Month: July 2021

  • Prezidentin tapşırığı ilə Türkiyəyə Azərbaycandan yardım dəstələri göndəriləcək

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına müvafiq olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyəyə Azərbaycandan yardım dəstələri göndəriləcək.

    Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

    Prezidentin köməkçisi deyib: “Bununla əlaqədar olaraq, Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Baş nazirinə və Fövqəladə Hallar Nazirliyinə lazımi tapşırıqlar və göstərişlər verilib. Müvafiq dövlət qurumları Türkiyədən olan tərəf müqabilləri ilə əlaqə qurub və ən qısa zamanda yardım dəstələri qardaş ölkəyə yola düşəcək”.

  • Bakıda 71 yaşlı kişinin meyiti aşkarlanıb

    Bakıda mənzildə 71 yaşlı kişinin meyiti aşkarlanıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Nərimanov rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

    Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1951-ci il təvəllüdlü Quliyev İftixar Mustafa oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

  • Azərbaycan millisinin hücumçusu Portuqaliya klubuna keçib

    Azərbaycan millisinin və İngiltərənin “Vulverhempton” komandasının futbolçusu Renat Dadaşov karyerasını Portuqaliyada davam etdirəcək.

    “Report” xəbər verir ki, 22 yaşlı hücumçu bu ölkənin “Tondela” klubuna keçib. O, növbəti mövsümü icarə əsasında bu komandada keçirəcək.

    Keçidi ilə bağlı yeni klubunun rəsmi saytına danışan gənc forvard meydana çıxmaq üçün səbirsizləndiyini bildirib: “Karyeramdakı bu addımdan razıyam. Ailəm və dostlarımla danışdım. Bu variantın mənim üçünb ideal olduğunu başa düşdüm”.

    Qeyd edək ki, “Vulverhempton”la 2023-cü ilin yayınadək müqaviləsi olan Renat Dadaşov daha əvvəl Portuqaliyada “Eştoril” və “Pakuş de Ferreyra” klublarının da formasını geyinib.

  • Kürdəmirdə gənc qız intihara cəhd edib

    Kürdəmirdə intihara cəhd hadisəsi olub.

    “Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Karrar kəndində qeydə alınıb.

    Belə ki, kəndin 23 yaşlı sakini Aslanova Aytac Cəlal qızı yaşadığı evdə sirkə turşusu içərək, özünə qəsd etmək istəyib. O, yaxınları tərəfindən Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Konfrans Liqası: “Qarabağ” növbəti mərhələyə vəsiqə qazanıb

    Qarabağ” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxıb.

    “Report”un məlumatına görə, Ağdam təmsilçisi İsraildə “Aşdod”un qonağı olub. Görüş “köhlən atlar”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

    Qurban Qurbanovun baş məşqçi olduğu komanda qarşılaşmaya erkən qolla başlayıb. 6-cı dəqiqədə Xayme Romeronun sağ cinahdan cərimə meydançasına ötürməsini Filip Ozobiç dəqiq zərbə ilə tamamlayıb. 23-cü dəqiqədə “Qarabağ”ın müdafiəçisi Rahil Məmmədov zədələnərək, meydanı tərk edib. Onun yerinə meydana İsmayıl İbrahimli daxil olub. İlk yarıda başqa qol olmayıb və ağdamlılar fasiləyə minimal hesablı üstünlüklə yollanıb. İkinci hissədə də üstünlük “Qarabağ”ın tərəfində olsa da, hesab dəyişməyib.

    Bakıdakı ilk matçda qolsuz heç-heçə qeydə alındığından, səfərdə qazanılan qələbə “Qarabağ”ı III raunda yüksəldib. Ağdam təmsilçisinin növbəti mərhələdəki rəqibi AEL (Kipr) / “Vlajnia” (Albaniya) cütünün qalibi olacaq. “Qarabağ” ilk oyununu səfərdə keçirəcək.

    Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları 5 – 12 avqustda olacaq.

  • 280 Çinli üzgüçü bir saatda iki qızıl medal qazandı

    Tokio-2020 Yay Olimpiya Oyunlarında çinli Çjan Yuyfey üzgüçülükdə bir saat ərzində iki qızıl medal qazanıb.

    Bu barədə Gazeta.ru xəbər yayıb.

    23 yaşlı atlet 200 metrlik “butterfly” finalında qalib gəldikdən bir saat sonra 4×200 metr sərbəst estafetində qızıl qazanıb.

    Bundan başqa Yuyfey Tokioda 100 m “butterfly” məsafəsində gümüş medal qazanıb.

    Qeyd edək ki, Çin Tokio Oyunlarının medal sıralamasında liderdir.

  • Bakıda 71 yaşlı kişinin meyiti aşkarlanıb

    Bakıda mənzildə 71 yaşlı kişinin meyiti aşkarlanıb.

    Bu barədə “Report” Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

    Nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1951-ci il təvəllüdlü Quliyev İftixar Mustafa oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

  • Türkiyədə meşə yanğınları qismən nəzarət altına alınıb

    Türkiyənin kənd və meşə təsərrüfatı naziri Bəkir Pakdəmirli, xarici işlər naziri Mövlud Çavuşoğlu, ətraf mühit və şəhərçilik naziri Murad Kurum Antalyanın Manavqat ilçəsindəki Meşə Yanğını İdarəetmə Mərkəzində birgə mətbuat konfransı keçiriblər.

    “Anadolu” xəbər verir ki, tədbirdə açıqlanan məlumata əsasən, hazırda 3 təyyarə, 38 helikopter, 472 digər texnika və 4 min şəxsi heyət yanğınlarla mübarizəyə cəlb edilib.

    Qeyd olunub ki, aktiv olan 53 meşə yanğınından 26-sı artıq nəzarət altına alınıb.

    Həmçinin, yanğınlar nəticəsində üç nəfərin öldüyü, 180 vətəndaşın zərər gördüyü bildirilib.

  • Ərdoğan: “Türkiyə yanğınla mübarizə üçün bütün imkanlarını səfərbər edib”

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan meşə yanğınları ilə bağlı vəziyyəti daim nəzarəti altında saxlayır.

    Bu barədə ölkənin Prezident Administrasiyasından verilən məlumatda bildirilib.

    Qeyd olunub ki, dövlət başçısı ərazidə olan nazirlərlə tez-tez əlaqə saxlayır, yanğınların nəzarət altına alınması üzrə aparılan işlər barədə məlumat alır.

    “Həyatını itirən vətəndaşlara Allahdan rəhmət diləyən Prezident Ərdoğan yanğınların nəzarət altına alınması və tamamilə söndürülməsi üçün dövlətin bütün imkanlarını səfərbər etdiyini vurğulayıb, yaraların sarılması üçün vətəndaşların yanında olduğunu ifadə edib”, – deyə məlumatda bildirilib.

  • Xərçəngin ən yaxşı profilaktikası – Qızardılmış pomidor

    Pomidor likopinlə zəngindir. Bu maddə güclü xərçəng əleyhinə təsirə malikdir. Həmçinin likopin ürək-damar sistemi xəstəliklərinin riskini azaldır.

    Median saglamolun.az-a istinadən bildirir ki, pomidorda olan likopinin miqdarı termik emaldan sonra xeyli artır. Eyni zamanda yağlarla birlikdə yedikdə likopin orqanizm tərəfindən daha yaxşı mənimsənilir.

    Bütün bunları nəzərə alaraq mütəxəssislər pomidoru yağda bir qədər qızardıb yeməyi tövsiyə edirlər.

    Ən faydalı göyərtilərdən biri olan ispanaq da termik emaldan sonra daha faydalı olur, onun tərkibində olan kalsium, maqnezium və dəmir daha yaxşı mənimsənilir.