Month: June 2021

  • В Азербайджане за минувшие сутки выявлены 65 новых случаев инфицирования коронавирусом – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 65 новых случаев инфицирования коронавирусом, 89 человек вылечились и были выписаны домой.

    Об этом 25 июня сообщает оперативный штаб при Кабинете министров.

    За истекшие 24 часа от COVID-19 скончались два пациента.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразился 335 741 человек, 4 967 – скончались, 329 959 – вылечились, 815 – находятся в активной фазе лечения в больницах особого режима.

    В республике проведено 3 713 779 тестов на COVID-19 (за последние 24 часа – 7 728).

  • Azərbaycanda son sutkada koronavirusdan iki nəfər ölüb – FOTO

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 65 yeni yoluxma faktı qeydə alınıb, 89 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, son sutka ərzində COVID-19-dan 2 nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 335 741 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329 959 nəfər müalicə olunaraq sağalıb, 4 967 nəfər vəfat edib.

    Aktiv xəstə sayı isə 815 nəfər olub.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 728, bu günə qədər isə ümumilikdə 3 713 779 test icra olunub.

  • Baş Prokurorluqdan Nurlana Əliyeva ilə bağlı AÇIQLAMA

    Bakı Slavyan Universitetinin sabiq rektoru Nurlana Əliyeva haqqında yayılan istintaq məsələsi barədə Baş Prokurorluq açıqlama verib.

    Məsələ ilə bağlı Axar.az-a danışan Baş Prokurorluğun mətbuat katibi Günay Səlimzadə bildirib ki, Bakı Slavyan Universitetindəki rüşvət olayı ilə bağlı istintaq davam edir:

    “BSU-nun Əlavə və qiyabi təhsil şöbəsinin müdiri Dürdanə Əliyeva təqsirləndirilən şəxs kimi cəlb olunub və onun xanım olması nəzərə alınaraq, barəsində polisin nəzarəti altında qəti imkan tədbiri seçilib. Hazırki mərhələdə Nurlana Əliyev şübhəli şəxs statusunda deyil. İstintaq davam edir”.

    Qeyd edək ki, D.Əliyeva 100 tələbənin 1000-7000 manat civarında təhsil haqqını mənimsəməkdə ittiham olunur. Baş Prokurorluq Dürdanə Əliyevanın tələbələrin təhsil haqlarını mənimsəməsi ilə bağlı 25 yanvar 2021-ci il tarixdə cinayət işi açıb.

  • İlham Əliyev: “Ermənistan sülh sazişinə dair danışıqlara başlamaqla bağlı heç bir bəyanatımıza məhəl qoymur”

    “Biz üç il əvvəl Avropa İttifaqı ilə Azərbaycan arasında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığını dəstəkləyən tərəfdaşlıq prioritetlərinə dair sənədi parafladıq. Bu, yeni hərtərəfli sazişin razılaşdırılması istiqamətində çox mühüm addım oldu. Mən başa düşdüyüm qədərilə sizin regiona səfəriniz Ermənistanla Azərbaycan arasında münaqişədən sonra yaranmış hazırki vəziyyətə həsr olunub”.

    Bu sözləri Prezidenti İlham Əliyev bu gün Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borelin mandatı əsasında Azərbaycana səfər edən Rumıniyanın xarici işlər naziri Boqdan Aureskunu, Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberqi, Litvanın xarici işlər naziri Qabrielius Landsbergisi və Avropa İttifaqının nümayəndə heyətini qəbul edən zaman deyib.

    “Başqa sözlə desək, postmünaqişə vəziyyəti əhəmiyyət kəsb edir, çünki düşünürəm ki, indi – bu il və gələn il ərzində postmünaqişə vəziyyəti ilə bağlı əsas fundamental yanaşmalar işlənib hazırlanacaq. Azərbaycanın mövqeyi çox açıq və aydındır.

    Mən artıq dəfələrlə bu barədə danışmışam ki, biz postmünaqişə vəziyyətindən Cənubi Qafqazda sülhməramlı inkişafa və əməkdaşlığa keçmək istəyirik. Əfsuslar olsun ki, biz indiyədək Ermənistan hökumətindən buna bənzər nə isə eşitməmişik. Ermənistan hökuməti bizim Ermənistanla sülh sazişinə dair danışıqlara başlamaqla bağlı heç bir bəyanatımıza məhəl qoymur. Lakin ola bilsin ki, seçkiqabağı vəziyyət bu cür bəyanatlar vermək üçün çox əlverişli olmayıb. Amma indi Ermənistanda seçkilər başa çatandan sonra ümid edirik ki, müsbət cavab olacaq. Əlbəttə, düşünürəm ki, sizin Ermənistanda təmaslarınız zamanı bu məsələ də müzakirə ediləcək. Çünki əgər bizim Ermənistanla sülh sazişimiz olmasa, bu, o deməkdir ki, sülh də yoxdur. Təkcə iki ölkə arasında deyil, həm də Cənubi Qafqazda sülh yoxdur. Bizə sülh və dayanıqlı inkişaf, proqnozlaşdırılma, sıfır müharibə riski lazımdır, bizə müharibə lazım deyil. Bizə əvvəl də müharibə lazım deyildi.

    Beləliklə, düşünürəm ki, bu, bizim fəal əməkdaşlıq edə biləcəyimiz sahələrdir. Şadam ki, Avropa İttifaqı regional məsələlərdə öz iştirakını nümayiş etdirir və sizin səfəriniz bunun aydın göstəricisidir. Biz Cənubi Qafqazda sülh, barışıq, inkişaf və əməkdaşlıq işinə xidmət edən istənilən iştirakı qiymətləndiririk”, – deyə dövlət başçısı qeyd edib.

  • В Instagram могут разрешить публиковать посты с компьютера

    Социальная сеть Instagram тестирует функцию, которая позволит пользователям делать публикации в свои профили с помощью персонального компьютера.

    Об этом заявила Кристин Пай, представитель американской компании Facebook, которой принадлежит социальная сеть, пишет ТАСС.

    “Мы знаем, что многие люди заходят в Instagram со своих компьютеров. Чтобы усовершенствовать этот процесс, мы тестируем возможность создавать сообщения в ленту Instagram через браузер на персональном компьютере”, – сказала пресс-секретарь Facebook.

    По мнению экспертов, такое решение является частью более масштабного плана развития платформы в условиях конкуренции в отрасли.

  • “Instagram”da uzun zamandır gözlənilən YENİLİK

    “Instagram” sosial şəbəkəsi istifadəçilərin fərdi kompüterdən öz profillərinə yazı yerləşdirməyi təmin edəcək funksiyanı sınaqdan keçirir.

    “Bloomberg” agentliyi xəbər verir ki, bu barədə “Facebook”un mətbuat katibi və “Instagram”ın sahibi Kristin Pay məlumat yayıb.

    “Biz bir çox istifadəçimizin “Instaqram”a kompüterdən daxil olduğunu bilirik. Bu prosesi yaxşılaşdırmaq məqsədi ilə fərdi kompüterdəki brauzerdən “Instagram”a yazı yerləşdirməyi testdən keçiririk”, – deyə K.Pay vurğulayıb.

    Mütəxəssislər hesab edir ki, şirkətin bu qərarı hazırkı rəqabət şəraitində platformanın daha genişmiqyaslı inkişaf planın bir hissəsidir.

  • Vəkillərə 500 manat cərimə yazılması ilə bağlı Ali Məhkəmədən AÇIQLAMA

    “Mülki Prosessual Məcəlləyə təklif olunan dəyişikliklərdə cərimənin tətbiqinə ictimaiyyət tərəfindən narazılıq edilir. Burada əsas məqsəd kimisə cərimələmək deyil”.

    Bunu Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev jurnalistlərə açıqlamasında deyib.

    Onun sözlərinə görə, dəyişikliklə məhkəmə açıq-aşkar əsassız vəsatət və şikayətlər verən, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən tərəfi, onun nümayəndəsini və ya vəkilini 500 manatadək cərimə edə bilər:

    “Bu da əsassız vəsatətlərlə işin uzadılmasına nail olma hallarının qarısının alınması məqsədini daşıyır”.

  • Hikmət Hacıyev və Ceyhun Bayramov Avropa İttifaqının üç ölkəsinin XİN başçısı ilə görüşdü

    Avropa İttifaqının (Aİ) üzv ölkələri, Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq, Litvanın xarici işlər naziri Qabrielius Landsberqis və Rumıniyanın xarici işlər naziri Boqdan Aureskunun rəhbərliyi altında nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun qarşı tərəflə görüşü keçirilib.

    XİN-dən verilən məlumata görə. görüşdə Azərbaycan tərəfindən, həmçinin Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev iştirak edib.

    Görüşdə tərəflər münaqişə sonrası bölgədə mövcud olan vəziyyət ətrafında geniş fikir mübadiləsi aparıblar.

    Azərbaycan tərəfi bölgədə mövcud olan cari vəziyyət, azad olunmuş ərazilərdəki dağıntıların miqyası, mina təhlükəsi, həyata keçirilən quruculuq və bərpa işlər barədə məlumat verib. Azərbaycanın üçtərəfli bəyanatın icrası ilə əlaqədar həyata keçirdiyi tədbirlər, o cümlədən humanitar sahədə görülən işlərdən bəhs edilib.

    Azərbaycanın dialoqa və beynəlxalq təşkilatlarla əməkdaşlığa hər zaman əhəmiyyət verdiyi vurğulanıb. BMT-nin müvafiq qurumlarının Azərbaycanın azad edilmiş ərazilərinə missiyalarını qəbul etməyə hazır olduğumuz, YUNESKO və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığından bununla bağlı cavab gözlədiyimiz qarşı tərəfin diqqətinə çatdırılıb.

    Tərəflər cari vəziyyətdə bölgədə sülh və dayanıqlı inkişafın təmin edilməsi yolları, o cümlədən etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi, birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsi imkanlarını müzakirə ediblər.

    Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələlər müzakirə edilib.

  • Xəzər dənizində balıqlar kütləvi şəkildə tələf olub – VİDEO

    Sosial şəbəkədə sahilboyu balıqların kütləvi şəkildə tələf olduğunu əks etdirən video paylaşılıb.

    Videonun Hövsan qəsəbəsində, Qum adası deyilən yerdə lentə alındığı qeyd olunub.

    Paylaşımda iddia edilir ki, sahildən gələn kəskin qoxu səbəbindən dənizə yaxın durmaq olmur.

    “Burada hər gün onlarla balıqçı yığışıb balıq tuturdu. Bu gün isə birdən-birə belə bir mənzərə yaranıb. Bunun səbəbi qısa zamanda araşdırılmalıdır. Böyük ehtimal, gecə ilə suya cərəyan verilib, iri balıqlar yığılıb, qalanları qalıb. Və ya suya nə isə töküblər”.

  • В Азербайджане создается институт письменного производства

    В Азербайджане будет создан институт письменного производства.

    Соответствующие поправки подготовлены в Гражданский процессуальный кодекс (ГПК).

    Данный институт предусматривает рассмотрение дел без судебного заседания и без вызова сторон для заслушивания объяснений.

    Кассационное и дополнительное кассационное производство по жалобам на решения суда апелляционной инстанции полностью перейдет в письменное производство.

    В ГПК планируется внести дополнения и изменения в целом в почти 160 статей.