Month: July 2021

  • Ekvatorial Qvineyada Fransa hərbi helikopteri içindəki hərbçilərlə birlikdə saxlanılıb

    Ekvatorial Qvineyanın Bata liman şəhərinə enən Fransa Silahlı Qüvvələrinə məxsus hərbi helikopter içərisindəki hərbçilərlə birlikdə saxlanılıb.

    Bu barədə yerli RTVGE telekanalı məlumat yayıb.

    Məlumata əsasən, helikopterin heyəti ölkənin hava məkanına icazəsiz daxil olmaqda, beynəlxalq aviasiya qaydalarını pozmaqda və milli təhlükəsizliyi təhdid etməkdə ittiham olunub.

    Qeyd edək ki, dünən Fransa məhkəməsi Ekvatorial Qvineya prezidentinin korrupsiyada günahlandırılan köməkçisi Teodorin Obianqın Fransadaki mülkiyyətinə həbs qoyulması barədə qərar qəbul edib.

  • Лига конференций: Определился очередной соперник “Карабаха”

    Определился соперник агдамского “Карабаха” по третьему отборочному раунду Лиги конференций УЕФА.

    Это кипрский клуб AEЛ, представляющий город Лимассол. Он победил албанскую команду “Влажния” во втором квалификационном раунде. В обеих встречах киприоты одержали вверх с минимальным счетом 1:0.

    Первую игру “Карабах” проведет с АЕЛ на выезде 5 августа, а ответный – 12 августа в Азербайджане.

    Отметим, что подопечные Гурбана Гурбанова по сумме двух игр обыграли израильский “Ашдод” – 0:0, 1:0.

  • Konfrans Liqası: “Qarabağ”ın üçüncü mərhələdəki rəqibi bəlli oldu

    “Qarabağ” klubunun UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

    Bu, Kiprin AEL komandasıdır. Limassol şəhərini təmsil edən kollektiv Konfrans Liqasının II təsnifat mərhələsində Albaniya “Vlajniya”sını üstələyib. “Vlajniya” həm səfərdə, həm də öz meydanında eyni hesabla uduzub – 0:1.

    “Qarabağ” AEL ilə ilk görüşünü avqustun 5-də səfərdə, cavab qarşılaşmasını avqustun 12-də evdə keçirəcək.

    Qeyd edək ki, Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv Konfrans Liqasının II təsnifat mərhələsində İsrail “Aşdod”unu iki oyunun yekununda yenib – 0:0, 1:0.

  • В Европе цена газа установила очередной рекорд

    В Европе спотовая цена газа установила очередной рекорд за последние три года вслед за ростом цен на газ в Азии. Об этом сообщает “Интерфакс-Украина”.

    Значение ближайшего к спотовым котировкам срочного контракта – сентябрьского фьючерса на индекс газового хаба TTF на ICE Futures превысило 500 долларов за тысячу кубометров (510 долларов за тысячу кубов, или 40,79 евро за тысячу кВт.ч).

    Накануне на торгах спотовый контракт на TTF закрылся на отметке 484 доллара за тысячу кубометров.

    Показатель является максимальным за последние три с половиной года – с начала марта 2018 года. Тогда в Европе бушевал холодный фронт The Beast from the East, и цена взлетала до 1 000 долларов за тысячу кубометров.

  • Avropada təbii qazın qiymətində yeni rekord qeydə alınıb

    Avropada mavi yanacağın qiyməti artmaqda davam edir.

    “İnterfaks Ukrayna” məlumat verir ki, sentyabr fyuçerslərinin dəyəri artıq hər min kubmetrə görə 510 dollara çatıb ki, bu da 2018-ci ilin mart ayından bəri qeydə alınan ən yüksək qiymətdir.

    Qeyd edək ki, dünən Asiya birjalarında da təbii qazın sentyabr ayı üçün olan qiyməti xeyli artaraq 539 dollaradək yüksəlib. 2022-ci ilin fevral fyuçersləri isə 594 dollar/1000 kubmetr təşkil edib.

    Analitiklər Avropa ticarət meydançalarındakı qiymət artımını Asiya trendinin davamı olaraq dəyərləndirirlər.

  • Azərbaycan Türkiyəyə yardımla bağlı 500 nəfərlik şəxsi heyət və helikopterlər göndərir

    İyulun 30-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub.

    Telefon danışığı əsnasında Türkiyədə davam edən meşə yanğınları ilə əlaqədar bildirilib ki, Azərbaycan hər zaman olduğu kimi, bu çətin məqamda da qardaş ölkənin yanındadır. Meşə yanğınları ilə mübarizədə Azərbaycanın Türkiyəyə hər cür yardım göstərməyə və bunun üçün bütün lazımi qüvvələri səfərbər etməyə hazır olduğu vurğulanıb.

    Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq tapşırıq və göstərişlərinə əsasən Fövqəladə Hallar Nazirliyinin 500 nəfərdən ibarət şəxsi heyəti, helikopterlər, həmçinin digər lazımi avadanlıq və ləvazimatlar ən qısa zamanda qardaş Türkiyəyə göndəriləcək.

  • “Azərkosmos”un ölkəyə gətirdiyi gəlir artıb – FOTO

    2021-ci ilin birinci yarısında “Azərkosmos” ASC tərəfindən dünyanın 31 ölkəsinə 22 milyon ABŞ dolları dəyərində xidmət ixrac edilib.

    Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin iyul sayında məlumat verilib.

    2020-ci ilin ilk altı ayı ilə müqayisədə xitmət ixracından əldə edilən gəlir iki faiz artıb.

    2021-ci ilin yanvar-iyun ayları ərzində “Azərkosmos” ASC-nin peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri ixracı etdiyi ölkələrin siyahısında ilk beşlikdə ABŞ (5,1 milyon ABŞ dolları), Birləşmiş Krallıq (5,1 milyon ABŞ dolları), Fransa (4,8 milyon ABŞ dolları), Malayziya (3,6 milyon ABŞ dolları) və BƏƏ (878 min ABŞ dolları) qərarlaşıb.

    “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 90 faizini təşkil edib.

    Təkcə iyun ayında isə “Azərkosmos” ASC dünyanın 24 ölkəsinə 2,6 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

  • Baş bankirdən faiz dəhlizi ilə bağlı QƏRAR

    Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 6,25 faiz səviyyəsində sabit saxlanılması haqqında qərar qəbul edib.

    Bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında məlumat verib.

    Faiz dəhlizinin aşağı həddi 5,75 faiz, yuxarı həddi isə 6,75 faizlik diapazonda müəyyənləşdirilib.

    //oxu.az

  • Dəmir yolu vağzalında qadın bıçaqlanaraq öldürüldü

    Xaçmazda dəmir yolu vağzalı ərazisində qadın meyiti tapılıb.

    “Report”un Şimal bürosunun verdiyi məlumata görə, 1987-ci il təvəllüdlü Könül Nadir qızı Bayramova olduğu məlum olub.

    Onun döş qəfəsinə və sağ qoluna bir neçə xəsarət yetirildiyi bildirilir.

    Hadisəni törətməkdə şübhəli bilinən şəxsin artıq Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanıldığı bildirilir.

    Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda cinayət işi açılıb.

  • Сменился сопредседатель Минской группы ОБСЕ от России

    Сопредседателем Минской группы ОБСЕ от России вместо занимавшего этот пост с 2010 года Игоря Попова стал Игорь Ховаев.

    Это следует из опубликованного на сайте МГ ОБСЕ заявления сопредседателей по поводу ситуации на армяно-азербайджанской границе, которое дано от имени Стефана Висконти (Франция), Эндрю Шефера (США) и Игоря Ховаева (Россия).

    Официальных комментариев на эту тему пока нет.

    Отметим, 59-летний Игорь Ховаев занимал пост посла РФ на Филиппинах в 2015-2020 годах.