Month: June 2021

  • Olimpiya çempionumuz üçün Olimpiada öncəsi son sınaq

    Sabah Dağıstanın Kaspiysk şəhərində sərbəst güləş üzrə Əli Əliyev Memorialı start götürəcək.

    Üç gün davam edəcək ənənəvi yarışda yığmamızın üzvləri də iştirak edəcək.

    Məşqçilər Arif Abdullayev və Nazim Əlicanovun rəhbərliyi altında Mahir Əmiraslanov, Əliabbas Rzazadə, Uğur Novruzov (hamısı 57 kq), Ruslan Qasımov, Əbülfəz Nəsirov (hər ikisi 61 kq), Əli Rəhimzadə (65 kq), Coşqun Əzimov (74 kq), Omid Kamaliaqdam (79 kq) və İslam İlyasov (97 kq), eləcə də hal-hazırda Dağıstanda məşqləri davam etdirən bir neçə milli üzvü ölkəmizi xatirə turnirində təmsil edəcək.

    Beynəlxalq dərəcəli hakimlərimizdən Babək Allahverdiyev, Vüqar Şükürov və Həbib Nurulu Memorialda ədaləti qoruyacaq.

    İyunun 25-dən 27-dək isə Türkiyənin İstanbul şəhərində Yaşar Doğunun xatirə turniri keçiriləcək.

    Ənənəvi yarışda yığmamızın böyük məşqçisi Zəlimxan Hüseynovun rəhbərliyi altında olimpiya, dünya və Avropa çempionu Şərif Şərifov (97 kq) qüvvəsini sınayacaq. Bu, Olimpiada öncəsi titullu güləşçimiz üçün sonuncu turnir olacaq.

  • Prezident Anar Məmmədova polis general-mayoru ali xüsusi rütbəsini verilməsi ilə bağlı Sərəncam imzaladı

    Prezident İlham Əliyev A.M.Məmmədova polis general-mayoru ali xüsusi rütbəsinin verilməsi haqqında Sərəncam imzaladı.

    Sərəncamı təqdim edirik:

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası Katibinin Xidmətinin Ümumi təhlükəsizlik məsələləri şöbəsinin müdiri Anar Məhəmməd oğlu Məmmədova polis general-mayoru ali xüsusi rütbəsi verilsin.

  • ABŞ-da çoxmərtəbəli bina uçub, 1 nəfər ölüb – YENİLƏNİB

    ABŞ-ın Florida ştatının Mayami Deyd rayonunda 12 mərtəbəli binanın bir hissəsinin uçması nəticəsində 1 nəfər ölüb.

    “Report” xəbər verir ki, məlumatı “CNNTurk” yayıb.

    Uçan bina 1981-ci ildə dəniz sahilində tikilib.

    * * * * *

    ABŞ-ın Florida ştatında çoxmərtəbəli binanın br qismi uçub.

    “Report” “RİA Novosti”yə istinadən xəbər verir məlumatı xilasedici xidmət yayıb.

    Bildirilib ki, hadisə yerində 80-dən çox xilasedici briqada fəaliyyət göstərir.

  • Ermənistan silahlı qüvvələri Tovuz istiqamətində mövqelərimizi atəşə tutub

    İyunun 24-də saat 14.30-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonunun Ayqedzor kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonu Muncuqlu kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

    Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

  • Səfər qolu qaydası ləğv olundu

    2021/22 mövsümündən səfər qolu qaydası tətbiq olunmayacaq.

    UEFA həmin qaydanı ləğv edib.

    Bundan sonra UEFA bayrağı altında keçirilən beynəlxalq klub matçlarında 90 dəqiqə ərzində qalib müəyyənləşməsə, hərəsi 15 dəqiqədən ibarət olan iki əlavə hissə oynanılacaq və orada da tablodakı bərabərlik dəyişməsə, penaltilər seriyasına müraciət olunacaq.

    Qeyd edək ki, “Bayern”in ötən mövsüm PSJ-yə səfər qolu sayəsində uduzması ədalətsizlik adlandırılmış və bundan sonra bu qaydanın ləğv edilməsinin doğru olacağı bildirilirdi.

    //oxu.az

  • İki tondan çox narkotik maddə yandırılaraq məhv edildi

    Daşkəsəndə yabanı halda bitən çətənə kolları məhv edilib.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Astaf kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

    Nazirliyin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, ümumi çəkisi 2 487 kiloqramdan artıq olan, 8 495 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

  • İlham Əliyev hərbi qulluqçuların təltif edilməsi haqqında Sərəncam imzalayıb

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçuları təltif edilsinlər:

    3-cü dərəcəli “Rəşadət” ordeni ilə

    Tağıyev Nahid Sahib oğlu – kapitan

    Abdullayev Nicat Azər oğlu – baş leytenant

    Kazımlı Şəmsi Xalid oğlu – baş leytenant

    Rəhimov Vüsal Əli oğlu – baş leytenant

    Əsgərov Fərid Mehman oğlu – gizir

    Xudaverdiyev Atabəy Daşqın oğlu – kiçik gizir

    Şərifzadə Məhət Elçin oğlu – kiçik gizir

    Sadıqov Vüsal Rəşid oğlu – kiçik çavuş

    3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

    Cavanşir Zaur Sabir oğlu – general-mayor

    Seyidov Kənan Əlihüseyn oğlu – general-mayor

    Axundov Elçin Həbib oğlu – polkovnik

    Ələkbərov Rövşən İbrahim oğlu – polkovnik

    İbrahimov Fərhad Azər oğlu – polkovnik

    Məmmədov Xalid Valeh oğlu – polkovnik

    Pirverdiyev Akif Səməndər oğlu – polkovnik

    Xəlilov Həbib Nuru oğlu – 1-ci dərəcəli kapitan

    Baxışov Səxavət Mamed oğlu – polkovnik-leytenant

    Cabbarov Ramin Sabir oğlu – polkovnik-leytenant

    Həbibov Rüfət Vahab oğlu – polkovnik-leytenant

    Hüseynov Sadiq Tahir oğlu – polkovnik-leytenant

    Nəsibov Rəsul Yusif oğlu – polkovnik-leytenant

    Tinayev Rəşid Cuma oğlu – polkovnik-leytenant

    Cəfərov Cəfər Eyvaz oğlu – mayor

    Hüseynov Bayram Habil oğlu – kapitan

    Fərhadlı Telman Arzu oğlu – baş leytenant

    Quliyev Cabbar Rövşən oğlu – baş leytenant

    Əliyev Emin İsa oğlu – baş gizir

    Nəbiyev Xətai Gəray oğlu – kiçik gizir

    Quliyev İlqar Cahangir oğlu – əsgər

    “Vətən uğrunda” medalı ilə

    Abbasov Qiyas Abbas oğlu – polkovnik

    Ağabalayev Kamran Hacıəli oğlu – polkovnik

    Abbasov İlham Fikrət oğlu – polkovnik-leytenant

    Bodurov Tərlan Qurban oğlu – polkovnik-leytenant

    Əhmədov Anar Əvəzxan oğlu – polkovnik-leytenant

    Əliyev Əli Mikayıl oğlu – polkovnik-leytenant

    Əzizov Ramin Ruslan oğlu – polkovnik-leytenant

    İbişov Bayram Əhməd oğlu – polkovnik-leytenant

    Piriyev Natiq Sədrəddin oğlu – polkovnik-leytenant

    Şıxkərimov Samir Ramiz oğlu – polkovnik-leytenant

    Xəlilov Elburus Xəzənağa oğlu – 2-ci dərəcəli kapitan

    Qədiməliyev Şahin Məhəmməd oğlu – ədliyyə polkovnik-leytenantı

    Almuradov Emin Əlövsət oğlu – mayor

    Cəbiyev Samir Cəmil oğlu – mayor

    Əhmədov Rauf Ürfət oğlu – mayor

    Əliyev Elnur Əkrəm oğlu – mayor

    Əliyev Fərid Zakir oğlu – mayor

    Hacıyev Şahmar Qabil oğlu – mayor

    Məmmədov Aqil Salamat oğlu – mayor

    Mitəlov Xəyal Elşad oğlu – mayor

    Mustafayev İskəndər Osman oğlu – mayor

    Paşayev Elməddin Ağakişi oğlu – mayor

    Səfərov Elgün Elmar oğlu – mayor

    Bayramov Bəhruz Vidadi oğlu – kapitan

    Əbilov Sərdar Süleyman oğlu – kapitan

    Ənvərli Sahil Əli oğlu – kapitan

    Həsənov Elnur Elçin oğlu – kapitan

    Həsənov Vüsal Həsən oğlu – kapitan

    Qasımov Vüqar İlqar oğlu – kapitan

    Rzabəyli Eltürk Əli oğlu – kapitan

    Şahbazov Allahşükür Nizami oğlu – kapitan

    Şirinov Kənan Dilqam oğlu – kapitan

    Yəhyayev Yusif Sərvər oğlu – kapitan

    Həsənov Qafur Camalədin oğlu – tibb xidməti kapitanı

    Amaxanov Ramin Həsrət oğlu – baş leytenant

    Bədəlov Sədi Feyruz oğlu – baş leytenant

    Əhmədov Sadiq Yamən oğlu – baş leytenant

    Məmmədzadə Ziya Abdulla oğlu – baş leytenant

    Rzayev Orxan Ənvər oğlu – baş leytenant

    Yunusov Dövlətbəy Mübariz oğlu – baş leytenant

    Ələkbərov Daşqın Ələkbər oğlu – leytenant

    Qafarov Kamil Elxan oğlu – leytenant

    İsmayılov Ceyhun Salman oğlu – tibb xidməti leytenantı

    Abdıyev Rahib Qurban oğlu – gizir

    Bayramov Rəsul Hakverdi oğlu – gizir

    Məmmədov Vasif Cahangir oğlu – gizir

    Səfərli Rəşad Fəxrəddin oğlu – gizir

    Soltanov Pərviz Mikayıl oğlu – gizir

    Şahpələngov Anar Elşad oğlu – gizir

    Allahverdiyev Elmin Tahir oğlu – kiçik gizir

    Məmmədov Rabil Əli oğlu – kiçik gizir

    Məmmədov Tural Rafiq oğlu – kiçik gizir

    Novruzov Elvin Ayət oğlu – kiçik gizir

    Rəhimov Samir Tahir oğlu – kiçik gizir

    Səlimov Elvin İslam oğlu – kiçik gizir

    Hacıyev Niyaməddin Söhbət oğlu – əsgər

    Tarverdiyev Şəhruz Cümşüd oğlu – əsgər

    “İgidliyə görə” medalı ilə

    Ramazanov Nəsif Məmmədəli oğlu – polkovnik

    Allahverdiyev Rafiq Süleyman oğlu – polkovnik-leytenant

    Həsənov Elvin Asif oğlu – polkovnik-leytenant

    Abdurəhmanov Bəhruz Aydın oğlu – mayor

    Allahyarov Rasim Şaynalı oğlu – mayor

    Sədirov Əsəd Əliağa oğlu – mayor

    Muradov Bəhruz Dunyamalı oğlu – 3-cü dərəcəli kapitan

    Ağayev Babək Mirzəbala oğlu – kapitan

    Əliyev Ramil Qəzənfər oğlu – kapitan

    Həsənov Tural Rza oğlu – kapitan

    Hüseynov Məhərrəm Əmrullah oğlu – kapitan

    İbrahimov Orxan Tahir oğlu – kapitan

    Yusifov İlqar Ənvər oğlu – kapitan

    Allahverdiyev Sübhan Eyvaz oğlu – baş leytenant

    Cavadlı Kamal Xaləddin oğlu – baş leytenant

    Əhmədov Gülağa Əli oğlu – baş leytenant

    Əliyev İbrahim Orucəli oğlu – baş leytenant

    Heydərov Sənan Qurbanəli oğlu – baş leytenant

    Həmidli Həmid Əlisahib oğlu – baş leytenant

    Hüseynov Səməd Vəzir oğlu – baş leytenant

    İsayev Ramin Nürəddin oğlu – baş leytenant

    Orxan Əbülfətoğlu – baş leytenant

    Rüstəmov Cavid Allahyar oğlu – baş leytenant

    Süleymanov Ramin Telman oğlu – baş leytenant

    Vəliyev Fərid Azər oğlu – baş leytenant

    Əhədli Ümidəli Şirvan oğlu – leytenant

    Mustafayev İsmayıl Qasım oğlu – leytenant

    Taroyev Toğrul Şahzadə oğlu – leytenant

    Əmirov Elmin Asəf oğlu – baş gizir

    Xanverdiyev İlkin Həzərxan oğlu – baş gizir

    Bağırov Elvin Səfadət oğlu – gizir

    Ələkbərov Turan Afər oğlu – gizir

    Əlipaşayev Qinyaz Abdulla oğlu – gizir

    Əliyev Rövşən Saleh oğlu – gizir

    Əlizadə Röyal Seyidəli oğlu – gizir

    Həsənov Asim Əhliman oğlu – gizir

    Kərimov Azad Zakir oğlu – gizir

    Məmmədov Aqşin Salam oğlu – gizir

    Şirinov Yolçu Ağaşirin oğlu – gizir

    Əhmədzadə Simral İzzət oğlu – kiçik gizir

    Həsənov Nicat Mehman oğlu – kiçik gizir

    Məmmədov Ruslan Fikrət oğlu – kiçik gizir

    Ələsgərli Şöhrət Binnət oğlu – kiçik çavuş

    Feyziyev Amil Qurban oğlu – əsgər

    Həsənov Ağahüseyn Nəsimi oğlu – əsgər

    Həsənov Kənan Vidadi oğlu – əsgər

    İslamov İbrahim Mehman oğlu – əsgər

    Qocayev Kamran Qədir oğlu – əsgər

    “Cəsur döyüşçü” medalı ilə

    Seyidli Mirfamil Azad oğlu – kapitan

    Məmmədov Əfqan Məhəmməd oğlu – baş gizir

    Hüseynov Pərvin Möhübbət oğlu – gizir

    İbadov Şamxal Misirxan oğlu – gizir

    Yolçuyev Taleh Yadigar oğlu – kiçik gizir

    Ələkbərov Nazir Əli oğlu – əsgər

    “Döyüşdə fərqlənməyə görə” medalı ilə

    Abbasov Tariyel Maarif oğlu – gizir

    Şahsuvarov Ramal Vəlixan oğlu – gizir

    Həsənov Muraz Maxrəddin oğlu – kiçik gizir

    “Hərbi xidmətlərə görə” medalı ilə

    Orucov Bəkir Şirin oğlu – general-mayor

    Poladov Namiq Qasım oğlu – general-mayor

    Salahov Fizuli Zəbiş oğlu – general-mayor

    Əhmədov Nəsib Vaqif oğlu – polkovnik

    İmamaliyev Eldəniz Əsədulla oğlu – polkovnik

    Kazımov Elnur Sadıq oğlu – polkovnik

    Orucov Tofiq Miryusif oğlu – polkovnik

    Rüstəmov Arif Nurəddin oğlu – polkovnik

    Abdullayev Elşən Elmixan oğlu – polkovnik-leytenant

    Hüseynov Səməd Rac oğlu – polkovnik-leytenant

    Məmmədov Rüstəm Əziz oğlu – polkovnik-leytenant

    Zeynalov Kamran Bəhman oğlu – polkovnik-leytenant

    Veyisov İlkin Möhkəm oğlu – 2-ci dərəcəli kapitan

    Əliyev Cavid Nazim oğlu – mayor

    Əliyev Sadiq Nizami oğlu – mayor

    Mədətov Emin Qasım oğlu – mayor

    Məmmədov Bəhruz Həsən oğlu – mayor

    Məmmədov Elməddin Fəxrəddin oğlu – mayor

    Səfərov Rəfail Tapdıq oğlu – mayor

    Şükürov Faiq Mirzəli oğlu – mayor

    Zeynalov Zahir Səlamət oğlu – mayor

    Novruzlu Sənan Əfsər oğlu – kapitan

    Tahirov Tural Oktay oğlu – kapitan

    Abdullayev İsmayıl Səməd oğlu – baş leytenant

    Əlizadə Xalid Sultanəli oğlu – baş leytenant

    Əsgərli Kamil Həsənqulu oğlu – baş leytenant

    Qarayev Vasif Asif oğlu – baş leytenant

    Əhmədov Ravil Abdulla oğlu – leytenant

    İbrahimov Samir Əbülfəz oğlu – leytenant

    Ağayev Telman Ağabala oğlu – baş gizir

    Əhmədov Firuz Məzahir oğlu – baş gizir

    Məmmədov Niyaməddin Camaləddin oğlu – baş gizir

    Yusifov Qədir Nadir oğlu – baş gizir

    Ələkbərov İlqar Ələkbər oğlu – gizir

    Mahmudov Mehrac Şakir oğlu – gizir

    Əhmədov Hafiz Saiq oğlu – kiçik çavuş

    Bayramov Samir Abdusalam oğlu – əsgər

    Dabaxov Rasim Rövşən oğlu – əsgər.

  • Gürcüstada iki azərbaycanlı yeniyetmə göldə boğularaq ölüb

    Gürcüstanda azərbaycanlıların sıx yaşadıqları Qardabani rayonunda 15 və 17 yaşı olan iki yeniyetmə süni göldə batıb.

    “Report”un yerli bürosu xəbər verir ki, batan şəxslərin hər ikisi Nəzərli kənd sakinidir.

    İlkin məlumatlara əsasən, 15 yaşlı yeniyetmə sahilə çıxa bilməyib və 17 yaşlı dostu ona kömək etməyə çalışıb. Nəticədə hər ikisi boğularaq ölüb.

  • Şadlıq saraylarında kondisionerlərin işləməsinə icazə verilir? – AÇIQLAMA

    Son günlərdə şənlik mərasimlərinin keçirildiyi məkanlarda kondisioner və havalandırma sistemlərinin işləyib-işləməyəcəyi geniş müzakirə mövzusudur.

    Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

    Bildirilib ki, 50 nəfərdən 150 nəfərə qədər olan şənlik mərasimlərinin keçirilməsi ilə bağlı əlavə metodiki göstərişlər təsdiq olunaraq yaxın günlərdə ictimaiyyətin diqqətinə çatdırılacaq.

    “Bildirmək istərdik ki, sözügedən göstərişlərdə kondisionerlərə və havalandırma sistemlərinə dair heç bir məhdudiyyət müəyyən edilməyib.

    Qaldırılan digər məsələlərdən biri də fərdi yaşayış evlərinin həyətlərində keçirilən şənlik mərasimləri ilə bağlıdır. Bununla bağlı bildirmək istərdik ki, həyətlərdə, bağ yerlərində şənlik mərasimlərinin keçirilməsinə yalnız “İctimai iaşə müəssisələrində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair Metodiki Göstərişlər”də müəyyən olunmuş tələblərə riayət edildiyi və qonaq sayı 50 nəfərə qədər olduğu halda icazə verilir”, – məlumatda bildirilib.

  • İlham Əliyev bir qrup hərbçini “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif etdi

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

    Bununla bağlı prezident.az məlumat yayıb. 

    Sərəncamla Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərmiş, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etmiş 690-dan çox hərbçi təltif edilib.

    Siyahı ilə buradan tanış ola bilərsiniz.