Month: July 2021

  • Ильхам Алиев распорядился выделить 5,6 млн манатов на строительство автодороги в Исмаиллинском районе

    Президент Азербайджана Ильхам Алиев 30 июля подписал распоряжение о мерах по строительству автомобильной дороги Гаджихатамли – Гидейли – Кюрд Эльдарбейли в Исмаиллинском районе.

    Текст документа опубликован на сайте Prezident.az.

    Согласно распоряжению, на строительство трассы, соединяющей три населенных пункта с численностью населения 4 000 человек, из средств, указанных в подпункте 1.1.14 “Распределения средств, предусмотренных в госбюджете АР на 2021 год для государственных капиталовложений (инвестиционных расходов)”, Государственному агентству автомобильных дорог выделяется 5,6 млн манатов.

  • İlham Əliyev avtomobil yolunun tikintisinə 5,6 milyon manat ayırdı – SƏRƏNCAM

    Prezident İlham Əliyev İsmayıllı rayonunun Hacıhətəmli–Gideyli–Kürd Eldarbəyli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

    Bu barədə Prezident.az məlumat yayıb.

    Sərəncama əsasən dörd min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Hacıhətəmli-Gideyli-Kürd Eldarbəyli avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 5,6 milyon (beş milyon altı yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

  • На месте преступления задержаны пытавшиеся совершить кражу на кладбище – ФОТО

    Сотрудники Тертерского РОП на месте преступления задержали жителей района Сахавета Ахундлу и Кянана Тагизаде, пытавшихся украсть алюминиевые детали ограждений, установленных вокруг могил на кладбище в селе Алескерли.

    Об этом сообщили в бардинской региональной группе пресс-службы МВД.

    В ходе допроса они признались в намерении совершить кражу, заявив, что хотели скрыться с места происшествия на автомобиле ГАЗ-32213.

    По данному факту проводится расследование.

  • Qəbiristanlıqdan oğurluq edənlər iş başında saxlanıldı – FOTO

    Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Ələsgərli kəndində yerləşən qəbiristanlıqdakı məzarların ətrafına quraşdırılan məhəccərin alüminiumdan olan bəzək əşyalarını oğurlayan iki nəfər şəxs iş başında saxlanılıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, onların rayon sakinləri Səxavət Axundlu və Kənan Tağızadə olduqları müəyyən edilib.

    Dindirilmə zamanı hər iki şəxs törətdikləri oğurluq əməlini etiraf edərək, qanunsuz yolla əldə etdikləri bəzəkləri “QAZ-32213” markalı nəqliyyat vasitəsinə yükləyərək hadisə yerindən uzaqlaşmaq istədiklərini bildiriblər.

    Qeyd edilən faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

  • По поручению Президента Ильхама Алиева пожарные бригады МЧС Азербайджана отправляются в Турцию

    В соответствии с поручением Президента Азербайджана Ильхама Алиева пожарные бригады МЧС АР готовятся к отправке в Турцию в целях оказания помощи в тушении лесных пожаров и недопущения их дальнейшего распространения.

    Об этом сообщает пресс-служба МЧС Азербайджана.

    Азербайджанские пожарные в кратчайшие сроки отправятся в братскую республику.

  • Prezidentin tapşırığına əsasən FHN-in yanğınsöndürmə qüvvələrinin əməkdaşları Türkiyəyə gedir

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğınsöndürmə qüvvələrinin əməkdaşlarının Türkiyə Respublikasına yola düşməsi üçün hazırlıq işləri gedir.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, ən qısa zamanda qüvvələr qardaş Türkiyə Respublikasına yola düşəcək.

  • Mərkəzi Bankdan dollar alışına məhdudiyyətin qoyulması ilə bağlı AÇIQLAMA

    “Azərbaycanda son dörd ay ərzində valyuta seqmentində təklif tələbi üstələyir və buna görə də banklar valyutanı daha çox bazardan alırlar”.

    Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında nağd valyuta alışının tənzimlənməsi ilə bağlı mediada qaldırılan məsələyə münasibət bildirərkən deyib.

    O bildirib ki, ayrı-ayrı banklar və ya Mərkəzi Bank tərəfindən nağd valyuta alışı ilə bağlı tənzimləmənin həyata keçirilməsi məntiqi deyil:

    “Bütövlükdə valyuta bazarında qeyri-nağd seqmentdə olan situasiyanı dəyərləndirərkən qeyd etmək istərdim ki, əgər biz üzən məzənnə rejimində olsa idik, manatın məzənnəsini möhkəmləndirmək istiqamətində təzyiqlə üzləşməli olardıq. Lakin, Azərbaycanda belə bir şəraitdə Mərkəzi Bankın adından hər hansı bir administrativ tənzimlənmənin həyata keçirilməsi hesab edirik ki, qeyri-məntiqidir”.

    //oxu.az

  • Vəzifəli şəxsə məxsus şadlıq sarayı cərimələndi

    29 iyul 2021-ci il tarixində Xaçmaz rayonu, Armudpadar kəndi ərazisində fəaliyyət göstərən “Xoşbəxt məkan” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkar olunub.

    Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

    Bildirilib ki, yoxlama zamanı pandemiya dövrünün tələblərinə əsasən, xidmət göstərən işçi heyətin bəzilərinin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi və bir masa arxasında səkkiz nəfərdən artıq şəxsin əyləşdiyi məlum olub.

    Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub. Eyni zamanda ciddi qanun pozuntusuna yol verdiyinə görə həmin ictimai iaşə müəssisəsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti dövlət orqanlarına məlumat verilib.

    Qeyd olunur ki, “Xoşbəxt məkan” şadlıq sarayı vəzifəli şəxs Şahverdiyev Rəşad Sabir oğluna məxsusdur.

  • Türkiyədəki meşə yanğınlarından sonrakı qorxunc mənzərə – VİDEO

    Ötən gün Türkiyənin Muğla vilayətinin Şirinyer mahalında baş verən meşə yanğını havanın küləkli olması nəticəsində geniş əraziyə yayılıb.

    “Anadolu” agentliyi xəbər verir ki, yanğınsöndürənlər bütün gəcə boyu alovla mübarizə aparıblar.

    Son məlumata görə, bu ərazidə alov lokallaşdırılıb.

    Səhər saatlarında isə yanğının baş verdiyi meşə ərazisinin havadan dronla çəkilmiş görüntüləri yayımlanıb.

  • Водитель Baku Bus насмерть сбил пешехода

    В Баку произошло ДТП с участием маршрутного автобуса №125, принадлежащего ООО Baku Bus.

    Находившийся за рулем транспортного средства гражданин Грузии Нияз Гасымов (1966 г.р.) сбил пешехода – жительницу Баку Тарану Заманову (1962 г.р.).

    Женщина была госпитализирована, однако спасти ее жизнь не удалось.