Month: June 2021

  • Polis mayoruna yeni vəzifə verildi

    Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

    Bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

    Əmrə əsasən, Goranboy Rayon Cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili polis mayoru Emin Şirinovun vəzifəsi artırılaraq Rayon Polis şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsinə təyin edilib.

  • Meksika həbsxanasında iğtişaş: Çox sayda ölən və yaralanan var

    Meksikanın Tabasko ştatının həbsxanasında iğtişaşlar nəticəsində 6 nəfər ölüb, 16 nəfər yaralanıb.

    Bununla bağlı “El Financiero” qəzeti məlumat yayıb.

    Bildirilir ki, həbsxanaya nəzarət üzərində rəqib qruplar arasında mübahisə qiyama səbəb olub.

    Hazırda polis, prokurorluq və Milli Qvardiya hadisə yerində işləyir.

  • Организаторы Олимпиады в Токио запретили продажу алкоголя

    Организаторы Олимпийских игр в Токио запретили употребление алкогольных напитков в местах проведения соревнований. Об этом сообщает lenta.ru со ссылкой на The Japan Times.

    Ранее оргкомитет рассматривал возможность разрешить продажу и употребление алкоголя с некоторыми ограничениями. Однако первоначальный план вызвал общественный резонанс, а в Twitter были опубликованы десятки тысяч записей с хэштегом “отмените Олимпийские игры”.

    После этого было принято решение отказаться от данной идеи, чтобы предотвратить распространение инфекций. Проносить алкоголь с собой также запрещено.

    Помимо этого, в соответствии с рекомендациями по борьбе с COVID-19, владельцам билетов на Олимпиаду с температурой тела 37,5 градусов и выше будет запрещен вход на соревнования.

  • Tokioda spirtli içkilər qadağan edilir

    Tokio Olimpiya Oyunlarının təşkilatçıları yarış yerlərində spirtli içkilərin istifadəsini qadağan ediblər.

    Bu barədə “The Japan Times” xəbər verib.

    Əvvəlcə təşkilat komitəsi bəzi məhdudiyyətlərlə alkoqollu içkilərin satışına və istehlakına icazə verilməsinin mümkünlüyünü nəzərdən keçirib. Lakin bu plan xalqın etirazına səbəb olub və “Twitter”də “Olimpiadaları ləğv et” həştəqi ilə on minlərlə paylaşım edilib.

    Bundan sonra bu fikirdən imtina edilməsinə qərar verilib.

    Həmçinin şəxsin yanında alkoqollu içki daşıması da qadağan edilib.

    Bundan əlavə, temperaturu 37,5 dərəcə və daha yüksək olan bilet sahibləri yarışa buraxılmayacaq.

  • Doğranaraq qətlə yetirilən Kaşıkçının qatilləri ABŞ-da hazırlıq keçiblər

    İstanbulda Səudiyyə Ərəbistanının Baş konsulluğunda qəddarcasına qətlə yetirilən məşhur jurnalist Camal Kaşıkçının qətlində iştirak edən səudiyyəlilər ABŞ-da hərbi təlim keçiblər.

    Bu barədə “The New York Times” öz mənbələrinə və sənədlərə istinadən məlumat verib.

    Bildirilir ki, Arkansasda “Tier 1” təhlükəsizlik şirkəti Dövlət Departamenti tərəfindən təsdiqlənmiş müqavilə çərçivəsində dörd səudiyyəliyə atəş, hücumlara qarşı mübarizə və Səudiyyə Ərəbistanının liderləri üçün etibarlı təhlükəsizlik təmin etmə təlimləri verib.

    Təlimlə tanış olan mənbə, səudiyyəlilərin nəzarət və yaxın döyüş texnikalarını öyrəndiyini söyləyib.

    Qeyd edək ki, 2018-ci il oktyabrında Türkiyənin İstanbul şəhərində Səudiyyə Ərəbistanının Baş Konsulluğuna nikah məsələlərini həll etmək üçün girən səudiyyəli jurnalist Camal Kaşıkçıdan bir daha xəbər alınmamışdı. Onun Səudiyyə Ərəbistanından gələn xüsusi bir dəstə tərəfindən qəddarcasına – doğranaraq öldürüldüyü məlum olmuşdu.

    Sonradan cinayətkarlar həbs olundu. Onlardan beşi edam edildi, üçü isə 24 il müddətinə azadlıqdan məhrum edildi.

  • Azərbaycan neftinin qiyməti 77 dollara yaxınlaşır

    Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,87 ABŞ dolları, yaxud 1,15 % artıb.

    “Report” xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 76,59 ABŞ dolları təşkil edib.

    Xatırladaq ki, “Azeri LT CIF” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

  • Bir qrup hərbçi “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edildi – SƏRƏNCAM

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında
    sərəncam imzalayıb.

    “Report” xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıdakı hərbi qulluqçuları “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif ediliblər.

  • Təhsil haqlarının dövlət tərəfindən ödənilməsi üçün 46 mindən çox müraciət olub

    2020-2021-ci tədris ilinin yaz semestri (yarımili) üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı e-telebe.edu.az elektron portalına 46 947 nəfər müraciət edib.
    Təhsil Nazirliyindən “Report”a verilən məlumata görə, onlardan 34 035 nəfəri ali, 10 883 nəfəri orta ixtisas, 2 029 nəfəri isə peşə təhsili müəssisələrində təhsil alır.
    Hazırda müraciətlər üzrə müvafiq təhsil müəssisələri ilə birgə işlər aparılır.
    Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, yerli təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-2021-ci tədris ilinin yaz semestri (yarımili) üçün təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulub. Bu məqsədlə 14 milyon manat ayrılıb.

  • Yaponiya böyüklüyündə olan mərcan rifi yox ola bilər

    Avstraliyanın şimal-şərq sahillərində yerləşən, minlərlə balıq və mərcan növünün yaşadığı Sakit Okeanın Böyük Baryer rifinin ekosistemi yox olmaq təhlükəsi ilə üzləşib.

    Bu barədə “Bloomberg” xəbər verib.

    Dünyanın ən böyük rifinin ölçüləri Yaponiyanın ərazisi ilə müqayisə olunur.

    UNESCO-nun proqnozuna görə, Dünya Okeanında suyun temperaturunun artması səbəbindən mərcanlar yox olmaq astanasındadır. Ekspertlər uzunmüddətli dövrdə vəziyyətin daha pisləşəcəyini gözləyirlər.

  • Dünyada neft qiymətləri

    Dünya bazarında neft bahalaşıb.

    Bu barədə RT məlumat yayıb.

    WTI markalı neftin avqust fyuçersləri 0,15 faiz bahalaşıb və bir barelinin qiyməti 73,19 ABŞ dolları təşkil edib.

    “Brent” markalı neftin avqust fyuçersləri də 0,13 faiz bahalaşıb və bir bareli 75,29 dollara satılıb.