Month: July 2021

  • Olimpiadanın koronavirus statistikası: 27 yeni yoluxma

    Tokioda keçirilən Olimpiya Oyunlarında koronavirusa daha 27 yoluxma qeydə alınıb.

    Bu barədə Olimpiya Oyunlarının təşkilat komitəsinin saytında bildirilib.

    Yoluxanlardan üçü idmançı olub. Olimpiadada bu günə qədər ümumilikdə 225 yoluxma qeydə alınıb.

  • Əhmədli qəsəbəsində daşınmayan məişət tullantıları ürəkbulandıran mənzərə yaradıb

    Xətai rayonu Əhmədli qəsəbəsində məişət tullantıları daşınmır.

    Bu barədə qəsəbənin Sarayevo 18 ünvanında yaşayan sakinlər məlumat verib.

    Bildirilib ki, Əhmədlidə məişət tullantıları üçün qablar qoyulsa da, təmizlənmir.

    Qalaqlanan zibillər daşınmadığı üçün ətrafda yaşayan insanlar kəskin qoxudan şikayətçidirlər.

  • Продолжается реконструкция ведущей к границе с Грузией автодороги

    Близятся к завершению работы по реконструкции автомобильной дороги местного значения Беюк Кесик – Аггель протяженностью 5 км в Агстафинском районе.

    Об этом сообщает Госагентство автодорог Азербайджана.

    Трасса, связывающая два населенных пункта, реконструируется в соответствии с IV технической категорией

    Ширина проезжей части дороги составляет 6 м, а каждой обочины – 2 м.

    В рамках реконструкции было выровнено дорожное полотно, в настоящее время ведутся работы по укладке асфальтового покрытия.

  • Gürcüstan sərhədi yaxınlığında avtomobil yolu yenidən qurulur

    Ağstafa rayonunda 5 km uzunluğa malik yerli əhəmiyyətli Böyük Kəsik-Ağgöl avtomobil yolunun yenidən qurulması artıq yekunlaşmaq üzrədir.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

    Bildirilib ki, dördüncü texniki dərəcəyə uyğun olaraq yenidən qurulan sözügedən yol 2 mindən çox əhalinin yaşadığı iki yaşayış məntəqəsinin rahat gediş-gəlişini təmin edəcək.

    Yolun layihə üzrə hərəkət hissəsi altı, çiyinlərin eni isə hər bir istiqamət üzrə iki metr təşkil edir.

    Uzun müddət əsaslı təmir edilmədən istismar olunduğundan yol geyimi və yolun əsası, həmçinin torpaq yatağı yuyulub, hərəkət hissəsində qabarmalar və çökmələr əmələ gəlib. Bu isə rahat və təhlükəsiz hərəkətə maneə yaradırdı.

    Yolun qabarmış və çökmüş hissələri qazılaraq çıxarılıb, qazılan hissələr doldurulub, yolun torpaq yatağı qaldırılıb və genişləndirilib, yararlı qrunt yayılıb və lay-lay kipləşdirilib.

    “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, hazırda yol boyu iri və xırda dənəli asfalt-beton qarışığından örtüyün alt və üst layının tikintisi aparılır.

  • Yüksək riskli qeyri-ərzaq malları ilə bağlı yeni qaydalar TƏSDİQLƏNİB

    Texniki tənzimləmə sisteminin yaradılması və fəaliyyətinin təmin edilməsi üzrə həyata keçirilən tədbirlər çərçivəsində Nazirlər Kabineti tərəfindən bir sıra qaydalar təsdiq olunub.

    İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib ki, yeni qaydaların tətbiqi insanların həyat və sağlamlığının, ətraf mühitin, əmlakın və dövlətin maraqlarının mühafizəsinin təmin edilməsinə, istehlakçıların hüquqlarının və qanuni maraqlarının müdafiəsinə, ticarətdə texniki maneələrin aradan qaldırılmasına və malların rəqabət qabiliyyətliyinin artırılmasına xidmət edəcək.

    Yeni qaydalara görə, qeyri-ərzaq mallarının təhlükəsizliyinin təmin edilməsi üçün risk əsaslı yanaşma tətbiq olunacaq. Sahibkarlar istehsal və ya idxal etdikləri aşağı və orta riskli qeyri-ərzaq mallarının təhlükəsizliyinə dair uyğunluq bəyannamələrini özləri tərtib edərək sərbəst satışı həyata keçirə biləcəklər. Yüksək risk qrupuna aid olan qeyri-ərzaq malları isə akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən yoxlanıldıqdan sonra onlara müvafiq sertifikatlar təqdim olunacaq.

    Qaydalara əsasən, müvafiq qurumlar və sahibkarlar uyğunluq sertifikatlarının və ya bəyannamələrinin tərtibi ilə əlaqədar qərar qəbul etdikləri gün bu barədə məlumatları İqtisadiyyat Nazirliyinə təqdim etməlidirlər. Nazirliyinin reyestrinə daxil edilən uyğunluq sertifikatları və ya bəyannamələri əsasında texniki sənədlərə və qeyri-ərzaq mallarının üzərinə Azərbaycan uyğunluq nişanı vurula bilər.

    Azərbaycan uyğunluq nişanı – AZC hərfləri (“Azerbaijan Conformity” Azərbaycan dilinə tərcümədə “Azərbaycan uyğunluğu”) ilə təqdim olunur.

    Qeyd edək ki, malların risk qruplarının təyin edilməsi meyarları barədə təkliflər İqtisadiyyat Nazirliyi tərəfindən Nazirlər Kabinetinə təqdim olunub.

  • По факту избиения полицейского пьяным депутатом проводится расследование

    Подтвердился факт избиения депутатом Милли Меджлиса Эльданизом Салимовым сотрудника полиции в Хачмазском районе и нанесения ему травм.

    Об этом в ответ на запрос Oxu.Az сообщили в пресс-службе МВД Азербайджана

    Было отмечено, что инцидент произошел в ночь на 29 июля на объекте общественного питания в поселке Набрань, принадлежащем родственнику депутата.

    “Э.Салимов создал конфликтную ситуацию с сотрудниками полиции, которые потребовали закрыть объект из-за нарушения правил карантинного режима. По данному факту проведено расследование, собранные материалы направлены в следственное управление Генеральной прокуратуры”, – сказали в пресс-службе.

    Ранее распространилась информация о том, что депутат в нетрезвом состоянии избил сотрудника отдела регистрации и удостоверения личности Хачмазского РОП Заура Мирзоева.

  • Deputatın sərxoş halda polisi döyməsi təsdiqləndi: Araşdırma başlanıldı

    Xaçmaz rayonunda millət vəkili Eldəniz Səlimovun polisi döyərək xəsarət yetirməsi faktı təsdiqlənib.

    Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirib.

    Bildirilib ki, insident iyulun 29-da gecə 00:00-dan sonra Xaçmaz rayonunun Nabran qəsəbəsi ərazisində deputat Eldəniz Səlimovun qohumuna məxsus iaşə obyektində qeydə alınıb:

    “O, karantin rejimi qaydalarına uyğun olaraq obyektin bağlanmasını tələb edən polis əməkdaşlarına etiraz edərək münaqişə yaradıb. Bu fakt üzrə tərəfimizdən araşdırma aparılıb və toplanmış materiallar Baş Prokurorluğunun İstintaq İdarəsinə göndərilib”.

    Qeyd edək ki, ötən gün millət vəkilinin sərxoş halda Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyməsi barədə məlumat yayılıb.

  • ÜST-dən koronavirusun dördüncü dalğası barədə AÇIQLAMA

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Yaxın Şərqdə və Şimali Afrikada koronavirusun dördüncü dalğasını qeydə alıb.

    Bu barədə “İnterfax” xəbər yayıb.

    “Yeni yoluxma hallarının və xəstəxanaya yerləşdirilən xəstələrin əksəriyyəti peyvənd olunmamış insanlardandır. İndi bölgədə COVID-19-un dördüncü dalğası qeydə alınır”, – deyə ÜST-nin Şərqi Aralıq dənizi Ofisinin rəhbəri Əhməd əl-Mandhari bildirib.

    Onun sözlərinə görə, bu bölgədə koronavirusun “Delta” ştammına daha çox yoluxma qeydə alınıb. Bu ştammla yoluxma halı Mərakeşdən Pakistana qədər Yaxın Şərq və Şimali Afrika bölgəsindəki 15 ölkədə müəyyən edilib.

  • В Загатале за нарушение карантинных правил оштрафованы арендаторы ресторанов

    Сотрудники Загатальского РОП выявили нарушения требований карантина на свадьбах, которые были организованы в двух ресторанах на территории района.

    Об этом сообщили в шекинской региональной группе пресс-службы МВД Азербайджана.

    Согласно информации, в расположенном на территории города ресторане Planet и находящемся в селе Мухах предприятии общественного питания Ruslan были организованы массовые мероприятия без регистрации на портале icaze.e-gov.az.

    В связи с выявленными нарушениями в отношении арендаторов указанных выше объектов Этибара Сулейманова (Ruslan) и Гахрамана Кяляшова (Planet) составлены протоколы, они были оштрафованы.

  • Restoran rəhbərliyi qaydaları pozduğuna görə CƏRİMƏLƏNDİ

    Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı bəzi restoranlarda təşkil edilən toy mərasimlərində karantin rejiminin tələblərinə riayət edilmədiyi aşkarlanıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhər ərazisində fəaliyyət göstərən “Planet” və rayonun Muxax kəndində yerləşən “Ruslan” restoranında keçirilən toy mərasimləri barədə məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi məlum olub.

    Aşkarlanan qayda pozuntuları ilə bağlı obyektlərin icarədarları Etibar Süleymanov (“Ruslan” restoranı) və Qəhrəman Kələşov (“Planet” restoranı) barəsində protokollar tərtib olunaraq cərimələniblər.