Month: June 2021

  • AVRO-2020: Bakıda oynayacaq ilk 1/4 finalçı müəyyənləşir

    AVRO-2020-də bu gün 1/8 final mərhələsinin ilk görüşü keçirilir.

    Amsterdamın Yohan Kroyf adına arenasında Uels – Danimarka görüşü start götürüb.

    Bu matçın qalibi iyulun 3-də Bakı Olimpiya Stadionunda keçiriləcək 1/4 finala vəsiqə qazanacaq.

    Komandalar meydana bu taktiki düzülüş və heyətlə daxil edilib.

    Uels (4-2-3-1): Vord, B. Deyvis, Mefam, Rodon, K. Roberts, Alen, Morell, Beyl (kapitan), Remzi, Ceyms, Mur

    Danimarka (3-4-3): Smaykl, Vesterqor, Kyer (kapitan), Kristensen, Mehle, Dileni, Höybyerq, Striqar, Breysveyt, Dolberq, Damsqor

  • Rusiyada atışma olub, ölən və yaralananlar var

    Rusiyanın İvanovo vilayətinin Koxma şəhərində atışma nəticəsində bir nəfər ölüb, iki nəfər yaralnıb.

    Median.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı hüquq-mühafizə orqanları yayıb.

    Məlumata görə, yaralıların vəziyyəti ağırdır. Bildirilib ki, hadisə ilə bağlı heç kim saxlanılmayıb.

    Atışma barəsində rəsmi məlumat yayılmayıb. KİV-in bildirdiyinə görə atışma məişət zəminində olub.

  • Gürcüstan-Azərbaycan tranzit dəhlizində yeni yolun inşasına hazırlıq gedir

    Gürcüstanın Kaxeti bölgəsində yeni avtomagistral üzərində Tbilisi-Saqareco yol hissəsinin inşası ilə bağlı tender elan olunub.

    “Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Avtomobil Yolları Departamenti məlumat yayıb.

    Məlumata görə, yüksək hərəkət intensivliyi ilə seçilən hissədə 35,2 kilometr uzunluqda dördzolaqlı asfalt örtüklü yol çəkiləcək.

    Yolun inşası dövlət büdcəsindən maliyyələşdiriləcək. Layihələndirmə işlərini Dünya Bankının maliyyə dəstəyi ilə xarici şirkətlər həyata keçirib.

    Üç lot üzrə elan edilmiş tenderdə Gürcüstan şirkətləri ilə yanaşı, birgə müəssisələr də iştirak edə biləcəklər.

    Tbilisi-Saqareco yolu Gürcüstan paytaxtını Kaxeti regionu ilə birləşdirən, həmçinin Azərbaycanın şimal-qərb bölgəsi ilə əlaqələndirən tranzit dəhlizin bir hissəsidir. Yeni yolun inşası ilə hərəkətin təhlükəsizliyi artacaq və səyahət müddəti əhəmiyyətli dərəcədə azalacaq. Layihə həmçinin Kaxetidə kənd təsərrüfatı və turizmin inkişafına dəstək verəcək, Gürcüstan ərazisindən keçən tranzit dəhlizlərinin rəqabət qabiliyyətini artıracaq.

  • Nigerdə kəndlərə hücumlar zamanı 19 nəfər həlak olub

    Nigerin qərbində silahlı şəxslərin bir neçə kəndə hücumu zamanı onlarla şəxs həlak olub, daha 2 nəfər yaralanıb.

    Bu barədə “Report” “ActuNiger” yerli portalına istinadən xəbər verir.

    Qeyd edilir ki, hücumlar Mali ilə sərhəd yaxınlığındakı Tillaberi regionunda olub. Motosikletlərdə gələn silahlılar azı üç kəndə hücüm edərək, 19 nəfəri öldürüblər. Quldurlar həmçinin mağazaları qarət ediblər və yerli sakinlərin əmlaklarını aparıblar.

  • Türkiyə ordusu İraqda terrorçuları məhv edib

    Türkiyə ordusu İraqın şimalında PKK-nın üç terrorçusunu məhv edib.

    “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.

    “Terrorçularla effektiv və qətiyyətli mübarizə davam etdiriləcək. Növbəti əməliyyat İraqın iki rayonunda keçirilib. İki silahlı Hakurkda, daha biri Avaşin-Basyan ərazisində zərərsizləşdirilib”, – xəbərdə deyilir.

  • “Caliber”: “Ordumuzun 103 illiyi: Dünən, bu gün, sabah” – VİDEO

    26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günüdür.

    Bu münasibətlə “Caliber” layihəsinin “Youtube” kanalında “Ordumuzun 103 illiyi: dünən, bu gün, sabah” başlıqlı video yayımlanıb.

    “Əgər hətta bu 103 ili bir kənara qoyub, Azərbaycan ordusunun cəmi iki yaşında olduğunu, 2020-ci ilin 26 iyununda yaradıldığını düşünsək belə, bunun özü də bütöv bir tarixdir”, – deyə “Caliber” bildirib.

    Məhz bu səbəbdən də, layihə müəllifləri ordumuzun əsgər və zabitlərinin ünvanına adi bir təbrik hazırlamaq əvəzinə, Azərbaycan ordusunun bu günü, qalib və müzəffər ordu kimi keçirdikləri ilk bayramla bağlı fikirlərini bölüşüb.

    Ətraflı videoda:

  • İlham Əliyev: “Ermənistanın inkişafı üçün yeganə yol var”

    Ermənistanın inkişafı üçün də yeganə yol var – öz qonşuları ilə normal münasibətlər qurmaq və ərazi iddialarından əl çəkmək, Dağlıq Qarabağ sözünü ümumiyyətlə işlətməmək. Çünki Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur, Dağlıq Qarabağ münaqişəsi anlayışı yoxdur.

    Bu sözləri Prezident İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə “Gülüstan” sarayında Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşü zamanı deyib.

    “Mən bunu dəfələrlə demişəm və bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub, Ermənistan da bunu belə qəbul etməlidir və bizimlə sərhədlərin müəyyən edilməsi istiqamətində iş aparmalıdır. Delimitasiya üzrə işçi qrup yaradılmalıdır. Sülh müqaviləsinə hazırlıq işləri getməlidir. Biz bunu bəyan edirik. Biz qalib ölkəyik. Ermənistanı məhv etmişik, siz yaxşı bilirsiniz hansı çətin şərait əsasında. Onlar 30 il istehkamlar, 6 müdafiə xətti qurmuşdular. O bölgənin təbii relyefi onlar üçün çox əlverişli idi. Biz qəhrəman övladlarımızın canı-qanı bahasına, qəhrəmanlığı bahasına bu torpaqları azad etmişik. Ölümə gedirdi bizim gənclərimiz, əsgərlərimiz, zabitlərimiz. Hər kəs bunu deyirdi – öldü var, döndü yoxdur. Biz belə çətin şəraitdə qələbə qazanmışıq. Ona görə Ermənistan tam dərk etməlidir ki, biz istənilən hərbi vəzifəni icra edə bilərik və heç kim bizi dayandıra bilməz. Onlar bilməlidirlər ki, dəmir yumruq yerindədir”, – deyə dövlət başçısı qeyd edib.

  • AMADA-nın iki inspektoru Olimpiada və Paralimpiadada iş başında olacaq

    “Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) iki Dopinq Nəzarəti inspektoru Tokioda dopinq nəzarətininin həyata keçirilməsinə cəlb olunub. Onlar iyulun 19-da Tokioya yola düşəcək və həm Olimpiya Oyunlarında, həm də Paralimpiya Oyunlarında dopinq nəzarətininin həyata keçirilməsi prosesındə iştirak edəcəklər”.

    Bunu Oxu.Az-a AMADA-nın rəhbəri Şəfəq Hüseynli bildirib.

    O, başçılıq etdiyi qurumun iki əməkdaşının iyulun 23-də start götürəcək Tokio Yay Olimpiya Oyunlarında iştirak edəcəyini bildirib. Lakin o, məxfi olduğundan, onların adlarını açıqlamayıb:

    “Bunun üçün onlar “Tokio-2020”-nin təşkilat komitəsinin iki mərhələli (test və müsahibə) imtahanından keçiblər. Bundan əlavə, Dopinq Nəzarəti İnspektorları onlayn dopinq nəzarəti və kağızsız dopinq nəzarəti kurslarını tamamlayaraq sertifikat alıb. Qeyd edim ki, AMADA-nın Dopinq Nəzarəti İnspektorları bir çox yerli və beynəlxalq yarışlarda dopinq nəzarətinin həyata keçirilməsində iştirak ediblər və kifayət qədər təcrübəyə malikdir.

    Hələ ki hər iki inspektorun adını açıqlaya bilmərəm. Çünki onların müqavilələrində bu barədə bənd var. Yalnız onu deyə bilərəm ki, həmin inspektorlardan biri xanım, bir də bəydir”.

  • İlham Əliyev Ermənistana xəbərdarlıq etdi

    Ermənistan bilməlidir ki, biz heç nəyi unutmamışıq. Biz bunu unuda bilmərik. Biz şəhidlərimizi unuda bilmərik, Xocalı qurbanlarını unuda bilmərik, dağılmış şəhərlərimizi unuda bilmərik. Dağılmış qəbirləri, təhqir edilmiş məscidləri biz necə unuda bilərik? Biz heç vaxt unutmamalıyıq. Azərbaycan xalqı bunu öz yaddaşında daim saxlamalıdır. Ermənistan rəhbərliyi, erməni siyasi-ictimai və dini xadimləri öz ideologiyasını, öz siyasətini əsassız iddialar üzərində qurmuşdular. İkinci Qarabağ müharibəsindən sonra bu gün onlar artıq düşmənçiliyi ölkə daxilində bir-birinə qarşı istiqamətləndirirlər. Baxın, Ermənistanın informasiya məkanında nə qədər çirkin proseslər gedir. Bir-birini nə qədər təhqir edirlər, hədələyirlər. Nəyə görə? Çünki onlar əsrlər boyu gənc nəsli düşmənçilik ruhunda böyütmüşdülər. Düşmənçilik, nifrət toxumları səpmişdilər və bu da onların iflasına gətirib çıxardı. Ona görə biz heç nəyi unutmayacağıq.

    Bu sözləri Prezident İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə “Gülüstan” sarayında Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşü zamanı deyib.

    “Ancaq biz artıq Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin qanını aldıq və qisasımızı döyüş meydanında aldıq. Amma bununla bərabər, Ermənistan dərk etməlidir ki, Azərbaycan bundan sonra da güclənəcək və bu, şübhəsizdir. O cümlədən bizim hərbi gücümüz artacaq. Müharibədən sonra artıq müvafiq göstərişlər verildi, yeni kontraktlar imzalandı, yeni silahların, texnikanın, müasir texnologiyaların əsasında texnikanın alınması prosesi başlamışdır. Silahlı Qüvvələrimizin struktur islahatları təsdiqləndi. Deyə bilərəm ki, Silahlı Qüvvələrimizin, Ordumuzun say tərkibi artırılacaq. Biz İkinci Qarabağ müharibəsinin nəticələrini və gedişatını düzgün təhlil edərək, əlbəttə ki, öz hərbi gücümüzü artıracağıq. Ermənistanın isə, əgər onlar yenə də bizə qarşı düşmənçilik siyasətindən əl çəkməsələr, nəinki hərbi gücünü, nəinki dağılmış, məhv edilmiş ordusunu bərpa etmək imkanı olmayacaq, eyni zamanda, iqtisadi fəallığı bərpa etmək imkanları da çox məhduddur. Ona görə biz güclənəcəyik”, – deyə dövlət başçısı qeyd edib.

  • Prezident: “Biz Ermənistana şans vermişdik”

    Biz Ermənistana şans vermişdik və danışıqlarda iştirakımız, – mən bunu əvvəllər də demişəm, – bizim ən böyük güzəştimiz ola bilərdi. Ərazi bütövlüyü məsələlərində hər hansı bir güzəştdən söhbət gedə bilməzdi və bu mövqe bəllidir. Mən bunu Azərbaycan xalqına dəfələrlə çatdırmışdım ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və heç vaxt olmayacaq. Dağlıq Qarabağ Azərbaycan torpağıdır və biz ərazi bütövlüyümüzü tam bərpa etməliyik və bu mövqe xalq tərəfindən dəstəklənirdi. Çünki bunun başqa variantı ola bilməzdi. Danışıqlarda iştirakımız Ermənistana şans verirdi ki, bu məsələ qan tökülmədən öz həllini tapsın. Ancaq Ermənistan yəqin ki, bunu başqa cür yozurdu. Bəlkə də hesab edirdi ki, biz tərəddüd edirik. Bəlkə də hesab edirdi ki, biz öz ərazi bütövlüyümüzü bərpa etməyəcəyik. Bəlkə də hesab edirdi ki, biz bu vəziyyətlə barışa bilərik. Halbuki, mən dəfələrlə demişdim ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq, nəyin bahasına olursa-olsun öz ərazi bütövlüyümüzü bərpa edəcəyik.

    Bu sözləri Prezident İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə “Gülüstan” sarayında Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşü zamanı deyib.

    “Ermənistanın danışıqlar prosesində sərgilədiyi riyakar mövqe deyə bilərəm ki, vasitəçiləri də artıq bezdirmişdi. Çünki Ermənistan və onun rəhbərliyi beynəlxalq vasitəçiləri də aldatmağa çalışırdı. Elə şərtlər qoyurdu ki, bəri başdan hər kəs bilirdi, bu şərtlər qəbuledilməzdir. Mən demişdim, heç vaxt imkan verə bilmərik ki, bizim tarixi torpağımızda ikinci erməni dövləti yaradılsın. Birinci erməni dövləti bizim tarixi torpağımızda yaradılıb. Bunu indi bütün dünya bilir, tarixçilər bilir. Deyirdim ki, əgər kimsə ermənilər üçün ikinci dövlət yaratmaq istəyirsə, bunu öz ərazisində yaratsın, Azərbaycanın ərazisində yox. Bu mövqe tarixi ədalətə əsaslanırdı, biz bunu bəyan edirdik və Ermənistana şans verirdik. Ancaq onlar bu şansdan istifadə etmədilər”, – deyə dövlət başçısı qeyd edib.