Month: June 2021

  • Британская компания начнет полномасштабную добычу драгметаллов на новом месторождении в Азербайджане

    Британская компания Anglo Asian Mining (ААМ – оператор по разработке золотоносных месторождений в Азербайджане) планирует в первой половине 2023 года начать полномасштабную добычу на новом месторождении золота и меди Зафар («Победа») на западе Азербайджана, говорится в сообщении компании.

    «Компания планирует в ближайшие два года увеличить добычу за счет ввода в эксплуатацию месторождения Зафар. При этом в июле текущего года будет дана первая оценка минеральных ресурсов по JORC на этом месторождении, а в четвертом квартале 2021 года – окончательная оценка минеральных ресурсов по JORC», – отмечает компания, сообщает «Интерфакс-Азербайджан».

    В первом полугодии 2022 года будет проведена уже оценка запасов месторождения по JORC и начнется строительство туннелей, во втором полугодии – масштабное строительство подземной инфраструктуры.

    «Полномасштабная добыча на месторождении Зафар начнется в первом полугодии 2023 года. Однако определенная часть руды, как ожидается, начнет добываться уже в 2022 году», – сообщает компания.

    ААМ в январе 2021 года объявила об открытии нового месторождения золота и меди Зафар на территории лицензионного участка Гедабек. Новое открытие расположено примерно в 1,5 км к северо-западу от перерабатывающих мощностей компании AAM в Гедабеке.

    Предварительная оценка потенциала месторождения составляет около 6 млн тонн минерализованной породы.

    В настоящее время Anglo Asian Mining ведет добычу драгметаллов с контрактных площадей Гедабек и Гоша.

    Контракт типа PSA был подписан 21 августа 1997 года. Он предусматривает разработку 6 месторождений.

    Согласно контракту, с этих месторождений планируется добыть 400 т золота, 2,5 тыс. т серебра.

    Добыча первого золота началась в 2009 году с месторождения Гедабек, добыча серебра – в 2010 году. В сентябре 2013 года компания приступила к разработке контрактной площади Гоша, летом 2015 года – с рудника Гадир, с сентября 2017 года – рудника Угур.

  • Təbii qazın qiyməti DƏYİŞDİ – Tarif Şurasından QƏRAR

    Bu gün Tarif (Qiymət) Şurasının növbəti iclası keçirilib.

    Yenisabah.az quruma istinadən xəbər verir ki, iclasda Dövlət Neft Şirkətinin (SOCAR) müraciətinə baxılaraq müvafiq qərar qəbul edilib.

    Belə ki, SOCAR Şuraya müraciət edərək ölkədə təbii qazın topdansatış və pərakəndə satış qiymətlərinin artırılmasını təklif edib. Müraciətdə təbii qazın tarifinə yenidən baxılmasına səbəb kimi istehlakın artması, qaz təchizatının əhatə dairəsinin genişləndirilməsi və abonentlərinin sayının 18%-ə yaxın artması nəticəsində xərclərin yüksəlməsi göstərilir. Əhali üzrə tarifin aşağı olması və son tarif tənzimlənməsinin qüvvəyə mindiyi 2017-ci illə müqayisədə ölkəmizdə bir əhali abonenti üzrə istehlakın həcminin təxminən 1,3 min kub metrdən 1,6 min kub metrə, ümumi istehlak həcminin isə 2,7 milyard kub metrdən 3,7 milyard kub metrə yüksəlməsi qaz təchizatı fəaliyyəti üzrə zərərin daha da artması ilə nəticələnir ki, həmin məbləğ dövlət büdcəsi hesabına qarşılanır. Xidmət səviyyəsinin yüksəldilməsi, dövlət büdcəsindən asılılığın aradan qaldırılması və investisiya qoyuluşlarının təmin edilməsi, eləcə də istehlak edilən təbii qazın istehsal və təchizat xərclərinin tam ödənilməsi üçün tariflərin artırılmasına zərurət yaradıb.

    Tarif (qiymət) Şurasının iclasında aparılan müzakirələrdə təklif olunan müxtəlif tarif artımı variantları nəzərdən keçirilib. Təklif edilən modellər dövlətin iqtisadi siyasətinə uyğun olaraq enerji təhlükəsizliyinin dayanıqlığının təmin olunması, resurslardan məqsədyönlü və səmərəli istifadə edilməsi, istehlakçı və istehsalçı maraqlarının uzlaşdırılması, iqtisadi əlverişlilik, sosialyönümlülük, qaz təchizatı sahəsində bazar münasibətlərinin mərhələli şəkildə formalaşdırılması və dövlət büdcəsindən subsidiyalaşdırmanın aradan qaldırılması, təbii qazın digər ölkələr üzrə qiymətləri və s. kimi məsələlər nəzərə alınmaqla dəyərləndirilib.

    Şura üzvlərinin yekdil qərarı ilə dövlətin həyata keçirdiyi sosial yönümlü siyasət əsas götürülərək əhalinin aztəminatlı hissəsinin mənafelərinə uyğun olan modelə üstünlük verilib. Belə ki, tarif tənzimləməsində optimal yanaşma tətbiq olunmaqla əhali abonentlərinin təxminən 51%-ni (5 milyon nəfər) əhatə edən istehlakçılar üzrə təbii qazın illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün tarif dəyişdirilməmiş və hazırkı (1 kub metr üçün 10 qəpik) səviyyədə saxlanılıb. İstehlak edilən qazın 1200 – 2500 m3 (2500 m3 daxil) olan hissəsi üçün 1 kub metr üçün 20 qəpik, 2500 m3-dən çox olan hissəsi üçün isə 25 qəpik müəyyənləşdirilib. Qeyd edilməlidir ki, əhali abonentləri üçün müəyyən edilən tarif sistemi böyük sahəyə malik yaşayış evlərini daha qənaətcil istilik sistemlərindən istifadəyə sövq edəcək.

    İclasda aztəminatlı əhali təbəqəsi üçün kommunal tariflərin artırılmasının həmin təbəqənin gəlirlərinin artırılması istiqamətində atılan addımlarla uzlaşdırılmasının önəmi qeyd edilib.

    Qəbul edilmiş tarif artımı modeli bir sıra sahələr üçün güzəştli tarif sisteminin saxlanılmasını nəzərdə tutur. İqtisadi dirçəlişin təmin edilməsi məqsədilə sənaye və kənd təsərrüfatı sahələrinə verilən təbii qazın tarifi bu mərhələdə dəyişdirilməyərək mövcud 20 qəpik səviyyəsində saxlanılıb. Həmçinin təbii qazdan istifadə edilməklə hasil olunan elektrik enerjisi üzrə tarif artımına yol verməmək üçün elektrik stansiyalarına verilən təbii qazın tarifi cəmi 1 qəpik artırılmaqla 12 qəpikdən 13 qəpiyə dəyişdirilib.

    Təbii qaz əsasında fəaliyyət göstərən istilik təchizatı sisteminin fəaliyyətinin dayanıqlığının təmin edilməsi, habelə ölkə vətəndaşlarının istilik sistemindən istifadə xərclərinin optimallaşdırılması məqsədilə “Azəristiliktəchizat” ASC və yaşayış binalarının məhəllə qazanxanaları üzrə təbii qaz tarifi 20 qəpikdən 13 qəpiyə endirilib.

    Bununla yanaşı, ekoloji təmiz yanacaq növlərinə keçidi stimullaşdırmaq və sıxılmış təbii qazdan (CNG) istifadə edən ictimai nəqliyyat vasitələrinin xərclərini azaltmaq məqsədilə qazın satışını həyata keçirən qazdoldurma məntəqələrinə verilən təbii qazın tarifi 20 qəpikdən 13 qəpiyə endirilib.

    Digər sahələrdə (ticarət, xidmət və s.) rentabelli fəaliyyət təbii qazın tarifindən daha az asılı olduğu üçün tariflər 5 qəpik artırılıb.

    Qərar sabahdan qüvvəyə minir.

    Koronavirus pandemiyasının yaratdığı iqtisadi məhdudlaşmalar, habelə dünya ölkələrində ayrı-ayrı istehlak məhsullarının istehsal həcmlərinin aşağı düşməsi dünya iqtisadiyyatına və beynəlxalq bazarlara öz təsirini göstərir. Son bir ildə dünya bazarlarında bütün əsas ərzaq məhsulları üzrə qiymətlər davamlı şəkildə artmaqdadır. Dünya enerji bazarlarında müşahidə olunan qiymət artımları bu prosesi daha da sürətləndirir. Xüsusilə təbii qazın dünya bazar qiymətlərinin artması qeydə alınır. Qiymətlərin artıma doğru istiqamətlənməsi nəticəsində bir çox ölkələrdə təbii qazdan istifadə edən sahələr üçün tariflər dəyişmiş, o cümlədən istehlakçı kateqoriyaları üçün kommunal xərclər artıb.

    Məlumat üçün bildirək ki, 2020-ci ildə 1 kub metr təbii qazın tarifi əhali abonenti üzrə Ankarada (Türkiyə) orta hesabla 32 qəpik, Kiyevdə (Ukrayna) 32,6 qəpik təşkil edib. Hazırda Ankarada 32-40 qəpik, Kiyevdə isə 54 qəpik səviyyəsindədir. Yeni müəyyənləşdirilmiş tariflər bəzi ölkələrin tarifləri ilə müqayisədə yenə aşağıdır. Belə ki, 1 kub metr təbii qazın tarifi əhali üzrə Gürcüstanda 19,7-29,5 qəpik, Belarusda 9,2-34,2 qəpik, Rusiyada 11,9-16,5 qəpik arasında dəyişir. 1 kub metr təbii qazın tarifi qeyri-əhali abonenti üzrə isə hazırda Türkiyədə orta hesabla 35-49 qəpik, Ukrayna 22-26 qəpik, Belarusda 21,9-78,2 qəpik, Rusiyada 15,3-18,2 qəpik arasında dəyişir.

    Tarif dəyişikliyi nəticəsində qaz hasilatı və təchizatı ilə məşğul olan təsərrüfat subyektlərinin dövlət büdcəsindən asılılığı tədricən azalacaq, büdcədə sərbəstləşən vəsait sosialyönümlü tədbirlərə yönəldiləcək.

    Tarif tənzimlənməsindən sui-istifadəyə yol verilməməsi üçün nəzarət tədbirləri həyata keçiriləcək.

  • Yol polisinin həbs ediyi “avtoşlar” kimlərin balalarıdır… – 5 ayda 160 sürücü saxlanılıb


    “Bu ilin 5 ayında avtoxuliqanlığa görə respublika üzrə 160, 2020-ci ildə isə 247 sürücü saxlanılıb”.

    Bunu Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev bildirib.

    Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov da öz növbəsində Modern.az-a deyib ki, ilin əvvəlindən respublikada qeydə alınan avtoxuliqanlıq hadisələri zamanı Bakı şəhəri üzrə 41 avtoxuliqan saxlanılıb:

    “Avtoxuliqanlar barəsində tərtib edilmiş inzibati protokollar məhkəmələrə göndərilib və onlar haqqında həbs qərarı verilib. Onların hər biri 5-30 sutkalıq həbs ediliblər. Avtoxuliqanlar əsasən 23-30 yaş arasında olanlardır, yeganə istisna 41 yaşlı vətəndaşdır”.

    V.Əsədov zaman keçdikcə, avtoxuliqanlıq edənlərin sayında əhəmiyyətli azalma olduğunu qeyd edib.

    Qanun “avtoşlar”a qalib gəlir

    V.Əsədov eyni zamanda, gənclərin bu istəklərini reallaşdırmaları üçün ayrılması nəzərdə tutulan yerlər barədə də danışıb:

    “Hələ illər əvvəl nəqliyyat vasitəsini idarəetmə məharətini, eləcə də avtomobil idman yarışlarının keçirilməsi, gənclərin bu əraziyə toplanması üçün yerin yaranması nəzərdə tutulurdu. Təəssüf ki, həmin ərazinin tikilib tam olaraq başa çatdırılmaması, istifadəyə verilməməsi bir qədər problem yaşatdı. Amma “Yol hərəkəti haqqında” Qanuna və İnzibati Xətalar Məcəlləsinə vaxtında edilmiş əlavə və dəyişikliklər, yəni avtoxuliqanlıq edənlər barəsində konkret həbs, sürücülük hüququndan məhrumetmə, müəyyən məbləğdə cərimə inzibati tənbeh tədbirləri tətbiq edildi. Və yol polisinin məqsədli şəkildə apardığı təbliğat bəzi “avtoşluq” niyyətində olan gənclərin bu fikirdən kənarlaşmasına səbəb oldu.

    Hazırda açıq-aşkar şəkildə avtoxuliqanlıq etmək niyyətilə əraziyə çıxıb avtomobili idarə etmək məharətini göstərənlər demək olar ki, yox səviyyədədir. Çünki dövlət yol polisinin hər bir əməkdaşı xidmət etdiyi ərazidə belə faktlara qarşı mübarizə tədbirlərini gücləndirib. Nə yaxşı ki, qanunvericilikdə bununla bağlı sərt inzibati tənbeh tədibrləri görülüb ki, bu da işin müsbət tərəfidir”.

    Könlünüzdən “avtoşluq” keçir?

    V.Əsədovun sözlərinə görə, “avtoşluq”, yaxud nəqliyyat vasitələrilə avtomobil idman oyunları yarışının təşkil edilməsi qanunvericiliyin tələbləri əsasında olmalıdır:

    “Bununla əlaqədar “Ofron” avtomobil klubu, keçilməz yollarla avtomobili idarəetmə bacarığını göstərən yerlər var ki, gənclər oraya müraciət edib öz məharətini göstərə bilər. Gənclərin həqiqətən də nəqliyyat vasitəsini idarəetmə bacarıqları varsa, məhz bu klubların hesabına onlar üçün ayrılmış ərazilərdə, yaxud da keçilməz yolların siyahısı olduğu ərazilərdə öz bilik və bacarıqlarını göstərirlər. Binə tərəfdə onların təşkil etdiyi yarışda iştirak etmişəm və doğrusu mənim də çox xoşuma gəlib. Razılaşdırılmış formada belə oyunların keçirilməsi ilk növbədə qanunvericiliyin tələblərinə uyğundur. Çünki razılaşdırılmış yarışlarda hər hansı qəfləti hal baş verərsə, hadisənin ağırlıq dərəcəsinin yüngülləşdirilməsinə şərait yaranır. Razılığı alınmış, xüsusi ayrılmış ərazilərdə bəzi qurumların nəzarəti altında keçirilən bu yarışlarda hər şey ola bilər. Avtomobil yana, aşa, toqquşa, xəsarət alan ola bilər. Razılaşdırılmış oyunlarda yanğınsöndürənlər, təcili tibbi yardım və s. olur. Son illər Azərbaycanda keçirilən Formula-1 yarışları böyük maraq doğurur. Yarışlar zamanı qəza baş verərsə, dərhal hadisə yerinə yardım gəlir. “Avtoşluq” yarışlarında iştirak edənlər də yaxşı bilir ki, bu zaman xoşagəlməz hadisə baş verə bilər. Ona görə də “avtoşluq” etmək istəyən gənclər xüsusi avtomobil klublarına yazılmalı və onlar üçün yaradılmış şəraitdə öz bilik və bacarıqlarını nümayiş etdirməlidirlər. Bunun üçün “Opel” klub, MB klub, “Mercedes” kimi klublar var”.

    “Ərköyün uşaqlar yoxa çıxıb”

    Bölmə rəisi “avtoşluq” həvəsinə düşənlərin zəngin ailələr, “papa uşaqları”nın adına bağlanması ilə razılaşmayıb:

    “Mən o gənclərlə dəfələrlə görüşlər keçrimişəm, razılaşdırılmış formada tədbirlərində də iştirak etmişəm. Orada yaş həddi və həyat tərzini müəyyənləşdirən bir kateqoriya yoxdur. Sadəcə, vətəndaş öz güc və bacarığını avtomobili fərqli idarə etməklə göstərməyə çalışır. Onlar müvafiq avtomobil klublarına müraciət edib klub üzvü ola, klub üzləri üçün ayrılmış şərait üzrə sərbəst hərəkət edə bilərlər. Mən özüm də tərəfdarıyam ki, avtomobil idarə etməyi bacaranlar üçün yarışlar keçirilsin, onlar qələbə qazanıb bayrağımızı uclatsınlar. Vaxtilə 1977-78-ci illərdə Özbəkistan Tofiq Bəhramov adına stadionda avtomobil idarəetmə məharəti olan sürücülər üçün yarışlar keçirirdi. Maşının iki təkər üstə qaldırılıb stadion boyu dairəvi hərəkət etməsinin şahidi olmuşam. Maşın sağ tərəfi üzrə iki təkər üstündə gedib, sürücünün yanında olan sərnişin açarla təkəri açıb, yenidən bağlayıb. Mən bunu gözümlə görmüşəm. Bu əsl avtomobil yarışı, avtomobil idarəetmə bacarığıdır. Amma bunu ümumi istifadədə olan yolda etmək qadağandır. Təbii ki, Dövlət Yol Polisi İdarəsinin əməkdaşları buna imkan da verməz. Bu edilən əməllər sırf avtoxuliqanlıqdır. Amma ümumi praktikada avtoxuliqanlıq etmək istəyənlərin sayında kifayət qədər azalmalar var. Əvvəlki illərdəki kimi ərköyün uşaqlar daha yoxdur. Əvvəl kim görürdü həvəs oyanırdı. Yadımdadır, daha çox “Beşmərtəbə” deyilən yerə yığışırdılar. Sumqayıtdan ailələr tökülüşb gəlirdilər ki, bu şouya tamaşa etsinlər. Gecə saat 3-ə qədər “Beşmərtəbə” dairəsində insanlarla qarşı-qarşıya durub təbliğat aparmağa çalışırdıq ki, etdikləri yaxşı əməl deyil. Beləliklə məqsədli, arcıdıl tədbilər sayəsində avtoxuliqanlıq etmək istəyənlərin hərəkətlərinə son qoyuldu”.

  • Nazirliyin gətirdiyi “London taksi”ləri niyə qarajlarda çürüyür? VİDEO

    Artıq bir neçə ildir ki, mütəmadi olaraq Bakıya gətirilən yüzlərlə “London taksi”si istifadəyə yararsız halda qarajlarda toplanır. Hətta bu avtomobillər qarajın ərazisinə yerləşməyib, yağışın, günün altında yollara səpələnib.

    Bu barədə “ARB Xəbər” məlumat yayıb. Xəbərə görə, taksilər təkəri boşalmış, mühərriksiz və bir neçə hissəsi çıxarılmış halda qarajda cürüməkdədir.

    Məsələ ilə bağlı açıqlama verən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Bakı Taksi Xidməti” MMC-nin baş direktoru Fuad Əliyev bildirib ki, pandemiya ilə əlaqədar taksi xidmətinə tələbat azalması səbəbindən bu avtomobillər qarajlarda qalıb.

    Lakin taksi sürücüləri sözügedən avtomobillərin icarəsinin baha olduğu üçün onlardan imtina edildiyini bildiriblər. Sürücülər qiymətlərin sərfəli olduğu halda bu maşınlara da tələbatın artacağını deyirlər.

    Daha ətraflı süjetdə:

  • “Şortik” qalmaqalı səngimir – “Utanmaz” deyən şəxs “şortik” geyinən qıza hücum etdi – VİDEO

    Sosial mediada Şebnem Tüfekçi adlı gənc qız İstanbulda küçədə şort geyindiyi üçün ona reaksiya göstərən şəxsin videosunu paylaşıb.

    Median.Az haberler.com-a istinadən xəbər verir ki, videodakı şəxsin Tüfekçi və atasına qarşı təhqir etdiyi aydın eşidilir.

    Sosial media videoya sərt reaksiya verib. Tüfekçi həmin şəxsə ailəsinin belə şort geyinməsinə müdaxilə etmədiyini və videodakı şəxsin ona müdaxilə etmək hüququnun olmadığını bildirsə də, həmin şəxs Tüfekçi və atasına təhqir edib. “Utanmaz” deyə qızın üstünə qışqırıb. Bir çox sosial media istifadəçisi, həmin şəxsin gənc qıza müdaxiləsinin və təhqir etməsinin səhv olduğunu vurğulayaraq videonu paylaşıb.

  • Tarif dəyişikliyi əhalinin böyük qisminin orta aylıq xərcinə təsir etməyəcək

    Tarif Şurasının iyunun 30-da keçirilən növbəti iclasında Dövlət Neft Şirkətinin (SOCAR) təbii qaz üzrə tarif tənzimlənməsinə dair müraciətinə baxılıb və müvafiq qərarlar qəbul edilib.

    İlk növbədə qərarda nəzərdə tutulan dəyişikliklərə nəzər saldıqda sənaye və kənd təsərrüfatı sahələrinə verilən təbii qazın tarifinin dəyişdirilmədiyini və hazırkı 20 qəpik səviyyəsində saxlanıldığını müşahidə edirik.

    Bununla yanaşı elektrik enerjisi üzrə artıma yol verməmək üçün elektrik stansiyalarına verilən təbii qazın tarifi cəmi 1 qəpik artırılıb və 12 qəpikdən 13 qəpiyə dəyişdirilib.

    Müsbət addımlardan biri də “Azəristiliktəchizat” ASC və yaşayış binalarının məhəllə qazanxanaları üzrə təbii qaz tarifinin 20 qəpikdən 13 qəpiyə endirilməsidir. Digər sahələr üzrə isə tarif 20 qəpikdən 25 qəpiyə dəyişdirilib.

    Belə ki, ölkədə aparılan sosialyönümlü siyasət nəzərə alınmaqla və əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi məqsədilə əhali üzrə təbii qazın illik istehlak həcminin 1200 kubmetrədək olan hissəsi üçün tarif dəyişdirilməyib və hazırkı 1 kubmetr üçün 10 qəpik səviyyəsində saxlanılıb. İllik istehlak həcminin 1200 – 2500 kubmetr olan hissəsi üçün 20 qəpik, 2500 kubmetrdən çox olan hissəsi üçün isə 25 qəpik müəyyənləşdirilib.

    Digər müstəsna hal isə ekoloji təmiz yanacaq növlərinə keçidi stimullaşdırmaq məqsədilə sıxılmış təbii qazın (CNG) satışını həyata keçirən qazdoldurma məntəqələrinə verilən təbii qazın tarifinin 20 qəpikdən 13 qəpiyə endirilməsidir.

    Tarif dəyişikliyinin aparılmasını zəruri edən bir sıra amillər mövcud idi. Ötən dövr ərzində ölkədə təbii qazın istehlakı artıb, həyata keçirilən infrastruktur layihələri nəticəsində qaz təchizatının əhatə dairəsi genişlənib, abonentlərinin sayı 18 faizə yaxın yüksəlib. Nəticədə dövlətin xərcləri xeyli dərəcədə artıb və 1000 kubmetr təbii qazın hasilat və istehlakçıya çatdırılma xərci 2020-ci ildə 160 manat təşkil edib. Təbii qaz üzrə son tarif tənzimlənməsi 2016-cı ilin noyabr ayının 28-də aparılıb və ötən müddət ərzində ölkədə və dünyada müşahidə edilən tendensiyalara baxmayaraq, Azərbaycanda təbii qazın qiymətində dəyişiklik edilməyib.

    2020-ci il üzrə təbii qazın 44 faizini “Azərenerji” ASC 12 qəpik, 28 faizini kvotaya uyğun olaraq istehlak edən əhali 1 kubmetr üçün 10 qəpik, 28 faizini isə 1 kubmetr üçün əhalinin çox az hissəsi və qeyri-əhali 20 qəpik tarifi ilə istehlak edib. Təbii qazın hasilatı və əhaliyə çatdırılmasına xərclənən vəsait təbii qazın satışından əldə olunan vəsaitdən xeyli dərəcədə aşağı olub və qaz təchizatı fəaliyyəti zərərlə nəticələnib.

    COVID-19 pandemiyası dövründə əhalinin gəlirlərinin azalması nəzərə alınaraq, əhali üzrə istehlak həcmi artırılıb və bir əhali abonenti üzrə 1,3 min kubmetrdən 1,6 min kubmetrə yüksəldilib. Bu, zərərin daha da artması ilə nəticələnib və həmin məbləğ dövlət büdcəsi hesabına qarşılanıb.

    Bu məqsədlə tarif tənzimlənməsi dövlətin iqtisadi siyasətinə uyğun olaraq enerji təhlükəsizliyinin dayanıqlığının təmin olunması, iqtisadiyyatın dinamik və intensiv inkişafına daha əlverişli şəraitin yaradılması, resurslardan məqsədyönlü və səmərəli istifadə edilməsi, dövlətin sosial siyasətinin ardıcıllığının və əhalinin sosial rifahının təmin edilməsi, dövlət büdcəsindən ayrılan subsidiyaların aradan qaldırılması və dövlətin maliyyə yükünün azaldılması nəzərə alınıb.

    Qeyd etmək lazımdır ki, digər ölkələrlə müqayisədə Azərbaycanda 1 kubmetr qaz üçün daha aşağı qiymətlər tətbiq edilir. Belə ki, ölkəmizdə 1 kubmetr təbii qazın tarifi əhali üzrə Azərbaycanda yuxarı hədd 20 qəpik, Gürcüstanda 29,1 qəpik, Belarusda 34,8 qəpikdir. Eləcə də, qeyri-əhali abonenti üzrə də 1 kubmetr təbii qazın tarifi Azərbaycanda yuxarı hədd 20 qəpik olduğu halda Türkiyədə 50,8 qəpik, Ukraynada 26,3 qəpik, Belarusda 79,6 qəpikdir.

    Vurğulamaq lazımdır ki, qazın qiymətləri ilə bağlı tarif dəyişikliyinə gedilməsi ilk növbədə əhaliyə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi ilə nəticələnəcək. Eləcə də, dövlət büdcəsindən asılılığın, subsidiyaların aradan qaldırılması, büdcədə sərbəstləşən vəsaitin sosialyönümlü tədbirlərə istiqamətləndirilməsi, yeni investisiya qoyuluşlarının təmin edilməsi, istehlak edilən təbii qazın istehsal və təchizat xərclərinin tam ödənilməsi imkanının yaradılmasına şərait yaradacaq.

    Digər tərəfdən “Azəristiliktəchizat” ASC-nin imkanlarının genişləndirilməsi və aztəminatlı əhalinin davamlı və keyfiyyətli şəkildə istilik xidməti ilə təmin edilməsi məqsədini hədəfləyir.

    Qeyd edək ki, son tarif tənzimlənməsinin qüvvəyə mindiyi 2017-ci ildə Azərbaycanda orta aylıq əmək haqqı 528,5 manat idi. Ötən müddət ərzində orta aylıq əmək haqqı 35 faiz artaraq 2021-ci ilin aprel ayı üzrə 713,2 manat olub. Bu da tarif dəyişikliyinin əhaliyə mənfi təsirlərini minimumlaşdıran amillərdən biridir. Bu dəyişiklik ölkə əhalisinin təxminən 51 faizinin (5 milyon nəfər) orta aylıq xərcinə, eləcə də, əhalinin alıcılıq qabiliyyətinə təsir göstərməyəcək.

    Belə ki, istehlak səbətində bir nəfər üçün aylıq qaz istehlakı həcmi 21 kubmetr müəyyənləşdirilib. Orta statistik ailə tərkibinin dörd nəfər olduğunu nəzərə alsaq, bu da il ərzində təxminən 1000 kub metr qaz istehlakı deməkdir. Bu isə, aşağı tarifli qaz istehlakı limiti çərçivəsində, yəni aşağı tarifli limit 1200 kubmetrdir.

    Enerji xərcləri sənaye və kənd təsərrüfatı mallarının istehsalına təsir göstərdiyinə görə, qiymət artımına yol verməmək üçün təbii qazın bu sahələr üzrə qiyməti dəyişdirilməyib və mövcud səviyyədə, 1 kubmetr üçün 20 qəpik saxlanılıb.

    Məhəllə qazanxanalarına verilən təbii qazın tarifi 35 faiz endirilib. Bu, ilk növbədə əhalinin bu xidmətlərə əlçatanlığını artıracaq. Digər tərəfdən isə yaşayış binalarında mənzillərin fərdi isitmə sistemlərindən daha qənaətli mərkəzləşdirilmiş məhəllə qazanxanalarına keçidi stimullaşdıracaq.

    Qeyd edək ki, qərar 1 iyul 2021-ci il tarixindən qüvvəyə minəcək.

  • ABŞ Əfqanıstanda minə yaxın hərbçisini saxlayacaq

    ABŞ Əfqanıstanda minə yaxın hərbçi saxlayacaq.

    “Report” CNN-ə istinadən xəbər verir ki, bu barədə rəsmi mənbələr məlumat verib.

    “ABŞ Əfqanıstandan qoşununu bir neçə günə çıxara bilər. Rəsmi qoşunlar çıxdıqdan sonra ABŞ-ın Kabuldakı səfirliyini, ölkə paytaxtındakı hava limanının təhlükəsizliyini təmin etmək məqsədilə minə yaxın hərbçisini saxlayacaq. NATO-nun Əfqanıstanda qalacaq hərbçilərinin sayı məlum deyil”, – mənbə qeyd edib.

    Qeyd edək ki, bir müddət əvvəl Pentaqon Əfqanıstanda 650 hərbçi saxlayacağını bildirmişdi.

    Xatırladaq ki, ABŞ 2020-ci ilin mayından Əfqanıstandan qoşununu çıxarmağa başlayıb. Bu prosesin sentyabrın 11-də başa çatacağı gözlənilir.

  • Meşələrin qırılması ilə bağlı iddialara nazirlikdən açıqlama

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov Lənkəranda meşələrin qırılması ilə bağlı iddialara münasibət bildirib.

    Xidmət rəisi Milli Meşə Proqramına uyğun olaraq Lənkəran rayonunda meşə fondunun açıq sahələrinin potensialından səmərəli istifadə etmək məqsədilə açıq meşə fondu torpağının Kənd Təsərrüfatı Nazirliyinin müraciəti əsasında çayçılığın inkişafı məqsədilə çay bağının salınması üçün “Beta Tea” şirkətinə qanunauyğun şəkildə icarəyə verildiyini qeyd edib.

    Onun sözlərinə görə, ərazi kol-kos basmış quru sahələrdən və talalardan ibarət olub, ərazidə ağac kəsilməsi faktı olmayıb, olmayacaq və ağacların məhv edilməsindən də söhbət gedə bilməz: “Sözügedən ərazidəki talalar yanğına səbəb ola biləcək kol-kosdan, qurumuş ağaclardan təmizlənir. Ərazi nəzarətə götürülüb”.

  • ABŞ Əfqanıstanda minə yaxın hərbçisini saxlayacaq

    ABŞ Əfqanıstanda minə yaxın hərbçi saxlayacaq.

    Bu barədə rəsmi mənbələr məlumat verib.

    “ABŞ Əfqanıstandan qoşununu bir neçə günə çıxara bilər. Rəsmi qoşunlar çıxdıqdan sonra ABŞ-ın Kabuldakı səfirliyini, ölkə paytaxtındakı hava limanının təhlükəsizliyini təmin etmək məqsədilə minə yaxın hərbçisini saxlayacaq. NATO-nun Əfqanıstanda qalacaq hərbçilərinin sayı məlum deyil”, – mənbə qeyd edib.

    Qeyd edək ki, bir müddət əvvəl Pentaqon Əfqanıstanda 650 hərbçi saxlayacağını bildirmişdi.

    Xatırladaq ki, ABŞ 2020-ci ilin mayından Əfqanıstandan qoşununu çıxarmağa başlayıb. Bu prosesin sentyabrın 11-də başa çatacağı gözlənilir.

  • Professor: “Delta ştammının Azərbaycana gəlməsi ehtimalı böyükdür”

    Koronavirus pandemiyasının Hindistanın Delta variantının yoluxma gücü daha çox olan yeni ştammı – “Delta Plus” (K417N) sürətlə yayılmağa davam edir.

    “Report”un məlumatına görə, “Delta” ştammı indiyədək artıq 85 ölkədə aşkarlanıb.

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da bu ştammla bağlı artıq həyəcan təbili çalır. Çünki bu növün digərlərinə nisbətən daha sürətli yayıldığı və ölümcül olduğu bildirilir.

    Bu ştammda insanlar eşitmənin itirilməsi əlaməti ilə qarşılaşırlar. Bu ştamm xüsusən gənclərdə ağır qrip keçirmə hissi yaradır. Bu, indiyədək yayılan ən təsirli mutasiyadır. Bu ştammın əsas xarakterik xüsusiyyətlərindən biri hüceyrələrə sürətlə nüfuz etməsidir. Ancaq vaksinasiyadan keçmiş şəxslərdə virusun hüceyrəyə keçməsinə əngəl olan qalxan formalaşdığı üçün yoluxma ehtimalı azalır.

    “Delta” ştammı yayıldığı ölkələrə görə simptom fərqlilikləri göstərə bilir. Ölkələrdən asılı olaraq, bu ştammın mədə ağrısı, ürəkbulanma, iştahsızlıq kimi fərqli simptomları da müşahidə edilir.

    Təhlükəli ştamm Azərbaycana qonşu ölkələrdə Türkiyə, Rusiya, Gürcüstan və İranda sürətlə yayılmağa başlayıb. Bu da o deməkdir ki, Delta ştammının Azərbaycan üçün riski qaçılmazdır.

    Tanınmış həkim, tibb elmləri doktoru, professor Adil Qeybulla “Report”a açıqlamasında bildirib ki, dünyada virusa yoluxma ilə bağlı statistika azalsa da, bir çox ölkələrdə yeni ocaqlar yaranır:

    “Hindistan ştammının belə sürətlə yayılması koronavirus infeksiyasında IV mərhələ, yaxud yeni pandemiyanın baş verəcəyi ilə bağlı alimlərin proqnozları var. Azərbaycanda epidemoliloji vəziyyətə gəlincə, 3 milyondan çox vaksin vurulub, insanların çoxunda immunitet formalaşıb. Ancaq yenə də arxayınlaşmaq olmaz. Yeni ştammın Azərbaycanda yayılacağı təqdirdə özünü necə aparacağı barədə fikir irəli sürmək çətindir. Ona görə də insanlar diqqətli olmalıdır”.

    Mütəxəssis qeyd edib ki, sosial həyatın ayrı-ayrı sahələrində olan yumşalma tədbirlərinə yenidən baxmaq lazımdır:

    “Situasiyaya uyğun olaraq karantin qaydaları sərtləşdirilə bilər. Ümumilikdə qapalı məkanlarda karantin qaydalarının tələblərinə ciddi əməl edilməlidir. Delta ştammının özəlliyindən biri də odur ki, uşaqlar arasında da yayılır. Halbuki COVID-19-un uşaqlar arasında gedişatı əlamətsiz idi. Lakin Delta uşaqlarda ciddi xəstəliklər yaradır. Qonşu ölkələrdə yeni ştamm yayıldığından Azərbaycanda da olması yaxud olacağı ehtimalı böyükdür. Delta ştammının sürətlə yayılması böyük narahatlıq doğurur”.

    Xatırladaq ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) hazırda Azərbaycanda koronavirus infeksiyasının müxtəlif ştamlarının müəyyənləşdirilməsi istiqamətində tədqiqatlar aparıldığını vurğulayıb. Qeyd olunub ki, bu günə kimi ölkədə Hindistan ştammı rəsmi şəkildə qeydə alınmayıb.

    Məlumat üçün bildirək ki, bu ilin mart ayında Azərbaycanda “Sars Cov-2” genom analizi edilən üç nümunədə 501Y.V1, B.1.1.7 (Britaniya variantı) aşkar edilib.

    Qeyd edək ki, bu günə qədər ölkədə 335 961 nəfər COVID-19-a yoluxub. Onlardan 330 193 nəfəri artıq sağalıb. Ümumilikdə isə virusa yoluxan 4 973 nəfər dünyasını dəyişib.