Month: July 2021

  • Almaniyada hava limanında bıçaqlı hücum olub, bir nəfər yaralanıb

    Almaniyanın Düsseldorf şəhərinin hava limanında əli bıçaqlı şəxsin insanlara hücumu nəticəsində bir nəfər yaralanıb.

    Bu barədə Almaniya Federal polisi bildirib.

    Məlumata görə, hadisə hava limanının avtomobil dayanacağında baş verib.

    Bıçaqla hücum edən şəxs hadisə yerindən qaçıb. Onun tutulması ilə bağlı axtarış-əməliyyat tədbiri keçirilir.

    Yaralı hospitala yerləşdirilib.

    ///Report

  • Beyləqanda 16 yaşlı oğlan kanalda batıb

    16 yaşlı gənc su kanalında batdı.

    Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, “112” qaynar telefon xəttinə Beyləqan rayonu, Əmirzeydli kəndində 2005-ci il təvəllüdlü Bəbirov Əli Nadir oğlunun su kanalında batması barədə məlumat daxil olub.

    Hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

    Əlavə məlumat veriləcək.

  • Главное управление по борьбе с наркотиками создало учетные записи в социальных сетях

    Главное управление по борьбе с наркотиками Министерства внутренних дел Азербайджана создало учетные записи в ряде социальных сетей.

    Как сообщили в МВД, теперь пользователи смогут знакомиться с результатами ежедневной деятельности управления из “первых рук”, а также с другой информацией.

    Представляем вам линки учетных записей Главного управления по борьбе с наркотиками в соцсетях:

    Facebook

    Instagram

    Youtube

    Telegram

  • В Агдаме начаты работы по разведке подземных и поверхностных вод

    В процессе строительства “умного города” в Агдамском районе началась разведка подземных и поверхностных вод.

    Как сообщает во вторник Trend, об этом сказал начальник Национальной службы георазведки Министерства экологии и природных ресурсов Азербайджана Али Алиев.

    По его словам, в Агдаме имеются как поверхностные, так и подземные воды.

    “Поверхностные воды питаются из Хачинчая и Гаргарчая. Среднегодовой расходы воды Хачинчая составляет 1,7 кубометра в секунду, Гаргарчая – 1,28 кубометра в секунду. Этого может быть недостаточно для строительства сети питьевого водоснабжения и орошения в городе Агдаме, население которого составит 100 000 человек. Поэтому предполагается использование и подземных вод в качестве альтернативного источника.

    Агдам расположен на территории Карабахского водного месторождения, годовой ресурс которого составляет 1,9 миллиарда кубометров. Эту воду можно использовать для снабжения Агдама питьевой водой, а также подавать в оросительную сеть для полива около 20 000 гектаров земли. Хотя артезианские скважины требуют больших энергетических затрат, они будут использоваться, так как воды в таких источниках постоянны, динамичны и безопасны.

    Для подачи воды в Агдам ОАО “Азерсу” будет использовать два водозабора с суммарным ресурсом 40 кубометров в секунду, построенных на основе новых проектов. Для этого уже пробурены разведочные скважины. При этом, к 1990 году в восточной части Агдама было пробурено более 752 скважины, и хотя техническое состояние некоторых из них ухудшилось, обсуждается вопрос их восстановления и ввода в эксплуатацию.

    В целях снижения энергопотребления артезианских скважин обсуждается использование солнечной энергии. Думаю, что при восстановлении Агдамского района будут использованы грунтовые и поверхностные воды. Этот район обладает такими водными ресурсами, что водой можно будет снабжать и другие регионы”, – добавил Али Алиев.

  • Bəzi rayonlarda suvarma suyunun verilməsinə limit qoyuldu

    Bütün dünyada olduğu kimi, respublikamızda da qlobal istiləşmə ilə əlaqədar su ehtiyatlarının azalması müşahidə edilir.

    Modern.az xəbər verir ki, bunu “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Suvarma sistemlərinin istismarı şöbəsinin əməkdaşı Qulu Kərimov deyib.

    O bildirib ki, ölkədə su ehtiyatlarının qıtlığı, onların bölgələr üzrə qeyri-müəyyən paylanması və əsas əkinçilik bölgələrində torpaqların şoranlaşmağa meyilli olması qurumu zəruri tədbirlər görməyə sövq edib:

    “Hazırda bütün çətinliklərə baxmayaraq, “Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən kənd təsərrüfatı bitkilərinin tələbata uyğun olaraq vaxtında suvarma suyu ilə təmin edilməsi üçün müvafiq tədbirlər görülür. Mingəçevir su anbarında ötən ilə nisbətən 1 milyard kubmetr su yığılıb. Lakin bizim əsas çətinliyimiz Araz su anbarının yerləşdiyi zonadadır. Bu çətinliklərin aradan qaldırılması üçün ASC tərəfindən respublikanın əsas su kanalları olan Yuxarı Şirvan, Yuxarı Qarabağ kanalında suyun bölüşdürülməsi tam nəzarətə götürülüb və hər bir rayona suyun verilməsi ilə bağlı limit qoyulub. Eyni zamanda, Kür çayının aşağı zonasında yerləşən Neftçala və Salyan rayonlarında yaranmış çətinliklərin aradan qaldırılması üçün Mingəçevir su anbarının aşağısında yerləşən nasos stansiyalarına limitlər qoyulub və buna ciddi riayət olunmaqla adı çəkilən rayonlara suyun verilməsi təmin olunub”.

    “Həmçinin, su itkilərinin qarşısının alınması məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar İnkişaf Mərkəzləri və cəmiyyətin yerli istismar idarələri ilə birlikdə ötən ildən başlayaraq su istifadəçiləri arasında suyun ədalətli bölüşdürülməsi üçün suvarma qrafikləri tərtib edilib. Su istifadəçiləri ilə razılaşdırılan bu qrafiklər Kənd Təsərrüfatı Nazirliyinin rəsmi saytında yerləşdirilib. Su istifadəçiləri sayta daxil olaraq həmin qrafikə əsasən su növbələri barədə məlumat əldə edə bilərlər. Eyni zamanda, bu qrafiklər payızlıq və yazlıq əkin sahələri üçün də tərtib olunub. Respublikanın 53 regionu üzrə belə qrafiklər mövcuddur”.

    Q.Kərimov onu da əlavə edib ki, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020 – 2022-ci illər üçün tədbirlər planının icrası çərçivəsində fəaliyyət istiqamətlərinə uyğun olaraq sudan nəzarətdən kənar istifadənin qarşısının alınması, inventarlaşmanın aparılması, uçotun təkmilləşdirilməsi üçün təxirə salınmaz tədbirlər görülməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin tapşırığı ilə cəmiyyətin yerli istismar idarələri tərəfindən su obyektlərinə su götürən bütün qurğu və avadanlıqların monitorinqi aparılıb:

    “Su götürən obyektlər dəqiqləşdirilib və ETSN-in Dövlət Ekoloji Ekspertiza Agentliyinə icazə alınması üçün müraciət olunub. Nəticədə cəmiyyət tərəfindən 996 ədəd nasos stansiyası və eyni zamanda, kanallar vasitəsilə götürülən su ilə bağlı icazə sənədi alınıb. Hazırda yeraltı su ehtiyatlarından istifadəyə dair icazə sənədlərinin hazırlanması üçün artezian və subartezianlar vasitəsilə götürülən suların müəyyən edilməsi üçün onların yerlərdə koordinatları müəyyənləşdirilib. Sugötürmə qabiliyyəti və il ərzində götürülən su barədə məlumatlar ESTN-in Dövlət Ekoloji Ekspertiza Agentliyinə təqdim olunub. Yaxın günlərdə həmin yeraltı su obyektlərindən götürülən su üçün də icazə sənədlərin alınması həyata keçiriləcək”.

    Qurum rəsmisi bildirib ki, Arazboyu zonada su təminatında yaranan çətinliyin aradan qaldırılması üçün Mingəçevir su anbarından Yuxarı Qarabağ kanalı vasitəsilə Bəhramtəpə hidroqovşağına saniyədə 25 kub metrdən artıq suyun verilməsi təmin edilib:

    “Respublikada suvarılan torpaqlara xidmət edən 52 min kilometrə yaxın suvarma kanallarının 73 faizi torpaqməcralı, 5900 kilometri beton üzlüklü, 1514 kilometri nov kanalları, təqribən 6000 kilometrdən artığı isə qapalı boru kəmərləridir. Hər il cəmiyyətə ayrılmış vəsait hesabına su itkilərinə səbəb olan torpaqməcralı kanalların həcminin azaldılması üçün investisiya əsaslı təmir tədbirləri həyata keçirilir. Yeni nov kanalları çəkilir, beton üzlüklü kanalların yaradılması təmin edilir”.

    Qulu Kərimovun sözlərinə görə, cari ildə payızlıq əkin üzrə suvarma başa çatdırılıb:

    “530 min hektardan artıq sahədə dənli bitkilər iki dəfədən artıq suvarma suyu ilə təmin edilib. Bundan əlavə, respublikanın strateji əhəmiyyətli məhsul istehsalında böyük rol oynayan pambıq 100 min hektardan artıq sahədə əkilib. Həmin ərazilərin birinci suvarılması başa çatdırılıb, hazırda ikinci, vegetasiya suvarılması həyata keçirilir. Bundan başqa, 400 min hektardan artıq yem bitkilərinin, 70 min hektara yaxın bostan bitkilərinin, 140 min hektardan artıq illik əkmələrin və 150 min hektara yaxın həyətyanı sahələrin suvarma işləri davam etdirilir”.

  • Дашнаки – бич Армении: “Всевозможные средства” как верный путь к гибели

    Внутриполитическая нестабильность в Армении продолжает наполняться новыми штрихами. Победа правящей силы на досрочных парламентских выборах вызвала еще большее озлобление со стороны ее непримиримых противников, пишет Caliber.az.

    И, судя по всему, радикальная оппозиция, сгруппировавшаяся преимущественно в возглавляемом экс-президентом Робертом Кочаряном блоке “Армения”, потеряв надежду на приход к власти мирным путем, намерена постоянно эскалировать напряженность, в том числе и угрозами немирной борьбы с правительством Никола Пашиняна.

    Показательно в этом смысле заявление входящей в блок “Армения” партии “Дащнакцутюн”, выразившей готовность, в том числе и в целях “признания независимости Карабаха”, “продолжить борьбу за устранение предательских властей с использованием всевозможных средств политической борьбы”. Какими могут быть эти “всевозможные средства”, убедительно свидетельствует весь кровавый путь дашнакской партии, которая еще в начальный период своей деятельности, в конце XIX века, провозгласила своим “средством борьбы” использовать террор. Причем первейшими мишенями дашнаков стали сами армяне – “изменники и предатели”, служившие Османскому государству. Это уже потом дашнаки взяли на прицел неармянских деятелей Османской Турции и даже Российской империи, которая на фоне революционных событий 1905-1907 годов стала прибегать к репрессивным мерам в отношении дашнаков-террористов. В ответ, дашнаки отплатили убийствами бакинского губернатора князя Михаила Накашидзе и многих высокопоставленных полицейских чиновников.

    Кровавый след дашнаков прошелся и по жизням выдающихся деятелей Азербайджанской Демократической Республики. Жертвами террористической стратегии, принятой в октябре 1919 года на съезде партии “Дашнакцутю”, стали убитые уже после падения АДР Фатали Хан Хойский, Гасан бек Агаев, Бехбуд Хан Джаваншир – великие сыны Азербайджана, вся “вина” которых состояла в их противодействии реализации “великоармянской” идеи…

    Создание “Великой Армении от моря до моря” – краеугольный элемент дашнакской идеологии. На ее алтарь принесены жизни сотен тысяч невинных людей – азербайджанцев, турков, самих армян… В 1985 году Всемирный конгресс “Дашнакцутюн” принял платформу, подтвердившую в качестве “основной политической цели” партии создание “независимой и единой Армении”, включающей в свой состав восточные области Турции, азербайджанские Нахчыван и Карабах, грузинскую Джавахетию. Спустя два года, пользуясь запущенным горбачевской перестройкой процессом распада Советского Союза, дашнаки – “авангард” армянского национализма – внесли свой “весомый вклад” в развязывание кровавого карабахского конфликта.

    Чем закончился этот конфликт – хорошо известно. 44-дневная война положила конец армянской оккупации азербайджанских территорий, и сокрушенная Армения погрузилась в тяжелейший кризис, преодолеть который, похоже, не удалось и посредством проведения досрочных выборов. Одной из проигравших на них сил стали дашнаки, грозящие теперь “капитулянтским” властям “использованием всевозможных средств политической борьбы”. Можно не сомневаться, что приведение подобных угроз в исполнение лишь еще больше “обагрит” армянскую жизнь. Причем не только во внутриполитическом смысле…

    Понятие “дашнакизм”, выходящее за рамки деятельности конкретной партии, олицетворяет, по сути, тот гибельный путь, которым пошел армянский народ, восприняв некогда идеалы и целевые установки преступной националистической организации. Атрибуты этого “пути” – агрессия, насилие, территориальные претензии к соседним народам и странам – ассоциируются, прежде всего, с политической платформой и практической деятельностью дашнаков. “Армянский путь” и “дашнакизм” сплелись воедино. Более того, “дашнакизм”, включающий в себя и бессменный принцип “всевозможных средств”, фактически превратился в государственную идеологию Армению, что обернулось для страны самыми катастрофическими последствиями. И теперь ее дальнейшая участь зависит от того, пойдет ли она и дальше на поводу у “партийных” и “сущностных” дашнаков. Ибо только последние в своих безумных, не соответствующих реалиям и собственным возможностям, устремлениях могут еще рассчитывать на то, что их реваншистские “виды” на азербайджанский Карабах, в духе некогда сформированного ими агрессивного политико-идеологического тренда Армении, не доведут ее до окончательной гибели.

  • “Dinamo”nun kapitanı: “Neftçi” ilə oyun çətin keçəcək”

    “Baş məşqçimiz bizi rəqib komandanın oyun üslubu və hər bir futbolçusu ilə tanış edib”.

    Bunu Gürcüstanın “Dinamo” komandasının kapitanı Giorgi Papava evdə “Neftçi” ilə keçirəcəkləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

    28 yaşlı yarımmüdafiəçi oyunun çətin keçəcəyini bildirib: “Nəticəni indidən demək olmaz. Hər şeyi meydanda görəcəyik”.

    Qeyd edək ki, iyulun 7-də Boris Payçadze adına “Dinamo Arena”da keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

  • Yol polisi sürücülərə və avtomobil sahiblərinə müraciət etdi

    Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrində yanğın təhlükəsizliyi ilə əlaqədar sürücülərə və avtomobil sahiblərinə müraciət edib.

    BDYPİ-dən daxil olan müraciətdə deyilir:

    “Müşahidələrimiz göstərir ki, bəzən fərdi minik avtomobillərinin, xüsusilə ümümi istifadədə olan avtobusların elektrik sistemindəki texniki nasazlıq səbəbindən və yaxud yol qəzası zamanı nəqliyyat vasitələrində yanğın hadisəsi başlayır və həmin vaxt avtomobildə odsöndürən olmadığına görə alovun qarşısını vaxtında almaq mümkün olmur ki, bu da ağır fəsadlarla nəticələnir.

    Nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi zamanı odsöndürənin olması tələb edilsə də, bəzi şəxslər buna laqeyd yanaşaraq yalnız avtomobillərini texniki baxışdan keçirməkdən ötrü odsöndürəni haradansa əldə edib, sonra isə geri qaytarırlar. Buna görə də lazım olan məqamda nəqliyyat vasitəsində odsöndürən olmur”.

    Qeyd olunanları nəzərə alaraq, DİN-in Baş Dövlət Yol Polisi İdarəsi sürücülərdən və nəqliyyat vasitələri sahiblərindən xahiş edir ki, özlərinin və sərnişinlərin təhlükəsizliyinin təmin olunması məqsədilə avtomobillərinin texniki sazlığına mütəmadi nəzarət etsinlər, eləcə də baş verə biləcək yanğın hadisələrinin qarşısının vaxtında alınması üçün nəqliyyat vasitələrində odsöndürənin olmasını mütləq təmin etsinlər.

  • Bu içməli suları almayın – İyrənc mənzərə – FOTO

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

    AQTA-dan verilən məlumata görə, agentlik əməkdaşları tərəfindən Bərdə rayonu, Bahadur Hacıyev küçəsi 61 ünvanında fəaliyyət göstərən fiziki şəxs Cəfərquliyev Elmir Əhməd oğluna məxsus qablaşdırılmış içməli su istehsalı müəssisəsinə baxış keçirilib.

    Yoxlama zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik qaydalara, eləcə də qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi aşkarlanıb.

    Belə ki, müəssisədə xammalların və hazır məhsulların saxlama rejimlərinə riayət edilmədiyi, həmçinin çalışan işçi heyətin dövri tibbi müayinədən keçirilmədən fəaliyyət göstərdiyi müəyyən edilib.

    Məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.

    AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.

  • Dövlətin mediaya dəstəyi kimləri və niyə narahat edir?

    Azərbaycan dövləti media sahəsində əsaslı islahatlar həyata keçirmək və bu sahədə illərlə “betonlaşan” qüsurları aradan qaldırmaq üçün ortaya ciddi iradə qoyub. Bu istiqamətdə bir neçə praktiki və əhəmiyyətli addımlar da atılıb. Media İnkişaf Agentliyinin (MEDİA) yaradılması dövlətin xoşməramlı və cəmiyyətə açıq niyyətinin göstəricisidir. Qısa müddət ərzində MEDİA-dan əlahiddə addımlar gözləmək məntiqsizlik olardı. Çap və onlayn media subyektlərinə maliyyə yardımının ayrılması ilə bağlı müsabiqənin nəticələri elan olunandan sonra MEDİA-ya qarşı “iradlar” səsləndirilir. Heç kim haqlı və obyektiv iradlardan qaçmır və ortada tənqidlərdən nəticə çıxarmamaq kimi bir niyyət də yoxdur.

    Ancaq SOROS fondunun Azərbaycanda əsas siması sayılan “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin “iradları” xüsusi şəkildə seçilir. Çünki onun MEDİA ilə bağlı səsləndirdiyi tənqidlərin əsas hədəfi dövlətin informasiya siyasəti deyil, elə birbaşa dövlətin özüdür. M.Əliyev nə elədiyini bilən, ağıllı adamdır, bu baxımdan, onun tənqidləri nə qədər əsassız və primitiv kökdə olsa da, fikirlərindəki əsas məqsəd və məramı tutmaq lazımdır.

    Qısa HAŞİYƏ: Mehman Əliyev 2010-cu ilin iyun ayında SOROS fondunun (Açıq Cəmiyyət İnstitutu) Azərbaycandakı rəhbəri təyin olunub. Ondan əvvəl bu vəzifəni Z.Əlizadə tuturdu. Artıq bu gün dünyanın bütün sivil dövlətləri SOROS fondunun əsl niyyətindən xəbərdardırlar. Bundan sonra “Qərb və demokratiya dəyərləri” adı altında gizlənmək heç kəsə başucalığı gətirməyəcək, eləcə də M.Əliyevə… 1990-cı ildən “Turan” İnformasiya Agentliyinə rəhbərlik edən M.Əliyev SOROS-da vəzifəyə təyin olunan zaman, yəni 2010-cu ildə “Washington Post” qəzetində bir məqalədə iddia olunurdu ki, SOROS-un əsas məqsədlərindən biri media vasitəsilə ölkələrə daxil olmaq və həmin ölkələrdə mental dəyərləri, dövlət-vətəndaş münasibətlərini məhv etməkdir. M.Əliyev bunu bilmirmi? Bilir!

    Mehman Əliyev “Amerikanın Səsi”nə verdiyi müsahibədə “Media haqqında” yeni qanun layihəsi və MEDİA-nın KİV-lərə göstərdiyi maliyyə yardımı ilə bağlı sualları cavablandırıb.

    O düşünür ki, dövlət yeni qanunla medianı məhdudlaşdırıb öz nəzarəti altında saxlamaq məqsədini güdür. M.Əliyev dövlətin mediaya dəstəyini və dövlət-media münasibətlərinin hər hansı bir şəkildə tənzimlənməsini bütün hallarda rədd edilir.

    Ancaq Azərbaycanda çap və onlayn media resurslarına maliyyə yardımının ayrılmasında əsas məqsədlərdən biri bu sahədə kənar -xaricdən yönələn mənfi təmayüllərin qarşısını almaq, yerli medianın xarici dairələrin təsir altına düşməsini əngəlləmək və pərakəndəliyi aradan qaldırmaqdır.

    M.Əliyev bu həqiqəti anlayır və qəbul etməlidir ki, ən inkişaf etmiş coğrafiyalarda belə dövlətin mediaya dəstəyi birmənalı şəkildə qəbul olunur və bunu “mühüm addım” kimi qiymətləndirirlər.

    Azərbaycanda yeni qanun layihəsinin hazırlanmasında da əsas məqsəd “medianı dövlət nəzarətinə almaq” yox, əslində medianı antimilli təsirlərdən, eləcə də SOROS-un müxtəlif yollarla ölkəyə gətirdiyi pul kütləsinin atomesferindən kənarda saxlamaqdır.

    Digər tərəfdən, bu istiqamətdə atılan addımları dövlətin “informasiya buludu” kimi qiymətləndirmək də qərəzli mövqedir. Dövlət-media münasibətləri hər hansı bir şəkildə tənzimlənməlidir, yoxsa yox? Dövlətin media üzərində hər hansı bir şəkildə nəzarət mexanizmləri olmasa, xaos yaşanar. Ancaq bunun sırf maliyyə yardımları vasitəsilə həyata keçirildiyini düşünən M.Əliyev ciddi yanlışlıqlara yol verir.

    Bəs Mehman Əliyevin istədiyi nədir? Əgər dövlət mediadan əlini tamamilə çəksə, heç bir yardım etməsə, nə baş verəcək?

    Dərhal SOROS təşəbbüsü ələ almağa çalışacaq! Necə?

    Media ciddi maliyyə sıxıntıları yaşacaq, maliyyə mənbəyi bilinməyən xarici təşkilatlarla medianın təması artacaq, ölkə mediası Azərbaycan dövlətindən yox, məhz elə M.Əliyevin sitat gətirdiyi Qərb ölkələrinin müxtəlif xüsusi xidmət orqanlarına bağlı “humanitar” təşkilatların yardımlarından asılı vəziyyətə düşəcək, mediada dağınıq mənzərinin şahidi olacağıq, azğın və sırf “pula işləyən” böyük bir “media əhli” meydana gələcək. Və SOROS-un istədiyi də budur! Bu zaman SOROS media resurslarını pulla bir-bir ələ keçirib Azərbaycan mediasını işğal edəcək. Mehman Əliyev, istədiyin budursa, niyyətin açıq görünür.

    Pandemiya dövründə digər sahələrdə olduğu kimi media sahəsində də problemlər yaşandı, ölkələr bütün resurslarını əhalinin təhlükəsizliyinə səfərbər etdi, səhiyyə xərcləri artdı və s. Bu tendensiya Azərbaycan kimi bütün ölkələrdə yaşandı.

    Okeanın o biri başından tez-tez misallar gətirməyə adətkar olan M.Əliyevin dediklərindən belə çıxır ki, Qərb dövlətləri mediaya maliyyə dəstəyi göstərmir. Amma yanılır. Bu istiqamətdə M.Əliyevin bütün tənqidlərini zərərsizləşdirən arqumentlkərlə həmkarımız Müşfiq Ələsgərli də çıxış edib və müxtəlif ölkələrdə mediaya olunan dəstəklə bağlı faktlar paylaşıb.

    Təkcə Azərbaycanda dövlət mediaya maddi dəstək verir?

    Məsələn, İsveç hökumətinin hesabatından görünür ki, təkcə 2020-ci ilin ilk 6 ayı ərzində ölkə KİV-lərinə 200 milyon SEK (təxminən 18 milyon avro) madi yardım ayırıb. Ölkənin mədəniyyət naziri bildirib ki, “Ənənəvi KİV-lərə maddi dəstək verilməsi təkcə medianın yaşaması üçün deyil, həm də vətəndaşların keyfiyyətli xəbərlər almaları üçün vacibdir. Bu, demokratiya üçün müsbət haldır”. Görəsən, M.Əliyev İsveçi də sivil dövlət hesab eləmir?

    Bəs Danimarka? Danimarka hökuməti eyni dövrdə KİV-lərin inkişafı üçün 4 illik maddi dəstək proqramının icrasına qərar verib, bu məqsədlə 122 milyon avroluq maliyyə ayırıb. Ölkənin mədəniyyət naziri deyib ki, “peşəkar media demokratiya üçün vacibdir, ona maddi dəstək göstərməliyik”.

    Norveç hökuməti isə eyni zaman kəsiyində mediaya maddi dəstək proqramları üçün 300 milyon NOK (27 milyon avro) ayırıb.

    Dövlətin mediaya maddi dəstəyi Mehman Əliyevi niyə narahat edir?

    O başa düşür ki, dövlətin mediaya dəstəyi artdıqca Qərbin müxtəlif dairələrindən, SOROS-dan Azərbaycanda media layihələri ilə bağlı ayrılan qrantlar və onların davamlılığı da sual altına düşəcək. M.Əliyev bu gün də SOROS-un ölkəmizdə əsas qeyri-rəsmi “media maqnatı”dır. Bu baxımdan, yerli mediaya maddi dəstəyin sırf Azərbaycan dövlətinin iradəsi çərçivəsində olması onu narahat etməyə bilməz.

    M.Əliyevin bütün “iradlarını” darmadağın edən, “arqumentlərini” suya düşürən tənqidlərindən belə anlaşılır: “Media başqa dövlətdən pul ala bilər, amma Azərbaycan dövlətindən yox”. Niyə, Mehman müəllim? Öz dövlətindən dəstək alıb bütün fəaliyyətini milli maraqlara fokuslamaq yaxşıdır, yoxsa başqa dövlətdən pul alıb onların burada emissarı rolunda çıxış etmək?

    Azərbaycan dövlətindən hesabat və yeni “Media haqqında” qanunun dərcini tələb edən M.Əliyev öz fəaliyyəti, maliyyə mənbələri barədə niyə hesabat vermir?

    SOROS fondu 2011-ci ildə “Human Rights Watch” təşkilatına 100 milyon dollar qrant ayırmışdı. Bu həmin vaxt idi ki, M.Əliyev SOROS-un Azəbaycanda rəsmi nümayəndəsi idi və “Human Rights Watch” təşkilatı Azərbaycan dövlətinin gündəlik qərəzli hesabatlarla hədəfə qoymuşdu. Və təşkilatın hesabatları da məhz M.Əliyevin media resurslarında yayımlanırdı.

    Həmçinin, Azərbaycanda reklam bazarının olmamasından, medianın tamamilə dövlət nəzarətində olmasından gileynlənən M.Əliyev izah edə bilərmi ki, onun rəhbərlik etdiyi media qurumu hansı maliyyə qaynaqları əsasında ayaq üstə durur? Yaxud niyə bu ölkədə SOROS-un media layihələri ilə bağlı elanlar yalnız və yalnız “Turan” İnformasiya Agentliyində dərc olunur? Nədir bu bağılılıq? Bəlkə hesabatlılıq da olsun?!

    M.Əliyev həm də iddia edir ki, yeni qanun ictimai müzakirəyə çıxarılmayıb. Ancaq bilməmiş deyil ki, elə onun özünün də çox yaxın münasibətdə olduğu media xadimləri yeni qanun layihəsinin hazırlanmasında təklif və iradlarla çıxış ediblər, eyni zamanda, qanun müxtəlif media mütəxəssislərinin, media mənsublarının təklifləri nəzərə alınmaqla hazırlanıb.

    M.Əliyevin “iradlarından” sonra MEDİA rəhbərliyinin onunla görüşə razılıq verməsi nə qədər müsbət hal olsa da, bir o qədər də doğru addım sayılmazdı. Bu, MEDİA tərəfdən demokratiya nümunəsi olsa da, M.Əliyev təırəfdən SOROS-un masaya əyləşdirilməsi olacaq. Bu “qorxu” mühitini yığışdırmaq lazımdır. Hər halda M.Əliyevi də dinləmək lazımdır.

    Azsiyasət.com