Month: June 2021

  • Tam əyani tədrisə qayıtmağın şərtləri AÇIQLANDI

    “Növbəti tədris ilində hibrid, yoxsa tam əyani tədrisə keçiləcəyi barədə dəqiq fikir söyləmək çətindir. Tam vaksinasiya həyata keçirilərsə, tam əyani tədrisə keçmək də nəzərdə tutulur”.

    APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib.

    Onun sözlərinə görə, bu mövzu yenə də Nazirlər Kabineti yanında operativ qərargahın qərarından asılı olacaq: “Biz ümidliyik və düşünürük ki, tam əyani tədrisə geri dönəcəyik. Bunun üçün də bütün təhsil işçilərinin vaksinasiyasından keçməsi vacib şərtdir”.

  • В Баку пропал 15-летний подросток – ФОТО



    В Баку пропал подросток.

    Об этом Oxu.Az сообщила Вюсаля Алекперзаде, мать пропавшего Исы Алышова (2006 г.р.).

    По словам женщины, ее сын ушел из дома 20 июня и не вернулся.

    “За день до исчезновения сын ночевал у одного из друзей. Утром он вернулся домой и, когда поинтересовались, у какого друга он оставался, Иса так и не ответил. 20 июня я пошла на работу, а мои сыновья вышли из дома вместе.

    По словам второго сына, они расстались с братом недалеко от так называемого рынка “8-ой км”. Иса ушел, сказав, что останется с ночевкой у друга, а в понедельник пойдет на работу к матери. После этого он не звонил и не приходил домой.

    Он был одет в серую рубашку, джинсы, при нем была черная сумка. Его друзья тоже ничего не знают о его местонахождении. Мы написали заявление в 24-й отдел полиции Низаминского РУП. Ведутся поиски”, – рассказала В.Алекперзаде.

    В 24-м отделении полиции Низаминского РУП данный факт подтвердили.

  • Bakıda 15 yaşlı oğlan itkin düşüb – FOTO

    Bakıda yeniyetmə itkin düşüb.

    Bu barədə Oxu.Az-a itkin düşən 2006-cı il təvəllüdlü Alışov İsa Gülbala oğlunun anası Ələkbərzadə Vüsalə məlumat verib.

    Ananın sözlərinə görə, oğlu iyunun 20-si evdən çıxıb və bir daha geri qayıtmayıb:

    “Oğlum ayın 20-dən bir gün əvvəl dostlarından birinin evində qalıb. Səhər evə gəldi və soruşanda hansı dostunun evində qaldığını demədi. Ayın 20-si mən işə getmişdim, qardaşı ilə birlikdən evdən çıxıblar. Qardaşı deyir ki, İsa 8-ci kilometr bazarı adlanan yerin yaxınlığında ayrılıblar. Düşəndə deyib ki, anama axşam dostumgildə qalacağımı de. Birinci gün birbaşa işə, ananın yanına gedəcəyəm. Qardaşı deyib getmə, ana əsəbiləşəcək, amma İsa yolda düşüb. Ondan sonra nə zəng edib, nə də evə gəlib.

    Evdən çıxanda əynində boz köynək, cins şalvar, qara çanta olub. Dostları ilə danışırıq, deyirlər, bilmirik. Məsələ ilə bağlı Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə ərizə yazmışıq. Axtarışlar aparılır”.

    Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsindən faktı Oxu.Az-a təsdiqləyiblər.


  • Кадры из села Гаракечди Лачинского района – ВИДЕО

    Министерство обороны Азербайджана обнародовало видеокадры из села Гаракечди Лачинского района.

  • Laçının Qarakeçdi kəndindən görüntülər – VİDEO

    Müdafiə Nazirliyi Laçın rayonunun Qarakeçdi kəndindən video yayımlayıb.

    Həmin görüntüləri təqdim edirik:

  • Сегодня свыше 2 000 школьников будут сдавать экзамен

    24 июня состоится второй экзамен по дисциплине “азербайджанский язык” (в качестве государственного языка) для учащихся 11 классов, сообщает Государственный экзаменационный центр (ГЭЦ) Азербайджана.

    Тестирование начнется в 11:00 и пройдет в 12 зданиях Баку, Нахчывана, Шеки, Хачмаза и Гянджи.

    В целом в экзамене ожидается участие 2 432 абитуриентов (учащихся), в том числе 1 936 – в Баку, 3 – Нахчыване, 250 – Гяндже, 88 – Шеки и 155 – Хачмазе.

    Для управления процессом назначены: 221 координатор, 24 сотрудника безопасности и 12 представителей зданий.

  • İki mindən çox şagird imtahan verəcək

    Bu gün “Azərbaycan dili” (dövlət dili kimi) fənni üzrə ikinci imtahan keçiriləcək.

    Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

    İmtahanda aşağıdakı kateqoriyaya aid olan abituriyentlər (11-ci sinif şagirdləri) iştirak edirlər:

    1. Hər hansı səbəbdən buraxılış imtahanı çərçivəsində tam (11 illik) orta təhsil səviyyəsi üzrə 2021-ci il mayın 20-də keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak etməyən cari ilin məzunları;

    2. Mayın 20-də keçirilən imtahanda iştirak edib qeyri-məqbul (50 baldan aşağı toplayan) qiymət alan və ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən, elektron ərizəsində imtahanda iştirak edəcəyi bölmə hissəsində “rus bölməsi”ni qeyd edən cari ilin abituriyentləri;

    3. Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən, elektron ərizəsində imtahanda iştirak edəcəyi bölmə hissəsində “rus bölməsi”ni qeyd edən əvvəlki illərin məzunları.

    Bildirilib ki, imtahanlar Bakı, Naxçıvan, Şəki, Xaçmaz və Gəncə şəhərlərində ümumilikdə 12 binada aparılacaq.

    İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

    İmtahanda ümumilikdə 2 432 (Bakıda 1 936, Naxçıvanda 3, Gəncədə 250, Şəkidə 88, Xaçmazda 155) abituriyentin (şagirdin) iştirakı nəzərdə tutulur.

    İmtahanın idarə olunması üçün 12 ümumi imtahan rəhbəri, 31 imtahan rəhbəri, 221 nəzarətçi-müəllim, 24 buraxılış rejimi əməkdaşı (mühafizə), 12 bina nümayəndəsi ayrılıb.

  • ÜST: Dünyada koronavirusa yoluxma və ölüm hallarının sayı azalır

    Dünyada ötən həftə ilə müqayisədə koronavirusa yoluxma altı, ölüm halları isə 12 faiz azalıb.

    Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

    Dünyada ötən həftə ümumilikdə 2520684 yoluxma qeydə alınıb, 64075 nəfər koronavirusun qurbanı olub.

    Yoluxma Cənub-Şərqi Asiyada 21, Avropada isə altı faiz azalıb. Ölüm göstəricisi Cənub-Şərqi Asiyada 26, Avropada 12, Qərbi Sakit Okean regionunda 9 faiz azalıb.

  • По факту убийства в Сумгайыте возбуждено уголовное дело – ОФИЦИАЛЬНО

    23 июня, около 23:00, в прокуратуру города Сумгайыта поступила информация о смерти жительницы поселка Г.З.Тагиева Севиль Абдуллаевой (1972 г.р.), сообщили в надзорном органе.

    В ходе предварительного расследования возникли обоснованные подозрения в том, что женщину убил сосед Агабек Атабалаев (1993 г.р.) на почве личного конфликта, нанеся ей многочисленные ножевые ранения.

    По данному факту возбуждено уголовное дело по статье 120.1 (умышленное убийство) УК АР.

    А.Атабалаев задержан в качестве подозреваемого.

    Следствие продолжается.

  • Sumqayıtdakı amansız qətl ilə bağlı cinayət işi başlanıldı – RƏSMİ

    İyunun 23-ü saat 23 radələrində 1972-ci il təvəllüdlü Sevil Abdullayevanın H.Z.Tağıyev qəsəbəsi ərazisində ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

    Sumqayıt şəhər prokurorluğunda aparılan ilkin araşdırmalarla zərərçəkmişin qonşusu 1993-cü il təvəllüdlü Ağabəy Atabalayev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Sevil Abdullayevaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

    Ağabəy Atabalayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

    Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.