Month: June 2021

  • ÜST uşaqların da peyvənd edilməsinə icazə verdi

    Uşaqlar da koronavirusa qarşı peyvənd oluna bilər.

    Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yeni tövsiyələrində bu qeyd əksini tapıb. Qurumun rəsmi saytında dərc olunan yenilənmiş təlimatlarda azyaşlıların və yeniyetmələrin koronavirusu bir qayda olaraq, böyüklərlə müqayisədə daha yumşaq keçirməyə meyilli olduğu bildirilir.

    Eyni zamanda yeni təlimata əsasən, uşaqlar COVID-19 riski olan qrupa aid edilmədiyindən, onların peyvənd prosesi tədricən həyata keçirilə bilər.

    Halbuki, təşkilat daha əvvəl COVID-19-a qarşı vaksinlərin uşaqlara təsiri barədə yetərli məlumata malik olmadıqları üçün azyaşlıların peyvənd olunmasını məsləhət görmürdü.

  • В Шамкире арестован мужчина, применивший силу в отношении полицейского

    В Шамкире, в отношении мужчины, применившего силу против сотрудника полиции, избрана мера пресечения в виде ареста сроком на три месяца.

    Об этом oxu.az сообщил старший инспектор Гянджинской региональной группы пресс-службы Эшгин Гасымов.

    По его словам, в связи с инцидентом возбуждено уголовное дело по статье 221.2.1 (хулиганство) Уголовного кодекса АР. Затем оно было переквалифицировано по статье 315 (сопротивление или применение силы в отношении представителя власти) и направлено в районную прокуратуру для расследования.

    Решением районного суда в отношении Турала Зейналова избрана мера пресечения в виде ареста сроком на три месяца.

  • Şəmkirdə polisə zor tətbiq edən şəxs həbs edildi

    Şəmkirdə polisə zor tətbiq edən şəxs barəsində 3 aylıq həbs qəti imkan tədbiri seçilib.

    Bu barədə oxu.az saytına DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.

    Onun sözlərinə görə məlum hadisə ilə əlaqədar Şəmkir rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. Daha sonra cinayət məcəlləsinin 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə tövsif edilib və cinayət işinin araşdırılması üçün aidiyyəti üzrə rayon prokuroluğuna göndərilib. Rayon məkməsinin qərarı ilə Tural Zeynalov barəsində 3 ay müddətinə həbs qəti imkan tədbiri seçilib.

    Faktla bağlı rayon prokurorluğunda araşdırmala davam etdirilir.

  • Пожар в Масазыре потушен – ОБНОВЛЕНО

    В поселке Масазыр Абшеронского района на площади один гектар сгорели сухая трава, камыш и покрышки.

    Как сообщили в Министерстве по чрезвычайным ситуациям, подразделения Государственной противопожарной службы ведомства потушили пожар за короткое время.

    20:04

    На горячую линию “112” МЧС поступила информация о сильном задымлении на территории поселка Масазыр Абшеронского района.

    На место происшествия были привлечены подразделения Государственной противопожарной службы ведомства.

    По предварительной информации, на территории горит сухая трава и покрышки.

  • Masazırda baş verən yanğın söndürülüb – YENİLƏNİB

    Masazırda 1 ha ərazidə quru ot, qamışlıq, təkər tullantıları yanıb.

    Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri qısa zamanda yanğını ssöndürüblər.

    19:34

    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonunun Masazır qəsəbəsində açıq ərazidə qatı tüstülənmə olması barədə məlumat daxil olub.

    Məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının olduğu əraziyə cəlb olunub.

    İlkin məlumata əsasən, hadisə ünvanında quru ot, kol-kos və təkər tullantıları yanır.

  • Азербайджанский национальный музея ковра пополнился новыми экспонатами – ФОТО

    Сегодня состоялась презентация двух кинжалов, подаренных известным оружейником Эмином Мамедовым, нашим соотечественником, живущим в Канаде. Мы приурочили презентацию к Дню Вооруженных сил Азербайджана.

    Об этом на своей странице в Facebook написала директор Азербайджанского национального музея ковра Ширин Меликова.

    Автор этих произведений искусства возрождает, исследует и популяризирует традиции азербайджанского оружейного ремесла. В соавторстве с художником Александром Воловиком он издал книгу The Azerbaijan Armourer’s Art (“Оружейное ремесло Азербайджана”), охватывающую широкий круг информации и щедро иллюстрированную.

    Эмин Мамедов – обладатель первого места в конкурсе Culture for Peace (“Культура во имя мира”), организованного ЮНЕСКО в Париже в апреле нынешнего года.

    Один из кинжалов, подаренных нашему музею мастером, выдержан в традициях шамахинских оружейных мастеров. Интересны ножны кинжала с насечкой, изображающей в верхней части молящегося знатного человека, а в нижней – жениха и невесту в национальной одежде, а также цветочные узоры.

    Художественное оформление второго кинжала выдержано в духе эпохи Каджаров. Ножны и рукоять инкрустированы серебром и украшены изящным орнаментом в виде буты и других мотивов.

    Эти ценные произведения, свидетельствующие о продолжении древних художественных традиций Азербайджана в наши дни, вошли в коллекцию “Художественный металл” Азербайджанского национального музея ковра и заняли достойное место в его постоянной экспозиции.

  • Silah ustası Emin Məmmədov Xalça Muzeyinə iki xəncər bağışladı – FOTO

    “Bu gün, 24 iyun 2021-ci il tarixində, Azərbaycan Milli Xalça Muzeyində Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə məşhur silah ustası Emin Məmmədovun muzeyə bağışladığı iki xəncərin təqdimatı keçirildi”.

    Bu sözləri Azərbaycan Xalça Muzeyinin rəhbəri Şirin Məlikova öz “Facebook” hesabında paylaşıb.

    O bildirib ki, bu sənət əsərlərinin müəllifi E.Məmmədov Kanadada yaşayıb fəaliyyət göstərsə də, Azərbaycan silahsazlıq sənəti ənənənələrini yaşadır, bu sənətkarlıq nümunələrinin hazırlanması, tədqiqatı və təbliğatı ilə məşğuldur.

    “Sənətkar Aleksandr Voloviklə birlikdə nəfis tərtibatı və məlumatların zənginliyi ilə maraq doğuran “The Azerbaijan Armourer’s Art” (“Azərbaycan silah sənəti”) kitabının müəllifidir. E.Məmmədov YUNESKO tərəfindən bu ilin aprel ayında Parisdə təşkil olunan “Culture for Peace” (Mədəniyyət sülh naminə) müsabiqəsində I yer tutub” – deyə o qeyd edib.

    Şirin Məlikova Emin Məmmədovun xalça muzeyinə bağışladığı xəncərlərdən də söz açıb.

    “Azərbaycanın ənənəvi bədii silah işi ustası E.Məmmədovun muzeyimizə hədiyyə etdiyi xəncərlərdən biri Şamaxı silahsazlıq ənənələri əsasında hazırlanıb. Xəncərin qını böyük maraq doğurur. Onun yuxarısında ibadət edən zadəgan kişi, aşağı hissəsində isə milli geyimli bəy və gəlin, həmçinin zəngin nəbati naxışlar həkk olunub. Xəncərin tiyəsindəki kətəbələrin içərisində ərəb əlifbası ilə xəncər ustasının adı “Emin Məmmədov” və “Azərbaycan” sözləri həkk olunub.
    İkinci xəncərin bədii quruluşu isə Qacar dövrünün silahları üçün xarakterikdir. Onun qını və dəstəsi gümüşlə inkrustasiya olunmuş, zərif buta və digər nəbati naxışlarla bəzədilib. Xəncərin tiyəsində ərəb əlifbası ilə kətəbələrin içərisində xəncər ustasının adı “Emin Məmmədov” və “Azərbaycan” yazısı həkk olunub.

    Müasir dövrdə qədim sənət ənənələrimizin yaşadığını sübut edən bu dəyərli əsərlər muzeyimizin kolleksiyasına daxil edilib və daimi ekspozisiyada öz layiqli yerini tutur.
    Bu gün silahsazların sayı barmaq sayı qədərdir. Bu işin çətinliyi ilə əlaqədardır ki, həmin əsərlərin yaradıcılıq nöqteyi nəzərdəd qiymətini artırır.

    Biz hörmətli Emin bəyə uzun ömür, cansağlığı, fəaliyyətlərində uğurlar arzulayırıq! Emin bəy uzaq diyarda təkcə Azərbaycan silahsazlıq ənənənələrini deyil, həm də xalqımızın xeyriyyəçilik ənənələrini yaşadır. Ümidvarıq ki, o, yaxın gələcəkdə doğma vətəninə gəlib müəllifi olduğu dəyərli sənət əsərlərini muzeyimizin ekspozisiyasında seyr edəcək”.

  • Mətbuat Şurası beynəlxalq təşkilatlara və xarici media qurumlarına müraciət edib

    Azərbaycan Mətbuat Şurası “Sərhədsiz reportyorlar” təşkilatının xidməti fəaliyyətini yerinə yetirən ispaniyalı jurnalistlərin Ermənistan-Azərbaycan sərhədinin Kəlbəcər rayonu ərazisində Azərbaycan hərbçiləri tərəfindən guya ölümlə hədələndiklərinə dair twitter hesabındakı paylaşımı ilə bağlı beynəlxalq təşkilatlara və xarici media qurumlarına müraciət ünvanlayıb.

    Müraciətdə bildirilir ki, “Sərhədsiz reportyorlar” təşkilatı özünün twitter hesabında xidməti fəaliyyətini yerinə yetirən ispaniyalı jurnalistlərin Ermənistan-Azərbaycan sərhədinin Kəlbəcər rayonu ərazisində Azərbaycan hərbçiləri tərəfindən guya ölümlə hədələndiklərinə dair paylaşım edib.

    “Azərbaycan Mətbuat Şurası olaraq bildiririk ki, Ermənistan müharibə müddətində söz və ifadə azadlığı müstəvisində çoxsaylı manipulyasiyalara, Azərbaycanın nəzarətində olan ərazilərdə hadisələri işıqlandıran jurnalistlərə qarşı hücumlara yol verib.

    Ermənistan hakimiyyəti eyni zamanda media təmsilçilərini bilərəkdən döyüş intensivliyi ilə seçilən bölgələrə, beynəlxalq hüquqla Azərbaycanın tərkib hissəsi sayılan ərazilərə aparıb ki, onların həyatları üçün təhlükə yaransın və bunu jurnalistikaya təzyiq kimi qiymətləndirsin. Həmin vaxt “Sərhədsiz reportyorlar” məsələni susmaqla qarşılayıb, heç bir münasibət bildirməyib. Təşkilat işğaldan azad edilmiş Kəlbəcər rayonunda azərbaycanlı jurnalistlərin mina partlayışı nəticəsində həyatlarını itirmələrinə də səssiz qalıb. Belə bir vəziyyətdə qurumun ispaniyalı jurnalistlərin həyatlarından guya narahatlıq ifadə etməsi, bunu heç bir real fakta əsaslanmadan göstərməsi təəssüf doğurur. Aydındır ki, bu, “Sərhədsiz reportyorlar”ın Azərbaycana qarşı növbəti qərəzidir.

    Təşkilat Azərbaycana münasibətdə o qədər qərəzlidir ki, Ermənistanla sərhəddə dayanmış Azərbaycan hərbi qulluqçusunun əlindəki silahla qarşı tərəfi nişanda saxlamaq kimi vəzifə borcunu hədə olaraq qəbul edib. Qurumun twitter paylaşımındakı foto görüntüdən bu qənaətə gəlmək mümkündür. İspan jurnalistlərin guya ölümlə hədələnmələrinin sübuta yetirilməsi cəhdi çox gülünc və absurddur. Azərbaycan hərbçiləri qarşı tərəfə atəş açmayıb.

    Bir daha bildiririk ki, “Sərhədsiz reportyorlar” təşkilatı Azərbaycana qarşı qərəzli mövqeyini davam etdirir. Twitter səhifəsindəki paylaşım bunun real sübutudur. Dünyada tanınmış media qurumunun Azərbaycanla bağlı bu sayaq ucuz və bəsit gedişlərə yol verməsi ölkəmizin media ictimaiyyətində dərin hiddət hissi doğurur. İstərdik ki, sizlər də əsl həqiqətlərdən xəbərdar olasınız, söz və ifadə azadlığı müstəvisindəki manipulyasiyaların qarşısının alınması üçün səfərbərlik nümayiş etdirəsiniz. Biz bu qənaətdəyik ki, bəşəri dəyərlər heç bir maraqlı tərəf və ya tərəflərin, o cümlədən “Sərhədsiz reportyorlar” təşkilatının əlində alətə çevrilməməlidir”, – müraciətdə vurğulanır.

  • Səbail rayonunda yerləşən quru otlaq sahələrində iməcilik aksiyası keçirilir

    Səbail rayonunda aparılan quruculuq və abadlıq işləri çərçivəsində otlaq sahələrində yanğınların baş verməsinin qarşısının alınması ilə əlaqədar qabaqlayıcı təhlükəsizlik tədbirləri həyata keçirilir.

    Belə ki, bu günlərdə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Səbail Rayon Mənzil-Komunnal Təsərrüfat Birliyinin, RİH başçısının inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin, Bələdiyyələrin əməkdaşları və könüllülər tərəfindən rayon ərazisində yerləşən 9 min kv.m-dən artıq otlaq sahəsində iməcilik aksiyası keçirilib.

    Qeyd olunan sahələr məişət və sənaye tullantılarından təmizlənmiş, vətəndaşlarla maarifləndirmə işləri aparılmışdır. Bildiririk ki, Səbail Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti orqanlarla birlikdə təhlükəsizlik tələblərini pozan şəxslər barədə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq tədbirlərin görülməsi təmin ediləcək.

    Havaların isti keçməsi ilə əlaqədar əhalini bir daha yanğın təhlükəsizliyi normalarına riayət etməyə, söndürülməmiş siqaret kötüklərini ətrafa atmamağa, yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə və yaşıllıqları qorumağa çağırırıq.

  • Anomal istilər koronaviruslu xəstələr üçün qorxuludur?

    Pandemiya dövründə havanın yüksək temperaturunun infeksiyanın yayılmasına təsir göstərmədiyi məlum olub.

    “Sputnik”in məlumatına görə, bu barədə Moskva Dövlət Universitetinin biologiya fakültəsinin professoru Nikolay Nikitin isti havanın koronavirusa təsirini qiymətləndirərkən danışıb.

    Onun sözlərinə görə, bu vəziyyətə yalnız sosial faktorlar təsir göstərə bilər – yəni yay mövsümündə insanlar dincəlməyə gedir və bir-birləri ilə daha az təmasda olurlar, beləliklə yoluxma riski azalır.

    Ancaq virusun özü üçün istilik heç bir əhəmiyyət daşımır:

    “Ştammlara gəldikdə, burada da isti havanın yeni mutasiyaların yaranmasına və yayılmasına təsir etdiyini söyləmək olmaz”, – deyə bioloq vurğulayıb.

    Eyni zamanda, anomal istilər yoluxmuş insanların vəziyyətinə təsir göstərə bilər. Bu ilk növbədə xroniki xəstəlikləri olanlara və ürək xəstəliklərindən əziyyət çəkənlərə aiddir.