Month: July 2021

  • Meyvə və tərəvəzlərin qabığı da faydalıdır

    Araşdırmalara görə, meyvə və tərəvəzlərrin qabığında ləti ilə müqayisədə daha çox lif və vitaminlər var. Məsələn, sitrus meyvələrinin qabığı C vitamini, lif və antioksidantlarla zəngindir.

    Həkim-fitoterapevt Fizulu Hüseynov deyib: “Badımcan, qabağ və kartofun qabığında daha çox faydalı maddələr var. Kivi və bananın qabığından istifadə olunmasa da, həmin meyvələrin qabığı daha zəngin ehtiyatlara malikdir. Ona görə də onların qəbulu üçün başqa üsullardan istifadə etmək olar. Həmin məhsulların qabığını sürtgəcdən və ya ət maşınından keçirərək qatıq və süd məhsullarına qatıb qəbul etmək lazımdır”.

    Həkim-fitoterapevt həmin məhsulların qəbul edilməsi barədə danışarkən deyib: “Meyvə və tərəvəzləri qabıqlı şəkildə yemək bir çox xəstəliklərin müalicəsində faydalı təsir göstərir. Nar qabığını ətçəkən maşında çəkib yemək həm qanın artmasına, bağırsaqlarda olan mikrob və parazitlərin qarşısını almağa kömək edir. Narın pərdəsini çay kimi dəmləyib içmək də olar”.

    Həkimlər tərəvəzləri günün istənilən saatında, meyvələri isə günün birinci yarısında yeməyi məsləhət görürlər.

  • Bakıda mənzildə kişi meyiti aşkarlanıb

    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

    FHN-dən erilən xəbərə görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1951-ci il təvəllüdlü Hüseynov Məhərrəm Əbdül oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

  • D vitamini əskikliyindən yaranan 10 XƏSTƏLİK

    D vitamini insan sağlamlığı üçün vacib olan maddələrdən biridir. Bu vitaminin çatışmazlığı bir sıra pozulma və xəstəliklərin yaranmasına səbəb ola bilər:

    Yüksək qan təzyiqi

    Aparılan tədqiqatlara görə, yüksək təzyiqdən əziyyət çəkən insanların qəbul etdikləri dərman siyahısına D vitaminini əlavə etməklə, onların səhhətində yaxşılığa doğru dəyişiklik müşahidə olunub. Bununla yanaşı həmin şəxslərin qanında laxtalanma yaxşılaşıb, eləcə də damar qıcıqlanmaları azalıb.

    Xərçəng

    D vitamini çatışmazlığı xərçəng xəstəliyinin süd vəzi, yumurtalıq və mədəaltı vəzi kimi bir neçə növü ilə əlaqədardır. Tədqiqatların nəticələrinə görə, orqanizmdə yetərincə D vitamini olan insanlar bu dəhşətli xəstəliyə qarşı daha davamlı olurlar.

    Karies, ağız boşluğu və dişlərin xəstəlikləri

    Günəş işığı çatışmazlığı birbaşa D vitamininin çatışmazlığına yol açır, bu isə dişlərin daha həssas olmasına səbəb olur, karies və digər ağız boşluğu xəstəliklərinə məruz qalmasına gətirib çıxarır. Çoxsaylı tədqiqatlar sübut edir ki, D vitamininin orqanizmdə yetərli dərəcədə olması dişlərin kalsium tərkibini yaxşılaşdırır, əks halda isə kariesin inkişaf riski artır.

    Bağırsaq xəstəlikləri

    ABŞ, Hindistan və Avropada aparılmış tədqiqatlar nəticəsində həzm prosesində yaranan Kron, İBC, kolit xorası kimi problemlər ilə D vitamini çatışmazlığı arasında əlaqə aşkar edilib. Tədqiqatın nəticələrinə görə, günəş işığının az olduğu ərazilərdə yaşayan insanlar İBS xəstəliyinə daha çox məruz qalırlar.

    Sümük, əzələ, oynaq ağrıları

    İstənilən yaşda D vitamini əskikliyi bədəndə müxtəlif ağrılara səbəb olacaq. Eləcə də qadınlarda osteoporoz sümük əriməsi daha da sürətlənir.

    Sonsuzluq, cinsi zəiflik, uğursuz hamiləlik

    D vitamini əskik olan qadınlarda hamiləlik zamanı döl də bu defisitlə doğulur və onda raxit xəstəliyi yaranır.
    Eləcə də D vitamini az olanda hamilə qalmaq çətinləşir. D vitamini az olan anaların autizmli uşaq dünyaya gətirmək riski də yüksəkdir.

    Depressiya, demensiya, Alsgeymer

    D vitaminiaz olan insanların yaşlaşdıqda beynində dəyişikliklər sürətlənir, beyni qocalır, demensiya problemləri yaranır. D vitamini az olanlarda depressiya, apatiya, müxtəlif psixi problemlər, həyatdan küsmə halları olur.

    Diabet xəstəliyi

    Son zamanlar diabet xəstələrin sayı artıb. Bunun da D vitamini ilə əlaqəsi sübut olunub.

    Baş ağrıları

    Tez-tez təkrarlanan, xroniki baş ağrılarının səbəblərindən biri D vitamininin əskikliyi ola bilər.

    Zökəm

    Zökəm adətən qış aylarında günəşə həsrət qaldığımız dövrdə tüğyan edir. D vitamini çatışmazlığı orqanizmin zökəm və infeksiyalara yoluxma riskini artırır.

    Digər xəstəliklər: miqren, baş ağrıları, ürək problemləri, erzema, iltihabi xəstəliklər, yuxusuzluq, dağınıq skleroz, piylənmə, qıcolımalar, diş problemləri, vərəm və s.

    Yay aylarında hər gün səhər və günortadan sonra 30 dəqiqə qolları, kürəyi və ayaqları açıq gəzmək, gün vannası qəbul etmək, çimərlikdə olmaq lazımdır. Amma D vitamini həmişə tükənir. Ona görə yayda aldığınız ehtiyat 3 aya itə bilər. Bu səbəbdən əlavə vitamin qəbulu və qida ilə D vitamini almaq vacibdir.

  • Koronavirusdan sağalanlar necə qidalanmalıdır? – Mütəxəssislərin cavabı

    Rasion, koronavirusa qalib gələn insanlar üçün çox böyük əhəmiyyət kəsb edir. COVID-19-dan sonra sağalan xəstələr üçün, koronavirusu nə dərəcədə ağır keçirdiklərindən asılı olaraq, yeməklərin kalori dəyərini gündə bədən çəkisinin hər kiloqramına 20-30 kaloriyə qədər artırmaq lazımdır.

    Median.Az xəbər verir ki, əzələ toxumasındakı atrofik dəyişiklikləri aradan qaldırmaq və böyrəklərə kömək etmək üçün yüksək enerji sıxlığı göstəricilərinə malik və çox miqdarda zülal olan qida məhsullarını seçmək lazımdır.

    Mütəxəssislər hər gün ən azı üç-dörd porsiya süd və mayalanmış süd məhsulları, balıq, yumurta, quş əti, emal edilməmiş ət, lobya qəbul etməyi məsləhət görürlər. Eyni zamanda, pəhrizin müxtəlif çeşidli olması çox vacibdir, çünki bu yolla daha çox qida komponentinin əldə edilməsinə nail olmaq olar. Meyvə və tərəvəzləri, xüsusən də mövsümi olanları, unutmaq olmaz.

    Üç əsas qida qəbulu və iki-üç qəlyanaltı daxil edilməli olan qidalanma rejimi böyük əhəmiyyət kəsb edir. Porsiyaların kiçik olması və daha tez-tez qəbul edilməsi daha yaxşı olar, bu, gün ərzində müntəzəm doymanı təmin edir. Sonuncu qida qəbulu isə insanın yatmağa getməsindən 3-4 saat əvvəl tövsiyə olunur.

    (Qafqazinfo)

  • Эрдоган назвал возможную причину лесных пожаров в Турции

    Турецкие власти расследуют причины охвативших юг страны лесных пожаров, рассматривается также версия поджогов, заявил президент Турции Реджеп Тайип Эрдоган, передает РИА Новости.

    «Мы тщательно расследуем причины пожаров. Если есть такие предатели, которые способны сжечь собственную родину, они понесут самое суровое наказание», – сказал Эрдоган, выступая в кризисном центре в Анталье, куда он прибыл для ознакомления с ситуацией в районах пожаров.

  • Türkiyə Prezidenti azərbaycanlı yanğınsöndürənlərin gördüyü işlərdən danışdı

    “Muğladan və digər vilayətlərdən, Azərbaycandan gələn yanğın-xilasetmə heyətinin üzvləri yanğınların baş verdiyi hər yerdə işlərinə davam edirlər”.

    “Report” “Anadolu” Agentliyinin məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan meşə yanğınları ilə bağlı açıqlaması zamanı deyib.

    Onun sözlərinə görə, Türkiyədə təyyarə ilə bağlı problemlərin əsas səbəbi uzun illərdir bu vəzifəni yerinə yetirən Türkiyə Aviasiya Assosiasiyasının öz donanmasını və texnologiyasını yeniləyə bilməməsidir.

    “Ukrayna, Rusiya, Azərbaycandan, son anda da İrandan gələn təyyarələrlə meşən yanğınlarının söndürülməsinə cəlb olunan təyyarələrin sayı artıb. PUA-lar vasitəsi ilə yanğının baş verdiyi ərazilər sürətlə təyin edilir, genişlənmədən lokallaşdırılır”.

    Ərdoğan əlavə edib ki, Marmarisdə baş verən yanğınlardan birinə uşaqlar səbəb olub, Milasdakı yanğınla bağlı isə bir nəfər şübhəli şəxs qismində saxlanılıb.

  • Xəzər küləyini enerjiyə çevirə bilərikmi? – ARAŞDIRMA

    Hazırda Xəzər dənizində külək enerjisinin istifadəsi üzrə yol xəritəsi hazırlanır. Bununla bağlı mətbuata Energetika Nazirliyinin mətbuat katibi Cahid Mikayılov məlumat verib. Bildirib ki, hazırda Xəzər dənizinin Azərbaycan hissəsində tədqiqatlar aparılır. Enerji sektorunun idarə olunmasına kömək proqramı çərçivəsində ilkin qiymətləndirmə keçirilib. Xəzərin külək enerjisinin potensial gücü təxminən 157 giqavatt həcmində ölçülür.

    “Kaspi” qəzeti məsələ ilə bağlı araşdırma aparıb.

    Külək enerjisi ekoloji cəhətdən təmizdir, amma həm də iqtisadi cəhətdən səmərəli hesab olunan alternativ enerji növlərindəndir.

    Avropada birinci ölkə

    İqtisadçı ekspert Murad Calalov deyir ki, hazırda dünyada iqtisadi və texnoloji baxımından inkişaf etmiş ölkələr bərpa olunan enerjinin həcmini artırmaqda maraqlıdırlar. Burda məqsəd, həm ətraf mühitə zərər vurmamaq, həm də gəlir əldə etməkdir. Dünyada ən çox üstünlük verilən bərpa olunan enerji isə günəş və külək enerjisidir: “Bunların hər ikisi dəniz üzərində (ofşorlar) və ya dənizdən kənar quru yerlərdə, yaxud sulu ərazilərdə (onşorlar) əldə edilir. Dünyada külək enerjisindən istifadəyə görə Çin və ABŞ dan sonra 3-cü yeri Almaniya tuturdu. Amma 2020-ci ilin statistikasına görə, artıq 60 giqavattla Almaniya birinci yerdədir”.

    Almaniyanın dənizdən enerji gəliri

    M.Calalov bildirdi ki, Almaniya dənizlərin imkanlarından istifadə edərək külək enerjisindən böyük gəlir əldə etməyi bacarıb: “Dünyada bu istiqamətdə uğurlu təcrübələr var. Məsələn, Almaniyanın şimal əyalətləri həm Baltik, həm də şimal dənizləri ilə əhatələnib. Külək turbinlərinin sayına, yerləşmə yerinə görə, Almaniyanın şimal hissəsi əsas paya malikdir. Turbinlərin paylanmasına görə 41 faiz tam olaraq şimalın üzərinə düşür. Yəni Almaniya dənizlərin külək enerjisi imkanlarından düzgün şəkildə istifadə etməyi bacarıb. İxracat da daxil olmaqla, Almaniyanın külək enerji sektorunda gəlirlər 17,7 milyard dollar təşkil edir. Bu da ekoloji cəhətdən təmiz məhsullarla əldə olunan bütün gəlirlərin dörddə birinə bərabərdir”.

    Bakı küləyindən tam istifadə

    İqtisadçı ekspertin sözlərinə görə, Xəzər dənizinin külək enerji imkanları ilə bağlı layihə tam işlənib hazırlanmadığı üçün qəti proqnozlar vermək mümkün deyil. Ancaq dənizin relyefi həm suda, həm də sudan kənarda – sahil ərazilərdə külək turbinlərinin yerləşdirməsinə imkan verir: “Dəniz ərazisi küləkli olur deyə, daha çox enerji əldə etmək mümkündür. Əlavə olaraq, Bakı küləklər şəhəri kimi tanınır. Xəzri, gilavar küləklərimiz var. Bunlardan tam şəkildə istifadə etmək olar. Bizdə gəmiçilik o qədər də inkişaf etməyib. Ona görə də, turbinlərin xəritə üzrə dənizdə yerləşdirilməsi bizim üçün tam optimaldır”.

    Ucuzu günəşdir, sonra külək

    M.Calalov deyir ki, külək enerjisi ekoloji cəhətdən təmizdir, gəliri çox yüksəkdir və ucuz qiymətə əldə edilir: “Külək enerjisi külək turbinləri yerləşdirilərək əldə olunur. Bir külək turbininin quraşdırılması, yerləşdirilməsi digər bərpa olunan enerjilərə nisbətən daha ucuz və asan başa gəlir. Amma günəş enerjisində istifadə edilən panellərin qiyməti, nisbətən daha ucuzdur. Alternativ yaşıl enerji içərisində ən ucuzu günəşdir, ondan sonra isə külək enerjisidir”.

    “Yaxınlıqda tikinti olmamalıdır”

    Külək enerjisinin səmərəlilik baxımından günəş enerjisinə uduzduğu məqamlar da var: “Hər hansı böyük bir ərazidə – deyək ki, yarım hektarda bir külək turbini yerləşdirmək mümkündürsə, eyni ərazidə daha çox günəş panelləri yerləşdirmək olar. Bu baxımdan günəş enerjisi daha səmərəli olur. Digər məsələ odur ki, külək enerjisi əldə etmək üçün turbinlər yerləşdirilən ərazinin yaxınlıqda tikinti olmamalıdır”.

    Azərbaycanın hədəfi

    M.Calalov deyir ki, bu sahə ilə bağlı ölkəmizin müəyyən hədəfləri var: “Bizdə proses gedir. Bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2030-cu ilədək ölkəmizdə sosial-iqtisadi inkişaf kursunun, eləcə də təmiz ətraf mühitə nail olmanın prioritetlərindən biri kimi müəyyənləşdirilir. Həm də 2030-cu ilə qədər bərpa olunan enerjinin payını ölkə üzrə 30 faizə çatdırmaq hədəflənib”.

    Ölkəyə investisiya axını

    Ekspert qeyd etdi ki, külək enerjisinin genişləndirilməsi işləri ölkə iqtisadiyyatında önəmli paya malik olacaq: “Bu sahənin digər ölkələrdə ildən-ilə genişləndirilməsi məşğulluğu artırır. Yüz minlərlə əhali işlə təmin olunur. Hazırda inkişaf etmiş ölkələr, böyük şirkətlər əsas investisiyalarını yaşıl enerji ilə bağlı layihə və planlara ayırırlar. Hansı ölkədə yaşıl enerji planları varsa, həm şirkətlər, həm də dövlət, birbaşa olaraq bu sahəyə investisiyalar, maliyyələr ayırırlar. Digər tərəfdən, küləkdən enerji əldə etməklə, bərpa olunmayan neft enerjisinə qənaət etmiş olarıq. Nefti hasil edərik, ehtiyat kimi saxlayarıq, qiyməti qalxanda satarıq. Əgər bu sahə ölkəmizdə genişləndirilərsə, ixrac da daxil olmaqla külək enerjisi sektorundakı gəlir ölkə iqtisadiyyatında nəzərəçarpacaq dərəcədə paya malik ola bilər. Ətraf mühitin qorunması dünyada ön planda durduğu üçün bu sahə üzrə ölkəyə külli miqdarda investisiya axını olacağına inanıram. Bu layihə xarici investorların əraziyə cəlbi, beynəlxalq şirkətlərlə enerji əməkdaşlığının inkişafı üçün böyük imkanlar yaratmış olar”.

  • Qax sakini bıçaqlanıb

    Qax rayonunda bıçaqlanma hadisəsi baş verib.

    Hadisə bu gün axşam saatlarında şəhər ərazisində qeydə alınıb.

    İlkin məlumatlara görə, Qax şəhər sakini Ülvi Məmmədov gənc oğlan tərəfindən qarın boşluğundan bıçaqlanıb.

    Yaralı Təcili Tibbi Yardım avtomobili ilə Qax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və əməliyyata alınıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Rusiyada qırıcı qəzaya uğrayıb

    Bu gün Rusiyanın Xabarovsk vilayətində planlaşdırılan təlim uçuşları zamanı Su-35S qırıcı təyyarəsinin mühərriklərində nasazlıq baş verib.

    Bu barədə Şərq Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

    Qeyd olunub ki, pilot vaxtında katapult oluna bilib, qırıcı Oxot dənizinə düşüb.

    Pilot müayinə üçün tibb müəssisəsinə yerləşdirilib. Qəza ilə bağlı araşdırma aparılır.

  • Günəbaxan tumunun çiy formada qəbulu məsləhət görülür

    Günəbaxan toxumlarında 40-50 faizə qədər əla keyfiyyətli piyli yağ var. Həmin yağı bitkinin toxumları xüsusi press altında sıxılmaqla alınır. Bitkinin meyvələri yetişdikdən sonra onun tumu çərəz kimi istifadə edilir.

    Günəbaxan tumunun orqanizmə olan faydaları tərkibində olan antioksidant və digər vitaminlərlə zəngin olmasıdır. Lakin bu faydalı çərəz bəzən asılılıq da yarada bilir.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, həkim-diyetoloq Ləman Süleymanova deyib: “Onun tərkibində olan E vitamini sayəsində alınan antioksidant orqanizmi xərçəng hüceyrələrin yaranmasından qorumaqla yanaşı iltihab əleyhinə də təsir göstərir. Onun sümük-oynaq sisteminə və ürəyin fəaliyyətinə böyük faydası var. Tərkibindəki maqnezium sümük və oynaqlara, orqanizmdə kalsiumun daha yaxşı mənimsənilməsinə kömək edir”.

    Lakin faydalı xüsusiyyətləri ilə yanaşı günəbaxan tumunun həddindən artıq qəbulu diyetoloqlar tərəfindən qəbulolunmaz hesab edilir: “Günəbaxan tumu ilə çox qidalananda gün ərzində daha çox kalori qəbul edilir və artıq çəkinin yaranmasına aparıb çıxarır. Xüsusilə duzlanmış və qovurulmuş günəbaxan tumlarını qəbul etmək düzgün deyil. Orta çəkisi olan hər kəsin gün ərzində iki ovuc, maksimum bir stəkana qədər duz vurulmayan günəbaxan tumu qəbul etməsi çox faydalıdır”, – deyə mütəxəssis əlavə edib.

    Digər çərəzləri, məsələn, badam, fındıq və qozun çiy formada qəbulu məqsədəuyğun olduğu kimi günəbaxan tumunun da çiy formada qəbulu məsləhət görülür.

    Lakin onun qədərində və günün müəyyən hissəsində qəbul edilməsini də unutmaq olmaz.