəfərdə COVID-19 aşkarlanıb

    Gürcüstanda ötən sutkada koronavirusa 352 yeni yoluxma halı təsdiqlənib, 9 nəfər vəfat edib.

    Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

    Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 363 874 nəfərin yoluxduğu müəyyən edilib, onların 5 275-i ölüb.

    Son 24 saat ərzində 808, ümumilikdə isə 350 466 nəfər sağalıb.

  • “Amazon” şifrəli mesajlaşma tətbiqi alıb

    “Amazon” 2012-ci ildə ABŞ-ın “Wickr” şirkəti tərəfindən yaradılan eyniadlı şifrəli mesajlaşma tətbiqetməsini satın alıb.

    Bu barədə “Techspot” məlumat verib.

    Sövdələşmənin məbləği açıqlanmır.

    “Wickr” – “WhatsApp” və “Signal”a bənzər şəkildə şifrələnmiş rabitə texnologiyasına sahib mesajlaşmadır.

    “Amazon”dan xüsusilə COVID-19 pandemiyası səbəbindən “hibrid” iş şəraitinə keçməsi ilə təhlükəsiz kommunikasiyaya ehtiyacın artdığı qeyd edilib. Şirkətin vitse-prezidenti və informasiya təhlükəsizliyi üzrə direktoru Stiven Şmidt “Wickr”in ən etibarlı “ucdan uca” şifrələnmiş rabitə texnologiyası hazırladığını söyləyib.

    İndi “Wickr” tətbiqindən həm dövlət şirkətləri, həm də korporativ şirkətlər istifadə edir.

  • Samuxda 49 yaşlı kişi bıçaqlanıb

    Samux rayonunda bıçaqlanma hadisəsi baş verib.

    Hadisə Çobanabdallı kəndində qeydə alınıb. Rayonun Hacıalılı kənd sakini, 1992-ci il təvəllüdlü Allahverdi Yusibov şəxsi münasibətlər zəminində rayonun Lək kənd sakini, 1972-ci il təvəllüdlü Elçin Qənbərovu bıçaqlayıb. Yaralı Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib. E.Qənbərovun vəziyyəti kafi qiymətləndirilir.

    Hadisəni törətməkdə şübhəli bilinən şəxs Samux Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

    Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

  • Abşeronda ahıl qadın yol qəzasında xəsarət aldı

    Abşeronda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə Xırdalan şəhərində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1954-cü il təvəllüdlü İbadova Məhluqə Qulu qızı xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

    Hadisənin təfərrüatı araşdırılır.

  • Suriyada partlayışlar törədilib, ölənlər və xəsarət alanlar var

    Suriyada partlayışlar törədilib.

    Birinci hadisə ölkənin qərbində qeydə alınıb.

    Afrin şəhərində minalanmış avtomobilin partladılması nəticəsində 3 nəfər həlak olub. Onlar arasında azyaşlı qız da var. Partlayış zamanı həmçinin daha bir neçə nəfər xəsarət alıb.

    Qeyd edilir ki, digər partlayış Al-Bab şəhərində baş verib. Hadisə zamanı 1 dinc sakin həlak olub, daha 1 uşaq yaralanıb.

  • Ordumuzun nizam qaydalarında dəyişiklik edildi – SƏBƏB

    Havanın temperaturunun yüksəlməsi ilə əlaqədar Azərbaycan Ordusunun şəxsi heyəti arasında istilik və günvurma hallarının qarşısının alınması məqsədilə hərbi hissə və birləşmələrdə müvafiq tədbirlər həyata keçirilir.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, şəxsi heyətin istilik və günvurmadan qorunması məqsədilə günün nizam qaydalarına dəyişiklik edilərək, döyüş hazırlığı məşğələləri saat 11:00-dək və 17:00-dan sonra keçirilir.

    Döyüş hazırlığı və gündəlik fəaliyyət tədbirləri planlaşdırılarkən hərbi qulluqçular günəş şüalarının birbaşa düşdüyü ərazidə deyil, əsasən kölgəlikdə, kazarma şəraitində yerləşdirilir və açıq səma altında görülən xidməti işlərə cəlb olunmur. Əsgər yataqxanaları, yeməkxanalar, tibb məntəqələri, digər xidməti və inzibati otaqlarda kondisionerlər quraşdırılıb.

    Eyni zamanda hərbi hissələrdə sərin su duşları, əlavə su təchizatı məntəqələri yaradılıb, şəxsi heyət içməli su və fərdi su qabları ilə təmin edilib.

  • В Азербайджане за минувшие сутки выявлены 38 новых случаев инфицирования коронавирусом – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 38 новых случаев инфицирования коронавирусом, 39 человек вылечились и были выписаны домой.

    Об этом 28 июня сообщает оперативный штаб при Кабинете министров.

    За истекшие 24 часа от COVID-19 скончались два пациента.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 335 874 человека, 4 970 – скончались, 330 123 – вылечились, 781 – находится в активной фазе лечения в больницах особого режима.

    В республике проведено 3 733 194 теста на COVID-19 (за последние 24 часа – 4 482).

  • Azərbaycanda son sutkada koronavirusdan iki nəfər ölüb – FOTO

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 38 yeni yoluxma faktı qeydə alınıb, 39 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, son sutka ərzində COVID-19-dan 2 nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 335 874 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 123 nəfər müalicə olunaraq sağalıb, 4 970 nəfər vəfat edib.

    Aktiv xəstə sayı isə 781 nəfər olub.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4482, bu günə qədər isə ümumilikdə 3 733 194 test icra olunub.