Month: July 2021

  • DYP-dən “Qurtuluş-93” MTK rəhbərinin həyat yoldaşının törətdiyi qəza ilə bağlı AÇIQLAMA – YENİLƏNİB+FOTO

    Abşeronda üç avtomobilin toqquşması ilə nəticələnən ağır yol qəzası ilə bağlı yeni detallar məlum olub.

    Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Oxu.Az-a açıqlamasında bildirib ki, yol nəqliyyat hadisəsi Sumqayıt şəhər sakini Əliyev Emil Şahin oğlunun idarə etdiyi, 99-SP-611 dövlət nömrə nişanlı “Mercedes C klass” markalı avtomobilin sürücüsünün kobud qayda pozuntusu nəticəsində baş verib:

    “Belə ki, “Mercedes C klass” yüksək sürətlə hərəkət edən zaman əks istiqamətli zolağa çıxıb və bu zaman “Nissan” markalı avtomobillə toqquşub. Toqquşmadan sonra “Mercedes” idarəetməni itirərək qarşıdan gələn “Mercedes Gelandewagen” markalı avtomobilə çırpılıb. Nəticədə “Nissan” markalı avtomobildə olan bir nəfər yüngül xəsarət alıb”.

  • Macar jurnalist: “Bakı dağıdılmış regionların bərpası üçün pulunu və qüvvəsini əsirgəməyəcək”

    Azərbaycanın işğaldan azad edilmiş rayonlarına bu günlərdə səfər etmiş macar reportyorlar arasında “Madyar Nemzet” nəşrini təmsil edən David Laslo da vardı.

    AZƏRTAC xəbər verir ki, Laslo vətənə qayıdandan sonra həmin səfər müddətində gördüklərinin yekunları barədə material hazırlayıb. Onun ezamiyyətə yola düşməzdən əvvəl hazırlayacağına söz verdiyi silsilə məqalələrdən birincisi “Minalanmış sahədə ehtiyatlı olun!” adlanır.

    Müəllif bu məqaləsində yazır ki, Azərbaycanın hərbi qələbəsi Bakının Qarabağda atdığı addımların yalnız birincisidir. 44 günlük müharibə nəticəsində erməni hərbçilər qaçıblar, lakin azərbaycanlı qaçqınları öz evlərinə qayıtmalarına hələ icazə verilməyib. Onların əcdadlarının yaşadığı torpaq ölümcül təhlükəlidir: piyadalar əleyhinə və tank əleyhinə minalar, fuqaslar, partlamamış mərmilər və raketlər. Ən təqribi hesablamalara görə Qarabağda yüz minlərlə belə “müharibə suvenirləri” var.

    David Laslo ilə söhbətində obıvatelin bütün Hollivud təsəvvürlərini alt-üst edən azərbaycanlı istehkamçı deyib: “Burada hər şey kinodakından fərqlidir! Burada əsgəri ölümcül dərəcədə qorxuya salan şaqqıltı yoxdur. Ətrafda güllələr vıyıldayanda irəli qaçmaq lazımdır. Tullanan “qurbağa” çox təhlükəli minadır. Yarpaqların altında, yerin səthinə yaxın basdırılan bu minalar işə düşəndə şaquli istiqamətdə yuxarıya “tullanır”, mərmilər mümkün qədər çox əraziyə ziyan vurur”.

    Keçən ilin payızında Azərbaycan erməni hərbçiləri tərəfindən əldə saxlanılan Qarabağın bəzi regionlarını döyüşə-döyüşə geri alanda hücuma keçən əsgərlər üçün ən böyük problemlərdən biri hər yerdə rast gələn minalar idi. Bu minaların bəziləri 1988-1994-cü illərdə baş vermiş birinci müharibə dövrünə aiddir, onilliklər boyu davam etmiş amanabənd atəşkəs dövründə isə minlərlə yeni mina qoyulub. Ötən ilin noyabr ayında Ermənistanın kapitulyasiyasından sonra atəş səsləri kəsilib, lakin minalar əvvəlki kimi yenə də ölüm təhlükəsi mənbəyidir. İyun ayının əvvəlində iki azərbaycanlı jurnalist və bir nəfər yerli məmur həlak olub. Onların avtomobili tank əleyhinə minaya düşüb.

    İnformasiya agentliklərinin məlumatına görə atəşkəs anından bu günə qədər mina partlayışları nəticəsində 20 nəfər mülki şəxs və 7 əsgər həlak olub, 86 əsgər və 29 mülki şəxs yaralanıb.

    Reportyor yazır: “Mən müharibə və ölüm səslərini eşitmişəm. İstehkamçılar topladıqları 30 minanı bir dəfəyə məhv edirdilər. Qulaqbatırıcı, lakin qısa detonasiya nəticəsində alov və tüstü sütunu 8-10 metr hündürlüyə qalxır”. Lakin partlayıcı qurğuların heç də hamısı məhv edilmir.

    Minatəmizləmə işlərinin rəhbərlərindən biri Davidə izahat verərək deyib: “Bu xəritələrdə şaxtanın yerləşdiyi ərazi sarı rənglə qeyd edilir. Göy rəng bizim istehkamçının işə başladığı yeri, qara rəng – itin olduğu yeri, ağ rəng isə – təhlükəsiz sahəni göstərir”.

    Ensiz cığırın ətrafında qırmızı payalar, hündür otluqda bir neçə sarı paya görünür. Bir qədər yuxarıda, yol kənarındakı sahədə minalar döyüş nizamı şəklində düzülüb. Lövhələrdə xəbərdarlıq edilir: “Minalanmış sahədə ehtiyatlı olun!”

    Əvvəlcə infrastruktur – yollar və insan məskənləri təmizlənir. İstehkamçılar onların sərəncamında olan bütün vasitələrdən – xüsusi təlim keçmiş itlərdən, metalaxtaran qurğulardan və Britaniyada istehsal edilmiş “Aardvark” zirehli maşınlarından istifadə edirlər. Bu maşın ağır zəncirlərlə qarşısındakı torpağı eşir. İş ləng gedir. Balaca bir səhv insanın həyatı bahasına başa gələ bilər. Minatəmizləmə işinin nə vaxt başa çatacağını heç kəs bilmir. Azərbaycan Ermənistandan minalanmış sahələrin xəritələrini gözləyir. İyun ayında erməni əsilli 15 hərbi əsir təhvil verilərək bunun müqabilində bir neçə xəritə alınıb, lakin hətta Ermənistanın baş naziri Nikol Paşinyan da etiraf edib ki, bunlar xəritələrin yalnız kiçik bir hissəsidir. Xəritələr olmasa ərazilərin təmizlənməsinə uzun illər gedəcək. Axı minalanmış ərazilərin sahəsi bir neçə min kvadratkilometrdir.

    Jurnalist dost Macarıstanın Azərbaycana kömək əlini uzatması barədə də yazır. Bu ölkənin hökuməti 25.000 avro məbləğində yardım ayırıb. Həmin qrant Azərbaycan Milli Minatəmizləmə Agentliyinə (ANAMA) ödənilib. Bu da məlumdur ki, 2021-ci il martın 10-da Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyyartonun Bakıya işçi səfəri çərçivəsində Macarıstan və Azərbaycan biznesmenlərinin görüşü keçirilib. Həmin görüşdə Qarabağın bərpasında Macarıstanın iştirakı məsələsi müzakirə edilib. Macar şirkətləri baza infrastrukturunun yaradılması üçün zəruri sahələri təmsil edir. Bərpa məsələlərinə dair həm hökumət səviyyəsində, həm də potensial korporativ tərəfdaşlar arasında təmaslar davam edir.

    Lakin Qarabağ hələlik tam təmizlənməyib, buna görə də bərpa işləri və qaçqınların doğma yurdlarına qayıtması arzu edilən surətlə başlana bilmir. Azərbaycanlıların böyük əksəriyyəti azad edilmiş əraziləri hələ görməyib, çünki təhlükəsizlik mülahizələrinə əsasən bu ərazilər bağlıdır. Oraya getmək üçün xüsusi buraxılış sənədi tələb olunur.

    Jurnalist Ünsal İbrahimli ad-soyadlı qaçqınla görüşüb. Unsal deyib: “Mən burada doğulmuşam, dağın ətəyində yerləşən bu məktəbdə oxumuşam. Yadımdadır, orta məktəbi bitirib universitetə daxil olmağa hazırlaşırdım, elə bu vaxt erməni təcavüzü başladı. Biz evlərimizi itirdik və qaçmağa məcbur olduq. Qubadlı rayonunda bir şəhər və 94 kənd var idi. Biz hər şeyi, evlərimizi, mebeli, ev heyvanlarını qoyub getdik. İnsanlar təkcə paltarlarını götürüb qaçırdılar.

    Mənim əcdadlarımın azı altı nəsli burada yaşayıb. Təəssüf ki, qohumlarımın əksəriyyəti bu torpaqların azad edildiyi günə qədər yaşamadılar. Mən bu torpağı ilk dəfə görəndə hönkürüb ağladım”.

    Ermənilər azərbaycanlıları bu ərazidən qovandan sonra özləri burada məskunlaşa bilməyiblər. Onlar onilliklər ərzində Cəbrayıl, Füzuli və Ağdamda daşı daş üstə qoymayıblar. Ərazilərdə taktiki müşahidə aparmaq məqsədilə meşələr tamam qırılıb. Torpaqlar əkilib becərilməyib, tarlaların yerini alaq basıb, məscidlər dağıdılıb, bəzi məscidlərdə isə ermənilər donuz saxlayıblar.

    Müəllif sonda yazır ki, kabusa çevrilmiş şəhərləri bərpa etmək praktiki olaraq qeyri-mümkündür. Hər şeyi sıfırdan başlamaq lazım gələcək.

    Türkiyədən alınmış inşaat texnikasının səsi eşidilir, şəraitin imkan verdiyi dərəcədə yollar salınır, elektrik şəbəkələri qurulur, paralel olaraq “ağıllı” şəhərlər tikilir. Ağdamın yerində on minlərlə əhalisi olan daha müasir meqapolis salınacaq. Bu proqramlar üçün Azərbaycan pulunu və qüvvəsini əsirgəməyəcək.

    David Laslo məqaləsinin sonunda yazır ki, bərpa işlərinin birinci mərhələsi 2024-cü ilə qədər başa çatdırıla bilər.

  • Gənclər Təşkilatları üçün 15-ci qrant müsabiqəsi elan edilir

    Azərbaycan Respublikasının Gənclər Fondu gənclər təşkilatlarını 15-ci qrant müsabiqəsində iştirak etmək üçün yerli və beynəlxalq layihə kateqoriyaları üzrə müraciətlərini 24 iyul 2021-ci il saat 18:00-dək təqdim etməyə dəvət edir.

    Fonddan verilən məlumata görə, müsabiqənin məqsədi Azərbaycan Ordusunun hərb tarixinə qızıl hərflərlə yazdığı şanlı qələbənin mahiyyətinin gənc nəsil arasında təbliğinə, Qarabağa qayıdış prosesində gənclərin və könüllülərin iştirakçılığının təmin edilməsinə, Qarabağın tarixi və mədəni irsi haqqında onların biliklərinin artırılmasına, erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılmasına, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbçilərimizin, həmçinin qazi və qəhrəmanlarımızın cəmiyyətə tanıdılmasına, müxtəlif sahələr üzrə gənclərin bilik və bacarıqlarının inkişafına, innovativ gəncliyin potensialının ortaya çıxarılmasına, sağlam düşüncəli gəncliyin yetişməsinə, Nizami Gəncəvi irsinin gənclər arasında təbliğinə, könüllülüyün inkişafına yönəlmiş layihələri dəstəkləmək, habelə Dövlət Gənclər siyasətinin icrası prosesində yaxından iştirak etmək istəyən gənclər təşkilatlarının layihə təkliflərini qrant şəklində məqsədli maliyyələşdirib onlar üçün geniş və faydalı fəaliyyət sahəsi yaratmaqdır.

    Müraciətlərə “Azərbaycan Respublikasının Gənclər Fonduna gənclər siyasəti ilə bağlı proqram və layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələr çərçivəsində və müsabiqədən kənar gənclər təşkilatlarından daxil olan layihə təkliflərinin ekspertiza və qiymətləndirmə meyarları”na əsasən baxılır.

    Müraciət etmək istəyən gənclər təşkilatları layihə təkliflərini Gənclər Fondunun rəsmi saytından “Elektron xidmət” bölməsi vasitəsi ilə təqdim etməlidirlər. Layihələrin maliyyələşdirilməsi üzrə sənəd və materiallar toplusu Fondun saytında yerləşdirilib.

  • Azərbaycanda qadın müəllim intihar edib

    Qəbələ rayonunda intihar hadisəsi baş verib.

    Median.Az APA-ya istinadən bildirir ki, hadisə bu gün rayonun Nohurqışlaq kəndində qeydə alınıb. Kənd sakini, 1958-ci il təvəllüdlü Mirzəliyeva Ədalət Səmit qızı yaşadığı evin həyətində özünü kəndirlə asaraq intihar edib.

    Nohurqışlaq kənd tam orta məktəbində kimya müəllimi işləyən Ədalət Mirzəliyevanın özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.

    Faktla bağlı Qəbələ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

  • Çində əhaliyə gündə təxminən 25 milyon doza COVID-19 peyvəndi vurulur

    Çində COVID-19 infeksiyasına qarşı vaksinasiya çərçivəsində indiyədək əhaliyə 1,3 milyard doza peyvənd vurulub.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Çin əhaliyə vurulan peyvənd dozasının sayına görə dünyada birinci olmaqla yanaşı, dünya üzrə ümumi rəqəmin təxminən üçdəbirini təşkil edir.

    Çində ötən ilin dekabrında başlayan vaksinasiya prosesinin ilk mərhələsində xüsusi risk qrupundan olanlara peyvənd vurulub. Fevralda isə könüllülük prinsipi əsasında kütləvi vaksinasiyaya start verilib. Ölkə üzrə əhaliyə vurulan peyvənd dozasının miqdarı cəmi 25 günə 100 milyondan 200 milyon dozaya, 16 günə isə 200 milyondan 300 milyona yüksəlib. İyunun 19-da bu rəqəm bir milyarda çatıb. Son günlər orta hesabla sutkada 25 milyon doza peyvənd vurulur.

    Qeyd edək ki, Çinin səlahiyyətli qurumları ilin sonunadək əhalinin 70-80 faizini koronavirus əleyhinə peyvəndləməyi hədəfləyib. Vaksinasiya prosesində yerli “Sinopharm” və “Sinovac” şirkətlərinin istehsalı olan ikidozalı 3 inaktiv, habelə “CanSino” şirkətinin birdozalı rekombinant adenovirus peyvəndindən istifadə olunur.

  • Названы личности утонувших в Каспии граждан

    Тела двух из трех человек, утонувших в Каспийском море, извлечены из воды.

    Как передает аранское бюро Report, это Бадалов Мамед Аваз оглу 1977 года рождения и его сын, Бадалзаде Абульфаз Мамед оглу 2013 года рождения.

    Продолжаются поиски еще одного утопленника, Манафова Шукура Вагиф оглу 1977 года рождения.

  • Xəzər dənizində batanların şəxsiyyəti məlum olub

    Xəzər dənizində batanların şəxsiyyəti məlum olub.

    “Report”un Aran bürosunun məlumatına görə, Neftçala rayonunda dənizdə batan 3 nəfərdən 2-in meyiti çıxarılıb. Bunlar Neftçala şəhər sakinləri 1977-ci il təvəllüdlü Bədəlov Məmməd Əvəz oğlu və onun oğlu, 2013-cü il təvəllüdlü Bədəlzadə Əbülfəz Məmməd oğludur.

    Digər batan şəxs, Neftçala sakini, 1977-ci il təvəllüdlü Mənəfov Şükür Vaqif oğlunun meyitinin axtarışları davam etdirilir.

  • Qazaxda ağır avtomobil qəzası olub, xəsarət alanlar var

    Qazax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Aslanbəyli kənd yolunda qeydə alınıb.

    Belə ki, avtomobil qəzası nəticəsində azı 5 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıb.

    Hadisənin təfərrüatları araşdırılır.

  • Еще один азербайджанский спортсмен получил лицензию на паралимпийские игры

    Спортсмен Национальной паралимпийской команды Азербайджана получил 32-ю лицензию в составе нашей сборной на Летние паралимпийские игры Токио-2020.

    Как сообщает oxu.az, Нурлан Бабаджанов показал хорошие результаты на соревнованиях по парапауэрлифтингу, которые давали рейтинговые очки.

    Напомним, что на этих играх Азербайджан будут представлять 32 спортсмена: 11 – в дзюдо, 8 – атлетике, 4 – тхеквондо, 4 – пауэрлифтинге, 3 – плавании и 2 – в стрельбе.

    Ожидается, что наша паралимпийская команда получит еще несколько лицензий до 30 июля.

    Для сравнения отметим, что на XV Летние паралимпийские игры Рио-2016 лицензии получили 22 азербайджанских спортсмена.

  • Вакцина, разработанная азербайджанским ученым, внесена в список ВОЗ

    Разработанная членом научного комитета по вакцинации департамента институтов здравоохранения при Минздраве Турции, профессором университета “Акдениз”, член-корреспондентом НАНА Тарланом Мамедовым и возглавляемой им группой исследователей вакцина вошла в список ВОЗ.

    Об этом сообщили в пресс-службе НАНА.

    Группа под руководством Т.Мамедова получила вакцину на основе белка, продуцируемого в листьях табака вида Nicotiana Benthamiana.

    Сообщается, что одна доза этой вакцины создает специфический иммунитет к COVID-19.