Month: July 2021

  • Rusiyada iyul ayında koronavirusdan ölüm sayında rekord qırıldı

    Rusiyada cari ilin iyul ayında koronavirusdan ölənlərin sayı bütün pandemiya ərzində maksimuma çatıb.

    Bu barədə TASS məlumat yayıb.

    Belə ki, qonşu ölkədə 1-31 iyul tarixlərində koronavirusdan 23 349 ölüm halı qeydə alınıb.

    Halbuki, bu rəqəm hələ iyun ayında 13713 olub.

    Buna qədər ölüm hallarında rekord isə dekabr ayında müşahidə olunub. Həmin vaxt ay ərzində ölənlərin sayı 17124-ə çatıb.

  • Yaponiyada yoluxma sayı rekord həddə çatıb

    aponiyada yeni növ koronavirusa yoluxma hadisələrinin sayı ardıcıl dörd gündür ki, rekord həddi keçir. Son sutkada 12 342 nəfər COVID-19 infeksiyasına yoluxub

    Bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

    Belə ki, çərşənbə günü 9 576, cümə axşamı 10 699, cümə günü isə 10 743 nəfər virusa yoluxub.

    Son 24 saat ərzində paytaxt Tokioda da yoluxma rekord səviyyəyə qalxıb – 4 058 nəfər. Bu, gündəlik yoluxma sayına görə ən yüksək göstəricidir. Artıq üçüncü gündür ki, Tokioda fasiləsiz olaraq virusa yoluxanların sayı 3,8 min nəfəri ötür.

    Yaponiya hökuməti epidemiya vəziyyətinin pisləşməsini delta ştammı ilə əlaqələndirib.

  • Azərbaycan sabah Türkiyəyə helikopter göndərəcək

    Azərbaycan Türkiyədə baş verən meşə yanğınlarının söndürülməsi üçün sabah helikopter göndərəcək.

    “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib.

    “Sabah səhər bizim bir helikopteri də meşə yanğınlarının baş verdiyi hadisə yerinə tərəf uçuş edəcək və günün sonunda hadisə yerində yanğınla mübarizəyə başlayacaq” – deyə nazir müavini bildirib.

  • Yanğınsöndürənlərimizin ikinci qrupu Türkiyəyə yola düşüb – VİDEO

    Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələrinin əməkdaşlarından ibarət ikinci qrup Türkiyədə tüğyan edən meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş ölkəyə yola düşüb.

    İkinci qrupun tərkibində FHN-nin 250 əməkdaşı təmsil olunur. Peşəkar və təcrübəli yanğınsöndürənlərdən ibarət qrup üzvləri fərdi yanğınsöndürmə vasitələri ilə tam təmin olunublar.

    Baku TV-nin yola salınma mərasimindən hazırladığı videoreportajı təqdim edirik:

  • Qarpız istehlakı zamanı diqqət yetirilməli məsələlər

    İsti yay günlərində bədənin su ehtiyacını qarşılayan qarpızın 92 faizi sudan ibarətdir. Qarpız antioksidantlar, A, C, B1, B5, B6 vitaminləri, kalium və maqnezium kimi elementlərlə zəngindir. Qarpızın tərkibində olan likopen xərçəng əleyhinə güclü təsirə malikdir. Bundan əlavə qarpız ürək-damar xəstəlikləri, iltihab əleyhinə, həzm sistemi, dəri və böyrək xəstəlikləri zamanı da effektiv təsir göstərir.

    Qida Təhlükəsizliyi İnstitutunun Bitki sağlamlığı şöbəsinin mütəxəssisləri Ceyhunə Cəfərova, Tərlan Qorçiyeva və Nəzakət Mirzəzadənin hazırladığı maarifləndirici materialda qarpız istehlakı zamanı riayət edilməli vacib məqamlardan bəhs olunur.

    Əvvəllər qarpız iyul-avqust aylarında yetişirdi. Lakin hazırda əkinçilik vərdişləri dəyişdiyinə, tez yetişən sortlar yaradıldığına, istixanalarda və əkin sahələrində daha müasir aqrotexniki üsullar tətbiq olunduğuna görə məhsul iyun ayında da yetişir. Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək deyil. Burada əsas diqqət yetirilməli məqam qarpızın yetişdirilməsində gübrə və pestisidlərdən düzgün istifadə edilməsidir. Gübrə növləri və pestisidlər vaxtında və düzgün tətbiq edilməyəndə məhsulun böyüməsinə və məhsuldarlığına səmərəli təsir göstərmir. Məhsulun tərkibində nitrat, nitrit və yaxud pestisid qalıqlarının miqdarının çox toplanması qarpızın keyfiyyətinin pisləşməsinə və hətta zəhərlənmələrə də səbəb ola bilər. Qarpız kəsildikdə içərisindəki kütlənin yumşaq, damarlarının qabarıq gözəçarpan şəkildə olması nitratın miqdarının normadan artıq olmasının göstəricisidir. Bu hal istər tez, istərsə də gec yetişən məhsullarda ola bilər. Buna görə də zəhərlənmə hallarının qarşısının alınması üçün qarpızın düzgün şəkildə yetişdirilməsinə diqqət yetirmək lazımdır.

    Kəsiləndən sonra qarpızın qaydalara uyğun saxlanmasına riayət edilməlidir. Ümumiyyətlə, qarpız və yemişin kəsilən gün istehlak olunması məsləhətdir. Kəsildikdən sonra soyuducuda müvafiq rejimdə saxlanmasına əməl edilməlidir. BMT-nin “Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı”nın (FAO) məlumatına əsasən, bütöv qarpızın 10-15 dərəcə C, xırda hissələrə doğranmış qarpızın isə ağzı kip qapaqlı qablarda +5 dərəcə C temperaturda saxlanılması məsləhət görülür. Eyni zamanda kəsilmiş qarpızın üzəri qida üçün nəzərdə tutulan plastik örtüklə kip bağlanılaraq, soyuducunun meyvə-tərəvəz üçün nəzərdə tutulan bölümündə saxlanılmalıdır. Kəsilmiş qarpız növbəti günə qaldıqda isə mütləq şəkildə həmin hissənin üst səthi nazik qat şəklində kəsilib kənarlaşdırılmalıdır. Həmçinin qarpızın alma, pomidor, banan kimi etilen qazı ifraz edən meyvələrin yanında saxlanması yolverilməzdir. Etilen qazının təsirinə məruz qalan qarpızın qabığı nazikləşir, yumşalır və nəticədə keyfiyyətini itirir.

    Qarpız alarkən onun rənginə, bərkliyinə, ölçüsünə və saplağına fikir verilməlidir. Qarpızın üzərində açıq sarımtıl-yaşıl və tünd yaşıl rəngdə zolaqlar, əsasən, bərabər ölçüdə olmalı və sərhədlərlə ayrılmalıdır. Üzərindəki sarı ləkələr isə onun torpaqla təmasda olduğu yerlərdir. Qabığının hamar, səthinin parlaq olması qarpızın yetişməsinin, rənginin mat və solğunluğu isə köhnəliyinin əlaməti hesab edilir. Yaşıl rəngli saplaqlar qarpızın tam yetişmədiyini göstərir. Yetişmiş qarpızın saplağı quru, rəngi isə dəyişik olur. Ölçüsü nə kiçik, nə də böyük olmamalı, orta ölçüdə qarpız seçilməli və ələ aldıqda ağır gəlməlidir. Oval qarpız sulu, yumru qarpız isə şirin olur. Qarpızın üzərində çürümə əlamətləri və çatlar olmamalıdır. Günəş altında və yol kənarlarında satılan qarpızların alınması tövsiyə edilmir. Yerdən 20 santimetr hündürlükdə olan piştaxtaların üzərində satılan qarpızlara üstünlük verilməlidir. Kəsilmiş, doğranmış qarpızları almaq və ya satış nöqtələrində kəsdirmək məsləhət deyil. Qarpızı kəsməzdən əvvəl onu yaxşı yumaq, təmiz və quru bıçaqla kəsmək vacibdir.

  • Yasamalda 70 yaşlı kişinin meyiti aşkarlanıb

    Bakıda mənzildə meyit aşkarlanıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

    Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

    Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1951-ci il təvəllüdlü Hüseynov Məhərrəm Əbdül oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

  • Bodrumda növbəti yanğın, üç otel boşaldıldı

    Muğlanın Bordum rayonunda çıxan yanğınlar İçmeler məhəlləsində yerləşən otellərə yaxınlaşıb.

    Median.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, polis əməkdaşları 5 ulduzlu 3 otelin sakinlərini təxliyyə edib.

    Bir helikopter havadan yanğına müdaxilə edərək alovun önünü kəsib. Küləyin mütəmadi olaraq yön dəyişdirməsi alovları başqa bir səmtə yönəldib.

    Alovların yaşayış məntəqələrinə sıçramaması üçün çalışmalar davam etdirilir.

  • İraqda iri neft emalı müəssisəsinə raket hücumu olub

    İraqın şimalında neft şirkətlərindən birinə məxsus iri müəssisə raket hücumuna məruz qalıb.

    Bu barədə “Əs-Sumariya” telekanalı məlumat yayıb.

    Sözügedən müəssisənin Bağdaddan 200 kilometr şimal-qərbdə Səlahəddin əyalətində yerləşdiyi ehtimal olunur.

    Atılan mərminin kustar üsulla hazırlandığı qeyd olunsa da, hadisə zamanı ölən və ya yaralıların olub-olmaması açıqlanmayıb.

  • Azərbaycanda son sutkada peyvənd olunanların sayı açıqlanıb – FOTO

    Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 86 790 vaksin vurulub.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

    Qeyd edilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 52 276, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 34 514 nəfərdir.

    Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 972 362, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 880 131, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 092 231 təşkil edir.

  • Türkiyədə olan FHN-in qüvvələri yanğınlarla mübarizəni davam etdirir

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyə Respublikasında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını fədakarlıqla davam etdirirlər.

    Bu barədə “Report”a FHN-dən məlumat verilib.

    Yanğınsöndürənlər 2 qrupa ayrılaraq hazırda Marmaris bölgəsində yanğınların söndürülməsini həyata keçirirlər.

    Qeyd edək ki, havanın yüksək temperaturunun hökm sürdüyü mürəkkəb relyefli dağlıq ərazidə yanğınsöndürənlər yanğınlarla mətinliklə mübarizə aparırlar.