Month: July 2021

  • Gəncədə narkotik istifadəçiləri saxlanıldı

    Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Cinayət Axtarışı İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Ceyhun Abdullayev saxlanılaraq Baş Polis İdarəsinə gətirilib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, onun üzərinə baxış keçirilən zaman narkotik maddə olan “metamfetamin” (“patı”) aşkar edilərək götürülüb.

    Dindirilmə zamanı saxlanılan şəxs narkotik maddəni 20 manata Əli adlı şəxsdən aldığını bildirib. Hazırda həmin şəxsin kimliyinin və yerinin müəyyən edilərək istintaqa cəlb edilməsi barədə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

    ŞBPİ-nin Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə olan “metamfetamin”i (“patı”) əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Şahid Hüseynov saxlanılıb.

    Saxlanılan şəxs ifadəsində narkotik maddəni şəxsi istifadə üçün əldə etdiyini etiraf edib.

    Bundan başqa ŞBPİ-nin Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Musa Əliyev saxlanılıb.

    Həmin şəxsin üzərindən qanunsuz olaraq narkotik maddə olan “heroin” aşkar edilərək götürülüb.

    Aşkar edilən faktlar üzrə Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işləri başlanılıb. Araşdırmalar davam etdirilir.

  • Baş həkim qazinin ayağını müayinə etmək üçün pul tələb edib? – VİDEO

    Mingəçevir şəhər Mərkəzi xəstəxanasında baş həkim Eldar Kərimov tərəfindən qazinin ayağını müayinə etmək üçün pul tələb edilməsi iddia edilib.

    Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

    Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının direktor əvəzi, baş həkim Eldar Kərimov sosial şəbəkədə Vətən müharibəsi qazisinin tibb müəssisində ondan qeyri-qanuni pul tələb etməsi ilə bağlı yaydığı video görüntülərinə münasibət bildirib.

    E.Kərimovun Oxu.Az-a açıqlamasında bildirib ki, hadisə bu gün Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında baş verib:

    “Vətən müharibəsinin qazisi Muradov Orxan Fazil oğlu xəstəxanaya aşağı ətrafın rentgeni üçün müraciət edib. Rentgen şəkli çəkildikdən sonra o, rentgen texnikinə plyonkanın ona təqdim olunması üçün müraciət edib. Ona bildirilib ki, rentgen plyonkasının verilməsi üçün 4 manat məbləğində rüsum ödənilməlidir.

    Qaziyə izah edilib ki, rentgen plyonkasının çıxarılması xərci İcbari Tibbi Sığortanın Xidmətlər Zərfinə daxil olmadığından bu vəsait vətəndaş tərəfindən qarşılanır. Qazi buna etirazını bildirib və mənim otağıma daxil olub əlindəki mobil telefonla çəkiliş aparıb.

    Hadisə ilə bağlı qazının şikayətini dinlədim və bildirdim ki, rentgen plyonkası üçün ondan istənilən məbləğ qanun çərçivəsində istənilir və onun şikayətinə qanuna uyğun baxılacaqdır. Mənim söylədiklərimlə razılaşmayan qazımızı sakitləşdirmək üçün mən öz şəxsi vəsaitim hesabına qazinin rentgen plyonkası xərclərini ödəmişəm”.

  • Кадры из села Шураабад Агдамского района – ВИДЕО

    Министерство обороны Азербайджана обнародовало видеокадры из села Шураабад Агдамского района.

  • Ağdamın Şuraabad kəndindən görüntülər – VİDEO

    Müdafiə Nazirliyi Ağdam rayonunun Şuraabad kəndindən videogörüntülər yayımlayıb.

    Həmin görüntüləri təqdim edirik:

  • Lukaşenko Olimpiadadakı idmançılara: “Turist kimi gedib, ölkəyə əliboş qayıtmayın”

    Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsini Tokiodakı Olimpia Oyunlarında təmsil edən idmançılara müraciət edib.

    Bu barədə “BelTA” məlumat yayıb.

    “Oraya getməzdən əvvəl buna dəyərmi, yoxsa yox, yaxşı düşünün. Ona görə ki, əgər oraya turist kimi gedirsinizsə və əliboş qayıdacaqsınızsa, yaxşı olar ki, qayıtmayasınız. Bunu sizə hansısa ictimai təşkilat rəhbəri kimi yox, ölkə prezidenti kimi deyirəm. Məni necə istəyirsiniz, elə də başa düşün”, – deyə A.Lukaşenko bildirib.

  • Sosial şəbəkədə yeddi kiloqram narkotik alan narkotacir saxlanıldı – FOTO/VİDEO

    Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəlcə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Elazə Mustafayeva saxlanılıb.

    Onun üzərindən iki qrama yaxın psixotrop maddə olan metamfetamin aşkar edilib.

    Polis İdarəsində davam etdirilən əməliyyatlar zamanı müəyyən edilib ki, Elazə Mustafayeva narkotik vasitələri Vuqar adlı şəxsdən alıb.

    Əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan Hacıqabul rayon sakini Vüqar Məhərrəmov saxlanılaraq istintaqa təqdim edilib.

    Onun üzərinə baxış zamanı 16 qrama yaxın heroin və metamfetamin aşkar olunub.

    Vüqar Məhərrəmov ifadəsində qeyd edib ki, sosial şəbəkələrdə birbaşa olaraq tanış olduğu xarici ölkə vətəndaşlarından biri ona qaçaqmalçılıq yolu ilə satmaq üçün külli miqdarda narkotik vasitə və psixotrop maddə göndərib.

    O, həmin narkotik vasitələri Beyləqan-İmişli yolunun kənarından əvvəlcədən razılaşdırılan yerdən götürərək satmaq məqsədi ilə Bakı şəhərinə gətirib.

    Polis İdarəsinin əməkdaşları tərəfindən Vüqar Məhərrəmovun gizlətdiyi yerdən 3 kiloqram 944 qram heroin və 3 kiloqram 503 qram metamfetamin aşkar olunaraq götürülüb.

    Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Elazə Mustafayeva və Vüqar Məhərrəmov istintaqa cəlb olunublar.

  • Samuxda ferma sahibini öldürən çoban tutuldu

    İyulun 29-da 1990-cı il təvəllüdlü Gəncə şəhər sakini Abdullayev Arzu Namiq oğluna rayonun Qarabağlar kəndi ərazisində yerləşən fermada naməlum şəxs və ya şəxslər tərəfindən döş qəfəsinin ön və arxa səthindən kəsilmiş-deşilmiş yara xəsarətləri yetirilib, Arzu Abdullayev aldığı xəsarətlər səbəbindən xəstəxanaya aparılarkən yolda ölüb.

    Samux Rayon Prokurorluğundan verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar aşkar edilməklə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada qablaşdırılaraq götürülüb.

    Faktla bağlı Samux Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

    Həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin 1976-cı il təvəllüdlü Quliyev Samir Sahib oğlu tərəfindən törədilməsi müəyyən edilib və o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

    Müəyyən edilib ki, Samir Quliyev iyulun 29-u saat 23 radələrində Samux rayonunun Qarabağlar kəndi ərazisində yerləşən fermada tanışı Arzu Abdullayevlə şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla sonuncuya çoxsaylı xəsarətlər yetirib.

    Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

    Qeyd edək ki, qətlə yetirilən A.Abdullayev ferma sahibi olub. Hadisəni törədən S.Quliyev isə orada çoban işləyib.

  • Rusiya XİN: Azərbaycan-Ermənistan sərhədində baş verən son silahlı insidentlər narahatlıq doğurur – RƏSMİ

    Azərbaycan-Ermənistan sərhədində baş verən son silahlı insidentlər narahatlıq doğurur, Rusiya vəziyyəti normallaşdırmaq üçün bütün lazımi köməyi göstərməyə hazırdır.

    “RİA Novosti” xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və mətbuat departamentinin direktor müavini Aleksandr Bikantov Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti şərh edərkən bildirib.

    Rusiya xarici işlər nazirliyinin rəsmisi ortaya çıxan bütün məsələləri siyasi və diplomatik yollarla həll etməyə çağırıb.

    A.Bikantov həmçinin əlavə edib ki, Rusiya Azərbaycan-Ermənistan sərhədi zonasında gərginliyin azaldılmasında və sərhədlərin delimitasiyası və demarkasiyası üzrə birgə işlərin tezliklə işə salınmasında maraqlıdır.

  • Мехрибан Алиева: Боль турецкого народа – наша боль – ФОТО

    Первый вице-президент Азербайджана Мехрибан Алиева поделилась на своей странице в Instagram публикацией в связи с пожарами в Турции.

    “С глубоким чувством печали и сожаления восприняла известия о последствиях страшных пожаров, вспыхнувших в регионах Турции. Выражаю глубокие соболезнования родным и близким погибших. Желаю скорейшего исцеления раненым. Боль турецкого народа – наша боль. Прошу Всевышнего ниспослать силы и терпение всему народу Турции”, – говорится в публикации.

  • Mehriban Əliyeva: “Türkiyə xalqının kədəri bizim kədərimizdir” – FOTO

    Birinci vitse-prezident Mehriban Əliyeva özünün “Instagram” səhifəsində Türkiyədəki meşə yanğınları ilə bağlı paylaşım edib.

    Paylaşımda deyilir:

    “Türkiyə regionlarında baş vermiş dəhşətli yanğınların nəticələri barədə xəbərləri dərin kədər və təəssüf hissi ilə qarşıladım. Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralıların tezliklə şəfa tapmasını arzulayıram. Türkiyə xalqının kədəri bizim kədərimizdir. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!”