Month: June 2021

  • Открылась первая в мире фабрика искусственного мяса

    Израильский стартап Future Meat Technologies Ltd. открыл в городе Реховот “первое в мире предприятие по промышленному выращиванию мяса”.

    Как передает Median.Az со ссылкой на Bloomberg, разработчики планируют заменить курятники и скотобойни биореакторами для производства мяса на основе клеток.

    Предприятие может производить 500 килограммов мяса в день и предлагает выращенную курицу, свинину и баранину, в ближайшее время начнет производить говядину. К концу следующего года компания намерена стать поставщиком ресторанов США. Об этом уже ведутся переговоры с регулирующими органами.

    По словам генерального директора стартапа Рома Кшука (Rom Kshuk), открытие предприятия — огромный шаг на пути будущих мясных технологий, который позволит вывести продукцию на прилавки к 2022 году. Он выразил надежду, что это поможет уменьшить влияние мясной промышленности на мир, сделать окружающую среду здоровее и предоставить реальные альтернативы мясу забиваемых животных.

  • Xəzərdə batan gəncin meyiti sudan çıxarılıb

    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda dənizdə (qeyri-çimərlik ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.

    Nazirlikdən verilən məlumata görə, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 1996-cı il təvəllüdlü Cahangirov Kamil Hafiz oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

  • Şəmkirdə avtomobillər toqquşub, gənc qadın xəsarət alıb

    Bakı-Qazax magistral avtomobil yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

    Rayonun Sabirkəndində “Hyundai Sonata” “VAZ-2106” markalı avtomobillə toqquşub. Zərbənin gücündən “VAZ-2106” yoldan çıxaraq aşıb. Qəza nəticəsində Tovuz rayon sakini, 1993-cü il təvəllüdlü Pəri Sadıqova xəsarət alıb.

    O, Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Suriyada terror aktı törədilib, ölənlər və xəsarət alanlar var

    Suriyanın Afrin şəhərində terror aktı törədilib.

    Azaz şəhəri istiqamətində hərəkət edən və içərisində mülki vətəndaşların olduğu avtomobilin partladılması nəticəsində 1-i uşaq olmaqla, 3 nəfər həyatını itirib, daha 3 nəfər isə ağır yaralanıb.

    Təhlükəsizlik qüvvələri faktla bağlı araşdırmalar aparır. İlkin versiyaya görə, terror aktının PKK tərəfindən həyata keçirildiyi ehtimal olunur.

  • Tikiləcək İstanbul kanalının üstündə inşa edilən ilk körpünün təməli qoyulub

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan inşa ediləcək İstanbul kanalının üstündən keçəcək birinci körpünün tikintisinin təməlini qoyub.

    Median.Az “TRTHaber”ə istinadən xəbər verir ki, kanal İstanbul (Bosfor) boğazına paralel olaraq Mərmərə ilə Qara dənizi birləşdirəcək.

    Gələcəkdə tikiləcək İstanbul kanalının üstündən keçəcək 6 körpü inşa ediləcək. Kanalın uzunluğu 45 km, eni 275 metr, dirinliyi isə 21 metr olacaq.

    Türkiyə Prezidenti bildirib ki, İstanbul boğazından ildə 45 min gəmi keçir və boğazdan keçən gəmilər İstanbul şəhəri üçün təhlükə yaradır.

    Onun sözlərinə görə, 2050-ci ildə boğazdan 78 min gəmi keçəcək: “25 min gəminin təhlükəsizliyini təmin etmək olar. Bizim reallaşdıracağımız yeni layihə İstanbulu xilas edəcək”.

    Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, İstanbul kanalını 15 milyard dollara 6 ilə başa çatdırmağı planlaşdırırlar.

  • В Азербайджане за сутки COVID-19 заразились 55 человек

    В Азербайджане зарегистрированы 55 новых случаев заражения коронавирусной инфекцией, выздоровели 67 человек.

    Как сообщили в Оперативном штабе при Кабинете министров, летальных исходов от коронавируса не зарегистрировано.

    Всего в стране число заболевших коронавирусом составило 335 796 человек. Из них вылечились 330 026, умерли 4 967, число активных больных составляет 803 человека.

    За сутки в Азербайджане было проведено 8 720, всего – 3 722 499 тестов.

  • Azərbaycanda daha 55 nəfər koronavirusa yoluxub, ölən yoxdur

    Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 55 yeni yoluxma faktı qeydə alınıb, 67 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ölüm faktı qeydə alınmayıb.

    İndiyədək ölkədə ümumilikdə 335 796 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 026 nəfər müalicə olunaraq sağalıb, 4 967 nəfər vəfat edib. 803 nəfər aktiv xəstə sayını təşkil edib.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8720, bu günə qədər isə ümumilikdə 3 722 499 test icra olunub.

  • “Azəriqaz”ın əməkdaşını iş başında döyüblər – VİDEO

    “Azəriqaz” İstehsalat Birliyinin Şəmkir Regional qaz istismarı İdarəsinin Ağstafa xidmət sahəsində təmir-bərpa üzrə qaynaqçı vəzifəsində işləyən Babayev Ələkbər İbarət oğlu abonentin fiziki təzyiqinə məruz qalıb.

    Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

    Belə ki, o, Aşağı Göyçəli kəndində 420 manat debitor borcu olan abonent Vəliyev Vilayətin qaz təchizatını dayandırarkən gözləmədiyi halda arxadan boyun və qol hissəsinə ağacla zərbələr endirilib. Təhqir olunub, qaynaq aparatı əlindən alınıb. Baş verənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib.

  • Bakıda yaşayış binasında baş verən yanğın söndürüldü

    Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Məhəmməd Hadi küçəsində yerləşən doqquzmərtəbəli yaşayış binasında yanğın hadisəsinin baş verməsi ilə məlumat daxil olub. Əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

    Yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb və söndürülüb.

  • Azərbaycanın müdafiə naziri Şuşa əməliyyatından danışdı

    Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun Vətən müharibəsində həyata keçirdiyi Şuşa əməliyyatından danışıb.

    Nazir bununla bağlı “Real” TV-yə müsahibəsində məlumat verib.

    Şuşa əməliyyatı barədə hər şeyi danışa bilməyəcəyini deyən nazir bu əməliyyatın indiyə qədər məxfi olduğunu bildirib:

    “Cənab Prezident Şuşa əməliyyatının təşkilində bir neçə ciddi tapşırıqlarını vermişdi. O tapşırıqların birini demək istəyirəm. Cənab Prezident xüsusi ilə tapşırdı ki, əməliyyatın planlaşdırılmasında və həyata keçirilməsində nəzərə almaq lazımdır ki, Şuşa bizim mədəniyyət mərkəzimizdir. Burada bizim bir neçə çətinliyimiz var idi. Bu ondan ibarət idi ki, artilleriyadan güclü istifadə edə bilməyəcəkdik. Doğrudur, biz Şuşa ətrafında olan Ermənistan qoşunlarını artilleriyadan darmadağın etdik və onlar həm canlı qüvvə, həm də texnika baxımdan çox böyük itki verdilər. Amma biz doğma şəhərimizi artilleriyadan vurmurduq və bu da bizə əməliyyatı keçirməkdə çətinliklər yaradırdı. Həmin ərəfədə havalar da buludlu olurdu, ona görə də biz Şuşa əməliyyatı vaxtı pilotsuz uçuş aparatlarından da istifadə edə bilmədik. Hətta kəşfiyyatın da aparılmasında da çətinliklər var idi. Eyni zamanda təyyarələrimizdən, helikopterlərimizdən də istifadə etmədik”.

    “Şuşa əməliyyatı deyəndə bir Şuşanın özünə daxil deyildi. Əvvəl ətraf söhbəti olmalı idi, daha sonra isə Şuşa. Biz artilleriyadan və aviasiyadan ətrafı necə lazımdırsa, işlədik. Mən xüsusi qeyd etmək istəyirəm ki, Şuşa əməliyyatında bütün qoşun növlərinin yüksək peşəkarlığının şahidi oldum. Bizim istehkam-mühəndis qoşunları qısa bir müddətdə inanılmaz bir iş gördülər və qəhrəmanlıq göstərdilər – yol çəkdilər. Bu yol ermənilər üçün bir şok oldu. Çünki onlar bizim Şuşaya əsas hücum istiqamətimizi ayrı yerdən gözləyirdilər və ona görə də güclərini ayrı yerdə cəmləşdirmişdilər. Bizim Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitləri qisa bir müddətdə yol çəkdilər. Bundan əlavə, kəşfiyyat birlikləri, həmlə birlikləri və təbii ki, bizim elitar qoşunlarımız olan xüsusi təyinatlılar Şuşada əməliyyat keçirmişdilər”, – nazir bildirib.

    Z.Həsənov Azərbaycan Ordusunun qəhrəman topçularından danışaraq onların xidmətini yüksək qiymətləndirib. Nazir həmçinin bildirib ki, müharibədən sonra kadrlara baxan zaman Türkiyənin milli müdafiə naziri topçuların tapança kimi atəş açdığını deyib.