Month: June 2021

  • Ermənistanda kəndlilər su tələbi ilə etiraz aksiyası keçiriblər

    Ermənistanın Armavir vilayətinin sakinləri suvarma məsələsinin həlli tələbi ilə Armavir-Yerevan avtomobil yolunu bağlayıblar.

    Məlumatı “Sputnik Armeniya” yayıb.

    Aksiya iştirakçıları bildiriblər ki, bir neçə gündür əkin torpaqlarını suvarmaq üçün su yoxdur. “Bizim problemlə heç kim maraqlanmır”, – aksiya iştirakçıları qeyd ediblər.

    Fermerlər Armavir vilayətinin qubernatoru ilə görüş tələb ediblər. Hadisə yerinə cəlb edilən polis əməkdaşları yolu açmağa çalışıb. Aksiya iştirakçıları ilə polis arasında toqquşma baş verib.

  • İranın ali lideri 5 mindən çox məhkumu əfv edib

    İranın ali lideri ayətullah Seyid Əli Xamənei ali məhkəmənin sədri, yeni seçilmiş prezident İbrahim Rəisinin 5 min 156 məhkumun cəzasının yüngülləşdirilməsi və əfv edilməsi barədə təklifini imzalayıb.

    Məlumatı “Mehr” xəbər agentliyi yayıb.

    Bildirilib ki, İmam Rzanın mövlud günü və məhkəmə həftəsinə həsr edilən əfv qərarı inqilab məhkəmələri, dövlət cəza qurumları ilə silahlı qüvvələr məhkəmələrində cəza almış məhkumları əhatə edir.

    İran Konstitusiyasının 110-cu maddəsinə əsasən, ayətullah Seyid Əli Xaməneinin əfv etmək hüququ var.

  • Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının birgə təlimləri keçiriləcək

    “Möhtərəm cənab Prezidentin tapşırığı ilə üç qardaş ölkənin birgə təlimləri keçirilməlidir. Bununla bağlı artıq qərar qəbul olunub”.

    Bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov “Real” TV-yə müsahibəsində deyib.

    “Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin sentyabr ayında təlimləri gözlənilir. Biz buna hazırlıqlarımızı görürük. Artıq ekspert qruplarının bir qismi Azərbaycandadır və təlimin keçiriləcəyi ərazini yoxlayırlar. Bizim hazırlığımızı da yüksək qiymətləndirirlər”, – nazir əlavə edib.

  • Gürcüstanda qubernator vəzifəsindən azad edilib

    Gürcüstanın Quriya bölgəsinin qubernatoru Giorgi Saxokiya vəzifəsindən azad edilib.

    Bu barədə yerli mətbuat yazıb.

    İddialara əsasən, buna səbəb dövlət səlahiyyətlisinin keçmiş baş nazir Giorgi Qaxariya ilə sıx münasibətlərinin olmasıdır.

    G.Saxokiya sabiq hökumət başçısı tərəfindən bu ilin fevralında qubernator təyin olunmuşdu.

    Qubernatorun istefaya göndərilməsi barədə rəsmi məlumat hələ yayılmayıb.

  • “Formula 1” Rusiya Qran-prisinin yerini dəyişdi

    2023-cü ildən etibarən “Formula 1” üzrə Rusiya Qran-prisi Sankt-Peterburqda gerçəkləşəcək.

    Bu barədə yarış rəhbərliyi qərar çıxarıb. Qran-pri “İqora Drayv” avtodromunda olacaq.

    Qeyd edək ki, Rusiyada “Formula 1” üzrə dünya çempionatının mərhələsi hələ ki, Soçidə təşkil edilir. Azərbaycandakı yarış 4 – 6 iyunda keçirilib.

  • ΙΙΙ Şollar su kəmərinin mənbəyi yaradılacaq

    “Azərsu” ASC ΙΙΙ Şollar su kəmərinin mənbəyinin yaradılması ilə bağlı texniki-iqtisadi əsaslandırma və layihələndirmə üçün açıq tender elan edib.

    Tenderdə iştirak haqqı 500 manatdır.

    İddiaçılar ilkin sənədləri iyulun 19-u, saat 12:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə iyulun 29-u, saat 12:00-a qədər dövlət satınalmalarının vahid internet Portalı vasitəsi ilə rəqdim edə bilərlər. Telefon: (012) 431-47-67 (daxili: 2259).

    Tenderin nəticəsi iyulun 30-da, saat 12:00-da Portalda açıqlanacaq.

  • Azərbaycanda yeni dövlət şirkəti yaradılıb

    İqtisadiyyat Nazirliyinin tabeliyindəki Təsərrüfat Müəssisəsi və nazirliyin strukturuna daxil edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin təsisçisi olduğu “Tikilməkdə olan obyektlər müdiriyyəti” MMC-nin əsasında “İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi” MMC yaradılıb.

    Bu, Prezident İlham Əliyevin imzaladığı yeni fərmanda öz əksini tapıb.

    Bundan başqa, fərmana əsasən, Dövlət Komitəsinin tabeliyindəki “İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi” MMC Nazirliyin tabeliyinə verilib, Komitənin strukturuna daxil olan Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi ləğv edilib və və onun funksiyaları, habelə istifadəsində olan dövlət əmlakı Əmlak Məsələləri Dövlət Xidmətinə verilsin.

  • DYP: Saray qəsəbəsinə gedən yolda hərəkət məhdudlaşdırılıb

    Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib.

    BDYPİ-dən “Report”a daxil olan müraciətdə deyilir:

    “Bu gündən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 22-ci km-dən 23.5-ci km-dək olan yol sahəsində təmir işləri başlanılıb. Bir neçə gün aparılacaq yol təmir işləri ilə əlaqədar həmin ərazidə DYP-nin stasionar postunun yanından Saray qəsəbəsinə gedən yolda hərəkət məhdudlaşdırılıb. Qeyd olunanları nəzərə alaraq, Saray qəsəbəsinə gedən sürücülərə Bakı-Quba-Rusiya yolunun 16-cı km-də körpüdən keçməklə alternativ yoldan istifadə etmələri tövsiyə olunur”.

  • Azərbaycanda geniş pul kütləsinin həcmi illik 14%-dən çox artıb

    Bu il iyunun 1-nə Azərbaycanda geniş pul kütləsinin həcmi 30 milyard 457,0 milyon manat təşkil edib.

    “Report”un Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, bu, mayın 1-i ilə müqayisədə 2,4%, ilin əvvəli ilə müqayisədə 4,4%, ötən il iyunun 1-nə nisbətən isə 14,4% çoxdur.

    Mayın sonuna manatla geniş pul kütləsinin həcmi 21 milyard 612,5 milyon manat təşkil edib. Bu isə aylıq müqayisədə 3,5%, ilin əvvəli ilə müqayisədə 6,4%, ötən ilin mayın sonuna nisbətən isə 27% çoxdur.

  • Евро-2020: Начался первый тайм матча Уэльс-Дания – ОБНОВЛЯЕТСЯ

    Евро-2020: Определяется первая команда 1/4 финала

    Сегодня проходит первый матч 1/8 финала в рамках Евро-2020.

    На Йохан Кройф Арене в Амстердаме стартовал матч Уэльс-Дания.

    Победитель этого матча получит право на участие в 1/4 финале, который состоится 3 июля на Бакинском Олимпийском стадионе.