Month: July 2021

  • За минувшие сутки ни одного случая смерти от COVID-19 в Азербайджане не зафиксировано – ФОТО

    В Азербайджане за минувшие сутки выявлено 78 новых случаев инфицирования коронавирусом, 47 человек вылечились и были выписаны домой.

    Об этом 6 июля сообщает оперативный штаб при Кабинете министров.

    За истекшие 24 часа скончавшихся от COVID-19 не зарегистрировано.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 336 557 человек, 4 978 – скончались, 330 513 – вылечились, 1 066 – находятся в активной фазе лечения в больницах особого типа.

    В республике проведены 3 802 992 теста на COVID-19 (за последние 24 часа – 9 952).

  • Azərbaycanda son sutkada koronavirusdan ölüm qeydə alınmadı – FOTO

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 78 yeni yoluxma faktı qeydə alınıb, 47 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından ölən olmayıb.

    İndiyədək ölkədə ümumilikdə 336 557 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 513 nəfər müalicə olunaraq sağalıb, 4 978 nəfər vəfat edib, aktiv xəstə sayı 1 066 nəfərdir.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 952, ötən müddət ərzində isə ümumilikdə 3 802 992 test aparılıb.

  • Müdafiə Nazirliyi təltif olunan hərbçilərə medalların təqdim edilməməsinə aydınlıq gətirdi

    İyulun 6-sı Müdafiə Nazirliyinə gəlmiş şəhid valideynləri və bir qrup Vətən müharibəsi iştirakçısı ilə görüş keçirilib.

    Nazirlikdən bildirilib ki, görüşdə müvafiq sərəncamlarla təltif olunların medalların təqdim olunmaması məsələsi sorğu edilib.

    Görüş iştirakçılarının nəzərinə çatdırılıb ki, onların hər biri Azərbaycan Respublikasının Prezidentinin sərəncamları ilə bir neçə medalla təltif olunub.

    2020-ci ilin dekabr ayında və 2021-ci ilin iyun ayında elan olunmuş sərəncamlarla verilmiş medallar artıq hazırlanır və onların aidiyyəti üzrə təqdim olunması prosesinə başlanılıb. Bu günədək Azərbaycan Ordusu üzrə 160 000 medaldan yalnız 13 300 medal aidiyyəti üzrə təqdim olunub. Qeyd edək ki, təltif olunanların sayının çox olması səbəbindən medalların hazırlanma prosesi müəyyən vaxt aparacaq.

    Şəhid ailələri və qazilər dövlətin daim diqqət mərkəzindədir. Müdafiə Nazirliyi və hərbi hissələrin nümayəndələri tərəfindən bu kateqoriyadan olan ailələr mütəmadi ziyarət olunur, onların qayğıları və problemləri ilə maraqlanılır. Əlavə məsələlərlə bağlı müraciət edənlər isə Nazirliyin rəsmiləri tərəfindən qəbul olunur və qaldırdıqları problemlərin həlli ilə bağlı müvafiq tədbirlər görülür.

  • Agentlik sədri özünə müşavir təyin etdi

    Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində kadr dəyişikliyi olub.

    Oxu.Az-ın əldə etdiyi məlumata görə, bu barədə AQTA sədri Qoşqar Təhməzli əmr imzalayıb.

    Əmrə əsasən, Kamran Bədəlov AQTA sədrinin müşaviri vəzifəsinə təyinat alıb.

    Qeyd edək ki, bundan əvvəl bu vəzifəni Elxan Mikayılov yerinə yetirib. Bir müddət əvvəl o, agentliyinin aparat rəhbəri vəzifəsinə təyin olunub.

  • Azərbaycanda hamilə qadın özünü asdı

    Şamaxı rayonunda hamilə qadın intihar edib.

    Hadisə Qaleybuğurt kəndində qeydə alınıb. 2001-ci il təvəllüdlü Quliyeva Səkinə Sədrəddin qızı yaşadığı evin həyətində yerləşən tövlədə özünü asıb.

    S.Quliyeva dörd aylıq hamilə olub.

    Faktla bağlı Şamaxı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

  • Əlaqələndirmə Qərargahının enerji təminatı ilə əlaqədar işçi qruplarının birgə iclası keçirilir

    Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının ekoloji məsələlər və enerji təminatı ilə əlaqədar işçi qruplarının işğaldan azad olunmuş Ağdam rayonunda birgə iclası keçirilir.

    AZƏRTAC xəbər verir ki, iclasda gündəliyə uyğun olaraq nəzərdə tutulan məsələlər müzakirə edilir.

    Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

  • Mindən çox Əfqanıstan əsgəri Tacikistan sərhədini keçdi

    Əfqanıstan Silahlı Qüvvələrinin mindən çox əsgəri Tacikistan ərazisinə çəkilmək məcburiyyətində qalıb.

    Mk.ru xəbər verir ki, onları dövlət sərhədini pozmağa Bədəxşan vilayətinin bir neçə rayonunu ələ keçirən talibançılar məcbur ediblər.

    Ölkə qoşunlarına şəxsi heyətini qorumaq üçün Tacikistan ərazisinə keçmək əmri verilib. Onların ümumi sayı min otuz yeddi nəfərdir. Əfqanıstan silahlı qüvvələrinin “Taliban” hərəkatının basqısı altında Tacikistana doğru hərəkət etməsi ilk dəfə deyil.

    22 iyun tarixindən Əfqanıstan əsgərləri dördüncü dəfə sərhədi keçirlər, lakin ən çox say sonuncuda olub.

    Qeyd edilir ki, Tacikistan Sərhəd Mühafizəsi əsgərləri humanizm prinsipi əsasında qəbul edir.

    Sərhədin mühafizəsi üçün Düşənbə əlavə 20 min hərbçisini səfərbər edir.

  • Çipsin ölümsaçan fəsadları

    Ürək-damar xəsətliyinə və ömrün qısalmasına səbəb olur.

    Kartof çipsiləri insanda ürək-damar xəstəliyi riskini artırmaqla insanın ömrünü qısaldır.

    Bu barədə “Eat This, Not That” nəşri yazıb.

    Mütəxəssislər 11 illik elmi araşdırma nəticəsində belə bir nəticəyə gəliblər.

    Onlar çipsin insan orqanizminə ziyanını öyrənmək üçün 21500 könüllünü prosesə cəlb edib və onları iki qrupa bölüblər. Birinci qrup natural qidalarla, ikinci qrup isə tərkibində nişasta kraxmalı olan kartof çipslərlə qidalanıblar.

    Araşdırmanın nəticələri Amerikanın kardioloqlar assosiasiyasının jurnalında dərc olunub.

    Nəticə heç də ürək açan olmayıb. Belə ki, çips ilə qidalanan ürək-damar xəstəsinin ölüm riski 57 faizdən yuxarı olub. Sağlam qida qəbul edənlərin nəinki ürək-damar xəstəliyi, eyni zamanda xərçəng xəstəliyi risqi belə azalıb.

    Araşdırmanı aparan qrupun rəhbəri, Xarbin Tibb Universitetinin professoru Yinq Li hesab edir ki, təkçə çipslər deyil, ümumiyyətlə, nişastası bol olan digər məhsullar da ürək xəstələri üçün risklidir.

    Professor onu da qeyd edib ki, kartof yeməyi sevənlər onu çips kimi yeməkdənsə, hansısa yeməkdə istifadə edib qəbul etmək daha faydalıdır.

  • Azərbaycanda qardaşlar nəzirə görə iki məscidi yandırıb – RƏSMİ

    İyulun 1-də Sabirabad rayonunun Qaratoğay kəndində eyni anda iki məscid yandırılıb.

    DİN-in mətbuat xidmətinin rəhbəri, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”ya bildirib ki, məscidləri kənd sakinləri olan Fuad və Şahbaz Nəbiyev qardaşlarının yandırıb:

    “İyulun 1-də saat 23:00 radələrində naməlum şəxslər tərəfindən Sabirabad rayonunun Qaratoğay kəndində iki məscid yandırılıb.

    Artıq polis tərəfindən həmin məscidləri yandıran adamlar bəlli olub. Cinayəti törədənlər Fuad və Şahbaz Nəbiyev qardaşları müəyyən edilib və saxlanılıblar. İlk istintaqda müəyyən edilib ki, bu qardaşlar öz ata evlərinin yaxınlığında yerləşən məscidə nəzarət edirmişlər. Orada yığılan nəzir və sədəqələri həmin qardaşlar götürürmüş.

    Qardaşlardan biri məscidə rəhbərlik edib. Məscid köhnə və təmirə ehtiyacı olduğuna görə insanlar son zamanlar ora gəlməyiblər. Kənd sakinləri daha çox tam təmirli olan digər məscidi ziyarət edirmiş.

    Buna görə də qardaşlar əhalinin digər məscidə çox getməsi səbəbindən hər iki məscidi yandırıblar. Yanğından sonra məscidlər kənd camaatı tərəfindən eyni cür təmir olunacağını güman ediblər.

    Hadisə günü gecə saatlarından qardaşlardan biri təzə məscidi, digəri isə özlərinin nəzarət etdiyi köhnə məscidi yandırıblar. Onlar məsciddə döşəkçələri yandırıb qaçıblar. Əvvəlcədən belə qərara gəliblər ki, ikisi də yansa, heç kim bunlardan şübhələnməyəcək. Buna baxmayaraq polis əməkdaşlarının keçirdiyi əməliyat-axtarış tədbirləri nəticəsində məscidləri yandıran şəxslər müəyyən edilərək saxlanılıb və hər ikisi törətdiyi əməli etiraf edib”.

  • Azərbaycanda vahid məktəbli geyimi dəyişdirilir: həm rəngi, həm də forması – FOTOLAR

    “Məktəblilər üçün yeni geyim nümunələri təsdiq üçün təqdim edilib”.

    Bu barədə Təhsil Nazirliyindən modern.az-ın sorğusuna cavab olaraq bildirilib.

    Rəsmi məlumata görə, həmin təsvirlər təsdiq edildiyi təqdirdə ictimaiyyətə bildiriləcək.

    Bununla belə qeyd edilib ki, yeni geyim forması təsdiq olunduqdan bir müddət sonra da hazırda qüvvədə olan məktəbli formaları da istifadədə qalacaq.

    Xatırladaq ki, pandemiyadan əvvəl 2020-2021-ci tədris ili üzrə şagirdlərin geyim formalarının təsvirlərini müəyyən edən layihəyə dair ictimai rəyin öyrənilməsinə başlanılmışdı.

    Layihəyə görə, qızlar üçün yay geyim forması qısaqol köynək və ətəkdən, qış geyim forması isə uzunqol köynək, ətək və önü zəncirbəndlə bağlanan cibli jaketdən ibarət olacaq. Oğlanlar üçün yay fəslində tətbiq edilən geyim forması qısaqol köynək və şalvardan, qış geyim forması isə uzunqol köynək, şalvar və önü zəncirbəndlə bağlanan cibli jaketdən ibarət olacaq.

    Geyim formaları elementlərinin aşağıdakı rənglərdə hazırlanması nəzərdə tutulur:

    – Ətək və şalvar – qara, tünd qəhvəyi, tünd boz, tünd göy və qəhvəyi-yaşıl;

    – Köynək – ağ, dəri, mavi, açıq yaşıl və açıq sarı;

    – Jaket – tünd boz, qəhvəyi, tünd göy, tünd yaşıl və açıq gəhvəyi.