Month: July 2021

  • Ölkədə zərərlə fəaliyyət göstərən dörd bank bağlana bilər? – RƏSMİ

    “2021-ci ilin altı ayın yekunlarında Azərbaycanda 22 bank 372 milyon manat mənfəət əldə edib, 4 bank isə 6,5 milyon manat zərər edib”.

    Bu barədə Azərbaycan Respublikasının Mərkəzi Bankının baş direktoru Toğrul Əliyev zərərlə çalışan bankların maliyyə vəziyyətindən danışarkən deyib.

    O bildirib ki, dörd bankdan üçündə zərərin formalaşması əməliyyat zərəri ilə bağlı, bir bankda isə kredit portfeli üzrə ehtiyatların yaranması ilə bağlı olub:

    “Altı ayda zərərlə fəaliyyət göstərən bankların kapital mövqeyi və adekvatlığı üzləşdikləri risklərin absorbsiyası üçün yetərlidir. Onların maliyyə dayanıqlığı üçün hər hansı bir təhlükə yaratmır. Sadəcə olaraq banklar özlərinin fəaliyyətində pandemiya ilə əlaqədar kredit portfelinin keyfiyyəti, eyni zamanda fəaliyyətin optimizasiya ilə bağlı tədbirlər həyata keçiriliblər”.

    //oxu.az

  • Прогноз погоды в Азербайджане на 31 июля

    31 июля в Баку и на Абшеронском полуострове прогнозируется переменная облачность, временами будет пасмурно, ночью и утром местами непродолжительные дожди, ветер юго-восточный.

    Об этом сообщили в Национальной службе гидрометеорологии Министерства экологии и природных ресурсов Азербайджана.

    Температура воздуха на Абшероне составит ночью 22-25, днем – 28-33, в столице ночью – 23-25, днем – 31-33 градуса тепла.

    Атмосферное давление составит 757 мм ртутного столба, относительная влажность воздуха ночью – 60-70%, днем – 40-45%.

    Температура морской воды на пляжах в Сумгайыте и бакинских поселках Новханы, Пиршаги, Нардаран, Бильгя, Загульба составит 23-24, Тюркан, Говсан, Сахиль, Шых – 24-25 градусов выше нуля.

    Завтра вечером в некоторых горных районах Азербайджана ожидаются грозы, дожди, местами туман, восточный ветер.

    Температура воздуха ночью – 20-24, днем – 31-36, в горах ночью – 7-12, днем – 13-18 градусов тепла.

    Согласно медико-метеорологическому прогнозу, 31 июля на Абшеронском полуострове ожидаются слабые колебания метеорологических факторов, что в основном благоприятно для метеочувствительных людей.

    Синоптики предупреждают, что 1 августа на территории страны ожидаются нестабильные погодные условия, местами грозы, дожди, ливни, град. Также не исключается вероятность повышения уровня воды в реках, разливы некоторых горных рек могут привести к сходу селей.

  • Sabahın havası: Yağış yağacaq, şimşək çaxacaq

    Şənbə günü, iyulun 31-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.

    Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-25°, gündüz 28-33°, Bakıda gecə 23-25°, gündüz 31-33° isti olacaq.

    Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 %, gündüz 40-45 % olacaq.

    Abşeron çimərliklərində cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 23-24° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti olacaq.

    Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 20-24°, gündüz 31-36°, dağlarda gecə 7-12°, gündüz 13-18° isti olacaq.

    Avqustun 1-də ölkə ərazisində hava şəraitinin qısamüddətə qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

  • Nazirlik rəsmisi: “Tullantıların idarə edilməsi sahəsində köklü dəyişikliklərin edilməsinə zərurət var”

    “İstehsalat və məişət tullantıları haqqında” Qanuna və digər normativ-hüquqi aktlara uyğun olaraq tullantıların idarə edilməsinə, poliqonların idarəçiliyinə yerli idarəetmə orqanları, onların mənzil-kommunal idarələri cavabdeh və məsuldur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yalnız nəzarət funksiyasını yerinə yetirir”.

    Bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.

    O qeyd edib ki, aparılan nəzarət və inzibati tədbirlərlə yanaşı, dəfələrlə Sumqayıt Şəhər İcra Hakimiyyətinə və Mənzil-Kommunal idarəsinə tərəfimizdən müraciətlər olunub:

    “Ötən il Sumqayıt şəhər məişət tullantıları poliqonunda tullantıların düzgün idarə olunmamasına görə “Sumqayıt şəhər Təmizlik Departamenti” MMC-nin hüquqi şəxs qismində cərimə olunması üçün sənədlər Sumqayıt Şəhər Məhkəməsinə göndərilib.

    2021-ci ilin yeddi ayı ərzində isə “Sumqayıt şəhər Təmizlik Departamenti” MMC barəsində beş akt, iki inzibati protokol tərtib edilib və qərar çıxarılması üçün Sumqayıt Şəhər Məhkəməsinə müraciət olunub”.

    “Təəssüf ki, inzibati cəza tədbirləri ilə vəziyyət dəyişmir, sonsuzadək cərimə edilməsi də çarə deyil. Odur ki, yerli idarəetmə orqanları tərəfindən bu sahədə köklü dəyişikliklərin edilməsinə zərurət var”, – deyə o qeyd edib.

  • Türkiyədə meşə yanğınlarında təxribat və terror ehtimalını araşdıracaq xüsusi dəstə yaradılır

    Türkiyədə meşə yanğınları ilə bağlı polis və jandarm qüvvələrinin komandanlıqları tərəfindən xüsusi dəstə yaradılıb.

    Bu barədə “Haber Global” yazıb.

    Yaradılan dəstə yanğınlarda təxribat və terror ehtimalını araşdıracaq.

    Xatırladaq ki, Türkiyədə 28-30 iyul tarixləri arasında 71 meşə yanğını qeydə alınıb. Bunlardan 57-si nəzarət altına alınıb.

  • Azərbaycanda yaşayış yerini tərk edən koronavirus xəstələri barədə cinayət işi başlanıldı

    Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, COVID-19 testinin nəticəsi pozitiv olan Şamaxı şəhər sakini Fariz Mikayılova ev şəraitində müalicə təyin edilib və karantin qaydalarına riayət etməsi tapşırılıb.

    Lakin o, qaydaları kobud şəkildə pozaraq ictimaiyyət arasına çıxıb və virusun daha çox yayılmasına şərait yaradıb. Həmin şəxs polis əməkdaşları tərəfindən yaşadığı ünvana geri qaytarılıb.

    F.Mikayılov barəsində Şamaxı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə cinayət işi başlanılıb.

    Nazirliyin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) əməkdaşları tərəfindən koronavirus testinin nəticəsi pozitiv çıxan şəhər sakini Səyyar Əsgərovun ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı evi tərk etməsi aşkar edilib.

    Müəyyən edilən tibbi prosedurlar gözlənilməklə S.Əsgərov yaşadığı evə göndərilib, onun barəsində Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb.

  • В Азербайджане суточный прирост инфицированных коронавирусом составил 668 – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 668 новых случаев инфицирования коронавирусом, 178 человек вылечились и были выписаны домой.

    Об этом 30 июля сообщает оперативный штаб при Кабинете министров.

    За истекшие 24 часа от COVID-19 скончались три пациента.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 343 216 человек, 5 022 – скончались, 332 752 – вылечились, 5 442 – находятся в активной фазе лечения в больницах особого типа.

    В республике проведены 4 023 954 теста на COVID-19 (за последние 24 часа – 9 881).

  • Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı: Üç nəfər öldü – FOTO

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 668 yeni yoluxma faktı qeydə alınıb, 178 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından 3 nəfər ölüb.

    İndiyədək ölkədə ümumilikdə 343 216 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 332 752 nəfər müalicə olunaraq sağalıb, 5442 nəfər vəfat edib, aktiv xəstə sayı 5022 nəfərdir.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 881, ötən müddət ərzində isə ümumilikdə 4 023 954 test aparılıb.

    Qeyd edək ki, Azərbaycanda dünən koronavirusa 615 yoluxma faktı qeydə alınmışdı.

  • Vətəndaşla təcili tibbi yardım briqadası arasında qalmaqala RƏSMİ MÜNASİBƏT

    Bakının Binəqədi rayonunda vətəndaşlar təcili tibbi yardımdan şikayət edir.

    Bu barədə videogörüntülər sosial şəbəkədə paylaşılıb. Belə ki, söhbət Binəqədi rayonu 2-ci mədən, korpus 93 ünvanından gedir.

    Sözügedən ərazidə aparılan tikinti sökülüb. Vətəndaşlar söküntünün qanunsuz olduğunu və bu zaman ev sakinlərindən olan Şərqiyyə İbrahimova adlı şəxsin xəsarət aldığını deyirlər. Yaxınları qadının vəziyyətinin ciddi ola biləcəyindən, daxili qanaxmadan ehtiyat etdikləri üçün ciddi həkim müayinəsi tələb ediblər.

    İddiaya görə, əraziyə təcili tibbi yardım briqadası çağırılsa da həkimlər zərəçəkənin vəziyyəti barədə rəy vermək istəməyib.

    Məsələ ilə bağlı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, xəstə haqqında “rəy” vermək təcili yardım həkiminin səlahiyyətində deyil:

    “Çağırış və xəstənin diaqnozu ilə bağlı məlumat, hüquq mühafizə orqanları tərəfindən verilmiş rəsmi sorğu əsasında cavablandırılır”.

    Hadisə ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Quliyeva isə bildirib ki, qanunsuz tikililərlə mübarizə çərçivəsində ölkəmizin hər yerində olduğu kimi rayonumuzda da mühüm və təxirəsalınmaz tədbirlər həyata keçirilir:

    “Bakı şəhərində davam edən qeyri-qanuni tikinti prosesinin dayandırılması məqsədilə rayonumuzda da müvafiq qurumlarla birgə monitorinqlər işləri aparılır və bu proses mütəmadi olaraq davam etdirilir. Bu baxımdan sözü gedən tikili ilə əlaqədar da aidiyyəti qurumlarla birgə qanunamüvafiq tədbirlər görülmüşdür”.

  • Mərkəzi Bankın sədri manatın məzənnəsindən danışdı

    “Həftəlik tərəddüdlər manatın məzənnəsinə təsir göstərmir və göstərə də bilməz”.

    Oxu.Az-ın məlumatına görə, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında məlumat verib.

    O bildirib ki, Azərbaycanda hazırda dayanıqlı makroiqtisadi şərait var və ölkənin toplanmış valyuta ehtiyatları yaranmış ani tərəddüdlərin qarşısını almağa imkan verir:

    Hazırda valyuta bazarında təklif tələbi üstələyir. Biz ilin sonuna qədər də bu tendensiyanın davam getməsini gözləyirik. Yanvar ayını nəzərə almasaq ilin beş ayı ərzində orta tələb 55 milyon dollar səviyyəsində olub”.

    Elman Rüstəmov qeyd edib ki, ilin sonuna qədər manatın məzənnəsinə mənfi təsir edən amil və proqnoz yoxdur. Mərkəzi Bankın sədrinin sözlərinə görə, Azərbaycanda makroiqtisadi cəhətdən ortamüddətli sabitlik təmin edilib və bu məsələ Milli İnkişaf Prioritetlərinin də ən mühüm elementlərindən biridir.