Month: June 2021

  • Yazılı icraat institutu yaradılır – YENİLİK

    Yazılı icraat institutu yaradılır.

    Bu barədə məlumat Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişikliklərdə qeyd olunub.

    Dəyişikliyə əsasən, yazılı icraat institutu (məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinləmək üçün çağırılmadan baxılma) yaradılır. Apellyasiya instansiyası məhkəməsində qərardadlardan verilmiş şikayətlərə, kassasiya və əlavə kassasiya icraatı isə tam şəkildə yazılı icraata keçir.

    Qeyd edək ki, ümumilikdə Mülki Prosessual Məcəllədə 160-dək maddəyə əlavə və dəyişikliklər nəzərdə tutulub.

  • Кадры из села Шахвелли Джебраильского района – ВИДЕО

    Министерство обороны Азербайджана обнародовало видеокадры из села Шахвелли Джебраильского района.

  • İşğaldan azad edilmiş Şahvəlli kəndindən görüntülər – VİDEO

    Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Şahvəlli kəndindən videogörüntülər yayımlayıb.

    Həmin görüntüləri təqdim edirik:

  • Скончался сотрудник ОАО “Азерсу” – ФОТО

    Скончался главный бухгалтер управления водоснабжения Джейранбатана ОАО “Азерсу” Хикмет Мурадов. 
    По предварительным данным, причиной смерти стала продолжительная болезнь.
    Данную информацию подтвердили в компании.

  • Azərbaycanda vəzifəli şəxs vəfat etdi – FOTO

    “Azərsu” ASC-nin əməkdaşı vəfat edib.

    Ceyranbatan Su Təchizatı İdarəsinin baş mühasibi, 1987-ci il təvəllüdlü Hikmət Muradov vəfat edib.

    Məlumata görə, o, uzun sürən xəstəlik səbəbindən dünyasını dəyişib.

    Məlumatı redaksiyamıza “Azərsu” ASC-dən təsdiq ediblər.

  • 218 gün koronavirusla gəzdi, anticisim yaranmadı

    Braziliyalı alimlər araşdırma zamanı koronavirusa yoluxan və 218 gün sağalmayan xəstəyə rast gəliblər.

    “MedRxiv”də yayılan nəticələrə görə, 40 yaşlı kişi koronavirusa yoluxmadan əvvəl xərçəngdən müalicə aldığı üçün immunitet sistemi zəifləmiş olub.

    2020-ci ilin sentyabrında koronavirusa yoluxan şəxsin testi 2021-ci ilin aprelində neqativ nəticə göstərib.

    Araşdırma aparan mütəxəssislərdən biri bildirib ki, virus 218 gün orqanizmdə çoxlmağa başlayıb və mutasiyaya uğrayıb. Deməli bütün bu müddət ərzində virusu başqalarına ötürmək riski olub.

    Eyni zamanda xəstədə anticism yaranmayıb.

    Həkim qeyd edib ki, mutasiyanın bir orqanizm daxilində baş verməsi narahatlıq yaradan vəziyyətdir, çünki bu, insan orqanizminə daha yaxşı uyğunlaşan virus variantının ortaya çıxmasının dəstəklənməsi deməkdir.

  • Трамп заявил об уничтожении доказательств распространения COVID-19 из лаборатории

    Бывший президент США Дональд Трамп предположил, что китайские власти якобы уничтожили доказательства распространения нового коронавируса из лаборатории в Ухани.

    “Китай уже, вероятно, избавился от многих доказательств”, – заявил Трамп в интервью Fox News, передает RT.

    По его словам, расследование обстоятельств происхождения коронавируса вряд ли будет успешным.

  • Trampdan koronavirusun mənşəyi ilə bağlı açıqlama: “Çin sübutları məhv edib”

    ABŞ-ın keçmiş prezidenti Donald Tramp Çin hökumətinin koronavirusun Uhandakı laboratoriyadan yayılması ilə bağlı sübutları məhv etdiyini bildirib.

    Bu barədə “Fox News” məlumat yayıb.

    “Çin artıq çox güman ki, bir çox sübutları məhv edib”, – deyə D.Tramp bildirib.

    Onun sözlərinə görə, belə olan halda çətin ki, koronavirusun mənşəyi ilə bağlı araşdırmalar uğurlu olsun.

  • Şimali Koreya ABŞ-la danışıqlardan imtina etdi

    Müzakirələr bir yana qalsın, ABŞ-la hər hansı bir təmas qurulması ehtimalını belə düşünmürük”.

    KCNA agentliyinin məlumatına görə, bu sözləri Şimali Koreyanın Xarici İşlər naziri Ri Son-qvon deyib.

    “Bi bizi bir nəticəyə gətirmir, yalnız qiymətli vaxtımızı alır”, – deyə nazir bildirib.

  • Göyərtəsində altı nəfərin olduğu hərbi helikopter qəzaya uğrayıb

    Filippin ordusuna məxsus “Black Hawk” hərbi helikopterinin qəzaya uğraması nəticəsində altı nəfər həlak olub.

    Bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

    Qəza nəticəsində helikopterdən heç kim sağ çıxmayıb. Qeyd olunur ki, qəza, gecə vaxtı həyata keçirilən təlim uçuşu zamanı baş verib.

    Aidiyyatı qurumlar insidentin təfərrüatlarının və qəzanın səbəblərinin müəyyən edilməsi istiqamətində araşdırmalara başlayıb.