Month: June 2021

  • Премьер-министр Швеции объявил о своей отставке

    Премьер-министр Швеции Стефан Лёвен заявил спикеру парламента, что уходит в отставку.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом глава кабинета сообщил на пресс-конференции в понедельник.

    “Я просил спикера освободить меня от должности премьер-министра. Спикер попытается сформировать новое правительство”, – сказал он.

    17 июня популистская партия “Шведские демократы” потребовала провести в парламенте голосование по вопросу о доверии премьеру. Ранее лидер Левой партии Нуши Дадгостар заявила, что не доверяет Лёвену из-за предложения правительства ввести рыночные цены на аренду жилья в новых домах: правительство изучало эту инициативу в соответствии с достигнутой в январе 2019 года договоренностью с двумя другими партиями (Партией центра и партией “Либералы”), поддерживающими кабинет меньшинства. Голосование по вопросу о доверии Лёвену в парламенте состоялось 21 июня, большинство депутатов – 181 из 349 – выразили недоверие главе правительства. У него была неделя на принятие решения – уйти в отставку или объявить внеочередные выборы, в связи с чем он провел переговоры с представителями партий.

  • Uşaqlara koronavirus vaksini hansı şərtlərlə vurula bilər? – VİDEO

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilk dəfə uşaqların koronavirusa qarşı vaksinasiya olunmasının zəruri olduğunu açıqlayıb.

    Qurum uşaqların COVID-19 riski daşıyan qrupa daxil olmamasına baxmayaraq, tədricən vaksinasiya prosesinə qoşulmasını hesab edir.

    Ümumilikdə bu gün bütün dünyada vaksinasiya prosesində əsasən yaşlılar, xroniki xəstəlikləri olanlar və səhiyyə işçilərinə üstünlük verilir.

    Azərbaycanlı həkim-pediatr Aytən İsmayılzadə isə gələcəkdə uşaqlara koronavirus vaksininin hansı şərtlərlə vurula biləcəyindən danışıb.

    Ətraflı süjeti təqdim edirik.

  • Laçının Şeylanlı kəndindən görüntülər – VİDEO

    Müdafiə Nazirliyi Laçın rayonunun Şeylanlı kəndindən görüntülər yayıb.

    Median.Az videogörüntüləri təqdim edir:

  • Yaponiya iyul ayından ölkəyə giriş tədbirlərini sərtləşdirəcək

    Yaponiya iyulun 1-dən etibarən 41 ölkədən və regiondan ölkəyə gələnlərə qarşı tədbirləri sərtləşdirəcək.

    Bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

    Tədbirlərin sərtləşdirilməsi koronavirusun ilk dəfə Hindistanda aşkar edilmiş “delta” ştammının yayılması ilə əlaqədardır.

    Əfqanıstan, Hindistan, Şri-Lanka, Nepal, Pakistan, Maldiv adalarından gələnlərə qarşı ən sərt tədbirlər tətbiq ediləcək. Onlar səlahiyyətlilər tərəfindən müəyyən edilmiş yerdə karantin keçməli və bu müddətdə üç dəfə koronavirus testi vermək məcburiyyətindədirlər.

    İndoneziya, Uqanda, Britaniya, Misir, Banqladeş və Malayziyadan gələnlər üçün xüsusi təyin edilmiş karantində 6 günlük qalma tədbiri tətbiq olunacaq və bu müddət ərzində onların iki dəfə testdən keçmələri tələb ediləcək.

    Rusiya, İspaniya, ABŞ-ın 14 ştatı, Belçika və digər ölkələr də daxil olmaqla, 29 ölkədən gələnlər isə üç günlük karantindən keçməli və bundan sonra test verməlidirlər.

    Göstərilən ölkələrdən gələnlərin karantində olduqdan sonra və testlərinin mənfi nəticələnəcəyi təqdirdə Yaponiyaya gəlişlərinin 14 günü tamam olana qədər evdə və ya yaşayış yerində karantində qalmalıdırlar.

  • Peyvənd olunanların sayı açıqlandı

    Azərbaycanda son sutkada 608 nəfər vaksinasiya olunub.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

    Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 317, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 291 nəfər təşkil edib.

    Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 3 349 035, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 2 139 001, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 1 210 034 nəfər təşkil edir.

  • Kanadada isti hava rekordu yenilənib

    Kanadanın qərbində yerləşən Britaniya Kolumbiyası vilayətindəki Litton şəhərində 46,6 dərəcə isti hava qeydə alınıb.

    “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli meteorologiya xidməti tvitterdə məlumat yayıb.

    Xidmətdən bildirilib ki, bu, ölkə tarixi ərzində rekord göstəricidir.

    Meteoroloqların verdiyi məlumata görə, əvvəlki rekord 5 iyul 1937-ci ildə Saskaçevan vilayətinin iki məntəqəsində – Yellou Qrəss və Mideyldə qeydə alınmış və havanın istiliyi 45 dərəcə təşkil etmişdi.

  • Yumurta qabığı əsasında diş plombları üçün yapışqan yaradılıb

    Alimlər yumurta qabığının əsasında diş plombları üçün yapışdırıcı hazırlayıblar. O, həqiqi diş toxumasının strukturunu və xüsusiyyətlərini, demək olar, ideal şəkildə təkrarlayır.

    “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elm Fondunun mətbuat xidməti yazıb.

    Yeni yapışqanın hazırlanmasını təsvir edən məqalə “International Journal of Molecular Sciences”də dərc olunub.

    Alimlər ən çətin materiallardan birini – dişlərin mineral toxuması olan dentini almağa çalışıblar. O, apatit biomineralının dənəciklərindən, kollagen zülal liflərindən və kariyesin inkişafı və və ya dişlərdə mexaniki travma zamanı məhv olan və ya zədələnən bir sıra digər komponentlərdən ibarətdir. Dentindəki zədələrin düzəldilməsi üçün plomblarda istifadə olunan materiallar diş toxumasından xeyli dərəcədə fərqlənir. Buna görə də onlar dentinlə yaxşı birləşmirlər və nəticədə plomblar tez-tez düşür.

    Voronej Dövlət Universitetində dentinin quruluşunu süni şəkildə yaratmağa və tərkibcə ona maksimum yaxın olan yapışqan hazırlamağa çalışıblar. Bunun üçün fiziklər infraqırmızı mikroskopiya və rentgen şüalanmasının sinxrotron mənbəyindən istifadə edərək diş toxumasının quruluşunu araşdırıblar və dentinin kompüter modelini yaradıblar.

    Bunun sayəsində alimlər quruluşuna görə dentinin zülal hissəsinə bənzər polimer filamentdən hazırlanmış içi boş çərçivə yaradıblar və onu yumurta qabığının apatit dənəcikləri ilə doldurublar. Fiziklər məhz elə bu material əsasında da plomblar üçün yapışqan yaradıblar. Onun effektivliyini tibbi səbəblərə görə bir neçə xəstədən çıxarılan həqiqi dişlər üzərində yoxlayıblar.

    Nəticədə məlum olub ki, polimer və yumurta qabığının əsasında hazırlanan yapışqan dentinlə dayanıqlı kimyəvi bağlar yaradıb və plombun süni materialını buna qədər mövcud maddələrdən daha etibarlı şəkildə yapışdırıb. Alimlər tapıntılarının artıq yaxın illərdə stomatalogiyada praktiki cəhətdən tətbiq olunacağına ümid edirlər.

  • Moskvada küçələri və metro stansiyasını su basıb

    Moskvaya yağan güclü leysan yağışı bir sıra küçələri və bir metro stansiyasını su basması ilə nəticələnib.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə fövqəladə hallar xidmətindəki mənbə bildirib.

    “Bu ana qədər leysan yağışı səbəbiylə Moskvanın şərqindəki bir neçə küçənin su altında qaldığı məlumdur. Bu səbəbdən nəqliyyat vasitələrinin hərəkəti çətinləşib. Kalujsko-Rijhskaya xəttinin “Yasenevo” metro stansiyasını da su basıb, “Tyoplıy stan” stansiyasından “Novoyasenevo”ya qədər qatarlar hərəkət etmir”, – agentliyin həmsöhbəti deyib.

    Eyni zamanda, güclü külək isə bir neçə ağacı, reklam lövhələrini aşırıb, mağazaların vitrinlərinə zərər dəyib. Yay verandalarına gələn qonaqlardan oradan ayrılmaları istənilib. “Şyolkovoda ticarət mərkəzinin damının bir hissəsini külək aparıb. Xəsarət alan yoxdur”, – mənbə bildirib.

    Qeyd edək ki, daha əvvəl Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskvadakı Baş İdarəsi günün sonunadək şiddətli leysan yağışları yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi və çox güclü külək əsəcəyi barədə təcili xəbərdarlıq etmişdi.

  • Gürcüstan parlamentində Rusiya himni səsləndirilib

    Gürcüstan parlamentinin növbədənkənar iclasında Rusiyanın dövlət himni eşidilib.

    Himni müxalif Vahid Milli Hərəkat Partiyasının üzvü Nona Mamulaşvili İnsan haqları və vətəndaş inteqrasiyası Komitəsinin sədri Mixeil Sarcveladze çıxış edərkən mobil telefonu vasitəsilə səsləndirib.

    Bundan sonra qanunverici orqanda səs-küy yaranıb. Parlamentin sədri Kaxa Kuçava xanım deputatın hərəkətini utancverici adlandırıb.

    “Bravo, bravo! Gürcüstanın müstəqillik aktının imzalandığı yerdə siz Rusiya himnini səsləndirdiniz”, – spiker deyib.

    Qeyd edək ki, iclasda baş nazir İrakli Qaribaşvilinin illik hesabatı ilə bağlı siyasi debatlar keçirilir.

  • Türkiyəli nazir: “Naxçıvana qaz kəmərinin çəkilməsinə başlamağa hazırlaşırıq”

    Türkiyə və Azərbaycan Naxçıvana təbii qaz boru kəmərinin çəkilməsinə başlamağa hazırlaşır.

    Bunu “Anadolu” İnformasiya Agentliyinə müsahibəsində bu ölkənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez deyib.

    F.Dönməzin sözlərinə görə, artıq azərbaycanlı həmkarı ilə bu məqsədlə anlaşma memorandumu da imzalayıb:

    “Azərbaycanın energetika naziri Pərviz Şahbazov ilə anlaşma memorandumu imzaladıq. Azərbaycanın bəzi texniki məlumatları təsdiqlənməsini gözləyirik. Həmin təsdiqlər gələn kimi xəttin inşasına başlayacağıq.

    Marşrutun müəyyən edilməsi, araşdırma, inventarlaşma, proqnozlaşdırma kimi hazırlıq işləri bitdi.

    Ortaq bir layihə həyata keçiririk. Müqavilənin mətnindən fərqli bəzi texniki məlumatların bizimlə paylaşılması lazımdır.

    Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) bu məlumatı verən kimi işlərə başlayacağıq”, – nazir əlavə edib.