Month: June 2021

  • Бен Аффлек и Дженнифер Лопес намерены поженитьсяБен Аффлек и Дженнифер Лопес намерены пожениться

    Американская актриса и певица Дженнифер Лопес и актер Бен Аффлек намерены заключить брак, пишет gazeta.ru со ссылкой на The Sun.

    Как сообщил источник, Аффлек планирует жениться на артистке до конца этого года, так как он очень боится потерять ее во второй раз.

    “Технически новым отношениям может быть всего несколько недель, но на самом деле они продолжают свой роман с того места, на котором остановились много лет назад”, – сказал инсайдер.

    По его словам, двум голливудским звездам уже давно известны “хорошие, плохие и уродливые” стороны друг друга. Они не начинают с нуля, отметил источник.

    Он также заявил, что Аффлек собирается сделать Лопес предложение руки и сердца 24 июля – в 52-й день рождения певицы.

  • Cennifer Lopez Ben Affleklə evlənir

    Amerikalı aktrisa və müğənni Cenifer Lopez və aktyor Ben Afflek evlənməyi planlaşdırırlar.

    Bu barədə “The Sun” yazır.

    Mənbənin verdiyi məlumata görə, Afflek ikinci dəfə Lopezi itirməkdən çox qorxduğu üçün sənətçi ilə bu ilin sonuna qədər evlənməyi düşünür.

    Qeyd edilir ki, iki Hollivud ulduzu bir-birinin “yaxşı, pis və çirkin” tərəflərini çoxdan tanıyır; onlar sıfırdan başlamırlar.

  • Bakıda 10 min manatlıq oğurluq edən dəstənin üzvləri ələ keçdi

    Bakıda anbar qarət olunub.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, iyunun 26-da Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakini Ə.Kərimova məxsus anbardan 10 000 manat dəyərində 10 ədəd kondisioneri oğurlanıb.

    Əlahiddə Çevik Polis Alayı və Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri C.Ağayev, İ.Ağayev, M.Zərbəliyev və Şirvan şəhər sakini F.Kərimov saxlanılıblar.

  • Türkiyədə Azərbaycan Evi və Şuşa Konfrans Mərkəzi açıldı

    Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri çərçivəsində Ankarada fəaliyyət göstərən Azərbaycan Evinin və Şuşa Konfrans Mərkəzinin açılışı olub.

    “Report” xəbər verir ki, tədbirdən əvvəl Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin rəisi Abdullah Eren və Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım ümummilli lider Heydər Əliyevin ölkəmizin Ankaradakı səfirliyindəki büstünü ziyarət ediblər. Ulu Öndərin büstü önünə tər çiçəklər düzülüb, əziz xatirəsi ehtiramla yad olunub.

    Sonra Azərbaycan və Türkiyə nümayəndə heyətlərinin iştirakı ilə Azərbaycan Evinin və Şuşa Konfrans Mərkəzinin açılışı mərasimi keçirilib.

    Mərasim Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

    Sonra Azərbaycan Evinin və Şuşa Konfrans Mərkəzinin rəmzi açılışını bildirən qırmızı lent kəsilib.

    Daha sonra “Cıdır düzündə konsert” adlı videoçarx nümayiş etdirilib.

    Rəsmi açılış mərasimi çıxışlarla davam edib.

  • Azərbaycanda erməni feyklərinin ifşası üçün layihə başlanıldı – VİDEO

    Azərbaycanda Ermənistanın yaratdığı tarixi xarakterli feykləri ifşa etmək və fəsadlarını nümayiş etdirmək üçün layihə başladılıb.

    “İnterfaks-Azərbaycan”ın məlumatına görə, layihə “Vmedia” “Youtube” kanalı tərəfindən həyata keçirilir.

    “Ermənistanda feyk yaratmaq dövlət siyasəti səviyyəsinə yüksəlib və Qafqazda artıq 100 ildən çoxdur ki, qanlı müharibələrin alovlanmasının əsas səbəbidir. Belə bir layihəyə tələbat, ilk növbədə, ölkənin siyasi elitasının öz yalanlarında necə dolaşdığını görən Ermənistan cəmiyyətində mövcuddur. Ermənistanda baş verənlərin səbəbi məhz “çox əzablardan keçən, təqib olunan azlıq” obrazı yaratmaq üçün istifadə olunan feyklər, miflərin uydurulması, müxtəlif saxtalaşdırmalardır. Bununla da əhaliyə özgə torpaqlarını özlərinin “qədim” torpaqları elan etmək kampaniyasının uğurlu ola biləcəyi təlqin olunur”, – deyə layihə müəllifləri bildirir.

    Layihə müəllifləri həmçinin irəli sürdükləri faktları təkzib edə biləcək hər bir şəxsə bir milyard dollar verməyə hazır olduqlarını qeyd ediblər.

    Layihənin məqsədi bu meqa-feykləri istehlak edən erməni ictimaiyyətinə məlumat dəstəyi verməkdir.

  • Növbəti tədris ilindən məktəblərdə daha bir yenilik olacaq

    Təhsil nazirinin müvafiq əmri ilə həyata keçirilən “Məktəblərdə keyfiyyətin inspeksiyası” layihəsi çərçivəsində Təhsildə Keyfiyyət Təminatı Agentliyi növbəti dəfə “məktəb inspektoru” vakansiyası elan olunub.

    Layihənin məqsədi məktəblərdə tədrisin keyfiyyətini yüksəltmək, o cümlədən, məktəb-şagird-vaideyn əlaqələrini daha da gücləndirərək, sağlam və keyfiyyətli təhsil mühiti formalaşdırmaqdır.

    Layihə çərçivəsində 10 mart–7 iyunda Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax, Lənkəran şəhərlərində, həmçinin Abşeron, Masallı, Cəlilabad və Bərdə rayonlarında yerləşən 24 məktəbdə pilot inspeksiyalar keçirilib. Mövcud vakansiya üzrə inspektorların seçimi və seçilmiş namizədlərin təlimləndirilmə prosesi yekunlaşdıqdan sonra növbəti tədris ilindən etibarən real inspeksiyalara başlanacaq.

    Qeyd edək ki, sözügedən vakansiya üzrə müraciətlərin qəbulu 10 iyul 2021-ci il tarixədək davam edəcəkdir. Müraciət etmək istəyən şəxslər Agentliyin rəsmi internet səhifəsi olan www.tkta.edu.az saytına daxil olub vakansiya tələbləri ilə tanış olaraq, məlumatlarını göndərə bilərlər.

  • В поселке Бина горит цех – ВИДЕО

    В поселке Бина Хазарского района Баку вспыхнул пожар в цехе по производству влажных салфеток, сообщили в МЧС.

    К месту происшествия прибыли подразделения Государственной противопожарной службы.

    В настоящее время принимаются меры по тушению пожара.

    Будет предоставлена дополнительная информация.

  • Bakıda sex yanır – VİDEO

    Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində nəm salfetlərin istehsalı sexində yanğın başlayıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Bildirilib ki, yanğınla bağlı Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.

    Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

    Əlavə məlumat veriləcək.

  • Daha iki avtobusda gedişhaqqı “BakıKart”la ödəniləcək

    Sabahdan daha iki sərnişin avtobusu “BakıKart” vasitəsilə ödəniş sisteminə keçəcək.

    Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

    Bildirilib ki, 208 və 209 nömrəli marşrut xətti (Bakıxanov d/st.-Suraxanı qəs.) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

    Qeyd edək ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə marşrutun hərəkət sxemi üzrə aşağıda qeyd olunan ünvanlarındakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.

    Suraxanı rayonu üzrə – Tofiq Bayram küç. (Əmircan qəs.), Malik Mustafayev küçəsi, Balandin küçəsi, İlham Şükürov küçəsi, Əhməd Mehbalıyev küçəsi, Sakit Qocayev küçəsi, Səttar Bəhlulzadə küçəsi (Bülbülə qəs.), Ə.Mehbalıyev küçəsi (Qaraçuxur qəs.), A.Rzayev küç. keçid 1849, Hacı Zeynalabdin Tağıyev küçəsində (Əmircan qəs.) POS terminallar quraşdırılıb.

    Sabunçu rayonu üzrə isə quraşdırılan POS terminallar Sülh küçəsi, X.Xasməmmədov 78A (Bakıxanov qəs.), Muxtar Fətəliyev 158 (Bakıxanov qəs.), Yavər Əliyev 28B (Bakıxanov qəs.), Əhməd Mehbalıyev 23, Nazim İsmayılov 7 (Bakıxanov qəs.) küçəsində yerləşir.

  • Fransada bələdiyyə seçkiləri seçici fəallığında antirekordla başa çatdı

    Fransada bazar günü keçirilən bələdiyyə seçkilərinin ikinci turunda fransızların təxminən 2/3 hissəsi səsvermə hüququndan istifadə etməyib.

    “Euronews” xəbər verir ki, bütün məclis rəhbərləri – həm hakim, həm də sol qanaddan olan namizədlər mandatlarını qoruyurlar.

    Prezident Emmanuel Makronun partiyası “İrəli, Respublika!” 13 bölgədən heç birini idarə etmədiyinə görə, yaxın altı ildə də həmin bölgələrin idarəetməsində iştirak etməyəcək. Mərkəzçilər milli səviyyədə səslərin təxminən 10 % -ni toplayıblar.

    Ümumilikdə sol qüvvələr bloku – sosialistlər və yaşıllar uğurla çıxış ediblər. Seçicilərin təxminən üçdə biri onları dəstəkləyib.

    Qeyd edilir ki, respublikaçılar təxminən eyni saya sahibdir. Sağ mərkəz Provans-Alp-Kot-d’Azür bölgəsindəki qələbəni qeyd edir. Marine Le Penin rəhbərlik etdiyi ultra sağçılar ona böyük ümidlər bəsləyirdi. Ancaq proqnozların əksinə olaraq, ölkədə 20 %-dən bir qədər çox səs qazanan “Milli Birlik” bölgələrin heç birinə nəzarət edə bilmədi.