Month: June 2021

  • В Азербайджане директор компании предстанет перед судом за мошенничество

    В Хатаинской районной прокуратуре завершено предварительное следствие по уголовному делу в отношении директора ООО, в кратчайшие сроки материалы будут направлены на рассмотрение в суд.

    Об этом сообщает пресс-служба Генпрокуратуры АР.

    18 июня на странице ведомства в Instagram прошла сессия “вопрос – ответ” (#prourorlylasualcavab), в ходе которой от ряда лиц поступили обращения о том, что некая Клара Джафарова занимается мошенничеством, присваивая деньги граждан якобы за устройство на работу в Европе.

    В Хатаинской районной прокуратуре было возбуждено уголовное дело по 10 эпизодам мошенничества и злоупотребления должностными полномочиями, в которых обвиняется директор ООО Poseidon Talents Consulting К.Джафарова.

    В частности, она обещала отправить граждан за рубеж, помочь им в приобретении авиабилетов, обеспечить визами и страховкой.

    19 июня К.Джафаровой было предъявлено обвинение по статьям 178.2 (мошенничество) и 308.1 (злоупотребление должностными полномочиями) Уголовного кодекса. Решением суда в ее отношении избрана мера пресечения в виде ареста.

    Кроме того, в настоящее время расследуются обращения еще 14 потерпевших от незаконных действий К.Джафаровой.

  • Azərbaycanda şirkətin xanım direktoru həbs edildi

    İyunun 18-də Baş Prokurorluğun “Instagram” sosial şəbəkəsindəki səhifəsində sual-cavab adlı sessiya (#prokurorluqlasualcavab) keçirilərkən ayrı-ayrı şəxslər tərəfindən Klara Cəfərovanın Avropada işə düzəltmək adı ilə onlardan və digər şəxslərdən müxtəlif məbləğlərdə pul alaraq dələduzluq etməsi barədə müraciətlər daxil olub.

    Bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.

    Müəyyən edilib ki, bir qrup şəxsin “Poseidon Talents Consulting” MMC-nin direktoru Klara Cəfərova tərəfindən xarici ölkələrə göndərilməsi, təyyarə biletlərinin alınması, viza və sığorta sənədlərlə təmin edilməsi adı ilə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ümumi 10 epizod üzrə müxtəlif məbləğlərdə pul alaraq dələduzluq etməsi faktına görə Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

    İyunun 19-da Klara Cəfərova həmin Məcəllənin 178.2 (dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Qeyd olunan cinayət işi üzrə ibtidai istintaq yekunlaşdırılaraq, iş materialları ilə tanış etmə həyata keçirilir. Qısa müddət ərzində cinayət işinin məhkəməyə göndərilməsi nəzərdə tutulub.

    Eyni zamanda bildirib ki, digər 14 zərərçəkmiş şəxsin Klara Cəfərovanın qanunsuz hərəkətlərinə dair müraciətləri ilə bağlı daha bir cinayət işi ayrılmaqla, hazırda zəruri istintaq hərəkətləri həyata keçirilir.

  • Bir qrup hərbçi “Cəsur döyüşçü” medalı ilə təltif edildi – SİYAHI

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəsur döyüşçü” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Bununla bağlı prezident.az məlumat yayıb.

    Sərəncamla Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənmiş 2800-dən çox hərbçi təltif edilib.

    Siyahı ilə buradan tanış ola bilərsiniz.

  • İlham Əliyev bir qrup hərbçini “İgidliyə görə” medalı ilə təltif etdi

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “İgidliyə görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

    Bununla bağlı prezident.az məlumat yayıb. 

    Sərəncamla Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərmiş 600-dən çox hərbçi təltif edilib.

    Siyahı ilə buradan tanış ola bilərsiniz.

  • DİN: “Açıq havada və çadırda toy mərasimi keçirmək olar”

    O deyib ki, 50 nəfərdən 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimləri isə birmənalı olaraq, fəaliyyətinə icazə verilən ictimai iaşə obyektlərində – restoranlarda, ona bərabər digər məkanlarda müvafiq icazə əsasında həyata keçirilə bilər.

    DİN rəsmisi şənlik mərasimlərində hansı qaydalara əməl etmək lazım olduğuna, bəy və gəlindən, musiqiçilərdən COVID-19 pasportunun tələb olunub-olunmayacağına da aydınlıq gətirib:

    “50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə məcburidir və həmin şənlik mərasimlərində iştirak üçün COVID-19 pasportunun təqdim olunması tələb olunmur.

    50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində COVID-19-a qarşı tam peyvənd olunma və ya COVID-19-dan sağalaraq immunitetə malik olma barədə təsdiqedici sənəd (COVID-19 pasportu) tələb edilmir.

    Eyni zamanda 50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak edən musiqiçilərdən COVID-19-a qarşı tam peyvənd olunma və ya COVID-19-dan sağalaraq immunitetə malik olma barədə təsdiqedici sənəd (COVİD-19 pasportu) tələb olunmur”.

    E.Hacıyevin sözlərinə görə, 50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində yalnız sıxlıq normasına əməl olunması və tibbi maskalardan istifadə edilməsi tələb olunur:

    “50 nəfərdən 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqların COVID-19-a qarşı tam peyvənd olmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi (COVID-19 pasportu) olmalıdır və şənlik mərasimlərində iştirak edən qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələb olunmur”.

    Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, iyulun 1-dən müəyyən qaydalara əməl etməklə şənlik mərasimlərinin keçirilməsinə icazə verilib.

  • В Азербайджане за минувшие сутки не зафиксировано ни одного смертного случая от COVID-19 – ФОТО

    В Азербайджане за минувшие сутки выявлен 51 новый случай инфицирования коронавирусом, 76 человек вылечились и были выписаны домой.

    Об этом 24 июня сообщает оперативный штаб при Кабинете министров.

    За истекшие 24 часа от COVID-19 никто не скончался.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 335 676 человек, 4 965 – скончались, 329 870 – вылечились, 841 – находится в активной фазе лечения в больницах особого режима.

    В республике проведен 3 706 051 тест на COVID-19 (за последние 24 часа – 7 879).

  • Azərbaycanda son sutkada koronavirusdan ölüm qeydə alınmadı – FOTO

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 51 yeni yoluxma faktı qeydə alınıb, 76 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, son sutka ərzində COVID-19-dan vəfat edən olmayıb.

    İndiyədək ölkədə ümumilikdə 335 676 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329 870 nəfər müalicə olunaraq sağalıb, 4 965 nəfər vəfat edib.

    Aktiv xəstə sayı isə 841 nəfər olub.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 879, bu günə qədər isə ümumilikdə 3 706 051 test icra olunub.

  • Azərbaycanlı prodüser iş yerində öldü

    Musiqi prodüseri, aranjimançı və təşkilatçı Emil Minyaşev vəfat edib.

    Bu barədə onun yaxınları sosial şəbəkədə paylaşım edib.

    Qeyd edilib ki, 43 yaşlı prodüser dünən iş yerində dünyasını dəyişib.

    Xatırladaq ki, Emil Minyaşev 11 noyabr 1978-ci ildə Bakıda anadan olub. O, bir çox məşhur Azərbaycan musiqiçiləri ilə əməkdaşlıq edib.

  • Президент Ильхам Алиев ознакомился с условиями, созданными после реконструкции во дворце “Гюлистан” – ФОТО

    Грандиозный дворец “Гюлистан” в Баку реконструирован на высоком уровне с сохранением уникального архитектурного стиля.

    Президент Азербайджана Ильхам Алиев и Первый вице-президент Мехрибан Алиева ознакомились с условиями, созданными во дворце “Гюлистан” после реконструкции, сообщает АЗЕРТАДЖ.











  • İlham Əliyev və Mehriban Əliyeva “Gülüstan” sarayında yaradılan şəraitlə tanış oldular – FOTO

    Bakıdakı əzəmətli “Gülüstan” sarayı yüksək səviyyədə və özünəməxsus memarlıq üslubu saxlanılmaqla yenidən qurulub.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva “Gülüstan” sarayında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar.

    “Gülüstan” sarayı ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1979-1980-ci illərdə inşa edilib. Ulu Öndər bu sarayın tikintisinin gedişini şəxsən daim nəzarətdə saxlayıb, inşaat işlərinin yüksək səviyyədə aparılması ilə bağlı mütəmadi olaraq tövsiyə və tapşırıqlarını verib. “Gülüstan” sarayı yalnız keçmiş Sovet İttifaqında deyil, daha geniş məkanda ən müasir və özünəməxsus gözəl arxitektura nümunələrindən biri hesab olunurdu. Bakının memarlıq ansamblını daha da gözəlləşdirən bu sarayın inşası o zaman Ulu Öndərin paytaxtımızın inkişafı ilə bağlı həyata keçirdiyi silsilə tədbirlərin tərkib hissəsi idi. Sarayın arxitekturasında Azərbaycanın milli memarlıq elementlərindən geniş istifadə olunub.

    Öz əzəməti və bənzərsiz memarlıq üslubu ilə seçilən “Gülüstan” sarayında tarixi əhəmiyyət kəsb edən, müxtəlif sahələrə aid bir sıra ümumrespublika və beynəlxalq əhəmiyyətli tədbirlər keçirilib. Onların arasında “Əsrin müqaviləsi”nin imzalanması və digər tarixi hadisələri qeyd etmək olar. Zaman keçdikcə “Gülüstan” sarayının yenidən qurulmasına zərurət yaranmışdı.

    Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial infrastrukturun inkişafı və müasirləşdirilməsi, regionların və paytaxtımızın daha da abadlaşması, eyni zamanda, Bakının tarixi görkəminin saxlanılması, tarixi binaların bərpası ilə bağlı layihələrin icrası istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Dövlətimizin başçısının tapşırığı ilə “Gülüstan” sarayının yenidən qurulması da bu istiqamətdə görülən işlər sırasında mühüm yer tutur.

    “Gülüstan” sarayında 600 yerlik əsas zal, həmçinin “Şərq” zalı və konfrans zalı da müasir səviyyədə yenidən qurulub. Beləliklə saray yeni görkəmdə, yeni üslubda, amma öz tarixi koloritini saxlamaqla qapılarını qonaqların üzünə açır.

    Paytaxtın dağlıq hissəsində yerləşən “Gülüstan” sarayı Bakı körfəzini və şəhərin mənzərəsini seyr etmək üçün ən gözəl məkanlardan biridir. “Gülüstan” sarayının yenidən qurulması heç şübhəsiz ki, postpandemiya dövründə də Azərbaycanın yüksək səviyyədə ev sahibliyi edəcəyi beynəlxalq tədbirlərin keçirilməsi işinə öz töhfəsini verəcək.