Month: July 2021

  • Арестованному СГБ экс-генпрокурору будет сделана операция

    Сегодня бывшему генеральному прокурору и экс-послу Азербайджана в Сербии, Черногории, Боснии и Герцеговине Эльдару Гасанову будет проведена хирургическая операция в военном госпитале Службы государственной безопасности (СГБ).

    Об этом сообщил его адвокат Адем Мамедов, передает аxar.az.

    Несколько дней назад Э.Гасанова перевели в военный госпиталь СГБ из-за проблем со здоровьем.

  • “Şahdəniz 2”nin Şərq-Cənub cinahından hasilata başlanıb: İki milyon ev qazla təchiz ediləcək

    “Şahdəniz-2”nin 540 metr dərinlikdə yerləşən Şərq-Cənub cinahından hasilata başlanılıb.

    “BP Azərbaycan”dan verilən məlumatda bildirilir ki, bu dərinsulu cinahdan hasilat dənizdə bütün əlaqədar quraşdırma və istismar sınaqları uğurla başa çatdıqdan sonra 30 iyun 2021-ci il tarixində başlayıb.

    Hazırkı hasilat həcminə ümumilikdə gündə 400 milyon standart kubfut qaz əlavə olunacaq, bu isə iki milyon evi qazla təchiz etmək deməkdir.

    Bu, “Şahdəniz” yatağından gündəlik ümumi hasilatı 2,4 milyard standart kubfutdan yuxarı qaldırmağa imkan verəcək.

    Yeni Şərq-Cənub hasilat cinahı dörd quyudan, iki yeni axın xəttindən və dünya səviyyəli Şahdəniz lay-kollektoruna birləşdirilmiş çoxsaylı sualtı konstruksiyadan ibarətdir. Cinahın 2021-ci ilin üçüncü rübündə tam hasilat səviyyəsinə çatacağı gözlənilir.

    Qeyd edilib ki, yeni işə salınmış Şərq-Cənub cinahı oradakı iki manifolddan və “Şahdəniz 2” qurğularına çəkilmiş 40 kilometrdən çox uzunluğu olan axın xətlərindən istifadə etməklə “Şahdəniz” yatağından ümumi hasilat həcminə gündə təxminən 90 000 barel neft ekvivalenti əlavə edəcək.

  • Azərbaycan və Türkiyə HHQ-i arasında əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilib – VİDEO

    İyulun 6-da Azərbaycan Respublikası Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Ramiz Tahirov Azərbaycanda işgüzar səfərdə olan Türkiyə Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Hasan Küçükakyüzün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

    Nazirlikdən bildirilib ki, general-leytenant R.Tahirov ölkələrimizin hərbi aviasiya sahəsində əməkdaşlığının və HHQ-i arasında əlaqələrin inkişaf etməsinin ordularımızın döyüş qabiliyyətinin daha da güclənməsinə töhfə verdiyini bildirib.

    Ordu generalı H.Küçükakyüz Vətən müharibəsində qazanılan qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib, şəhid olan hərbi qulluqçulara və mülki şəxslərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.

    Tərəflər son aylar ərzində Türkiyənin Konya şəhərində keçirilmiş “Anatolian Phoenix-2021” beynəlxalq axtarış-xilasetmə və “Anadolu Qartalı-2021” beynəlxalq taktiki-uçuş təlimlərində əldə edilmiş nəticələri yüksək qiymətləndirərək bu cür təlimlərin hər iki ölkənin HHQ-nin arasında qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə xidmət etdiyini vurğulayıblar.

    Görüşdə Azərbaycan və Türkiyə HHQ-i arasında əlaqələrin hazırkı vəziyyəti və genişləndirilməsi məsələləri müzakirə olunub, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrdə əməkdaşlığının inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

  • Mahir Emreli: “Uğur qazanmaq istəyiriksə, heç kimdən qorxmamalıyıq”

    “Varşavaya gəldiyim ilk gündən elə təəssürat yaranıb ki, hər şey yolunda gedəcək. Sanki, illərdir buradayam. Bəlkə də “Legiya”da uğurlu starta məhz bu amil səbəb olub”.

    Bu fikirləri Azərbaycan millisinin və Polşanın “Legiya” klubunun futbolçusu mahir Emreli “Super Ekspress” nəşrinə açıqlamasında yeni komandasındakı çıxışı barədə danışarkən deyib.

    24 yaşlı hücumçu bildirib ki, baş məşqçi Çeslav Mixneviçlə ünsiyyət qurmaqda çətinlik çəkmir: “Öz aramızda rus dilində danışırıq. Bu da işimi asanlaşdırır. Düşünürəm ki, yaxşı çıxış etməyimdə bunun da rolu var. Amma yoxlama matçları rəsmi görüşlərdən fərqlənir. Ona görə də əvvəlki oyunları unutmalıyıq”.

    Emreli Norveçin “Bude-Qlimt” klubuna qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununa da toxunub: “Əslində əsas hazırlığımız avrokubokla bağlı idi. Yoxlama matçlarında sərgilədiyimiz oyunu qarşıdakı görüşdə göstərməliyik. “Bude-Qlimt” sürətli və dinamik komandadır. Topa nəzarət etməyi və əks hücumlara çıxmağı xoşlayırlar. Norveç çempionu olubsa, deməli, yaxşı kollektivdir”.

    Forvardın sözlərinə görə, “Legiya” uğur qazanmaq istəyirsə, heç bir rəqibdən çəkinməməlidir: “Düzdür, rəqib güclüdür. Ötən mövsüm böyük üstünlüklə çempion olublar, çoxlu qol vurublar. Amma “Legiya” da güclüdür. Avropa çempionatı da göstərdi ki, istənilən komanda ilə mübarizə aparmaq olar. İsveçrənin nələr etdiyini, Fransa və Almaniya kimi favoritlərin erkən vidalaşdığı turnirdə Danimarkanın necə qələbələr qazandığını görmək kifayətdir”.

    Qeyd edək ki, “Bude-Qlimt” – “Legiya” matçı iyulun 7-də keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

  • İranda qandonduran hadisə: Həkim xəstəni sağ ikən morqa göndərdi – VİDEO

    İranda xəstəxanalardan birində çəkilmiş görüntülər görənləri dəhşətə gətirib.

    Bu barədə “Azad İran” “Telegram” kanalı paylaşım edib.

    Videoda həkimlərdən biri xəstənin hələ sağ olduğunu söyləməsinə baxmayaraq, digər həkim buna məhəl qoymur və təkidlə xəstənin morqa göndərilməsini tələb edir.

    Sözügedən görüntülər xüsusən sosial şəbəkənin İran seqmentində rezonans doğurub və kəskin qəzəblə qarşılanıb.

  • Bakıda bir müntəzəm marşrut xəttinin hərəkət sxemi dəyişdirildi

    Bakıda 70 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.

    Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

    Bildirilib ki, dəyişikliyə əsasən bu xətt üzrə avtobusların son dayanacaq məntəqəsi dəyişdirilərək Sabunçu qəsəbəsinədək (155 nömrəli məktəbin yaxınlığı) təşkil edilib.

  • “Kasıb da, ortabab da krallara məxsus toy etməməlidir”

    “Kasıb da, ortabab yaşayan da krallara məxsus toy etməməlidir”.

    Bu sözləri AZXEBER.COM-a açıqlamasında kulturoloq Aydın Xan Əbilov deyib.

    O, bildirib ki, toy edənlər çalışmalıdır ki, minimal vəsaitlərlə məclis qursunlar:

    “Toy təkcə bir nəfərin nikahı, iki nəsili birləşdirən adət-ənənə deyil. Toy həm də böyük mənada sosial, iqtisadi, mədəni hadisədir. Belə bir hadisə olduğuna görə istər-istəməz onun ətrafında da müxtlif hadisələr baş verə bilər. Toyun iqtisadi tərəfi isə bizi hər zaman maraqlandırır. İllərdir ki, biz islahatlarla bağlı təkliflərimizi verirdik. İsrafçılığın çox olduğunu, 20-dən çox təamın təqdim olunmasına ehtiyac olmadığını qeyd edirik. Buna sərf olunan vəsaiti cəmiyyətin digər problemlərinə sərf etmək daha yaxşı olar.

    Kulturoloq qeyd edib ki, pandemiyadan sonra vəziyyət çox dəyişməyib:

    “Pandemiya insanları və rəsmi qurumları məcbur etdi ki, toyları bu cəhətdən bir az formata salsınlar. Amma yenə də narazılıqlar var, bildiyiniz kimi, 50 və 150 nəfərlik toylar təklif olunur və bu toylar keçirilən zaman şadlıq evləri məcburdurlar ki, qiymətləri qaldırsınlar. Belə olan halda da sifarişçilər məcburən hər hansı formada bunun qarşılığını verməyə çalışırlar. Bu da yenə də əvvəlki kimi israfçılığa, vəsaitin göyə sovrulmasına səbəb olur. Amma onu da deyim ki, insanlara azadlıq da vermək lazımdır. Elə şəxslər var ki, onların pulu çoxdur, onlara istədiyi kimi toy etməyə şərait yaratmaq lazımdır. Amma hər kəs, yəni kasıbı da, ortababı da krallara məxsus toy etməməlidir. Hər kəs öz yorğanına görə ayağını uzatmalıdır. Çalışmaq lazımdır ki, minimal vəsaitlərlə məclis qursunlar”.

  • “İdman zallarında hər hansı ciddi nöqsan aşkar edilməyib” – Nazirlik

    İdman zallarında koronavirusla bağlı qaydalara riayət olunması ilə bağlı müntəzəm monitorinqlər aparılır.

    Bunu Trend-ə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev deyib.

    Q.Mehdiyev bildirib ki, nazirliyin rayon və şəhər idarələrinə tapşırıq verilib: “Nazirliyin bütün rayon və şəhər idarələri məsul olduqları ərazi üzrə idman zallarında müntəzəm monitorinqlər keçirir və pandemiya ilə bağlı qaydalara riayət olunmasına nəzarət edirlər”.

    Q.Mehdiyev bildirib ki, bu günə qədər ciddi qayda pozuntusuna rast gəlinməyib: “İdman zalları müvafiq qaydalara riayət edir, hər hansı ciddi nöqsan aşkar edilməyib”.

  • В Азербайджане братья подожгли две мечети ради пожертвований верующих

    Ночью 1 июля в селе Гаратогай Сабирабадского района одновременно в двух мечетях произошел пожар, сообщил Qafqazinfo руководитель пресс-службы МВД полковник полиции Эхсан Захидов.

    «Было установлено, что их поджог совершили местные жители Фуад и Шахбаз Набиевы. Они уже задержаны. В ходе предварительного расследования выяснилось, что братья были распорядителями мечети, расположенной рядом с домом их отца.

    Собираемые там пожертвования они забирали себе.

    Из-за того, что здание было ветхим и нуждалось в ремонте, верующие в последнее время не посещали его, а шли в другую, полностью отремонтированную мечеть.

    Поэтому Набиевы решили поджечь оба места поклонения, чтобы после пожара отремонтировать их за счет местного населения.

    Ночью в день происшествия один из них устроил поджог новой мечети, а другой – старой.

    Они подожгли тюфяки в двух зданиях, а затем скрылись с места происшествия. Набиевы посчитали, что таким образом никто не заподозрит их в преступлении.

    Однако в результате оперативно-розыскных мероприятий сотрудники полиции выявили виновных. Задержанные признались в содеянном», – сказал Э.Захидов.

  • Ajda Pekkanı 50 yaş “cavanlaşdırdılar” – FOTO

    Türkiyənin pop ulduzu Ajda Pekkan pandemiyadan sonra Bodrumda konsert verib.

    “Hürriyet” xəbər verir ki, 75 yaşlı müğənninin mətbuata təqdim edilən fotolarına “Photoshop” tətbiq edilməsi diqqət çəkib.

    Bəbir naxışlı geyimlə səhnəyə çıxan məşhurun fotolarına “bir az daha “Photoshop” əlavə etsələr uşaqlıq vaxtına qayıdacaq”, “Ajda xanımın gənclik illəri belə, bu qədər gözəl olmayıb”, “75 deyil, sanki 25 yaşında” kimi rəylər yazılıb.