Month: July 2021

  • У жителей Нафталана обнаружили “пати”

    Сотрудники горотдела полиции Нафталана задержали по подозрению в незаконном обороте наркотиков жителей города – ранее судимых Мушфига Аскерова и Рамина Зейналова, а также Азера Гасанова.

    Как сообщили в гянджинской региональной группе пресс-службы МВД, при личном обыске у них обнаружили и изъяли метамфетамин, который еще называют “пати”.

    По данному факту проводится расследование.

  • Naftalan sakinlərində “patı” aşkarlandı

    Naftalan Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilən şəxslər saxlanılıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, şəhər sakinləri Azər Həsənov, əvvəllər məhkum olan Müşfiq Əsgərov və Ramin Zeynalov şəhər ərazisində saxlanılaraq, Şəhər Polis Şöbəsinə gətirilib.

    Onların üzərində şəxsi axtarış keçirilən zaman narkotik vasitə olan “metamfetamin” aşkar edilərək götürülüb.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

  • В Уджарском районе наказали нарушивших карантинные правила организаторов свадеб

    Сотрудники Уджарского РОП выявили нарушения требований карантина на свадьбах, которые были организованы в частных домах в селах Рестедже, Газьян и Гараберк.

    Как сообщили в ширванской региональной группе пресс-службы МВД, число гостей, участвовавших в торжествах, было выше установленного лимита.

    Домовладельцы, допустившие нарушения, были проинформированы о действующих правилах и привлечены к административной ответственности.

  • Ev şəraitində toy qaydalarını pozanlar CƏRİMƏLƏNDİ

    Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Rəstəcə, Qazyan və Qarabörk kəndlərində yerləşən üç fərdi yaşayış evində keçirilən toy məclislərində pandemiya tələblərinin pozulduğu aşkarlanıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, toy məclislərində normadan artıq qonağın iştirak etdiyi məlum olub.

    Qayda pozuntularına yol verən ev sahiblərinə mövcud qaydalar haqqında geniş məlumat verilib və onlar inzibati qaydada məsuliyyətə cəlb olunublar.

  • Koronavirusun kişilərdə cinsi funksiyalara təsiri araşdırılıb

    İranlı bioloqlar SARS-CoV-2 virusunun kişilərdə reproduktiv funksiyalara təsirini araşdırıblar.

    Araşdırmanın nəticələri “Reproduction, Fertility and Development” jurnalında nəşr olunub.

    Məşhəd Tibb Elmləri Universitetindən Fatemeh Mohanazadə Fəlahinin rəhbərliyilə, alimlər koronavirusu orta ağır formada keçirmiş 20 kişi üzərində müşahidə aparıblar. Müəyyən olunub ki, COVID -19 çoxsistemli infeksiya olduğu üçün orqanizmin bir çox funksiyalarına, o cümlədən də cinsi funksiyalara mənfi təsir göstərir.

    Virus prostat vəzisi hüceyrələrinə daxil olaraq, kişi reproduktiv sağlamlığını təhdid edir. Lakin təxminən 120 gün sonra hüceyrələr COVID-in mənfi təsirini tam şəkildə neytrallaşdırır və bütün cinsi funksiyalar əvvəlki səviyyəsində bərpa olunur.

  • Alyaskada 8,2 ballıq zəlzələnin görüntüləri – VİDEO

    Alyaskada baş vermiş dəhşətli zəlzələnin görüntüləri yayılıb.

    Bu barədə Gazeta.ru yazıb.

    Zəlzələ baş verən zaman qeydə alınmış videoda zəlzələnin şiddətini açıq-aşkar müşahidə etmək olur.

    Xatırladaq ki, Alyaskada baş verən zəlzələ Şimali Amerikada 1964-cü ildən bu yana baş vermiş ən dəhşətli zəlzələ kimi yadda qalıb.

  • В Израиле разрешили вводить третью дозу вакцины от коронавируса

    Медики в Израиле с 1 августа начнут прививать третьей дозой вакцины против коронавируса американской компании Pfizer лиц старше 60 лет для усиления иммунитета против новых штаммов коронавируса.

    Об этом сообщает государственное израильское радио Kan, пишет ТАСС.

    По данным радиостанции, генеральный директор Минздрава Израиля Нахман Аш проинформировал в четверг учреждения системы здравоохранения, осуществляющие иммунизацию населения, что с 1 августа они могут предлагать уколы третьей дозой препарата Pfizer лицам старше 60 лет для предупреждения дальнейшего распространения штамма “дельта”.

  • İsrail təkrar vaksinasiyanı təsdiq edən ilk dövlətdir

    İsrailin Səhiyyə Nazirliyi vətəndaşların təkrar vaksinasiyası haqqında qərar qəbul edib.

    Bu barədə “Тimes of Israel” məlumat yayıb.

    Bildirilib ki, qərara əsasən, yaşı 60-dan yuxarı olan şəxslərə koronavirusa qarşı “Pfizer” peyvəndinin üçüncü dozası vurulacaq.

    Üçüncü dozanın vurulması üçün ikincinin qəbulundan beş ay ötməsi şərtdir.

    Qərarın icrasına avqustun 1-dən etibarən başlanacaq.

    Qeyd edək ki, İsrail vətəndaşlarına peyvəndin üçüncü dozasının vurulması barədə rəsmi qərar qəbul edən ilk dövlətdir.

  • Yerə ən yaxın ekzoplanet aşkar olunub

    Havay Universiteti Astronomiya İnstitutunun alimləri Yerə ən yaxın ekzoplaneti aşkar ediblər.

    Astronomlar qeyd edirlər ki, planet kifayət qədər gəncdir. O, 800 milyon il əvvəl formalaşıb.

    “Kokos-2b” adlı planet Yerdən 35 işıq ili məsafəsində yerləşir. O, “Kokos-2” ulduzu ətrafında dövr edir. Ulduz və planet arasındakı məsafə 6471 astronomiya vahidinə, yəni təxminən bir milyon kilometrə bərabərdir.

    Ekzoplanetdə orta temperatur Selsi şkalası ilə 160 dərəcədir. Onun kütləsi isə Yupiterin kütləsindən 6 dəfə böyükdür.

  • Skarlet Yohansson “Disney”i məhkəməyə verib

    Hollivudun populyar aktrisalarından olan Skarlet Yohansson “Disney” kinostudiyasını məhkəməyə verib.

    Bu barədə “The Wall Street Journal” məlumat yayıb.

    Aktrisa studiyanı “Qara dul” filminin onlayn nümayişi üzrə müqaviləni pozmaqda ittiham edib. Belə ki, filmin premyerası kinotertrlarla yanaşı, “Disney+” onlayn platformasında da təşkil olunub.

    Yohanssonun iddia ərizəsi Los-Anceles məhkməsində qeydiyyata alınıb. Ərizədə filmin premyerasının paralel olaraq onlayn yayımla baş tutacağı barədə müddəanın müqavilədə öz əksini tapmadığı bildirilib.

    Ekspertlərin fikrincə, onlayn yayım aktrisanın filmin kassa gəlirlərindən əldə edə biləcəyi vəsaiti 50 milyon dollar azaldıb.